News Azerbaijani news add news

Koronavirusdan ölənlərin başqa xəstəlikləri də olub

Koronavirusdan ölənlərin başqa xəstəlikləri müəyyən edilib.

“HaberGlobal”ın məlumatına görə, Çinin Xəstəliklərə Nəzarət və Müdafiə Mərkəzi koronavirusdan ölənlərin yanaşı xəstəliklərini müəyyənləşdirib.

Məlum olub ki, koronavirusdan ölənlərin yanaşı olaraq 10,5 faizi ürək-damar xəstəliyi, 7,3 faizi diabet, 6,3 faizi xroniki obstruktiv ağciyər, 6 faizi hipertoniya, 5,6 faizi xərçəng xəstəliyi olub.

Ölənlərdən 0,9 faizinin isə yanaşı xəstəliyi olmayıb.

Qeyd edək ki, koronavirusdan ölənlərin sayı 2801-ə, bu virusa yoluxanların sayı isə 82164-ə çatıb.

Ümumilikdə 32897 nəfər koronavirusdan sağalıb.


7 months, 3 weeks ago
73 visists
Source: big.az