News Azerbaijani news add news

Miri Yusifdən qalmaqallı açıqlama: "Qorxuram ki, şou-biznesdəki vəziyyət daha da pisləşsin" - VİDEO

Jurnalist Həmid Həmidovun “Youtube”da yayımlanan “Poqovorim?” (Danışaq?) layihəsinin qonağı bu dəfə Xalq artisti Miri Yusif olub.

Müğənni qonaq olduğu zaman müxtəlif mövzulara toxunub. Efirlərə nadir hallarda çıxan Miri Yusif yerli şou-biznes nümayəndələrindən, Los-Ancelesdəki həyatından söz açıb.

Söhbət əsnasında xalqın sevimlisi şou aləmdə baş verən xoşagəlməz hadisələrdən, tamaşaçıların zövqünü pozan bayağı müğənnilər və onların oxuduğu mahnılardan, cəmiyyətdəki dəyərlərin ucuzlaşmasından təəssüfləndiyini dilə gətirib.

Həmkarlarından fərqli olaraq, sənət yoldaşlarının əldə etdiyi uğurlara sevinən M.Yusif onların işini yüksək qiymətləndirib.

Xalq artisti həmçinin reklamına çəkildiyi enerji içkilərindən, idmana və qəhvəyə olan sevgisindən bəhs edib.

oxu


8 months ago
0 visists
Source: big.az