News Azerbaijani news add news

Dövlət Neft Fondunda yeni təyinat

Prezident İlham Əliyevin Sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

xeber.im xəbər verir ki , R. Cavadov 2014-cü ildən hazırkı tarixədək ARDNF-nin İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya departamentində müxtəlif vəzifələrdə, 2009-2014-cü illər ərzində İnvestisiya departamentinin direktorunun müavini vəzifəsində işləyib.

ARDNF-nin İcraçı direktorunun müavini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, eyni zamanda ABŞ-ın Klark universitetində maliyyə üzrə magistr dərəcəsi alıb.


7 months, 2 weeks ago
58 visists
Source: xeber.im