News Azerbaijani news add news

Qazlı içkilərin daha bir TƏHLÜKƏSİ tapıldı

Qazlı içkilərin çox qəbul edilməsi orqanizmdə lipid mübadiləsinin pozulmasına səbəb olur.

BiG.AZ day.az-a istinadən xəbər verir ki, belə bir fikir Amerikanın Ürək Assosiasiyasının jurnalında dərc olunmuş tədqiqatda əks olunub.

Taft Universiteti alimlərinin apardığı araşdırma nəticəsində məlum olub ki, hər gün qazlı içki qəbul edən insanlarda bu problem 98 faiz daha çox olub, nəinki az içənlərdə. Tədqiqatçıların fikrincə, həmçinin həmin şəxslərdə illər keçdikcə xolesterinin səviyyəsinin də artdığını müşahidə etmək ehtimalı daha böyükdür.

Qeyd edək ki, lipid mübadiləsi (yağların mübadiləsi) - neytral yağların (triqliseridlərin)və onların parçalanma məhsullarının mədə-bağırsaq sistemində həzmi, mənimsənilməsi və yağların, onların mübadilə məhsullarının orqnizmdən xaric edilməsidir.


7 months, 3 weeks ago
74 visists
Source: big.az