News Azerbaijani news add news

MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 48 Saylı Yevlax seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. xeber.im xəbər verir ki , məsələ barədə MSK üzvü Arifə Muxtarova məlumat verib.

Namizəd Rüfət Hacıbəyli seçki günü ona qarşı kobud davranıldığını və bununla bağlı video-görüntülərin sosial şəbəkələrdə yerləşdirildiyini bildirib. O qeyd edib ki,seçki gününün sonunda məntəqələrdə işıqlar söndürülüb və qanunpozuntusu halları yaşanıb. MSK üzvü sosial şəbəklərdə təqdim olunan videoların araşdırıldığını və həqiqətən də 6 nömrəli məntəqədə qanun pozuntusu hallarının baş verdiyinin müəyyən olunduğunu söyləyib.

MSK qərara alıb ki, şikayət qismən təmin olunsun və 6 saylı məntəqənin nəticələri etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairədən lider namizəd İlham Məmmədovdur.


8 months, 1 week ago
6 visists
Source: xeber.im