News Azerbaijani news add news

AFFA daha iki liqanın oyunlarını təxirə saldı

Azərbaycanda daha iki futbol liqasının oyunları təxirə salınıb. xeber.im xəbər verir ki , AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqası və qızlar arasında Yüksək Liqada oyunlar qeyri-müəyyən müddətə keçirilib.

Region Liqasının oyunlarına azarkeş marağının yüksək olması, qızlardan ibarət komandaları arasında keçirilən Yüksək Liqada isə heyətlərdə şagird və tələbələrin yer alması səbəb olub.

Profilaktik tədbirlər nəzərə alınaraq hər iki turnirin bu həftə keçirilməsi planlaşdırılan oyunları təxirə salınıb.


7 months, 3 weeks ago
61 visists
Source: xeber.im