News Azerbaijani news add news

"Yuventus"un futbolçuları koronavirusa görə karantinə alındı

“Yuventus”un U-23 komandası koronavirusa görə karantin altına alınıb.

“The World Game” nəşri kluba istinadən məlumat verir ki, qərar “Pyaneze” klubu ilə qarşılaşmadan sonra verilib.

Belə ki, “Pyaneze”nın üç futbolçusunun və bir klub nümayəndəsinin koronavirusa yoluxduğu məlum olandan sonra klub gənc futbolçuları müşahidə altına alıb.

Klub məşqləri müvəqqəti olaraq dayandırıb.

Rəhbərliyin yaydığı bəyanatda qeyd olunur ki, karantin müddətindən altı gün keçməsinə baxmayaraq, heç bir futbolçunun sözügedən virusa yoluxduğu müşahidə olunmayıb.


7 months, 3 weeks ago
16 visists
Source: big.az