News Azerbaijani news add news

Tramp “Taliban” lideri ilə telefonla danışdı

ABŞ Prezidenti Donald Tramp və “Taliban” hərəkatının liderlərindən olan Qəni Baradar arasında telefon danışığı olub.

“Qafqazinfo” “CNN” telekanalına istinadən xəbər verir ki, bu barədə Tramp ABŞ Milli Səhiyyə İnstitutlarının koronavirusla bağlı keçirdiyi brifinqdə məlumat verib.

O, telefon görüşməsini “çox yaxşı söhbət” kimi qiymətləndirib: “Onunla çox yaxşı və uzun söhbətimiz oldu və bilirsiniz ki, onlar zorakılığı dayandırmaq istəyirlər”.

Xatırladaq ki, fevralın 29-da Qətərin paytaxtı Dohada ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və Qəni Baradar 18 illik müharibəyə son qoyaraq barışıq sazişi imzalamışdı.


7 months, 2 weeks ago
105 visists
Source: xeber.im