News Azerbaijani news add news

Fuad Hacıyev 300 minlik dələduzluqda ittiham edilir

“Study İn Turkey Azerbaijan” şirkətinin rəhbəri, təhsil məsələləri üzrə ekspert, 32 yaşlı Fuad Hacıyev böyük ölçüdə fırıldaqçılıqda ittiham edilərək cinayət məsuliyyətinə cəlb edilib.

xeber.im xəbər verir ki , bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Alınan məlumata görə, adıçəkilən şəxsə qarşı AR Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (külli miqdarda ziyan vurmaqla) maddələri ilə qaldırılmış cinayət işində hazırda 10-dan çox epizod mövcuddur. Bunlar əsasən Kanadada məşğulluq, Türkiyə və Ukraynada təhsil ilə əlaqədardır.

Qeyd olunan epizodlar üzrə dəymiş zərərin miqdarı 300 min manat təşkil edir.


8 months ago
14 visists
Source: xeber.im