News Azerbaijani news add news

İdlib yenə bombalandı 12 ölü var

Əsəd rejimi və Rusiyanın İdlib Gərginliyi Azaltma bölgəsinə həyata keçirdiyi hücumlar nəticəsində 12 mülki şəxs həyatını itirib.

“Qafqazinfo” TRT Haber-ə istinadən xəbər verir ki, rejim və ona dəstək verən rus döyüş təyyarələrinin İdlib şəhər mərkəzi, Benniş qəsəbəsi və Səhil Ruc bölgəsinin Udvan kəndinə etdiyi hücumlarda 4-ü uşaq olmaqla 12 mülki şəxs həlak olub.

Xatırladaq ki, 17 sentyabr 2018-ci il tarixində keçirilən Soçi razılaşmasından bugünə qədər rejim və tərəfdarlarının İdlibə hücumları nəticəsində 1800-dən çox mülki şəxs ölüb.


7 months, 4 weeks ago
49 visists
Source: xeber.im