News Azerbaijani news add news

Xoşqədəm koronavirusdan danışdı: "Bizim güclü dövlətimiz var"

Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı koronavirisundan danışıb.

Sonxeber.az-ın məlumatına görə aparıcı insanların koronavirusa görə narahat olduğunu bildirib: "Sosial şəbəkələrdə bunu izləmək mümükündür. İlk öncə söyləyim ki, bizim güclü dövlətimiz var. Təkcə bizim dövlətdə deyil, dünyanın ən inkişaf etmiş ölkələrində belə, bu virus aşkarlanıb. Hər biriniz bu barədə mətbuatdan oxuyursunuz. Öncə insanlar gigyenik qaydalara riayət etməlidirlər. Özünüz-özünüzü qorumalısınız. Bu adi qripdir. Qripdən də, avtoqəzadan da insanlar ölür. Hər şaiyəyə inanıb, təşvişə düşməyin.

Pəhriz saxlayanlar bu aralar yeməyinizə fikir verin. İmmunitet güclü olmalıdır. Bu aralar pəhrizdən vaz keçin. Çünki bütün xəstəliklər immunitet aşağı düşəndə başlayır".


7 months, 3 weeks ago
48 visists
Source: big.az