News Azerbaijani news add news

Xalq artisti vəfat etdi

Xalq artisti Ağaxan Salmanlı dünyasını dəyişib.

xeber.im xəbər verir ki , bu barədə Gənc Tamaşaçılar Teatrının aktyoru Ramil Məmmədov məlumat verib. O, sosial şəbəkədə status yazaraq sənətçinin vəfat etdiyini qeyd edib.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949-1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960-1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb.

Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), Xalq artistidir (2005). 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.


8 months ago
54 visists
Source: xeber.im