News Azerbaijani news add news

"Baxışlarında bir qəribəlik var idi, sən demə, bizimlə vidalaşırdı..."- Aktrisa Ağaxan Salmanlının ölümündən DANIŞDI

Xəbər verdiyimiz kimi bu gün Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı vəfat edib.

Bildirilir ki, dünən aktyorun nəvəsi Ləmanın toyu olub. Ağaxan Salmanlının səhhəti isə səhər saatlarında qəfildən pisləşib.

Sonxeber.az xəbər verir ki, aktyorun ölümü ilə bağlı Azərbaycanın xalq artisti, aktrisa Naibə Allahverdiyeva sosial hesabında paylaşım edib. O, sözügüdən toyda iştirak etdiyini və mərhum aktyorun baxışlarında qəribəlik hiss etdiyini bildirib:

"Sabahınız xeyir xəbərlə açılsın. Bu gün incəsənət dünyamıza ağır itki üz verdi. Sözün əsl mənasında əsl sənətkar, Respublikanın Xalq artisti Ağaxan Salmanov dünyasını dəyişdi. Şokdayam, dünən nəvəsinin toyunda iştirak edirdim. O bizimlə güldü, danişdı, rəqs etdi, amma elə bil baxışlarında bir qəribəlik var idi. Sən demə vidalaşırdı bizimlə!!!! Gecəni səhərə qədər yata bilməmişəm, elə bil, nəsə hiss edirdim. Allah rəhmət eləsin!"

Qeyd edək ki, Xalq artisti Ağaxan Salmanlının 78 yaşı var idi. O, bu gün Yeni Suraxanı qəbirstanlığında dəfn olunacaq.

Vida mərasimi Yeni Suraxanıda aktyorun öz evində keçiriləcək.


8 months ago
38 visists
Source: big.az