News Azerbaijani news add news

Məşhur aktyor təcavüzdə ittiham olunur

Hollivudun 59 yaşlı ulduzu Timothy Hutton təcavüz etməkdə ittiham edilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə kanadalı məşhur model Sera Johnston məlumat verib.

O, 14 yaşında ikən aktyor tərəfindən zorlandığını iddia edib. Qeyd edib ki, hadisə 1983-cü ildə Vankoverdə baş verib.

Belə ki, “Iceman” filminin çəkilişi üçün Kanadada olan Hutton modellə restoranda tanış olub. Sera oteldə qaldığını, bu zaman qarşı tərəfin sərxoş halda otağına daxil olduğunu söyləyərək təcavüzə məruz qaldığını vurğulayıb.


7 months, 3 weeks ago
76 visists
Source: xeber.im