News Azerbaijani news add news

Fədayə Vahid Qədimin qollarını qandallayıb Bakıya gətirməliydi? - İlahə Fəda

Müğənni İlahə Fəda bacısı Fədayə Laçının axtarışda olan meyxanaçı Vahid Qədimlə görüşməyini tənqid edənlərə cavab verib.

Fədayə Laçın “Ölkə.Az”a açıqlamasında bildirib ki, burada böyüdüləcək məsələ yoxdur.

“Burada nə var axı? Əgər o meyxanaçı axtarışdadırsa, Fədayəyə bunun nə aidiyyatı? Sadəcə, Rusiyada bir məclisdə görüşüblər, foto çəkdiriblər. Bacım nə etməli idi Vahid Qədimin əllərini qandallayıb, onu Bakıya gətirib təhvil verməli idi? Bu çox absurd fikirdir. Üzümü Fədayəni tənqid edənlərə tutub demək istəyirəm ki, öz gözünüzdə tiri qoyub, başqasının gözündə çöp axtarmayın”,- deyə o, qeyd edib.

Qeyd edək ki, Fədayə Laçının axarışda olan meyxanaçı vahid Qədimlə görüşməsi sosial şəbəkələrdə bəzi izləyicilər tərəfindən tənqidlə qarşılanıb.


7 months, 3 weeks ago
61 visists
Source: big.az