News Azerbaijani news add news

Gürcüstanda özünə qəsd edən kişilərin sayı qadınların sayından üç dəfə çoxdur

Keçən il Gürcüstanda özünəqəsd halları artıb. 2019-cu ildə ölkədə 390 nəfər özünə qəsd edib. Daha 478 nəfər isə buna cəhd edib.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli KİV Gürcüstan Daxili İşlər Nazirliyinə (DİN) istinadla məlumat yayıb.

Özünə qəsd edənlər və buna cəhd göstərənlər arasında paytaxt Tbilisi sakinləri üstünlük təşkil edirlər – 180 nəfər. Özünə qəsd edənlər sırasında Sameqrelo–Zemo Svaneti regionu 142 nəfərlə ikinci, İmereti bölgəsi 121 nəfərlə üçüncü yerdədir.

Özünə qəsd edən kişilərin sayı qadınlardan 3 dəfə çoxdur.

Bildirilir ki, özünü öldürmə halına çatdırma Gürcüstanda cinayət hadisəsi kimi qiymətləndirilir. 2019-cu ildə özünü öldürmə həddinə çatdırma faktı ilə əlaqədar 1828 cinayət işi açılıb, bu da 2018-ci illə müqayisədə 10 faiz çoxdur.

Bu cür cinayətlərin üstünün açılması faktı isə cəmi 8 faiz təşkil edib.


7 months, 3 weeks ago
47 visists
Source: big.az