News Azerbaijani news add news

Rusiyada azərbaycanlı: "Məni atalıq hüququndan və ovladlarımdan məhrum etməyin"

Rusiyanın Çelyabinsk vilayətində Azərbaycan vətəndaşı çıxılmaz vəziyyətə düşüb.

Chel.aif.ru-nun xəbərinə görə, bu ilin fevral ayında Çelyabinskdə yaşayan Qabil Əliyevin vətəndaş nikahında olduğu arvadı vəfat edib.

Q.Əliyev 17 il Rusiyada yaşasa da, bu ölkənin vətəndaşlığını ala bilmədiyi üçün onların münasibətləri rəsmiləşməyib. Eyni zamanda, Q.Əliyevə dörd övladına atalıq hüququ verilməyib.

Onun dörd övladı uşaq evinə yerləşdiriləcək və ya qəyyumluqları hansısa qohuma veriləcək.

Bu məsələdə kömək istəyən Q.Əliyev vilayət qubernatoru Aleksey Tekslerə müraciət edib.

“Mən həmişə işdə olmuşam, yoldaşım isə evdə uşaqlarla maraqlanıb. Vətəndaşlıq almaqla bağlı sənədləri hazır edə bilməmişik. Övladlarım yaxşı oxuyur və idmanla məşğul olurlar. Uşaqlarımla həmişə maraqlandığımı şahidlər təsdiqləyə bilər. Mənə Rusiya vətəndaşlığı almaq lazımdır. Məni atalıq hüququndan və övladlarımdan məhrum etməyin”, - deyə o bildirib.

Artıq Çelyabinsk vilayətinin Uşaq Hüquqları üzrə səlahiyyətli nümayəndəsi Yevgeniya Mayrova Q.Əliyevlə bu barədə danışıb.

oxu.az


7 months, 3 weeks ago
67 visists
Source: big.az