News Azerbaijani news add news

Berlində Xocalı soyqırımına həsr olunan sərgi açıldı lar

Almaniyanın Berlin şəhərində Azərbaycanın xalq rəssamı Əşrəf Heybətovun Xocalıya həsr olunan əsərlərinin sərgisi təşkil edilib. Bu barədə "Qafqazinfo"ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Sərgi Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlindəki Azərbaycan evində baş tutub. Tədbirdə Dövlət Komitəsinin və Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, eləcə də Ümumavropa Qarabağ mitinqində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən Berlinə gəlmiş yüzlərlə soydaşımız iştirak ediblər.

Tədbirdə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov çıxış ediblər. Natiqlər Qarabağ həqiqətlərindən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında diasporun rolundan, Azərbaycan evinin bu istiqamətdə fəaliyyətindən, Almaniyada yaşayan tanınmış rəssam Əşrəf Heybətovun bir sənətkar kimi bu hadisələri öz əsərlərində təsvir etməsinin əhəmiyyətindən danışıblar.

Qeyd edilib ki, bu cür tədbirlər azərbaycanlıların bir araya gəlməsinə, Xocalı soyqırımı və digər mövzular ətrafında müzakirələrə səbəb olub. Dünyadakı soydaşlarımızın Azərbaycanın taleyüklü məsələlərində birlik və yekdillik nümayiş etdirməsinin vacibliyi vurğulanıb.


8 months, 1 week ago
33 visists
Source: xeber.im