News Azerbaijani news add news

Kimlər kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət almaq hüququna malikdirlər?

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edilir və bu sahədə yaranan digər münasibətlər tənzimlənir.

BiG.AZ e-huquq.az-a istinadən verdiyi məlumata görə, bu Qanunun 7-ci maddəsinə əsasən, əmək pensiyası almaq hüququ olmayan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslər kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət almaq hüququna malikdirlər.

Belə ki, şəhid ailəsi üzvlərinin hər biri, eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar bu hüquqdan yararlana bilərlər.

Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir.


7 months, 4 weeks ago
73 visists
Source: big.az