News Azerbaijani news add news

Türkiyə də İranla sərhədi bağladı

Türkiyə koronavirus təhlükəsi səbəbindən İranla sərhədini bağlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Qapıköy və Əsəndərə nəzarət-buraxılış məntəqələri bağlanıb. Qərarın Novruz bayramı ərəfəsində İrandan Türkiyənin Van əyalətinə turist axınının qarşısını almaq fonunda qəbul edildiyi bildirilir.

Qeyd edək ki, İranda 43 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 8-i ölümcüldür. İndiyədək isə 6 nəfər Covid-19-dan dünyasını dəyişib.

Onu da qeyd edək ki, koronavirus təhlükəsi səbəbindən Astara və Biləsuvar gömrük-sərhəd buraxılış məntəqələri də bağlanıb.


8 months ago
31 visists
Source: xeber.im