News Azerbaijani news add news

İqlesias övladına mövcud olmayan rus adı qoydu lar

Dünyaca məşhur ispaniyalı müğənni Enrike İqlesias yeni doğulmuş qızına mövcud olmayan rus adı qoyub.

“Qafqazinfo”nun məlumatına görə, ifaçı “Lenta.ru”ya müsahibəsində bunları deyib:

“Bizim qızımız üçün Maşa (Mariya yox) adını Anna seçib, o, mənim çox xoşuma gəlir. Annanın köməkliyi ilə mən rus dilini öyrənirəm və artıq bir az fikrimi izah edə bilirəm. Evdə biz üç dilin qarışığında danışırıq: ispan, rus və ingilis. Ümid edirəm, bizim uşaqlarımız hər üç dildə sərbəst danışacaqlar və müxtəlif mədəniyyətlərlə tanışlıq imkanı əldə edəcəklər”.

E.İqlesiasın sözlərinə görə, cütlük üçüncü övladı əvvəlcədən planlaşdırmayıb: “Əkizlər dünyaya gələndən sonra biz Anna ilə qərara gəldik ki, bizim yenə övladlarımız olmalıdır, amma bunun baş verəcəyi vaxtı qəsdən planlaşdırmamışdıq. Hər şey öz-özünə alındı, amma mən tamamilə xoşbəxtəm”.

Qeyd edək ki, rusiyalı tennisçi Anna Kurnikova və Enrike İqlesiasın qızı yanvarın 30-da anadan olub. Bu, cütlüyün üçüncü övladıdır. 2017-ci ilin sonunda onların Nikolas və Lüsi adlı əkizləri dünyaya gəlib.

Xatırladaq ki, 44 yaşlı İqlesias və 38 yaşlı Kurnikova hələ 2001-ci ildə görüşməyə başlayıblar. Onlar artistin klip çəkilişlərinin birində tanış olublar.


7 months, 3 weeks ago
41 visists
Source: xeber.im