Latin

Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 3

Total number of words is 3664
Total number of unique words is 1862
26.3 of words are in the 2000 most common words
37.1 of words are in the 5000 most common words
42.1 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
kafirləri eyni atəşlə və ya başqa bir yolla məhv etmişdir.
Bəzi rəvayətlərdə bildirildiyinə görə minlərlə mömin bu
atəşə atılarkən, Allah-Təala onların ruhunu oda düşmədən
almaq surətiylə onları alovun əzabından qurtarmışdır.
“Surədə müsəlmanlara imanları səbəbilə zülm edən
zalım kafirlər, onlara etdikləri zülm və işgəncənin pis nəticəsi, pis aqibətlərilə xəbərdar edilərkən, müsəlmanlara da
belə müjdə verilir: “Ey müsəlmanlar, ey yer üzündə tək
xətaları iman etmək olan, bundan başqa günahları olmayan müsəlmanlar! Ey yer üzündə imanları qəbahət sayılmış, kafirlərin gözündə potensial cinayətkar sayılan müsəlmanlar! Diqqət edin, tarixdə sizin kimilərə zülm edən
kafirlərə, zalımlara Allah nə etdi?! Onları yerin dibinə batıraraq, dostlarını qalib etdi Rəbbiniz. Əgər siz də dünənki
müsəlmanlar kimi imanınız səbəbilə məruz qaldığınız bəla
və işgəncələrə səbr edib yolunuzdan dönməz, Allaha qulluğunuzdan əl çəkməzsəniz, bilin ki, nəticədə Allah həm düşmənlərinizdən intiqamınızı alacaq, həm də sizi cənnətinə
qoyacaq, deyilir .” 38
Bu qissədən çıxan nəticə budur: Kafirlər möminlərin
varlığına dözü m göstərə bilmirlər. Lut qissəsindən çıxan nə38 Ali Küçük təfsiri, Buruc surəsinin təfsiri

73

Ömər Mənsuroğlu
ticədə olduğu kimi: “Kirlənmişlər təmizlərin varlığını həzm
edə bilmir”. Bu qissədə çatdırılan hadisələrin hansı zamanda və hansı məkanda olması o qədər də mühüm deyil.
Çünki iman əhlinə qarşı buna bənzər münasibət tarixin
demək olar ki, hər dövründə yaşanmışdır. Ayədə qeyd
edildiyi kimi möminlərin öldürülmə səbəbi yalnız Allaha
iman etmələri idi. İlahlıq iddiasında olan, əslində isə nəfsini
özünə ilah edən kral və onun ətrafı inananların Rəbbimiz
Allahdır deməsini həzm edə bilmirdilər. Elə buna görə də
onları iman yolundan, təmizlənmə yolundan döndərmək
üçün əllərindən gələn bütün vasitələrdən istifadə edirdilər.
Oda atmaqla qorxutma və imanında səbat göstərənlərin
ocağa atılması bu vasitələrdən biri idi. Qeyd etdiyimiz kimi
iman əhlinə qarşı bu davranış hər zaman olmuşdur və bu
gün də müxtəlif vasitələrlə davam edir. Sadəcə zamanlar,
məkanlar və iman yolundan döndərmək üçün istifadə edilən vasitələr dəyişir, lakin mahiyyət və məqsəd dəyişmir.
Necə ki, o dövrün dinsizləri möminləri özləri kimi imansız
etmək üçün od-alov dolu xəndəklər qazırdılar, bu gün də
möminləri dinsizləşdirmək üçün fərqli “xəndəklər” qazırlar.
İlk öncə insanların etiqadlarıyla oynayırlar, Allah və axirət
inanclarını yıxmaq üçün əllərindən gələn vasitələrdən istifadə edirlər. Çünki əsas budur: Allah və axirət inancı. Bir
şəxsin hər zaman onu görən və hesab soracaq olan Allaha
inancı yoxdursa, yaşadığı həyatın hesabını verəcəyinə dair
axirət inancı yoxdursa, artıq həmin insandan nə pislik desəniz gözləmək mümkündür. Çünki bir insanın pisliklər etməsinin qarşısındakı əsas “əngəl” budur. Bu səbəbdən də
ilk hücümü etiqada edirlər. Sonra insanı gündə ən az 5
dəfə günün müxtəlif zaman dilimlərində Allahı və axirəti
xatırladan və beləcə pisliklərdən uzaqlaşmasına vəsilə olan
namazdan uzaqlaşdırmağa çalışırlar. Zənginlərin fəqirlərin

74

Təmiz olma və təmiz qalma mücadiləsi
halını anladığı və beləcə cəmiyyətdə yardımlaşma duyğusunun artmasına səbəb olan orucdan uzaqlaşdırmaq üçün
“xəndəklər” qazırlar. Özləri, bir nəfərin qazancından niyə
başqalarına yardım etməsi gərəkdiyini anlamadıqları üçün
zəkatdan digərlərini uzaqlaşdırmağa çalışırlar. “Həyat meşə qanunlarıyla idarə edilməlidir, güclü zəifi yeməlidir! ” şüurunda olan insanlardan bundan artığını gözləmək yersiz
olar. Özləri istədikləri zaman istədikləri qadını əldə etmə
sərbəstliyi üçün gənclərin kütləvi şəkildə zina bataqlığına
düşməsinə çalışırlar. Bunu gənclərə müxtəlif vasitələrlə
gözəl göstərmək üçün “xəndəklər” qazırlar. Üstün insani
keyfiyyətləri dəyər ölçüsü olmaqdan çıxarıb, “mal, mülk,
vəzifə və şəxsi mənfəətlərin” insanlar arasında üstünlük
etalonu olması üçün “xəndəklər” qazırlar. Və insanların küləvi şəkildə “zina”, “sərhədsiz əyləncə”, “moda”, “zövq”,
“açıq-saçıqlıq”, “mal-mülk”, “vəzifə”, “mənfəət” kimi qazdıqları çuxurlara düşməsini kənardan seyr edirlər.
O zamanki müsəlmanlar necə oda atılma bahasına olsa belə imanlarından dönmədilər, bu zamanın müsəlmanları olaraq biz də, bu gün dinimizi zədələmək üçün qazılmış
“müasir xəndəklərə” baxmayaraq imanımızda sabitlik göstərməliyik. Bizi əbədi fəlakətlərə düçar etmək üçün çalışan
şeytan və onun dostlarının oyunlarına alət olmamaq üçün
səbr etməliyik.
Ey bu zamanın mömini! Bu gün səni imanından döndərmək üçün “qazılmış xəndəklər” səbəbilə zəif olma, tərəddüdə düşmə, tək olduğunu düşünərək haqq yolunda
olmaqdan uzaq durma! Çünki haqqın ölçüsü insanların
əksəriyyətinin bir şeyi müdafiə etməsi deyil. Tək qalsan
belə haqq sənsən! Buruc surəsində bəhs edilən bu hadisəni
açıqlayarkən Rasulullahın səllallahu aleyhi və səlləm dediyi

75

Ömər Mənsuroğlu
kimi:

“...Kral küçələrin başında böyük xəndəklər qazılmasını əmr etdi. Xəndəklərdə tonqallar yandırıldı.
Kral:
-Bu yeni dindən dönməyən (Allaha imandan dönməyən) hər kəsi zorla tonqala atın, - dedi.
Əmrini yerinə yetirdilər. Nəhayət qucağındakı uşağı
ilə birlikdə bir qadın gəldi. Bir ara (qadın uşağa acıdığı
üçün) tonqala atılmaqda tərəddüd etmək istədi, səndələdi.
Uşaq:

-“Anacan, səbr et, çünki sən haqq yoldasan” - dedi.
(Beləliklə ananı cəsarətləndirdi və qadın tonqala atılmaq
bahasına olsa belə imanından dönmədi.) 39

39 Müslim, Zöhd, 73
76


Rəbblərinə iman etmiş gənclər
79


Təmiz olma və təmiz qalma mücadiləsi

B iz onların xəbərini sənə doğru söyləyirik.
Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc
idi. Biz də onların hidayətini (imanını, səbatını və
bəsirətini) artırmışdıq . 40
Quranda təmiz olma və təmiz qalma mücadiləsinin
önə çıxdığı tablolardan biri Kəhf surəsində Əshabı-Kəhf
qissəsinin çatdırıldığı hadisədir. Əshabı-Kəhf mağara dostları və ya mağarada yatanlar olaraq bilinən bir qrup mömin gənc haqqında istifadə edilən bir ifadədir. Bu hadisə
Allah inancına arxa çevirib bütpərəstlik bataqlığına yuvarlanan qövmlərini tərk edərək şəhərdən ayrılan və bir
mağaraya sığınan, hallarıyla insanlara axirət inancı və
ölümdən sonra dirilmə mövzusunda ibrət olan gənc möminlərin hekayəsidir. Bu gənclər içində yaşadıqları cəmiyyətin inancını rədd edib, tək Allaha iman etdiklərini və
Allahın əmr və qadağalarına uyğun yaşamaq istədiklərini
dedikdə, Roma imperatoru tərəfindən təqib edilmiş və cəzalandırılmaq istənmişdilər. İmperator bu gənclərin imanlarından əl çəkmələrini istəmiş, əks təqdirdə onları ölümlə
təhdid etmişdir. Bu gənclər sayca çox az olmalarına bax
40 Kəhf, 13

81

Ömər Mənsuroğlu
mayaraq, bütün cəmiyyətin onlara qarşı çıxmasına məhəl
qoymayaraq öz inanclarının doğru, insanın öz əliylə düzəltdiyi cansız bir bütə sitayişin isə yanlış və batil bir inanc
olduğunu söyləyərək dinlərindən dönməyəcəklərini dilə
gətirib yaşadıqları şəhəri gizlicə tərk etdilər. Mömin gənclər
şəhər kənarında onlarla gələn bir itlə birlikdə, yaxınlıqdakı
bir dağın ətəyindəki mağaraya sığındılar. Quranın ifadəsiylə: “ Onlar mağaralarında doqquz artığıyla üç yüz il qaldılar.” Burada üç yüz doqquz il yuxuya dalan gənclər, hər
şeyə gücü yetən Allahın lütfü və möcüzəsilə bu müddət
ərzində vücudları çürüməsin deyə sağa sola çevrilib yaşadılmışdılar. Oyandıqlarında özlərini sanki bir gün yatmış
kimi hiss etdilər. Onların şəhərdən çıxıb getmələrindən
sonra bu hadisə unudulmuş və aradan keçən zamanda
müxtəlif hadisələr baş vermişdi. Onlardan biri yemək almaq üçün şəhərə getdikdə hər şeyin çox dəyişdiyini görüb təəccüb edir. Bu gəncin qərib hərəkətlərini görənlər
onu dövrün kralının yanında aparırlar. Gənc başından keçənləri danışır. Artıq həmin dövrdə bütpərəstlik ortadan
qalxmış, insanlar müəyyən dəyişiklər etsələr də Hz. İsanın
ələyhissəlam gətirdiklərinə inanırdılar və öldükdən sonra
dirilməyə inanan bir cəmiyyətdə yaşayırdılar. Bu gənc başından keçənləri insanlara danışdıqda kralla birlikdə hər
kəs mağaranın yanına gəlir. Ora çatdıqlarında bu gənc mağaradakı dostlarıyla birlikdə birdən-birə ortadan yox olurlar. Bu hadisədən oradakı insanların axirətə imanı qüvvət
qazanır. Bu hadisənin harada meydana gəldiyi və oradakı
gənclərin sayı və adları ilə bağlı tarix və təfsir kitablarında
müxtəlif məlumatlar vardır. Əsas olan bu hadisədən çıxarılacaq dərslərdir.
Quranda bu qissə mömin qəlblərdəki imanın gerçək
82

Təmiz olma və təmiz qalma mücadiləsi
liyinə bir örnək olaraq təqdim edilir. Mömin könüllərin
necə imanla qəlb hüzuruna qovuşduqları, imanı nə şəkildə dünyanın fani gözəlliklərinə tərcih etdikləri, insanlar arasında bu imanın əmr etdiyi şəkildə yaşamaq çətinləşdikdə necə mağaraya sığındıqları, bununla yanaşı Uca
Allahın bu mömin könülləri necə sevdiyi, onları təzyiq və
içgəncələrdən necə qoruduğu, onları rəhmətilə necə əhatə
etdiyi bu qissədə bildirilir.
Surədə diqqəti cəlb edən bir nöqtə də vardır:
“(Ya Rəsulum!) Yöxsa əshabi-kəhfin və Rəqimin
(mağara və Rəqqim əhlinin) ayələrimizdən əcaib bir
şey olduğunu güman edirsən? (Xeyr, bu Bizim qüdrətimiz qarşısında adi bir işdir) . 41
Əshabı-Kəhf qissəsinin əcaibliyinə rəğmən, Uca
Allah təəccüb doğuran möcüzələrindən biri olmadığını bildirir. Çünki bu kainatın səhifələri arasında elə qəribə və
təəccüb doğuran hadisələr vardır ki, bunların Əshabı-Kəhf
hekayəsindən daha çox fövqəltəbii olduqlarını öyrənirik.
Bu hekayədə bildirilən səhnələrin ilki budur: “ Onlar
Rəbblərinə iman etmiş bir qrup gənc idi və biz onların hidayətlərini artırdıq”. Onlar Allahı inkar edənlərin qarşısında
dik dayanaraq demişdilər:
“Onlar (rum qeysəri bütpərəst Diqyanusun
hüzurunda) durub: “Rəbbimiz göylərin və yerin
Rəbbidir. Biz Ondan başqa heç bir ilaha ibadət etməyəcəyik. Əks təqdirdə, (Allahdan başqasına tapınacağıq, -söyləsək, küfr) danışmaqda həddi aşmış
(ifrata varm ış) olarıq!” - dedikləri zaman onların
41 Kəhf, 9

83

Ömər Mənsuroğlu
ürəklərinə qüvvət (mətanət) vermişdik.
Bizim bu camaat (qövmümüz) Allahdan başqa
ilahlar qəbul etdi. Elə isə onlar öz ilahları barəsində
(bütlərə ibadət etməyin düzgün olması haqqında)
bir dəlil gətirməli deyildilərmi? Allaha qarşı yalan
uydurub düzəldəndən daha zalım (özünə zülm edən)
kim ola bilər ?!” 42

Bir imana bağlanmanın, onu mənimsəmənin yolu
budur. İnsanın əsaslandığı güclü bir dəlil olmalıdır: Əlində
ruhlara, ağıllara təsir edəcək dəlillər olmalıdır. Əks təqdirdə
irəli sürülən görüş iyrənc bir yalan olar.
Beləcə Quranın imanlarının qüwətliliyini təriflədiyi
bu gənclər öz imanlarını açığa vurduqdan sonra imansız
bir cəmiyyətdə yaşaya bilməzdilər:
“(Gənclərin başçısı, yaşca böyüyü Təmlixa yoldaşlarına belə demişdi:) “Onları və Allahdan başqa
tapındıqları ilahları tərk edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz sizə Öz mərhəmətindən əta
etsin və işinizdə sizin üçün fayda hazırlasın (sizə kafirlərdən nicat versin, düşmənlərdən qoruyub saxlasm )”. 43
İman budur. Əksəriyyət açıq-aşkar yanlış yolda ola
bilər. Madam biz haqq yoldayıq, onlara tabe ola bilmərik.
Onlarla bərabər onların istədiyi kimi yaşaya da bilmərik. Bu
əsrin möminləri olaraq Əshabı-Kəhf qissəsindən alacağımız
əsas dərs bu olmalıdır: “Mən Allaha yəqinliklə inanmış,
özümü ona tə slim etmiş, həyatın sadəcə bu dünyadan iba
42 Kəhf, 14-15
43 Kəhf, 16

84


Təmiz olma və təmiz qalma mücadiləsi
rət olmadığı və yaşadığım həyatın hesabını verəcəyimin
şüuru içərisində olan və Allahın razılığını qazanmağı özünə
əsas hədəf seçmiş bir mömin olaraq şərtlər, məkan və
zaman nə olursa olsun, haqdan ayrıla bilmərəm. Madam
mən “Rəbbim göylərin və yerin Rəbbidir, mən ona təslim
oldum” deyirəm, insanların qınağı və ya tək qalmaq məni Rəbbimin yolundan döndərməməlidir. Ey Rəbbim! Mağaraya sığınmaq bunların məni çağırdığı imansız bir yaşamdan daha xeyirlidir.”
“Bu gün dünyanın mövcud vəziyyəti Roma sarayının
azğınlığını geridə qoyub. Sığınmağa mağaramız belə yoxdur. Belə vəziyyətdə mədrəsə guşələrini, vəqflərin bir küncünü və ya evlərimizin otağını Allah üçün sığındığımız,
Əshabı-Kəhfin girdiyi mağara kimi bir mağaraya çevirməliyik. Həmin zaman görərik ki, üç yüz il yatan və Allahın
qüdrət və əzəməti ilə fədakarlığın, xidmətin, eşqin nə olduğunu qiyamətə qədər möminlərə öyrədən Əshabı-Kəhf
nümunə olaraq qarşımızda durur. Gənclərin sarayı tərk
edib mağaralara qaçmağa razı olduqları bir din və ümmət
Allahın iznilə məğlub olmayacaq bir ümmətdir. Allah ona
güvənən Əshabı-Kəhfi pərişan etməmişdir. Onlar saraydakı işlərini itirdilər. Onların hər birinin Roma sarayında
yüksək vəzifəsi vardı. Bu vəzifələrini qoyub mağaraya getdilər. Saray və mağara. Bunlar bir-birinə necə də zidd kəlmələrdir. İnsan sarayda yaşayarkən evə belə getsə, fərqi
hiss edər. Onların getdikləri yer isə ev belə deyildi, mağara
idi. Orada üç yüz doqquz il qaldılar. Bu məlumat çox dəqiq
məlumatdır. Çünki Allah həmin mağarada onların üç yüz
doqquz il qaldığını deyir. Təsəvvür edin üç yüz doqquz il
Allahın rizasını gözlədilər. Saraydan mağaraya getsələr də,
həmin mağaradan yüksəldikləri yer Ərş oldu. Bu möh
85

Ömər Mənsuroğlu
təşəm bir ucalıq idi...” 44
Digər diqqət çəkmək istədiyimiz nöqtə Rəblərinə iman
etmiş bu bir qrup gəncin imanlarına Allah tərəfindən necə
dəyər verildiyidir. Onlar Allaha imanın axirət mükafatını,
yəni cənnəti qazandılar. Həmçinin Allahın qiyamətə qədər
dəyişilməyəcək kitabı olan Quranda onlar anıldılar. Bu isə
onlara verilən dəyəri göstərir. Onlar gənc idilər, həyatlarının
baharında idilər. Əgər Allaha iman və təslimiyyətləri olmasaydı, əgər ətraflarındakı digər insanlar kimi vəhydən uzaq
olsaydılar, digərləri kimi sıradan bir həyat sahibi olsaydılar,
əbədi axirət əzabıyla yanaşı dünyada da unudulub gedəcəkdilər. Bəlkə rahatlıqları pozulmayacaqdı, bəlkə belə bir
hicrət, ayrılıq, qorxu yaşamayacaqdılar. Lakin həyatları da
ölümsüzləşməyəcəkdi. Yəni qiyamətə qədər möminlərin
gözündə bu şəkildə qəhrəmanlaşmayacaq, rəhmətlə anılmayacaqdılar. Buradan da görürük ki, həyatlarını Allah
üçün yaşayanları Allah necə ucaldır.
“Vay olsun bir böcək kimi yeyib, içib, yaşayıb, ölüb
də unudulub gedənlərə. Nə xoşbəxtdir həyatlarını o həyatı bəxş edən ugrunda fəda edərək həyatlarını Allaha
adayaraq əbədi ölümsüzlüyü əldə edənlər. Nə xoşbəxtdir
fani həyatı verib baqi (əbədi) həyatı alanlar. Nə xoşbəxtdir
gəncliyi toxum kimi əkib qiyamətə qədər diri qalanlar.” 45

44 Nureddin Yıldız “Mağaradan Ərşə” səh. 25, 27
45 “Ali Küçük tefsiri” Kəhf surəsi təfsiri

86



Ən gözəl örnək
-°(5^^c)°
89


Təmiz olma və təmiz qalma mücadiləsi

U ca Allahın yaratdığı ən üstün varlıq və məxluqatın
çata biləcəyi ən yüksək zirvəyə çatmış insan Peyğəmbərimiz Hz. Muhamməddir səllallahu aleyhi və səlləm.
O, Allahın ən sevdiyi bəndəsidir. O, aləmlərə rəhmətdir. Rəsulullah səllallahu aleyhi və səlləm qiyamətə qədər gələcək
bütün insanlar üçün hər cəhətdən örnək olacaq yeganə
şəxsiyyətdir. Rəbbimiz bu həqiqəti bizə belə çatdırır:
“ Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən
qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir !” 46
Bu ayədən də anladığımıza görə Rəsulullah salləllahu
aleyhi və səlləm bizə hər cəhətdən ən gözəl örnəkdir. Təmiz olma və təmiz qalma mücadiləsindən bəhs edərkən
də, Rəsulullahın səllallahu aleyhi və səlləm həyatından alacağımız sayısız ibrətlər vardır. O, istər şəxsi həyatı ilə, istərsə də qaranlıqda olan cəmiyyəti islahıyla bizə örnəkdir.
Baxaq Rəsulullahın səllallahu aleyhi və səlləm çıxdığı və dəvətinə başladığı cəmiyyətə: Cahiliyyə dövrü bəşə
46 Kəhf, 21

91

Ömər Mənsuroğlu
riyyət zülmət qaranlığa gömülmüşdü sanki. Azğınlıq zirvəyə çıxmış, fitnə və fəsad hər tərəfi bürümüşdü. Haqq və
hüquq daima güclüyə aid idi, güc kimin əlində isə haqlı
o idi. Zalımların zülmü artır, məzlumların halı pisləşdikcə
pisləşirdi. Doğru əqidə pozulmuş, insanlar öz əllərilə düzəltdikləri bütlərə ibadət edəcək qədər ağıl və məntiqdən
uzaq qalmışdılar. Zina yayğınlaşmış, ailə məhfumu ortadan
qalxmış, qadına bir əşya gözü ilə baxılırdı. İçkisiz həyat
təsəvvür edilmirdi. Qız uşaqları diri-diri torpağa basdırılırdı.
Sonradan müsəlman olanlardan birisi bir gün cahiliyyə
qaranlığındakı halını Rəsulullaha səllallahu aleyhi və səlləm
belə danışmışdı:
“Ya Rəsulallah! Biz cahiliyyə əhli idik. Bütlərə tapınar,
qız uşaqlarımızı diri-diri torpağa basdırardıq. Mənim kiçik
bir qızım vardı və məni çox sevərdi. Elə ki, mən çağırdığım
zaman sevincindən qaça-qaça yanıma gələrdi. Bir gün də
yenə onu çağırdım, qaçaraq yanıma gəldi və məni təqib etməyə başladı. Onu öncədən qazdığım quyuya atdım. Qulaqlarıma gələn son sözü “atacan” deyə qışqırıqları oldu.
Bunları eşitdikdə Rəsulullah səllallahu aleyhi uə səlləm ağladı. Bunu görən orada olan səhabələr “niyə bunu danışıb
Rəsulullahı kədərləndirdin” dedilər. Rəsulullah isə bir daha
danışmasını istədi və bir daha ağladı.” 47
O dövrün cahiliyyəsinin halını təsəvvür etmək üçün
bu hadisə çox ibrətlidir. Görüldüyü kimi bəşəriyyət atəş çuxurunun kənarına gəlmişdi. Belə bir şəraitdə Hz. Muhamməd səllallahu aleyhi uə səlləm gəldi. Risalətdən öncə də,
sonra da təmiz oldu, təmiz qaldı, təmiz yaşadı, təmiz öldü,
təmiz olmağın yollarını öyrətdi, təmiz olma və təmiz qalma
mücadiləsi ve rən insanlar yetişdirdi. Allahın salamı, rəhmət
47 Darimi, Sünən: Müqəddimə

92

Təmiz olma və təmiz qalma mücadiləsi
və bərəkəti onun, ailəsinin, səhabələrinin və qiyamətə qədər ona tabe olanların üzərinə olsun.
Peyğəmbərimiz səllallahu aleyhi və səlləm hər cəhətdən tənəzzül yaşayan bir cəmiyyətdə onu sevənlərin də,
sevməyənlərin də təsdiqi ilə böyük bir əxlaq ortaya qoydu.
Bu həqiqət Quranda bu şəkildə öz əksini tapır:
“Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən !” 48

İslam əxlaqı sadəcə doğruluq, güvənirlik, ədalət, mərhəmət və yaxşılıq kimi fərdi üstün keyfiyyətlərdən ibarət deyildir. İslam əxlaqı qüsursuz və insanın hər cür ehtiyacına cavab verən mükəmməl bir həyat sistemidir. Bu
sistemdə insanın həm mənəvi, həm də fiziki cəhətdən mükəmməlləşməsi üçün əxlaqi dəyərlər vardır. Məhz bu islam
əxlaqı bütün qüsursuzluğu ilə, bütün gözəlliyi və bütün
doğruluğu ilə Hz. Muhammədin səllallahu aleyhi və səlləm
şəxsiyyətində cəm olmuşdur.
Rəsulullah səllallahu aleyhi və səlləm mükəmməl bir
ilahi tərbiyədən keçdiyi üçün özü təmiz olmaqla yanaşı,
insanları təmizləmə yolunda hər cür çətinliklərə səbr etdi.
Bəzən dəvət üçün getdiyi yollara tikanlar qoyuldu, bəzən
daşa basıldı, olmazın əzab-əziyyətlərlə qarşılaşdı. Ancaq
əsla səbr və şükürdən ayrılmadı. Bəzən bütbərəst qövmü
tərəfindən ən ağır həqarətlərə məruz qalsa da, yolundan
dönmədi. Bəzən bir insanın başına gələ biləcək ən ağır
imtahanlarla üzləşsə də, lakin təvəkkül və təslimiyyətini
bir anlıq itirmədi. Müzəffər bir komandir kimi Məkkəni
fəth etməsi halı daxil olmaqla heç vaxt təkəbbürə qapıl
48 Qələm, 4

93

Ömər Mənsuroğlu
madı, hər zaman təvazökar davrandı. Ordu gedərkən yeni doğulmuş köpək balaları əzilməsin deyə 10 minlik qoşunun istiqamətini dəyişmişdir. İnsanların öz uşaqlarına
mərhəmət göstərmədiyi bir cəmiyyətdə heyvanlara belə
mərhəmət etməyi öyrətmişdir.
Uca Allah həyatımızın hər sahəsində Onu bizə örnək göstərmişdir. Səhabələr bu ayəni tam anladıqları və
yaşadıqları üçün cahiliyyənin o zülmət qaranlığından iman
nuruyla bir dönüş etməyi bacardılar. Səhabələrin içərisindəki o üstün təbəqənin Allaha gedən yolda qısa zamanda
bu qədər məsafələr qət etməsinin sirri budur. Çünki Rəsulullahı səllallahu aleyhi uə səlləm həyatlarının örnəyi və
öndəri olaraq gördülər. Ən gözəl örnək olan Rəsulullahı
həyatlarının hər sahəsinə hakim etdikləri üçün özləri də
gözəl örnəklər qoyaraq bu dünyadan köçdülər.
Rəsulullah səllallahu aleyhi və səlləm o cahiliyyə toplumunu Allahın ayələrilə dəyişdirdi. O qaranlıq cəmiyyətdən bəşəriyyətə yön verəcək insanlar yetişdirdi. Səhabələr
Quran ayələrini eşitdikcə və Quranın canlı forması olan
Rəsulullahı örnək alaraq yaşadıqca həm maddi, həm mənəvi bütlərini qırdılar. Qəlblərindən dünyəvi mənfəətləri,
nəfsani ehtirasları atmağa müvəffəq oldular. Onlar Rəsulullahı səllallahu aleyhi və səlləm örnək aldıqları üçün muvahhid, müttəqi, zahid, abid, mərhəmətdə zirvə bir insan
halına gəldilər. Bəşəriyyətə, hətta bütün məxluqata qarşı
mərhəmət abidəsi bir insan oldular. İslamdan öncəki qatı
qəlbli Ömər, islamdan sonra xəlifəlik vaxtında “ Fərat çayının üzərindəki körpüdən keçərkən bir quzunun ayağı büdrəsə, bu səbəblə Allahın məni hesaba çəkməsindən qorxuram ” - deyəcək qədər mərhəmətli oldu.

94

Təmiz olma və təmiz qalma mücadiləsi
Səhabələr Rəsulullahı səllallahu aleyhi və səlləm örnək aldıqları üçün onun ən mühüm vəzifəsi olan təbliğ
vəzifəsini layiqli şəkildə yerinə yetirmək üçün həyatlarını
ortaya qoydular. Səhabələr öz aralarında tez-tez belə deyərlərmiş: ” Qiyamət günündə bir nəfərin yaxasına heç
tanımadığı biri gəlib yapışar. Həmin adam təəccüblə: Məndən nə istəyirsən? Mən səni heç tanımıram ki, deyər. Yaxasına yapışan adam isə: “Dünyada ikən məni xəta və
çirkin əməllər edərkən gördüyün halda nə üçün məni o
pisliklərdən uzaqlaşdır mırdıri’ - deyərək ondan şikayətçi
olar.' 49
Onlar Rəsulullahı səllallahu aleyhi və səlləm örnək
aldıqları üçün iman yolunda qarşılaşdıqları sıxıntılar onları islamdan soyutmadı, əksinə daha da imanlarını qüvvətləndirdi. Hz. Ömər radiyallahu anh bir gün Habbab bin
Ərətə radiyallahu anh “Allah yolunda çəkdiyin işgəncələri
bizə danış” - deyir. Habbab bin Ərət paltarını qaldıraraq:
“Ey möminlərin əmiri, kürəyimə bax” - deyə kürəyini göstərir. Hz. Ömər: “Ömrümdə belə xarab edilmiş bir insan
kürəyi görməmişdim” - deyir. Habbab da deyər ki: “Kafirlər
ocaq qalayar və məni paltarsız olaraq üzərinə yatırardılar.
Od kürəyimdən əriyən yağlarla sönərdi.” 50
Səhabələr ən gözəl örnəyə tabe olduqları üçün ucaldılar. Abdullah ibn Məsud radiyallahu anh Bədir döyüşündə
Əbu Cəhli öldürərkən can vermək üzərə olan müşrik: “Çox
yüksək bir təpəyə çıxdın, ey bəsit qoyun çobanı” - deyərək
ona həqarət etmişdi. 51 Yəni İbn Məsud islamdan öncə
toplumun ən aşağı peşəsi sayılan, bəsit bir iş kimi görünən
49 Münziri: ət-Tərğib vət-Tərhib
50 İbnul ƏsinUsdul Ğabə
51 İbn Hişam: Sirə

95


Ömər Mənsuroğlu
çobanlıqla məşğul olardı. Lakin iman edib Rəsulullahın
səllallahu aleyhi və səlləm təlim və tərbiyəsindən keçdikdən
və onun elmini özünə çəkdikdən sonra, özü elə bir elm
məktəbi qoyub getdi ki, fiqh elminin ən böyüklərindən olan
imam Əbu Hənifə rahmətuUahi aleyh onun məktəbindən
çıxdı. Bu gün müsəlmanların yaşadıqları torpaqlarda
milyonlarla insan Əbu Hənifənin sistemləşdirdiyi Abdullah
ibn Məsudun radiyallahu anh fiqhiylə əməl edirlər.
Şübhəsiz ki, örnəkləri çoxaltmaq olar, lakin məramımızın anlaşılması üçün bu qədəri kifayətdir. Biz də bu əsrin
möminləri olaraq hədəfi Allahın razılığını qazanmaq olan
insanlar kimi yaşamaq və yaşatmaq istəyiriksə, səhabələrin
etdiyi kimi “usveyi-hasənə”(ən gözəl örnək) olan Rəsulullahı
səllallahu aleyhi və səlləm örnək almalıyıq. Günümüzdə də
bir cahiliyyə dönəmi yaşayan bəşəriyyət Rəsulullaha, onun
gətirdiklərinə möhtacdır.

96


Cisini köləlik və ruhi azadlıq
-°(5^^c)°
99


100

Təmiz olma və təmiz qalma mücadiləsi

B əşər tarixi inandığı dəyərlər uğrunda fədakarlıqlar
edən örnəklərlə doludur. Bu örnəklərdən biri də
Rəsulullahın səllallahu aleyhi və səlləm səhabələrindən
olan Salman Farisidir radiyallahu anh. Salman Farisi islam
nemətilə necə şərəfləndiyini İbn Abbasa radiyallahu anh
belə danışmışdır:
“Mən İsfahanda yaşayan bir kimsə idim. Atam kəndimizin ən tanınmışlarından idi və məni də çox sevərdi. Bu
sevgisi səbəbilə məni yanından heç ayırmazdı. Mən o zamanlar atamın dini olan məcusiliyə özümü elə bağlamışdım ki, atəşgaha baxma və atəşin sönməsinə izin verməmə vəzifəsini yerinə yetirirdim. Atamın böyük bir əkin
sahəsi vardı. Bir gün işləri səbəbilə öz yerinə sahəyə məni
göndərdi. Gedərkən bir xristian kilsəsinə rastladım. İçəri
girdim, gördüm ki, ibadət edirlər və öz-özümə dedim ki,
“vallahi, bu bizim dinimizdən daha xeyirlidir”. Onlara bu
dinin əsli haradadır deyə soruşdum, “Şamdadır” - dedilər.
Axşam evə qayıtdım və olanları atama danışdım. Atam isə
mənə “övladım, o dində xeyir yoxdur, sənin və atalarının
dini daha xeyirlidir” - dedi. Atam qaçacağımdan qorxub,
məni evdə həbs etdi. Mən kilsədəkilərə Şamdan ticarət

101

Ömər Mənsuroğlu
karvanı gəlsə, xəbər edin deyə adam göndərdim. Şamdan
karvan gəlincə xəbər etdiər. Evdən qaçdım. Onlarla birlikdə Şama getdim. Oraya çatınca “din adamlarının elm
yönündən ən üstünü kimdir” - deyə soruşdum. Kilsədəki
rahibdir dedilər. Yanına getdim və ona “Mən bu dinə girmək, səndən öyrənmək istəyirəm” - dedim. Şam rahibi pis
adam idi. İnsanlardan sədəqə yığar, yoxsullara heç nə verməzdi. Hətta belə yeddi küp qızıl yığmışdı. Nəhayət rahib
öldü. Mən olanları camaata danışdım, onun cəsədini asıb
daşladılar. Onun yerinə kilsəyə yeni rahib gəldi. Beş vaxt
namaz qılmayanlar içərisində ondan daha yaxşı bir adam
görmədim. Bu adam ölüncə məni Mosuldakı bir rahibin
yanına göndərdi. O da ölüncə tövsiyəsinə görə Nusaybin və Ammuriyadakı rahibin yanına getdim. O da ölüncə mənə belə vəsiyyət etdi: “Övladım, yer üzündə saleh
olaraq bildiyim bir kimsə qalmadı. Fəqət axır zaman Peyğəmbərinin gəlməsi çox yaxınlaşmışdır. O, İbrahimin dini
üzərə göndəriləcək, Ərəb torpaqlarında zühur edəcək,
xurma bağları olan yerə hicrət edəcək. Həmin Peyğəmbər hədiyyə qəbul edər, sədəqə qəbul etməz. Onun iki
kürək sümüyü arasında nübüwət möhürü vardır” - dedi.
Kəlb qəbiləsindən bəzi tacirlərlə qarşılaşdım, “məni ərəb
diyarına aparın, əvəzində inəklərimi sizə verim” - dedim,
qəbul etdilər. Vadil-Quraya çatdıqda mənə zülm etdilər
və kölə kimi satışa çıxardılar. Bir yəhudiyə kölə olaraq
satdılar. Sonra yəhudi ağamın əmisi oğlu məni Mədinəyə apardı. Oranı görən kimi axır zaman Nəbisinin hicrət
şəhəri olduğunu anladım. O sırada yəhudilərin öz aralarında danışıqlarını eşitdim, Peyğəmbərin gəlişindən danışırdılar. Bunu eşidən kimi məni titrəmə tutdu. Axşam
olunca Peyğəmbərin yanına getdim. Yanımda bir az yeyəcəklər vardı. Bunları ona verərkən “bunlar sədəqədir”

102


Təmiz olma və təmiz qalma mücadiləsi
- dedim. Aldı səhabələrinə verdi, özü yemədi. Öz-özümə:
“bu bir” - dedim. Sonra başqa zaman yanına getdim, yenə
bir şeylər verib: “bu hədiyyədir” - dedim. Aldı özü də yedi,
yanındakılara da verdi. “Bu iki” - dedim. Sonra bir gün
Peyğəmbər bir bağda səhabələriylə birlikdə ikən yanına
getdim. Nübüwət möhürünü görə bilmək üçün arxaya
keçdim. Bu zaman Peyğəmbər paltarını aşağı çəkdi və kürəyində nübüwət möhürü göründü. Dərhal Peyğəmbəri
qucaqladım və ağladım.”
Daha sonra Salman İbn Abbasa belə dedi:
“Ey İbn Abbas! Sənə danışdığım kimi başımdan keçənləri Rəsulullaha da danışdım. O da əshaba da danışmağımı istədi. Köləlik məni məşğul etdiyindən Bədir və Uhud
savaşlarında Rəsulullahla bir yerdə ola bilmədim .” 52
Salman ömrü boyunca axtardığı şəxsə, Allah Rəsuluna qovuşmuşdu. Artıq onun yeganə arzusu, daima Peyğəmbərimizin yanında olmaq idi. Allah Rəsulu səllallahu
aleyhi və səlləm Salmana “köləlikdən azad olmaq üçün
ağan ilə anlaşma etsən olmazmı?” - deyə soruşdu. Bunun
üzərinə Salman çuxurlarını da qazmaq şərtilə üç yüz xurma
ağacı əkmək və müəyyən bir miqdar qızıl vermək şərti ilə
ağası ilə razılaşdı. Rəsulullah səllallahu aleyhi və səlləm
əshabına: “Qardaşınıza yardım edin” - buyurdu. Səhabələr
yardımlaşaraq xurma fidanlarını topladılar. Allah Rəsulu
özü əkdi. Qızıl da toplandı, Salman köləlikdən xilas oldu,
You have read 1 text from Azerbaijani literature.
Next - Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 4
  • Parts
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 1
    Total number of words is 3654
    Total number of unique words is 1748
    25.2 of words are in the 2000 most common words
    35.3 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 2
    Total number of words is 3507
    Total number of unique words is 1804
    24.2 of words are in the 2000 most common words
    34.9 of words are in the 5000 most common words
    41.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 3
    Total number of words is 3664
    Total number of unique words is 1862
    26.3 of words are in the 2000 most common words
    37.1 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 4
    Total number of words is 3655
    Total number of unique words is 1832
    26.6 of words are in the 2000 most common words
    37.9 of words are in the 5000 most common words
    44.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 5
    Total number of words is 3582
    Total number of unique words is 1779
    23.9 of words are in the 2000 most common words
    32.9 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 6
    Total number of words is 409
    Total number of unique words is 309
    39.7 of words are in the 2000 most common words
    49.0 of words are in the 5000 most common words
    54.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.