News Azerbaijani news add news

Azərbaycanda maşın dərəyə aşdı: Ata və iki yaşlı oğlu öldü - VİDEO

Lerikdə minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Ucarda isə avto­bus piyadanı vuraraq öldürüb

Minik avtomobilinin aşması 2 nəfərin ölümü ilə nəticələnib...

Ağır qəza Lerikin Orand kəndində baş verib. Kənd sakini 31 yaşlı Mail Rüstəmov dağ yolunun qarlı və buzlu olması səbəbindən idarə etdiyi "UAZ" markalı avtomobildə sükana nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb. Sərnişinlər arasında olan 4 azyaşlıdan biri - 2 yaşlı Hüseyn Rəhimzadə hadisə yerində dünyasını dəyişib.

Sürücü Mail Rüstəmov Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dünyasını dəyişən körpənin atası, 32 yaşlı Xəqani Rəhimov da reanimasiya şöbəsinə yerləşdirilərkən keçinib.

Ucarda isə avto­bus piyadanı vuraraq öldürüb. Hadisə ötən gecə Bakı-Qazax yolunun 250-ci kilometrliyində verib. Sərnişin avtobusu "dördyo­l" adlanan ərazidə yolu keçmək istəyən piyadanı - rayonun Qarabörk kənd sakini, 47 yaşlı Ehti­ram Novruzəliyevi vurub. Müx­təlif bədən xəsarətl­əri alan piyada Uc­ar rayon mərkəzi xəs­təxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hər iki faktla bağlı ara­şdırma aparılır.(xezerxeber)


8 months ago
5 visists
Source: big.az