Latin

Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 4

Total number of words is 3655
Total number of unique words is 1832
26.6 of words are in the 2000 most common words
37.9 of words are in the 5000 most common words
44.1 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Xəndək savaşında azad olaraq iştirak etdi və bundan sonra
heç bir zaman Rəsulullahın yanından ayrılmadı . 53
52 Əhməd, Müsnəd, İbn Hişam, Sirə, İbn Sad,
Tabaqat
53 Əhməd, Müsnəd, İbnul Əsir, Usdul Gabə

103


Ömər Mənsuroğlu
Salman radiyallahu anh elə gözəl bir fədakarlıq nümunəsi ortaya qoymuşdu ki, mühacirlər “ Salman bizdəndir ”,
ənsar “Salman bizdəndir ” - deyərək mübahisə edərkən,
Allah Rəsulu səllallahu aleyhi uə səlləm: “Salman bizdəndir;
Əhli-Beytdəndir” - buyuraraq sanki onu mükafatlandırırdı. 54
Salmanın qissəsindən çıxaracağımız ilk dərs budur:
Əgər bir kimsə haqqıyla Allahdan qorxarsa, Allaha səmimi
bir şəkildə yönələrsə, Allah ona furqanı, yəni haqqı batildən
ayırd edəcək anlayışı verər. Uca Allah Ənfal surəsinin 29
-cu ayəsində belə buyurur:
“Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız,
O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın
üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir !” 55
Salmanın qissəsindən çıxaracağımız ikinci dərs, Allah
üçün fədakarlıq dərsidir. Salmanın radiyallahu anh Allah
yolunda fədakarlığının ən gözəl nümunələrindən biri də
ruhi azadlıq üçün cismi köləliyə belə razı olması idi.

54 İbn Hişam, Sirə
55 Ənfal, 29

104



106

Kərbəladan ibrətlər


Təmiz olma və təmiz qalma mücadiləsi

İ nsanlıq tarixində haqqın bərqərar olması üçün batilə
qarşı mücadilə örnəklərinin ən önəmlilərindən birisi
də Allah Rəsulunun səllallahu aleyi və səlləm sevimli nəvəsi
Hz. Hüseyinin radiyallahu anh mücadiləsidir.
Hicri ayların ilki olan Məhərrəm ayı haram aylardandır.
Məhərrəmin 10-cu günü, yəni Aşura günü bir çox mühüm
hadisələrin baş verdiyi gündür. Həmin gün eyni zamanda
Allah Rəsulunun səllallahu aleyi və səlləm sevimli nəvəsi
İmam Hüseynin radiyallahu anh şəhid edildiyi gün kimi də
tarixə keçmişdir. Allah Rəsulunun Əhli-Beytini sevmək bizə
Allahın əmridir və mömin olmağımızın gərəyidir. Hüseyn
radiyallahu anh Rəsulullahın sallallahu aleyhi və səlləm
qızı Fatimə anamız ilə Allahın aslanı Əli ibn Əbi Talibin
radiyallahu anhum oğludur. Cənnət gənclərinin Seyyididir.
Əhli-Beytin və Hüseynin fəziləti ilə bağlı hədislər çoxdur. Lakin Kərbəlanı anlamaq üçün sadəcə bir hədis qeyd
etməklə kifayətlənəcəyik. Rəsulullahın sallallahu aleyhi və
səlləm belə buyurduğu rəvayət edilir:
“Həsən ilə Hüseyn mənim övladlarımdır, onları sevən

109

Ömər Mənsuroğlu
məni sevər, onları qəzəbləndirən məni qəzəbləndirər.” 56
Hüseynin həyatını geniş şəkildə araşdırmaq sadəcə
bir yazının mövzusu olmadığı üçün yalnız şəhadəti ilə bağlı
bəzi məqamlara toxunaraq ibrətlər çıxarmağa çalışacağıq.
Raşid Xəlifələrin dördüncüsü olan Hz. Əlinin radiyallahu
anh xilafəti illəri çətin keçdi. Əli radiyallahu anh bağilərlə
və xəvariclərlə döyüşmək məcburiyyətində qaldı. O, şəhid
edildikdən sonra oğlu Hz. Həsən radiyallahu anh 6 ay xilafət məqamında qaldı. Lakin sonra Müaviyənin xeyrinə
hakimiyyətdən əl çəkmək məcburiyyətində qaldı. Bir
müddət sonra Həsən radiyallahu anh zəhərlənərək şəhid
edildi. Müaviyənin ölümündən sonra oğlu Yezid xilafət
məqamına gətirildikdə bəzi önəmli səhabələr bu seçimlə
razılaşmadılar və Yezidə beyət etməkdən boyun qaçırdılar.
Bunların ən məşhurları Abdullah ibn Ömər, Abdullah ibn
Zübeyr və Hüseyn ibn Əli idi radiyallahu anhum. Yezid
adamları vasitəsilə Hüseyndən beyət istədikdə, imam artıq qərarını vermişdi: Sonunda ölüm belə olsa, Yezidə beyət edib onun zülm təməlləri ilə yüksəlmiş səltənətini qanuniləşdirməyəcəkdi .
Kufəlilər Hüseynə məktublar yazaraq onu Kufəyə dəvət etdilər. Hüseyn Kufədə ona məktublarla beyət etdiyini
bildirən minlərlə insanın lideri olaraq zalım Yezidin zülmünə
qarşı birlikdə mübarizə aparmaq niyyətilə Mədinədən çıxdı. Ancaq o, Kufəyə getmədən əvvəl kufəlilərin dedikləri
kimi sözlərində sadiq qalacağını öyrənmək üçün əmisi oğlu Muslim ibn Aqili Kufəyə göndərdi. Muslim kufəlilərlə
görüşdü, onların xoş münasibəti ilə qarşılaşdı və onlardan
Hüseyn adına beyət aldı. Sonra məktub yazaraq vəziyyəti
56 İbn Macə, Müqəddimə 11; Zəhəbi, Siyəri Aləmun
Nubəla

110

Təmiz olma və təmiz qalma mücadiləsi
Hüseynə xəbər verdi. Hüseyn məktubu oxuduqdan sonra
daha da qərarlılıqla Kufə istiqamətində yoluna davam etdi.
Lakin bir müddət sonra Muslim ibn Aqil zalım Yezidin Kufə
valisi Ubeydullah ibn Ziyadın əsgərləri tərəfindən tutuldu
və şəhid edildi. Kufə xalqı Muslimi qorumadı və Hüseynə
verdikləri sözlərində durmadılar. Hüseyn isə kufəlilərin xəyanətindən xəbərsiz yoluna davam edirdi. Hüseyn 70 nəfərlik ailəsi ilə birlikdə Zuhusum suyunun yanına çatdıqda
İbn Ziyadın əsgərləri tərəfindən mühasirəyə alındı.
Hicri 61-ci il məhərrəm ayının 2-sində Hüseyn və
yanındakılar Kərbəla adlı yerə gəldilər. İbn Ziyad Ömər ibn
Sadı 4 minlik qoşunla Hüseynin üstünə göndərdi. İbn Sad
öncə bu işdən imtina etsə də vəzifədən atılma qorxusu ilə
qoşunu Hüseynin üzərinə yeritdi. Bu qoşun Hüseyni zalım
Yezidə beyət etməyə məcbur etməli idi. Lakin Hüseyn beyət etmirdi.
9 məhərrəm: Hüseyn gecəni Quran oxumaqla, zikrlə
keçirdi.
10 məhərrəm, hicrətin 61-ci ili, Sübh namazından
sonra Ömər ibn Sadın qoşunu Hüseynin qarşısında dayandı. Qoşunun komandirləri Ömər ibn Sad, Havaley ibn
Yezid və Əhli-Beytə xüsusi düşmənliyi ilə tanınan Şimir
Zilcevşen idi. Döyüş başlamadan öncə İbn Sadın ordusundakı komandirlərdən Hür, yanında 30 nəfərlə birlikdə
Hüseynin tərəfinə keçdilər.
İbn Ziyadın əsgərlərinin atdığı oxlarla savaş başladı.
Hüseyn və yanındakılar qəhrəmanlıqla döyüşsələr belə böyük bir qoşuna qarşı uzun müddət müqavimət göstərə bilmədilər. Hüseynin adamları bir-bir şəhid olurdu. Hür və 30

111

Ömər Mənsuroğlu
nəfər də şəhid oldu. Hüseynin oğlanları Əli, Əbu Bəkr,
Cəfər, Osman ard-arda şəhid oldular. Həsənin oğlu Qasım
Hüseynin qollarında can verdi. Hüseynin oğlu Abdullah 3
yaşında idi. Abdullah çadıra doğru qaçarkən düşmən oxu
Abdullahın boğazına saplandı. Hüseynin əlləri Abdullahın
qanıyla doldu. Bu vaxt çadırdan bir uşaq Hüseynə doğru
qaçırdı. Hüseyn bacısı Zeynəbə uşağı buraxmamağını dedi.
Uşaq qaçarkən bir qılınc zərbəsi ilə əli kəsildi. Hüseyn
susuzluqdan qıvrılırdı. Su içmək üçün Fərat çayına doğru gedərkən atılan bir oxla ağzından yaralandı. Şimir 10
adamı ilə birlikdə Hüseyni mühasirəyə aldı. Hər tərəfdən
hücum etməyə başladılar. Sinan adlı biri arxadan yaxınlaşaraq Hüseynə bir zərbə endirdi. Hüseyn atından yerə yıxıldı. Havaley ibn Yezid yaxınlaşaraq Hüseynin başını kəsdi.
57 yaşında şəhid edilən imam Hüseynin bədənində ox yaralarından əlavə 33 mizraq yarası, 34 qılınc yarası vardı.
İbn Ziyadın adamları öz ölülərini dəfn edib uzaqlaşdıqdan
sonra Qadiriyyə kəndliləri gəlib Hüseyn və digər Kərbəla
şəhidlərini dəfn etdilər.
Hüseynin başı ibn Ziyadın sarayına göndərildi. Yaşlı
səhabələrdən Zeyd ibn Ərqam radiyallahu anh Hüseynin
şəhid edildiyini eşidib tez İbn Ziyadın sarayına gəldi. İçəri
girdikdə gördü ki, İbn Ziyad çubuqla Hüseynin dodaqlarıyla
oynayır. Zeyd bunu görərkən: “Vallahi, mən Rəsulullahı,
bu yanaqları öpərkən gördüm.” - dedi və ağladı.
Ömər b. Sad Hz. Hüseynin zövcələri və ailə üzvlərini
qoruyub mühafizə etmək üçün başlarına bir nəfər təyin
etdi. Sonra onları dəvələrinin üzərindəki məhfələrinə mindirərək yola çıxartdı. Döyüş yerindən keçdikdə Hz. Hüseyn ilə dostlarının cəsədlərini görüb qadınlar yüksək səslə
ağlamağa başladılar. Zeynəb də qardaşı Hüseynə və ailə

112

Təmiz olma və təmiz qalma mücadiləsi
üzvlərinə ağlamağa və belə deməyə başladı:
“Ah Muhamməd! Allah sənə rəhmət etsin, göydəki
mələklər sənə salət və salam etsin. Hüseyn səhrada yatır
qana bulanmış, orqanları parça-parça olmuş, ya Muhamməd! Qızların əsir düşmüş, zürriyətin öldürülmüş, üzərlərindən səba rüzgarı əsir.”
Zeynəbin bu sözlərindən sonra orada olan dost və
düşmən hər kəs ağladı.
Sonra Kərbəla əsirləri və Hüseynin başı Şama, Yezidin sarayına aparıldı. Oradan da Mədinəyə qayıtdılar. Kərbəla hadisəsi xəstəliyi səbəbilə çadırdan çıxa bilmədiyi üçün
sağ qalan Hüseynin oğlu imam Zeynal Abidin radiyallahu
anh tərəfindən sonrakı nəsillərə çatdırılmışdır. 57 Kərbəla
hadisəsini burada qeyd etmə səbəbimiz Hz. Hüseyini və
Kərbəlanı anmaqla yanaşı anlamağa çalışmaqdır. Möminlər olaraq bu hadisədən çıxaracağımız dərslər vardır:
-Tək qalsan belə batilə qarşı haqqı müdafiə etmək;
İmam Hüseynin radiyallahu anh həyatından çıxaracağımız
ən əsas dərs budur. Hüseyn Mədinədən Kufə yolunu tutmaq
üçün çıxmağa hazırlaşdıqda onu əngəlləməyə çalışan, başda Ümmü Sələmə anamız olmaqla bir çox səhabə ona:
57 İbn Kəsir “Əl Bidayə vən Nihayə”, İbnul Əsir “Əl
Kəmil fit Tarix”, Bəlazuri “Ənsabul Əşraf”, İbn Hacər “Əl
İsabə”, Suyuti “Tarixul Xuləfa”, Zəhəbi “Siyəri Aləmun Nubəla”, İbn Sad “Təbaqat”, Təbəri “Tarixul Uməm vəl Muluk”,
İbnul Əsir “Usdul Ğabə” İbn Kəsir “Əl Bidayə vən Nihayə”,
İbnul Əsir “Əl Kəmil fit Tarix”, Bəlazuri “Ənsabul Əşraf”,
İbn Hacər “Əl İsabə”, Suyuti “Tarixul Xuləfa”, Zəhəbi “Siyəri
Aləmun Nubəla”, İbn Sad “Təbaqat”, Təbəri “Tarixul Uməm
vəl Muluk”, İbnul Əsir “Usdul Ğabə”

113

Ömər Mənsuroğlu
“getmə, ey Hüseyn! Kufəlilər atana və qardaşına xəyanət
etdilər, sənə də edərlər” - demələrinə baxmayaraq o, “mən
getməliyəm” - deyirdi. Hüseynə bu məcburiyyəti yükləyən
nə idi? Niyə nəticəsində ölüm olma ehtimalını bildiyi halda
getməyi bir vəzifə olaraq görürdü? İmam Hüseyn Kərbəla
torpağında zalımların qılıncları altında doğranarkən, qiyamətə qədər gələcək bütün insanlara zillətlə yaşama yerinə,
qürurla ölməyi öyrədirdi. Hüseyn zillət yerinə izzəti, sükünət
yerinə mübarizəni, cəhalət yerinə elmi, qövmiyyətçilik yerinə ümməti, səltənət yerinə imaməti seçdi.
-Bu həyatda bəziləri mal-mülk üçün, bəziləri vəzifə
üçün, bəziləri şəhvəti üçün, bəziləri bütləşdirdiyi boş dəyərlər üçün mücadilə edərkən imam Hüseyn Allah üçün, haqq
üçün, əqidə üçün mücadilə etməyi insanlara öyrədirdi.
-İmam Hüseyn mdiyallahu anh şəhadətin bir yox olmaq deyil, böyük bir başlanğıc olduğunu, bir itki deyil, ən
böyük qazanc olduğunu insanlara öyrədirdi.
-İnsan cənnət ilə cəhənnəm arasında gedib gəlir. Kərbəlada ilk öncə batilin cərgəsində olan Hür və onunla birgə
30 nəfər gec olmadan tövbə edib haqqın yanında oldular.
Aşurə günü Hür Ömər bin Sadın qarşısına gəlib: “Sən
Hüseynin, Əhli-beytin dəyərini məndən daha yaxşı bilirsən.
İndi onları öldürmək üçün bu qədər əsgəri hərəkətəmi gətirəcəksən?” - deyir. Ömər b. Sad cavab verir: “Nə edə
bilərəm ki, əmr belədir.” Yəni əmr quluyam, demək istəyir.
Günümüzün insanları kimi. Ömər bu işdə çarəsiz olduğunu bildirir. Hür bin Yezid dönüb əsgərlərinin yanına gəlir.
Əsgərlərinin önündə atının üstündə tir-tir titrəməyə başlayır. Əsgərlərindən biri soruşur. “Qorxursanmı, ey Hür, bu
nə titrəməkdi?” Hür bin Yezid cavab verir:

114

Təmiz olma və təmiz qalma mücadiləsi
-“Qorxmuram. Cənnət ilə cəhənnəm arasında gedib
gəlirəm, ya sizin yanınızda qalıb cəhənnəmə gedəcəyəm,
ya da Hüseynin yanına gedib cənnətə qovuşacağam.”
Tir-tir titrəyərkən atını Hüseynin olduğu tərəfə sürür.
Hər kəs Hürün Hüseynə hücum etdiyini düşünür. Əsgərlər
kiminsə gəldiyini görüb Hüseynə xəbər verirlər. O, Hürü
tanıdığına görə: “qoyun gəlsin” - deyir. Hür Hüseynin
qarşısına gəlib dayanır. Və sözə bilirsinizmi necə başlayır?
“Ey, Rəsullullahın oğlu!” Bəli, məhz belədir Əhli-beytə xitab.
“Ey Rəsulullahın oğlu! Allah məni sənə fəda etsin. Məni tanıdınmı? Mən səni məcbur şəkildə bu torpaqlarda yerləşdirən adamam. Mən çox böyük bir xəta etdim. Əllərimi
sənə maneə yaratmaqla kirlətdim. Dilimi sizə qarşı sözlər
söyləyərək kirlətdim. Səni və ailəni burada susuz buraxdım.
Amma mən İbn Ziyadın səni buraxacağını zənn edirdim.
Sonra gördüm ki, onlar səni öldürmək istəyir. Onun üçün
sənin yanına gəldim, üzr istəyib yanında ölmək üçün buradayam. Görəsən mənim kimi bir adama əfv varmı? Rəbbim
etdiyim bu xətaya görə məni bağışlayarmı?”
Babasının məktəbindən əfvi, mərhəməti öyrənmiş
İmam Hüseyn: -“Heç olmazmı? De görüm sənin adın nədir?”

Hür bin Yezid.
-“Ananın şanı var olsun, ey Hür. Nə gözəl isim qoymuş sənə. İki dünyada da hür (azad) olacaqsan. Allah səni
məğfirəti ilə sorğu-sual edəcək.”

115

Ömər Mənsuroğlu
Hür və yanındakı 30 nəfər Hüseynlə birlikdə şəhid
oldular.
-Kərbəladan digər ibrət imam Hüseynin bacısı Hz. Zeynəbin radiyallahu anhə izzətli duruşudur. Zeynəb danışanda atası Əlini, susanda anası Fatiməni, yeriyərkən böyük
qardaşı Həsəni, hayqırarkən digər böyük qardaşı Hüseyni
xatırladırdı. Tarixçilər onu məhz belə ifadə edirlər. Hər halı
ilə Əhli-beyti təmsil edən, yansıdan bir ana. Onu tanımaq
üçün Kərbəla meydanındakı sözlərini, Ubeydullah bin Ziyadın sarayındakı hayqırtısını, Yezidin qarşısındakı izzətli
halını oxuduğumuz zaman, hələ ömrünün sonuna qədər
ilk günkü kimi iffətli, izzətli, təmiz həyatını oxuduğumuz
zaman Zeynəb binti Əlinin kim olduğunu tam olaraq anlayarıq.
-Kərbəlanın bizə öyrətdiyi əsas dərslərdən birisi də
budur: Dünya, mal və vəzifə sevgisi insanı Əhli-beyt qatili
belə edər. Bunun örnəyi Hüseynlə savaşan qoşunun başçısı Ömər ibn Saddır. Ömər Allah Rasulunun ən sevimli
səhabələrindən olan Sad ibn Əbi Vaqqasın radiyallahu anh
oğlu idi. Ömər ibn Sad Hüseynin və Əhli-beytin dəyərini
çox yaxşı bilirdi, bu səbəbdən də öncə İbn Ziyadın ona
verdiyi Hüseynlə savaşmaq vəzifəsini üzərinə götürmədi.
Lakin sonra qarşılığında Rey və İsfahan valiliyi təklif edildiyi üçün könülsüz də olsa bu işi etdi və itirənlərdən oldu.
Həqiqətən də nəfs insanı daim pisliklərə yönləndirər. Mal
və vəzifə sevgisinin insanı apara biləcəyi uçurumu bu hadisədə görürük.
Kərbəla hadisəsi başdan sona ibrətlərlə doludur. Yazını dəyərli mütəfəkkir Muhamməd Emin Yıldırımın sözü ilə
bitirirəm:

116


Təmiz olma və təmiz qalma mücadiləsi
“Kərbəlanı xatırladığımız bu günlər bir muhasəbə
günləridir. Hər Hüseyn sevdalısınm özünü sorğulama və
yenidən dirilmə zamanlarıdır. Ürəklərin Hüseyn ilə olması
yetməz, əgər yetsəydi kufəlilər o zillətə düşməzdilər Ürəklər Hüseynin mesajı ilə olduğu kimi, dillər də o mesaj ilə
uyğunluq içərisində olmalı, hərəkətlər də o mesaja zidd
olmamalıdır Nə Hüseynlər bitdi, nə 'rözidlər. Nə Kərbəlalar
bitdi, nə Kufələr. Tarix və məkan dəyişə bilər; amma sərgilənən münasibətlər hər zaman eynidir Yüz illərdir biz ürək
və hərəkət uyğunluğunu qura bilmədiyimiz səbəbiylə hər
zamanın \bzidlərinin oyuncağı olmuruqmu? Nə zaman
ürəklər, dillər və bədənlər Hüseynin də qurban olduğu həqiqətlər yolunda yeriməyə başlayarsa, məhz həmin zaman,
inşəallah, \bzidi zehniyyətin sonu gələcəkdir Addımladığın
yola yaxşı bax, təqib etdiyin addım izləri Hüseynin ayaq izləridir, yoxsa Yezidin?”

117


Bugünkü dünyaya bir baxış
119


Təmiz olma və təmiz qalma mücadiləsi

İ nsanlıq tarixindən verdiyimiz örnəklər işığında günümüz dünyasına baxsaq, belə bir mənzərə ilə
qarşılaşırıq: Müqəddəs dəyərlər tapdalanıb, şirk və küfr
bütün növlərilə baş qaldırıb. Haramlar və cinayətlərin yayğınlaşmasıyla yanaşı artıq insanlar bu haramları etməkdən
deyil, etməməkdən utanacaq hala gəlib. Lut aleyhissəlam
qissəsində gördüyümüz bir səhnə var: Çirkinliklərə bulaşan
insanlar onları bu çirkabdan çıxarmağa çalışan Lut əleyhissəlam və ona inananları görməyi həzm edə bilmirdilər və bu
səbəbdən: “çıxarın bunları məmləkətinizdən, çünki bunlar
təmiz adamlardır” - deyirdilər. Burada diqqət çəkmək istədiyimiz nöqtə budur: Azğınlaşmış qövm Lut və ailəsini oradan çıxararkən belə onlara “təmiz adamlar” deyirdilər, yəni özlərinin çirkabdan olduqlarını qəbul edirdilər. Halbuki
hazırda bəşəriyyət əksəriyyət etibarilə elə bir hala gəlib ki,
günahlar içərisində olan insanlar çirkabda olduğu halda
özünü təmiz zənn edir, öz etdiklərinin doğru olduğunu düşünür. Tam əksinə təmizlərin çirkabda olduğunu iddia edir.
İnsan psixiologiyası belədir, çox yalan danışdıqda artıq bir
müddət sonra danışdığı yalanın doğru olduğuna inanar.
Yəni ən azından Lut qövmünün qəbul etdiyi kimi özünün
“çirkabda” olduğunu qəbul etmək istəmir. Xəstə olduğunu

121

Ömər Mənsuroğlu
qəbul etməyən xəstənin müalicəsi daha çətin olur. İnsanın
doğruya gedən yolda birinci mərhələsi “doğru” və “yanlış”ın nə olduğunu öyrənməsidir. Doğru və yalnışı sağlam
meyarlar üzərindən müəyyən etmək lazımdır ki, sağlam
nəticələr əldə edə biləsən. Sağlam təməllər üzərində bina
edilməyən doğru və yalnış məfhumları insanı haqqa və həqiqətə çatdıra bilməz. Əksinə insanın yalnışı doğru, doğrunu yalnış görməsinə səbəb olar ki, hazırda insanlığın halı
buna örnəkdir. Bizim müsəlmanlar olaraq “doğru” və “yanlış” təyin etmə kriteriyamız bizi və kainatı yaradan Allahın
müəyyən etdiyi kriteriyalardır. Allahın “haqq” dediyi haqdır,
“batil” dediyi batildir. Və təbi ki, ağlını, məntiqini istifadə
edən, düşünən insanların çata biləcəyi nəticə budur.

122


Ateizmin bəşəriyyətə mənfi təsirləri

•o

125


Təmiz olma və təmiz qalma mücadiləsi

arix boyu nəfsini ilah edinmiş bəzi insanlar mə

1 suliyyət şüurundan azad olmaq və nəfsi istədiklərini rahatca etmək üçün, öz pisliklərini bəzi adlar altında
gizlətmişlər. Yəni praktiki olaraq edəcəyi işləri öncə nəzəri
olaraq formalaşdırmışlar ki, ateizm bunlardan birisi və müəyyən zamanlarda ən yayğın olanıdır. Ateizm termini, hər
şeydən əvvəl, fəlsəfi bir məfhum olub, Allah inancına qarşı
əks bir anlayışı ifadə edən fikrin adıdır. Qısacası, Allahı inkar fikri üzərinə qurulan ateizm, islamın “küfr” və “ilhad”
adlandırdığı felin fəlsəfədə termin olaraq qarşılığıdır. Ateizm
öz içərisində, mütləq ateizm, nəzəri ateizm, praktik ateizm,
laqeydlərin ateizmi, ideoloji (materialist) ateizm kimi qruplara bölünür. Əslində “dinsizlik” deyə isimləndirdiyimiz
ateizm insanlığın tarixi qədər qədimdir. Lakin ateizmin
əsas güclənməsi 19-20 ci əsrlərdir. Buna səbəb isə həmin
dövrdə ateizmin bəzi siyasi çevrələr tərəfindən insanları
istismar aləti olaraq görülməsi və bu məqsədlə istifadə
edilməsidir. 19-cu əsrin axırından 20-ci əsrin sonlarına
qədərki dövrdə ateizm bəzi ideologiyalar tərəfindən bir
nəzəri problem olmaqdan çıxarılaraq, siyasi bir məsələ

127

Ömər Mənsuroğlu
halına gətirilmişdir. Beləliklə, əslində ateist olmayan bəzi
insanlar mənsub olduqları ideologiyaya əsaslanaraq ateist
kimi görülmüş və yaxud təbliğat məqsədilə qəsdən elə göstərilmişdir. Xüsusilə marksizmin hakim olduğu yerlərdə
minlərlə insan bu vəziyyətlə qarşı-qarşıya qalmışdır.
Əslində ateizm Qərb cəmiyyətlərində kilsənin üç ilah
inancı, zülm, insan istismarı, xurafatçılıq, despotizm kimi
yanlışlarına qarşı bir hərəkat olaraq ortaya çıxdığı üçün və
həmin dövrdə kilsəyə qarşı tənqidlərində müəyyən bir haqlılıq payları olduğu üçün Qərbdə geniş yayılmışdır. Yəni
bu nəzəriyyənin meydana gəlməsinə xristianlıq və onun
meydana gətirdiyi Qərb mədəniyyəti səbəb olmuşdur. 20ci əsrin birinci yarısında bütün dünyanı təsiri altına alan
bu cərəyanlar, əslində Qərb mədəniyyətinin daxili hesablaşmasıdır. Bu nəzəriyyə də Qərb mədəniyyətinə paralel
olaraq yayılmış və müəyyən bir dövrdə maraqla qarşılanmışdır. Qeyd edilən problemlər islam dünyasında olmadığı və ya yayğınlaşmadığı üçün İslam dünyasında ateizm
geniş yayılmamışdı.
Ateizmin bir fikir olaraq imkansızlığı şübhəsiz ki, hər
bir ağıl sahibinə bəllidir. Hər bir yaradılmış bir yaradanın
varlığına dəlalət etdiyi kimi kainatın və insanın varlığı da
onu yaradanın varlığına dəlalət edir. Bir insan məsələn bir
gül rəsmi görsə, onun bir rəssamı olduğunu inkar etsə,
kim onun fikrinə məhəl qoyar? “Bu da bir fikirdir, hörmət
etmək lazımdır, deyə bilərmi?” Cavab hər kəsə bəllidir. Əksinə bu fikri ortaya atan adamın əqlindən şübhə edərik.
Bundan daha qəribə olanı isə, gülün rəsminin rəssamı olduğunu qəbul edən insanlar gülün həqiqisinin bir Yaradanı
olduğunu inkar edəcək qədər ağıl və məntiqdən uzaq qala
bilirlər. Bu məntiqsizliyin adı ateizmdir və bu “məntiqsizlik”

128

Təmiz olma və təmiz qalma mücadiləsi
elmi əsası olmasa da, siyasi dəstək aldığı üçün milyonlarla
insanın ölümünə səbəb olmuşdur. Əslində qeyd etdiyimiz
bu sadə, lakin tutarlı örnək ağıl sahibləri üçün kifayətdir.
Mütləq ateizmin mümkün olmadığını, hətta dinlərə inanmayan və Avropada xristianlıqla mübarizə aparan filosoflar
da bildirmişdilər. Bunlardan biri olan David Hume (17111776) deyir: “Kairıatdakı qayə və sistem ən diqqətsiz və
ağılsız adamın belə diqqətini çəkəcək qədər açıqdır... Bütün
elmlər bizi ilk yaradanı qəbul etməyə çağırır” 58 İnananlar,
ateistlərin fikirlərini boşa çıxaran dəlilləri əsasən bu şəkildə
təqsim etmişlər:
1. Varlıq dəlili (ontoloji dəlil). İnsan olaraq özümüz və
ətraf mühit haqda düşündükdə, kainata olan heyranlığımız
bizi heç bir şeyin mənasız olmadığı fikrindən hər şeyin
fövqündəki bir varlığa aparır. Gözlərimizi qamaşdıran aləm
bizə uca bir varlığın olduğunu xəbər verir. O mükəmməl
varlıq da Allahdır. Ontoloji dəlil həm Qərb dünyasında,
həm də islam dünyasında ateistlərə qarşı istifadə edilmişdir.
Bu dəlildən istifadə edənlərdən biri də məşhur filosof
Dekartdır (1595-1650). Dekarta görə bizim şüurumuzda
uca bir varlıq hissi hər zaman mövcuddur. Bu varlıq
Allahdır. Allah məfhumu insan şüurunda riyazi bir məfhum
qədər aydındır. 59
2. Aləm dəlili (kosmoloji dəlil). İnsanın üzərində düşündüyü əsas mövzulardan biri kainatdır. Ulduzlar, planetlər, günəş sistemi, qalaktika, canlılar və bilmədiyimiz
başqa cəhətləriylə kosmos insanın gözü qabağındadır. Ka
58 David Hume, Dialogues Concerning Natural Religion,
ed. R.H.Popkin, USA 1988 s. 77
59 Descartes, A Discourse on Method, London 1949,
səh. 120-126

129

Ömər Mənsuroğlu
inatın meydana gəlməsi, dəyişməsi, ən kiçik atomdan ən
böyük qalaktikalara qədər hər şeyin hərəkəti insanın diqqətini cəlb etmiş və onu tədqiqatlar aparmağa sövq etmişdir.
Aləm dəlili kainat vasitəsilə bizi Yaradanın varlığına aparır
və baş verən hər şeyin arxasında bir Allahın olduğunu bizə
göstərir. Kainat xəyal və yaxud yuxu deyil. Kainat özbaşına
yaranacaq bir şey də deyil. Sonradan yaranmışdır. Kainatı
yaradan və ona həyat verən Allahdır. Aləm nəticədə maddi
bir varlıqdır və özbaşına yaranma qüdrəti yoxdur. Beləliklə,
onu yaradan bir gücün varlığı öz-özünə ortaya çıxır. Bu
güc də Allahdır.
3. Məqsəd və nizam dəlili (Təoloji dəlil). Teologiyaya
görə aləmdə bir nizam vardır. Bunu inanan inanmayan hər
kəs təsdiq edir. Məsələn, bütün göy cisimləri, ulduzlar və
planetlər bu nizam içində hərəkət edirlər. Düşünən hər insanın gördüyü bu qayda-qanun bizə bu qanunları yaratmış
bir varlıqdan xəbər verir.
4. Psixoloji dəlil (dini təcrübə dəlili). İnsanın əxlaqı və
psixologiyası Allahın varlığının dəlillərindəndir. İnsan yalnız
fiziki və bioloji funksiyalardan ibarət olan bir varlıq deyil.
Yaradan insana ağıldan başqa düşüncə,təsvir, röya, təxəyyül kimi xüsusiyyətlər də vermişdir. Eyni zamanda insanın
qəlb, vicdan, könül kimi mənəvi cəhətləri də vardır. İnsan
bunların köməyi ilə eşq, sevgi, yaxşılıq, şəfqət, ülfət kimi
hisslər qazanmışdır. Bunları insana uca bir varlıq vermişdir.
İnsan bu xüsusiyyətləri başqa cür əldə edə bilməz. Məramın
anlaşılması üçün bu qədəri kifayətdir.
Beləliklə, bir insanın təbiəti etibarilə mütləq ateist
olması mümkün deyildir. Allaha inanmayan şəxslər isə
mütləq ateist olmayıb, müxtəlif bəhanələrlə Onu bilərək
130

Təmiz olma və təmiz qalma mücadiləsi
dən inkar edənlərdir. Bu inkarın arxasında bir çox nəzəri
motivlər və praktiki səbəblər vardır. Əslində isə bu səbəblər
ayrı-ayrılıqda orijinal fikirlər olmayıb, çox hallarda inanan
insanların düşüncələrinə qarşı istiqamətləndirilmiş etirazlardan ibarətdir. Dini olduğu kimi dərk edə bilməyən ateistlər dini inancları eybəcərləşdirməyə cəhd göstərmişlər.
Əks təqdirdə əllərində çox da böyük material olmayan və
orijinal fikirlər irəli sürə bilməyən ateistlərin başqa bir çarəsi də yox idi. Bizi Allahın yoluna aparan kainatın həqiqiliyindən şübhələnmək heç kimin ağlına gəlməz. İçindəki
bütün varlıqlarıyla Allahın varlığını və təkliyini sübut edən
kainatı Yaradıcısız təsəvvür etmək mümkün deyildir. Nəzəri cəhətdən güclü ola bilməyən ateistin bir yolu var: İnananların həyat tərzini, dünyagörüşünü, kainatla əlaqədar
olan fikirlərini tənqid etmək. Yəni ateistlərin fəal olan tezisi, iddiası, dəlili və orijinal fikri yoxdur. Bəzi ateistlər bu
mövzuda çətin vəziyyətə düşdükdə dində olan ağıllarına
tərs müəyyən məsələləri ortaya atarlar. Bu isə müzakirə
mövzusu belə deyil. Çünki kainatı bütün bu gözəllikləri ilə
yaradan, idarə edən, elm, güc, qüdrət, iradə sahibi bir varlığı Allahı inkar edən birisinin bu mövzuda cavab verə bilməyib başqa mövzular arxasında gizlənməsi öz zəifliyinin
göstəricidir. Ateistlərlə dinə aid digər məsələlərin müzakirəsi üçün ilk öncə o şəxsin Allah inancını qəbul etməsi
lazımdır ki, o zaman da artıq ateist olmaqdan çıxmış olur
və müzakirə fərqli kimliklər altında davam edir.
Ateistlər əslində bu düşüncəni öz yaşamlarına pərdə
etdikləri halda öz iddialarının elmi olduğu fikrini müdafiə
edərək, əksinə dini elmə zidd olmaqla ittiham etmişlər. Elm
zaman və məkan daxilində yerləşən şeylərin quruluşunu,
hadisələri və onların baş vermə şəkillərini, qanunlarını

131

Ömər Mənsuroğlu
tədqiq edən fəaliyyətdən ibarətdir. İslam isə özünəməxsus
inanc, ibadət, əxlaq və davranış prinsipləri olan, tək Allah
inancını müdafiə edən bir sistemdir. Elm və din istər məqsəd, istərsə də sahə etibarilə bir-birinə əks qütb təşkil etmir. Elmin mövcud dünyamızla əlaqədar olduğunu və bu
sahədə tədqiqatlar da apardığını nəzərə alsaq, bu fəaliyyətin dinin lehinə olduğu aydın olur. Çünki din kainatı
Allahın yaratdığını, kainatda müəyyən qanunlar olduğunu,
hər şeyin bir nizam-intizam içində baş verdiyini bildirir.
Elm də kainatın qanunlarını və necə işlədiyini kəşf edir.
Bir İslam mütəfəkkirinin dediyi kimi: Məktəb şagirdləri bu
mütəfəkkirin yanına gəlib, “müəllimlərimiz məktəbdə bizə
Allahdan bəhs etmirlər” - dedikdə, O cavab olaraq belə
deyir: “Siz müəllimlərinizə deyildə, oxuduğunuz fənnlərə
baxın, onlar özləri sizə Allahdan bəhs edirlər”.
Ateizmin daha geniş yayılmış forması olan darvinistlərin müdafiə etdiyi təkamül nəzəriyyəsinin də absurdluğu
hər bir ağıl sahibinə məlumdur. Bu fikri müdafiə edənlər
madam ki, insanın təkamül nəticəsində meydana gəldiyini
söyləyirlər, ən kiçik növündən tutmuş qorilla və oranqutana
qədər minlərlə meymun var. İddialarına görə insana ən yaxınını tapıb zəmanəmizdə hədsiz dərəcədə inkişaf etmiş tibbi
imkanlar ilə həmin meymuna insan hormonu və genləri
yerləşdirsinlər, beləcə, onu insana çevirsinlər... Mümkündürmü? Yaxud bir insana meymun hormonu verib onu
meymuna çevirsinlər. Təbi ki, mümkün deyil.
Bəzi ateistlər də inananları rasional və məntiqli olmamaqla günahlandırmışlar. Guya rasional və məntiqli olmağın şərti inancsızlıq imiş. Halbuki eyni ittihamla əsrlər
boyu ateistlər özləri qarşılaşmış və bu ittihamlara heç bir
zaman cavab verə bilməmişlər. Allaha inanan bir insan

132

Təmiz olma və təmiz qalma mücadiləsi
ağılla öz inancını müdafiə edə bilirsə və öz mövqeyində
ziddiyyətsiz, məntiqli və sistemlidirsə, onun rasional olduğu şübhəsizdir. (Təbi ki, filosofların rasionallıq tərifləri
müxtəlifdir və mütləq deyil)
Atesitlərin əxlaq anlayışları da gülüncdür. Bildiyimiz
kimi, inananlara görə əxlaq anlayışı Allah inancı ilə birbaşa bağlıdır. Yəni Allaha inanan insan eyni zamanda əxlaqlıdır(və ya olması lazım gəlir), inanmayan insanın isə çəkindiyi bir şey olmadığı üçün, məsuliyyətsiz hərəkət edər və
əxlaqsızlıqla önündə bir əngəl olmaz. Çünkü onun üçün
You have read 1 text from Azerbaijani literature.
Next - Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 5
  • Parts
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 1
    Total number of words is 3654
    Total number of unique words is 1748
    25.2 of words are in the 2000 most common words
    35.3 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 2
    Total number of words is 3507
    Total number of unique words is 1804
    24.2 of words are in the 2000 most common words
    34.9 of words are in the 5000 most common words
    41.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 3
    Total number of words is 3664
    Total number of unique words is 1862
    26.3 of words are in the 2000 most common words
    37.1 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 4
    Total number of words is 3655
    Total number of unique words is 1832
    26.6 of words are in the 2000 most common words
    37.9 of words are in the 5000 most common words
    44.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 5
    Total number of words is 3582
    Total number of unique words is 1779
    23.9 of words are in the 2000 most common words
    32.9 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 6
    Total number of words is 409
    Total number of unique words is 309
    39.7 of words are in the 2000 most common words
    49.0 of words are in the 5000 most common words
    54.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.