News Azerbaijani news add news

Nazirlik 12 deputat isə 50 nəfərin öldüyünü deyir İranda koronavirus müəmması

“Bu günə qədər Qum şəhərində 50 nəfər koronavirusdan dünyasını dəyişib”.

xeber.im xəbər verir ki , bu barədə “ILNA” agentliyinə İran parlamentinin Qum şəhərindən olan millət vəkili Əhməd Əmirabadi Fərahani bu gün parlamentin iclasından sonra bildirib.

Onun sözlərinə görə, ölümcül virusa 250-dən çox insan yoluxub və onlar hazırda karantində saxlanılırlar.

Deputat qeyd edib ki, koronavirusa ilk yoluxma faktı barədə məlumat fevralın 19-da mediada yayılıb: “Əslində isə, ilk yoluxma fevralın 13-də olub”.

Fərahani həmçinin bildirib ki, Qumda vəziyyət ürəkaçan deyil: “Hökumətin virusa nəzarət etmə mövzusundakı performansı uğursuzdur. Ölkədə tibbi maskalar tapılmır. Bəzi həkimlər şəhəri tərk ediblər”.

İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi millət vəkilinin açıqlamasına münasibətində onun əsassız danışdığını söyləyib: “Koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb. Bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 59-61 nəfər təşkil edir. Əgər Qumda ölənlərin sayı iddia olunan rəqəmlərin yarısı, yaxud dördə biri qədər olarsa, vəzifəmdən istefa verəcəm”.


8 months ago
20 visists
Source: xeber.im