News Azerbaijani news add news

Azərbaycanda satıcısı olmayan gül dükanı - VİDEO

Sumqayıt şəhərində satıcısı olmayan gül dükanı fəaliyyət göstərir.

Xezerxeber.az-ın məlumatına görə, mağaza şəhərin 42-ci məhəllə, Çerkassi küçəsindədir.

Sumqayıt şəhər qəbiristanlığının yaxınlığında yerləşən mağazaya gələn müştərilər istədikləri qədər gül götürür, pulunu isə qutuya atırlar.

Gül dükanı satıcısız axşam saat 7-ə kimi fəaliyyət göstərir. Sahibini isə yalnız dükandan gül qurtaranda görmək mümkündür.


8 months ago
41 visists
Source: big.az