News Azerbaijani news add news

Səudiyyə Ərəbistanı və Küveytdən İranla bağlı qadağa

Səudiyyə Ərəbistanı İrana səfər edəcək vətəndaşlarına qadağa qoyub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb İranda koronavirusun sürətlə yayılmağa başlamasıdır.

Səudiyyə Ərəbistanı öz vətəndaşları xaric, İrandan gələn digər xarici vətəndaşların öz ölkəsinə girişinə də qadağa qoyub. Həmin şəxslərin İrandan qayıtdıqdan yalnız 14 gün sonra ölkəyə buraxıla biləcəkləri bəyan edilib.

Həmçinin, Küveyt Hava Qurumu İrana səfər edən şəxslərin bütün səfərlərinin dayandırıldığını açıqlayıb.

Qeyd edək ki, İranda virusa 18 nəfər yoluxub, onlardan 5-i vəfat edib.


8 months ago
5 visists
Source: xeber.im