News Azerbaijani news add news

Türkiyə millisində növbəti itki

Almaniyanın "Şalke" klubunun müdafiəçisi Ozan Kabak zədələnib.

"Qafqazinfo" xəbər verir ki, Bundesliqanın 24-cü turunda "Köln"lə matçın 29-cu dəqiqəsində zədələnən futbolçu 9-12 həftə yaşıl meydanlardan kənar qalacaq.

Həkimlər 19 yaşlı futbolçunu AÇ-2020-yə kimi hazır etməyə çalışacaq.

Qeyd edək ki, Türkiyə millisinin heyətində Merih Demiral, Yusuf Yazıcı, Cenk Tosun, Dorukhan Toköz və Nazım Sanqare uzun müddətlik sıradan çıxıb.


7 months, 2 weeks ago
99 visists
Source: xeber.im