News Azerbaijani news add news

Gürcüstanın sabiq prezidenti dövlət mühafizəsindən məhrum edildi

Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili dövlət mühafizəsindən məhrum edilib.

xeber.im xəbər verir ki , bu barədə o, Tvitter səhifəsində yazıb:

“Mən bütün cangüdənlərimə möhtəşəm xidmətlərinə görə təşəkkür etdim və onlarla vidalaşdım”.

Marqvelaşvili bunu siyasi qərar və Gürcüstanda prezident institutunu ləkələmək cəhdi adlandırıb.

Qeyd edək ki, daha əvvəl Gürcüstanda prezident postunu tutmuş şəxslər vəzifəyə gəldiyi vaxtdan ömrünün sonunadək dövlət mühafizəsi ilə təmin olunurdular. Ancaq bu qərar “Dövlət təhlükəsizliyinin xüsusi xidməti” haqqında maddəyə dəyişiklikdən sonra ləğv edildi. Belə ki, prezidentlər artıq vəzifədə olduğu vaxtdan səlahiyyət müddəti başa çatdıqdan 1 il sonrayadək dövlət mühafizəsi ilə təmin olunurlar.

Qeyd edək ki, Georgi Marqvelaşvili 2013-2018-ci illərdə hakimiyyətdə olub. O, postundan getdikdən sonra siyasi fəaliyyətini müxalifət düşərgəsində davam etdirir.


7 months, 2 weeks ago
59 visists
Source: xeber.im