News Azerbaijani news add news

Türkiyə şəhid verdi

İdlibdə Türkiyə hərbçisi şəhid olub. “Qafqazinfo” bildirir ki, bu barədə Qaziəntəp əyalətinin hökuməti Tvitterdə məlumat verib.

“Əsəd rejiminin gücləri tərəfindən İdlib rayonunda buraxılan bombanın partlaması nəticəsində hərbçimiz həyatını itirib”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, son günlər Suriyada vəziyyət son dərəcə gərgindir. Gərginliyə səbəb türk yönümlü silahlıların Suriya şəhərlərini atışmaya tutmasıdır.


7 months, 4 weeks ago
0 visists
Source: xeber.im