News Azerbaijani news add news

Azərbaycanlı vəzifəli şəxs HƏBS EDİLDİ

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Anti-Korrupsiya Agentliyi Qardabani meriyasının azərbaycanlıların yaşadığı Candar kəndinə təyin edilmiş nümayəndəsi Ə.Məmmədovu saxlayıb.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, saxlanılan şəxs dövlət əmlakını talamaqda və rüşvət almaqda ittiham edilir. Məlumata görə, həmin şəxs Türkiyə vətəndaşından 30 min lari alaraq dövlətə məxsus torpaqları bir il müddətinə ona icarəyə verib.

İttihamlar təsdiq olunarsa, saxlanılan şəxsi 7 ildən 11 ilədək həbs edilə bilər.


7 months, 3 weeks ago
111 visists
Source: big.az