News Azerbaijani news add news

Rusiya İdlibi bombaladı 5 ölü

Rusiya qırıcıları İdlibdə 18 sivil nöqtəyə hava hücumu həyata keçirib.

“Qafqazinfo” “Hürriyyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə müxalif qüvvələrə aid hava nəzarət məntəqələri məlumat verib. Bildirilir ki, hücumlar nəticəsində 5 nəfər həlak olub.

Qeyd edək ki, İdlib həm müxalifət, həm də rejim qüvvələri üçün strateji cəhətdən ən mühüm bölgələrdən biri sayılır. 2018-ci ilin iyulun 17-də keçirilən Soçi danışıqlarından bugünə qədər rejim və dəstəkçilərinin İdlibə hücumları nəticəsində 1800-dən çox dinc əhali ölüb. 2019-cu ilin yanvarından İdlibdən köçən qaçqınların sayı 1 milyon 942 minə çatıb.


8 months, 1 week ago
17 visists
Source: xeber.im