News Azerbaijani news add news

Gözəlliyi ilə HEYRAN EDƏN "TikTok" fenomeni 60 saniyəyə 200 MİN DOLLAR QAZANIR - FOTOLAR

Son illərin ən məşhur sosial şəbəkəsi olan "TikTok" un ulduzları bəzi şirkətlərlə bağladıqları müqaviləyə əsasən, qısa paylaşım müqabilində böyük məbləğdə pul qazanırlar.

BiG.AZ-ın haberler.com-yə istinadən verdiyi xəbərə görə, həmin şəxslərdən biri 17 yaşlı ABŞ sakini Loren Qreydir.

38 milyon izləyicisi olan Qrey cəmi 60 saniyəlik paylaşım etməklə 200.000 dollar qazanır. Onun paylaşımları ümumilikdə 2 milyarddan çox "like" toplayıb.

Onunu "YouTube"-da 3.69 milyon, "İnstagram"da 18.7 milyon, "TikTok"da isə 39.6 milyon izləyicisi var.

Qrey 19 aprel 2002-ci ildə Pensilvaniyada anadan olub, hazırda Kaliforniyada yaşayır.

2015-ci ildə Musical.ly-də qeydiyyatdan keçərək qısa müddətdə tanınmağa başlayıb.

2018-ci ilin mart ayında gözəlliyi ilə göz qamaşdıran Loren "Virgin Records" ilə müqavilə imzalayaraq peşəkar səviyyədə müğənnilik etməyə başlayıb.

Həmin ilin avqustunda "My story" adlı ilk mahnısını təqdim edib.

ABŞ-ın "Morning Consult" araşdırma şirkəti iddia edir ki, 2016-ci ildə istifadəyə verilən "TikTok"un sürətlə böyüyüb məşhurlaşması sayəsində, gələn ilə qədər populyar istifadəçilər hər paylaşıma 1 milyon dollar qazana biləcəklər.

Qeyd edək ki, Loren Qrey Teylor Sviftin "The Man" adlı son klipində də çəkilib.

Natəvan Baxşiyeva


7 months, 3 weeks ago
60 visists
Source: big.az