News Azerbaijani news add news

Külək məktəb binasının damını uçurdu lar

Güclü külək Tərtər rayonunda bir sıra fəsadlar törədib.

“Qafqazinfo”nun məlumata görə, bu gün səhər saatlarında başlayan külək rayonda dağıntılar törədib.

Külək şəhərdəki 6 nömrəli orta məktəbin dam örtüyünü qoparıb. Məktəbdə dərslər dayandırılıb.

Bununla bərabər, elektrik təsərrüfatına da zərər dəyib. Dirəklər aşıb, yüksək gərginlikli xətlər qırılıb. Bu səbəbdən rayonun bəzi ərazilərində enerjinin verilişində fasilə yaranıb.

Rayonda Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırma aparılır.


8 months ago
9 visists
Source: xeber.im