News Azerbaijani news add news

Bakıda yaşayış binasında yanğın - 8 nəfər təxliyə edildi

Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan taxta tullantıları 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) BiG.AZ-a verilən məlumata görə, yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


8 months ago
45 visists
Source: big.az