News Azerbaijani news add news

Berluskoni 12 illik sevgilisindən ayrıldı

İtaliyanın sabiq Baş Naziri, “İrəli, İtaliya” partiyasının lideri Silvio Berluskoni sevgilisi Françeska Paskaladan ayrılıb. “Qafqazinfo” xəbər veri ki, bu barədə İtaliya KİV məlumat yayıb.

“Onların arasında bağlılıq, həqiqi və güclü dostluq qalır, amma sevgi münasibətləri yoxdur”, -deyə “İrəli, İtaliya” partiyasının məlumatında bildirilir.

Qeyd edək ki, cütlük 12 il öncə, Paskala 22 yaşında ikən görüşməyə başlayıb. O, “Silvio, sənin üçün darıxırıq” adlı siyasi dəstək qrupunun təşkilatçılarından biri olub.

Mətbuat yazır ki, hazırda 83 yaşlı Berluskoni partiyasından olan deputat, 30 yaşlı Marta Faşina ilə romantik münasibətdədir.


7 months, 2 weeks ago
72 visists
Source: xeber.im