News Azerbaijani news add news

““Qarabağ”la matçdakı formanı divardan asmışam” “Arsenal”ın futbolçusu

“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirdiyi oyunu xatırlayıb.

xeber.im xəbər verir ki , 19 yaşlı cinah futbolçusu klubun saytına açıqlamasında həmin görüşü unutmayacağını qeyd edib:

“Əsas komandasında debütüm ötən il Ukraynada "Vorskla"ya qarşı oldu. Səfərdə oynadığımız üçün ailəm orada olmadı. "Qarabağ"la "Emireyts"dəki matçda isə ailə üzvlərimin hamısı gəlmişdi. Bu, 17 yaşımın tamamından bir neçə ay sonra oldu.

Bir gün əvvəldən meydana start heyətində çıxacağımı demişdilər. Həmin gecəni yata bilməmişdim. Hətta atam da yata bilmədiyini mənə söyləmişdi. Məni dəstəkləmək üçün oyuna gəlmişdilər. Matçdan sonra necə xoşbəxt göründüklərini xatırlayıram. Həmin qarşılaşmada geyindiyim formanı özümlə götürdüm, evdə divardan asmışam”.

2018-ci il dekabrın 13-də Londonda keçirilən “Arsenal” - "Qarabağ" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.


7 months, 4 weeks ago
82 visists
Source: xeber.im