News Azerbaijani news add news

Ayasofyada çılpaq foto çəkdirən model HƏBS OLUNACAQ

Ayasofyada geyindiyi hicabı çıxararaq çılpaq şəkil çəkdirən və Kapadokyadakı türk bayrağı üzərində uzanaraq verdiyi poza görə belçikalı model Marisa Papen üçün həbs qərarı çıxarıldı.

“Ölkə.Az” xəbər verir ki, prokurorluq Papenə "Dövlətin suverenliyinin əlamətlərini açıq şəkildə alçaltması" maddəsi üzrə cinayət işi açıb.

O, Qüds və Misirdə müqəddəs sayılan torpaqlarda da verdiyi pozlara görə həbs olunub. Daha sonra model pul cəzasıyla sərbəst buraxılıb.

Xatırladaq ki, Papen 2018-ci ildə Türkiyəyə gələrək, Ayasofyada geyindiyi hicabı qaldıraraq çılpaq foto çəkdirib. Daha sonra o, Kapadokyada da Türk bayrağının üzərində uzanaraq, fotosessiya etdirib. Bəzi vətəndaşlar isə modeli bu fotolara görə prokurorluğa şikayət edib. İstanbul Baş Prokurorluğunda Papenə qarşı istintaq başladılıb.


7 months, 2 weeks ago
61 visists
Source: big.az