News Azerbaijani news add news

Ronaldo 1000-ci oyununa çıxdı qol vurdu

İtaliya A Seriyasının 22-ci turunda "Spal"ın qonağı olan "Yuventus" 2:1 hesablı qələbə qazanıb.

"Qafqazinfo" xəbər verir ki, bu qarşılaşma Turin təmsilçisinin ulduz futbolçusu Kriştiano Ronaldonun karyerasında 1000-ci oyunu olub. O, bu qarşılaşmada da fərqlənməklə qollarının sayını 725-ə çatdırıb. "Yuventus"un digər qoluna isə Aron Remzi imza atıb.

Qeyd edək ki, “Yuventus” 50 xalla liderdir. "Qoca sinyora" ikinci pillədə qərarlaşan "Latsio"dan dörd xal irəlidədir.


7 months, 4 weeks ago
0 visists
Source: xeber.im