News Azerbaijani news add news

TƏBİB-in şöbə müdiri vətəndaşları anlayışlı olmağa çağırdı

"Hazırda 3 karantin xəstəxanası var və bunlar Astara, Cəlilabad və Qobustanda yerləşir".

"Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Qurum rəsmisinin sözlərinə görə, bundan başqa, Biləsuvar, Masallı və Bakıda dəstək xəstəxanaları ayrılıb:

"Sözügedən bölgələrdə yaşayan vətəndaşlar məlumatlandırılıb. TƏBİB-in işçi qrupu ərazidə fəaliyyət göstərir. Vətəndaşlardan mümkün qədər anlayışlı olmalarını xahiş edirik. Gələn insanların sayı həddən artıq çoxdur və biz karantina xəstəxanaları ilə yanaşı, bəzi xəstəxanaları rezerv olaraq saxlamaq məcburiyyətindəyik".


8 months ago
88 visists
Source: xeber.im