News Azerbaijani news add news

Çində koronavirusa yoluxanların yarıdan çoxu sağalıb

Çində koronavirusa yoluxanların yarıdan çoxu sağalıb.

Bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi xəbər yayıb.

Son məlumatlara görə, Çində 79 mindən çox virusa yoluxma halı qeydə alınıb. Onlardan 41 mindən çoxu sağalaraq evinə dönüb. Bu da ümumi yoluxanların 52 faizini təşkil edir.

Hazırda təxminən 33 min nəfər hələ müalicə prosesindədirlər.

Qeyd edək ki, bu günə kimi dünya üzrə 86,9 min koronavirusa yoluxma halı qeydə alınıb ki, onun da böyük hissəsi Çinin payına düşür. Yoluxanlardan 2,9 min nəfəri ölüb.(oxu)


7 months, 3 weeks ago
85 visists
Source: big.az