Latin

Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 2

Total number of words is 3507
Total number of unique words is 1804
24.2 of words are in the 2000 most common words
34.9 of words are in the 5000 most common words
41.1 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
deyilən bir gəncin onları pislədiyini eşitmişikV’ dedilər. (Qalanları:) “Bunların şahidlik edə bilmələri
üçün onu (tapıb) camaatın gözü qabağına gətirin!”
- dedilər. (Müşriklər ibrahimi tapıb gətirərək:) “Ya
ibrahim! Ilahlarımızı sənmi bu günə saldın?” - deyə
soruşdular, (ibrahim sındırmadığı iri bütü göstərib:)
“Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” - deyə cavab
verdi. Bunun nəticəsində onlar (ağıllarını başlarına
yığıb) öz-özlərinə müraciətlə: “Siz, doğrudan da,
zalımlarsınız (dilsiz-ağılsız, heç özlərini belə qorumağa qadir olmayan bütlərə tapınmaqla özünüz
özünüzə zülm edirsiniz) ”, - dedilər. Sonra (mübahisədə aciz qaldıqlarını görüb) yenə də öz küfrlərinə
(başlarında olan əski etiqada) qayıdaraq (ibrahimə):
“Axı sən bilirsən ki, bunlar danışmırlar!” - dedilər,
(ibrahim) dedi: “Elə isə Allahı qoyub sizə heç bir
xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? Ar olsun sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, (etdiyiniz əməllərin qəbahətini) anlamırsınız ?” 15
Bütbərəst xalq bütləri İbrahimin qırdığından əmin oldular. Kralları Nəmruda şikayət etdilər və İbrahimi yandırmaq istədilər. Lakin Allah onu yanmaqdan qorudu. Atəşə

15 Ənbiya, 58- 67

39


Ömər Mənsuroğlu
yandırmaq xüsusiyyəti verən Allahın “Ey atəş! ibrahimə
qarşı sərin və zərərsiz ol! 16 əmrilə alov İbrahimi yandırmadı.
İnsanların daşdan, taxtadan bütlər düzəldib ona ibadət
etməsi günümüz insanına gülünc görünə bilər. İnsan necə
daşa, taxtaya ibadət edə bilər deyə düşünə bilər. Lakin
bunu bilmək lazımdır ki, bütlərə tapınmaq yalnız taxtadan,
daşdan bütlərə sitayiş etməklə olmur. O işin zahiri tərəfidir.
İşin həqiqi tərəfi isə bizə bu şəkildə çatdırılır:
“(Ya Rəsulum!) Nəfsini özünə ilah edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan ?” 17
İşin əsası “nəfsi ilah etmək”dir. Bütə tapınmağın altında yatan əsas səbəb budur. Əslində bütə tapınmaq dolayı
yolla nəfsə sitayiş etməkdir. Çünki bütlər danışmayan cansız varlıqlardır. İnsanlara heç bir qayda qoymaqları mümkün deyil. İnsanlar nəfslərindən keçən şeylərə bütlərin
onlara qoyduğu qaydalar olaraq təyin edər və o şəkildə yaşayardılar. Yəni bütlərin arxasına gizlənib istədikləri işləri
edə bilir, öz istəklərinə görə həyat yaşaya bilirdilər. Bəli,
o bütlər onlardan bir şey istəməsə də, isdədirdilər. Bütlər
danışmasa da, onlar öz ağıllarına görə bütləri danışdırırdılar.
Bütlərə öz istədikləri bir sıra şeyləri dedirir və o dediklərini edirdilər. Bəs biz həqiqi və qırılması ən çətin büt olan
nəfsimizlə mücadilə edə bilirikmi?! Nəfs bütdür, nəfsin
istəkləri də bütdür. Şəxsə görə büt dəyişər. Kiminə görə
“mal-dövlət və pul” bütdür. Ona tapınar, həyat məqsədi
odur, onu əldə etmək üçün heç bir qayda-qanun gözləməz.
Kiminə görə “vəzifə” bütdür. Onu əlində saxlamaq üçün
16 Ənbiya, 69
17 Furqan, 43

40

Təmiz olma və təmiz qalma mücadiləsi
etməyəcəyi cinayət yoxdur. Kiminə görə “şəhvət” bütdür.
Özü namuslu birini axtardığı halda, başqalarının namusuna göz dikər. Kiminə görə “insanların onun haqda necə
düşünməsi” bütdür. Açıqca yanlış olan bir işi belə başqaları
buna yaxşı desin deyə edər. Bütlər İbrahimin əleyhissəlam
zamanında qalmadı, hər zaman var və qiyamətə qədər olacaq. Nə xoşbəxtdir bütləri qırmağı bacaranlar...

41

İslami şəxsiyyət və təslimiyyət

43


Təmiz olma və təmiz qalma mücadiləsi

H z. İbrahimin aleyhissəlam həyatında önə çıxan
ikinci əsas amil təslimiyyətdir. Şirkə batmış bir
cəmiyyətdə təkbaşına Allaha yönəlməsində, qövmünü
Allaha dəvət etməsində, bütləri qırmasında, oda atılarkən
‘Allah bizə yetər, O nə gözəl vəkildir/” deməsində və ən
çətin imtahan olan Qurban imtahanında bu təslimiyyəti
görürük.
İbrahimin aleyhissəlam həyatı başdan sona təslimiyyətdir:
“Rəbbi İbrahimə: “Təslim ol!” - dedikdə, o,:
“Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)!” - deyə cavab vermişdi .” 18
İslam təslimiyyətdir və müsəlman təslim olandır. Müsəlmanın dəyəri Allaha təslimiyyəti səviyyəsindədir. Allaha
təslimiyyət insanı fanilərə təslim olmaqdan qoruyar. Bəs
təslimiyyət nədir?
“İnsanın bilərək və qəlbən Allahın iradəsinə tabe olmasıdır. Onunla barışmasıdır. Bütün zamanlarda insanın

18 Bəqərə, 131

45


Ömər Mənsuroğlu
Allah ilə əlaqəsini davam etdirməsidir. Onun gücünə boyun
əyməsidir. Həyatda istiqamət üzərə bir duruşla, bütün ömür
boyunca nöqsansız bir qulluq vəzifəsini davam etdirmə
cəhdidir. Ürəkdən gələn bir səmimiyyət və sədaqətlə Allahı görürmüş kimi özünü Yaradana ərz etməkdir. Allahdan
başqalarının müdaxiləsinə imkan verməməkdir. Allah düşüncəsinin insanı tamamilə əhatə etməsi və qəlbə yerləşməsidir. İmanın özəyi təslimiyyətdir...'’ 19
Dinlər tarixi araşdırmagılan insanların dinə yanaşmasını təqribi olaraq bu şəkildə sıralayırlar:
1. Ateist baxış, kainatın və insanın təsadüflər nəticəsində var olduğuna inanan və dini inkar edən baxış.
2. Realist baxış, dinlərə bir fikir axımı olaraq daha
dözümlü yanaşmaqla yanaşı, dinin şəxsin vicdan işi olduğuna inanan və dinin sadəcə inanc olduğunu deyən baxış.
3. İlahiyyatçı baxış, yəni, həmin dinin müntəsiblərinin
baxışı.
Bu bölgü təbi ki, mütləq deyil və hər şeyə maddəçi
yanaşan materalist düşüncəyə daha yaxındır. Müsəlmanların baxışı isə bu şəkildədir: İslam sadəcə inam deyil, şəxsin həyatının hər sahəsinə hökm edən həyat sistemdir.
Müsəlman gündəlik yaşayışında, evliliyində, ailə münasibətlərində, insanlarla münasibətlərində, iş həyatında, ticarətində, ümumən həyata baxışında Allaha və onun qoyduğu qaydalara təslimiyyət göstərən insandır. Təslimiyyəti
anlayanlar islamın həqiqi mesajını dərk edən insanlardır.
Təslimiy yət Allaha bağlanmaqdır:
19 Ramazan Kayan, “Vahyin Gölgesinde Kimlik İnşası”
səh. 39

46

Təmiz olma və təmiz qalma mücadiləsi
“Kim yaxşı əməl sahibi olub özünü (səmimiqəlbdən) Allaha təslim edərsə, o artıq ən möhkəm
ipdən (dəstəkdən -Qurandan, imandan) yapışmış
olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır!” 20
Uca Allah bəşər tarixində yaşanmış ən gözəl təslimiyyət örnəklərindən biri kimi Hz. Muhammədin səllallahu aleyhi və səlləm səhabələrinin təslimiyyətini misal verir:

“Möminlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə
vəd etdiyi şeydir. Allah və Peyğəmbəri düz buyurmuşlar! Bu (vəziyyət) onların yalnız (Allaha) imanını
və təslimiyyətini artırdı. ' 21
Bax, budur təslimiyyət! Allaha bağlı olduğu üçün qorxu və hüznün yer tuta bilmədiyi qəlb təslimiyyətin hakim
olduğu qəlbdir. Bu təslimiyyətin həyatın hər sahəsində göstərilməsi imandan irəli gələn bir məcburiyyətdir. İslamın
təməli olan Tövhid kəlməsi özlüyündə bu təslimiyyəti toplayır.

“Lə ilahə illəllah əvvəlcə “lə” ilə neqativ təslimiyyətləri sonlandırma... İlk növbədə cəhalətdən irəli gələn şeytani və nəfsi təslimiyyəti həyatından söküb atma
məsuliyyəti, sonra “illə” ilə pozitif təslimiyyəti gerçəkləşdirmə... Allaha təslimiyyətdə qərar qılma...” 22

20 Loğman, 22
21 Əhzab, 22
22 Ramazan Kayan, “Vahyin Gölgesinde Kimlik İnşası”,
səh 41

47


Ömər Mənsuroğlu
İnsan nəslinin ən xeyirli ümməti olan Ümməti-Muhammədin ən bariz xüsusiyyəti olan Allahın əmrləri qarşısında “Eşitdik və itaət etdik!” 23 deməsi, bu təslimiyyətin
ifadəsidir.

23 Bəqərə, 285
48


Kirlənmişlərin təmizlərə münasibəti
-°(o^^^c) 0
51


Təmiz olma və təmiz qalma mücadiləsi

ütün insani keyfiyyətlər və üstün dəyərlər Allahın

'yeganə haqq dini olan İslamdadır. Dolayısıyla bu

dinin müntəsibləri üstün dəyərlər və keyfiyyətlər baxımından
bəşəriyyətə örnək olmalıdırlar. İslam insanlığı pisliklərdən
və çirkinliklərdən uzaqlaşmağa çağıran bir dindir. Şirk,
küfr, zülm, qətl, şərəfsizlik, namussuzluq, zinanın yayğınlaşması, insanın ağlını başdan çıxaran içkilərin içilməsi, ailə münasibətlərinin məhv olması, qul haqqına diqqət edilməməsi kimi çirkinliklərin cəmiyyətdə ortadan qaldırılması,
cəmiyyətin haqq və xeyir istiqamətində islahı islamın hədəfidir. İslamın Allaha imandan sonra əmr etdiyi ən əsas
ibadət olan namazın hikmətlərini açıqlayarkən Allah-Təala
belə buyurur:
“(Ya Rəsulum!) Quranda sənə vəhy olunam oxu
və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz
(insanı) çirkin və pis əməllərdən çəkindirər ...” 24
Namaz haqqıyla, Allahın istədiyi şəkildə qılındığı zaman insanı günahlardan, çirkinliklərdən və pisliklərdən
24 Ənkəbut, 45

53

Ömər Mənsuroğlu
uzaqlaşdırar. Dolayısıyla namaz qılanların sayının artdığı bir
cəmiyyətdə də eyni nisbətdə çirkinliklər və pisliklər azalar.
Lakin cəmiyyətdə çirkinliklərin və pisliklərin azalmasını istəməyənlər var. Onlar hər zaman bacardıqları qədər yaxşılıqların qarşısını almağa çalışarlar. Bəzilərinin namaza
qarşı qərəzli mövqedə olmalarının altında yatan səbəb budur. Dəvətin ilk günlərində bərabər namaz qılmaq üçün
səhabələrin hansı sıxıntıları çəkdiyini siyər kitablarından
bilirik. Allaha şərik qoşan, qız uşaqlarını diri-diri torpağa
basdıran, zülmlə insanların haqqına girən Məkkə müşrikləri
səhabələrin namazından narahat olurdular. Bu namaz düşmanları haqqıyla qılınan namazın cəmiyyətə olan təsirini
bildikləri üçün hələ ilk vaxtlardan bu bir ovuc müsəlmanın
namazına mane olmağa çalışırdılar.
Namaz örnəyindən gördüyümüz kimi islamın bütün
əmr və qadağaları fərdin və cəmiyyətin islahını hədəfləmişdir.
Öncədən qeyd etdiyimiz kimi iki fərqli insan modeli var.
Biri, hədəfi Allahın razılığı olub yaşadığı müddətcə pisliklərdən çəkinməyə çalışan və xeyir yollarında cəhd edən
kimsə, digəri isə öz nəfsini ilahlaşdıran, mənfəətləri istiqamətində həyat yaşayan kimsədir. Hədəfi Allahın razılığı
olan insanlar yaşadıqları müddətcə “təmiz olma və təmiz
qalma mücadiləsi” içərisindədirlər. Onlar yalnız yaxşılıq və
gözəlliklər istəyərlər, insanlara bunu təbliğ edər və insanları
pisliklərdən çəkindirməyə çalışarlar. Günah çirkabında kirlənmişlər isə o təmizlərin varlığını həzm edə bilmirlər. Buna bəşər tarixi şahiddir.
Hz. Lut ələyhissəlamm göndərildiyi sodomlular azğın və əxlaqsız bir qövm idi. Bu qövm bütlərə ibadət etməklə yanaşı, keçmiş millətlərdə görünməyən hər cür
əxlaqsızlığı işləyirdi. İyrənc və çirkin əxlaqsızlıqları qorx
54

Təmiz olma və təmiz qalma mücadiləsi
madan işləməklə yanaşı, hətta bu əməli peşə halına gətirmişdilər. Bu qövmdə iffət, həya və namus unudulmuş,
heyvan sürülərində belə rast gəlinməyən bir alçaqlıq yaşanırdı. Məhz Lut aleyhissəlam belə bir qövmü haqqa
dəvətlə vəzifəli idi.
“O zaman ki, qardaşları Lut onlara dedi: “Məgər
(küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza
görə Allahın əzabından) qorxmursunuz? Şübhəsiz
ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm!
(Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
Artıq Allahdan qorxun və mənə itaət edin! Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin)
müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm.
Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə
yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız !” 25
“Lutu da (peyğəmbər göndərdik). Bir zaman o
öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən
heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan
cinsi əlaqəni) sizmi edəcəksiniz? Siz qadınları atıb
şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan
da, həddi aşmış bir tayfasınız !" 26
Ayələrdən gördüyümüz üzərə sodomlular çirkinlikdə
və həyasızlıqda həddi aşmışdılar, tam mənasıyla kirlənmişdilər. Hz. Lut əleyhissəlam isə onları təmizlənməyə dəvət
edirdi. Sodom xalqı Hz. Lutu dərhal yalanladılar. Dəvətinə

25 Şuəra, 161-166
26 Əraf, 80-81

55

Ömər Mənsuroğlu
qulaq asmadılar, təmizlənmək istəmədilər. Özləri təmizlənmək istəmədikləri kimi həmin cəmiyyətdə paklığını qoruyan
Lutun qalmasını belə həzm edə bilmədilər:
“(Lut) tayfasının (bu sözə) cavabı: “Onları (Lutu
və ona tabe olanları) məmləkətinizdən çıxarın, çünki
onlar təmiz adamlardır!” - deməkdən başqa bir şey
olmamışdı .” 27
Bu ayə bəşəriyyətin yaranmasından qiyamətə qədər
var olacaq böyük bir həqiqəti ifadə edir: “Kirlənmişlər
təmizlərin varlığını həzm edə bilmir.” Bəli, azmış topluluğun cavabı bu idi: Çıxarın onları bu məmləkətdən, yox
edin bunları, görməyək bu adamları küçələrimizdə. Madam təmiz qalmaq istiyirlər, getsinlər bu bölgədən. Bizlər
şəhvətimizi tətmin etmək üçün istədiyimizi edirik. Bunlar isə zinaya, homoseksuallığa qarşı çıxaraq bizim azadlığımıza qarışırlar. Bu halaldır, bu haramdır deyərək bizim
ağzımızın dadını qaçırırlar. Zövqlərimizə qarışan bu insanları çıxarın ki, istədiyimiz kimi yaşayaq.
Bu, insanlığı haqqa və xeyrə dəvət edən və onları pisliklərdən uzaqlaşdırmağa çalışan Peyğəmbərlərin və onların yoluyla gedən dəvətçilərin hər zaman qarşılaşa biləcəyi sıxıntılardandır. Ruhu, qəlbi və bədəni kirlənmişlər
hər zaman eyni münasibəti göstərirlər təmizlərə və təmiz
qalmaq istəyənlərə. Çünki onlar bizim zövqlərimizə qarışırlar. Bunu etməyin, bunu edin deyirlər. Bəli, çünki haqqı batildən, doğrunu yanlışdan, gözəli çirkindən, pisi təmizdən, namusu namussuzluqdan ayıra bilənlər, insanların
göz görə-görə cəhənnəmə getməsinə göz yuma bilməzlər.

27 Əraf, 82
56

Təmiz olma və təmiz qalma mücadiləsi
Doğrudur, kirlənmişlərin içində təmizlərin yaşaması
çətindir. Və orada təmizlərin varlığı pislikləri üzə çıxardığı
üçün kirlənmişlər onların varlığını həzm edə bilməzlər.
Hz. Lut ələyhissəlam illərlə qövmünün səadəti və hidayəti üçün çalışmış, lakin ona iki qızıyla birlikdə çox az
kimsə iman etmişdi. Xanımı belə, azğın qövmün tərəfini
tutmuş, iman etməmişdi. Qövmə əzab gəlmiş, Hz. Lut inananlar ilə birlikdə oranı tərk etmişdi:
“(Lut) dedi: “Həqiqətən, mən sizin əməlinizə
nifrət edənlərdənəm! Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin
cəzasından) qurtar!” Artıq Lutu və bütün ailəsini
(əzabdan) xilas etdik. Ancaq geridə qalan bir qadın
(Lutun günahkar övrəti) istisna olmaqla! Sonra da o
biriləri məhv edib kökünü kəsdik ”. 28

28 Şuəra, 168-172

57


Zina, yoxsa zindan


Təmiz olma və təmiz qalma mücadiləsi

A llah-Təala Qurani-Kərimdə Yusuf aleyhissəlam
qissəsini “Əhsənul-Qasas” (qissələrin ən gözəli)
olaraq vəsfləndirmişdir. Bu qissə çatdırılma tərzi, bütünlüyü, məzmunu, verdiyi mesajları, dərsləri, ibrətləri ilə qissələrin ən gözəlidir.
“Yusuf surəsi bəşər tarixinin gəlmiş keçmiş ən gözəl
iki insanından birinin (Yusufun) həyat hekayəsinin digər
gözəl insana (Muhammədə) ötürülməsidir. Rəbbimiz Hz.
Yusufun aleyhissəlam uşaqlığından gəncliyinə, zindan həyatından səltənətə, tərtəmiz əxlaqından Tövhidə dəvət
üslubuna qədər hər sahədə ən gözəl örnək olmasını, bir
bütün halında, o bənzərsiz bəlağat timsalı üslubuyla lətif
və nəzih (gözəl) çatdırma ilə Hz. Muhammədə səllallahu
aleyhi və səlləm xitabən bizə bildirər.” 29 Yusuf ələyhissəlam
qardaşlarının həsədinə məruz qalmış, quyuya atılmış
və zindana düşmək kimi müsibətlərə düçar olmuşdur.
Yusuf ələyhissəlam hər zaman səbr etdi, Allaha sığındı.
Sonra Allah ona qüvvət, izzət və səltənət bəxş etdi. Yusuf qissəsi saymaqla bitməyəcək qədər hikmət və ibrətlərlə
doludur. Həmçinin bu surə nazil olduğu vaxt Rəsulullah
29 Abdullah Yıldız, “Yusufun üç gömleyi” səh. 20
61


Ömər Mənsuroğlu
səllallahu aleyhi və səlləm və möminlərin üzərinə çətinlik
və bəlalar üst-üstə gəlmiş, Rəsulullah səllallahu aleyhi və
səlləm xanımı Xədicəni radıyallahu anhə və əmisi Əbu
Talibi itirmişdir. Möminlər üzərindəki təzyiq də artmışdır.
“Hüzn ili” adlandırılan belə bir zamanda bu surənin nazil
olmasıyla həm Rəsulullah saUaUahu aleyhi və səlləm, həm
də səhabələri ilahi bir təsəlliyə nail olmuşdular. Çünki bu
surədə Allahın yolunda gedən, Allaha dəvət edən və səbr
edənlər üçün zəfərin yaxın olduğu müjdələnir. Biz bu hissədə daha çox Hz. Yusufun ələyhissəlam bir iffət qəhrəmanı olaraq tarixdə qalmasından bəhs edəcəyik.
Uşaq yaşlarında məlum quyu hadisəsindən sonra Misirə yerləşən Yusuf, Misir əzizinin evində böyüyüb boyabaşa çatdı və yaraşıqlı bir gənc oldu. Allahın lütfü ilə həm
fiziki gözəllik olaraq, həm də xarakter olaraq insanlıq tarixində bənzərinə rastlanmayacaq bir məqamda idi. Onun
bu halı yaşadığı evin xanımı olan Züleyxanın ona qarşı fərqli
hisslərinin meydana gəlməsinə və onu zinaya dəvət etməsinə səbəb oldu. Züleyxa gənc idi, gözəl idi və sərvət sahibi
idi. Otağının qapısını da möhkəm bağlamışdı. Beləcə başbaşa qaldıqları bir vaxtda Hz. Yusufa şiddətli bir arzuyla
zina təklif etdi. Yusuf bir kişinin həyatı boyu qarşılaşa biləcəyi ən ağır imtahanlardan biri ilə qarşılaşdı, Allaha sığındı. Belə bir halda harama düşməməyin, müqavimət
göstərə bilməyin yeganə yolu Allaha sığınmaqdır. Yusuf
ələyhissəlam Allaha sığındığı üçün Allah onu yardımıyla
zinadan qorudu. Yusuf Rəbbinin burhanını görüb, böyük
bir qorxu içində sürətlə qapıya qaçdı. Züleyxa da arxasınca
düşdü:
“Hər ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun
köynəyini arxadan cırdı. Onlar qapının ağzında (qa
62

Təmiz olma və təmiz qalma mücadiləsi
dınıtı) ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi:
“Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin
cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir
əzaba düçar edilməkdir !” 30
Bu ayələrdən gördüyümüz üzərə Yusuf ələyhissəlam
çox çətin imtahanlarla qarşılaşdı. Qadın Yusufa zina təklifi
etməsiylə bərabər, ərini qapıda görüncə məzlum cildinə
girərək Yusufun ona təcavüz etmək istədiyini iddia etdi.
Şəhvətinə əsir olan bu qadın ərini gördükdə qorxmalı,
təəccüblənməli ikən, iffət timsalı Yusufu ittiham etməyə
başlamışdı. Yusufu ittiham edərkən də, “mənə pislik etmək
istəyən” yerinə “sənin ailənə pislik etmək istəyən” deməsi,
qadının düşdüyü əxlaqi tənəzzülün başqa göstəricisi idi.
“(Mısuf) dedi: “O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!” Bir şahid belə şəhadət verdi: “Əgər OAısufun) köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır.
Yox, əgər onun köynəyi arxadan cırılıbsa, (qadın)
yalan deyir, o (Yusuf) isə doğru danışanlardandır.”
(Qadının əri Yusufun) köynəyinin arxadan cırıldığını
gördükdə dedi: “Bu sizin (siz qadınların) məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!”
Ey Yusuf! Sən bu işi açıb ağartma. Sən də (ey qadın)
günahına görə bağışlanmanı dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən .” 31
Bir şahid, qadının günahkarlığını ortaya çıxaracaq bir
dəlil irəli sürməkdən çəkinmədi və Yusufun ələyhissəlam
məsum olduğu məlum oldu. Bəli, Yusufun “köynəyi arxa
30 Yusuf, 25
31 Yusuf, 26-29

63

Ömər Mənsuroğlu
dan yırtılmışdı”, deməli, Yusuf təmiz idi. Həqiqətən də
“köynəyi öndən yırtılmış” günümüz dünyasında Yusuf qissəsindən dərslər çıxarmağa necə də möhtacıq.
Qadının əri olan Misir əzizi bu hadisəni örtmək istəyirdi. Amma olan olmuş, məlum xəbər Misirin yüksək elitası arasında sürətlə yayılmışdı. Qadın ərinə xəyanət anlamına gələn bu hərəkət nəticəsində peşman olub tövbə
etməkdənsə, Yusufu əldə etmək üçün yeni planlar qurmağa
başladı. Haqqında gedən dedi-qodulardan xəbərdar olan
Züleyxa Misirin yüksək elitasının qadınlarını sınamaq üçün
onlara xəbər göndərib ziyafət verdi. Yusufu onların qarşısına
çıxararaq belə gözəl bir gəncə aşiq olmaqda nə qədər haqlı
olduğunu göstərmək istəyirdi. Onların hər birinə bir bıçaq
verdi. Sonra Yusufu onların qarşısına çıxardı. Qadınlar Yusufun gözəlliyinə heyran qalıb özlərini itirdilər və əllərini
kəsdilər. Qadınların bu hərəkəti o zamanda Misirin yüksək
elitasındakı əxlaqi tənəzzülü göstərmək baxımından da
diqqət çəkicidir. Görünən odur ki, Züleyxa kimi eyni xarakterə sahib olan bu qadınlar da qarşılarına çıxan yaraşıqlı
kişiləri əldə etmək üçün əllərindən gələn hər şeyi edirdilər.
Bundan sonra Züleyxa dedi:
“(Züleyxa) belə dedi: “Bu, məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi.
(Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə,
sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən
olacaq !” 32
Hz. Yusuf ələyhissəlam qorxunc bir hiylə və təhdidlə
qarşı-qarşıya idi. Qadının təklifi gəlib keçici bir təklif olmadığı kimi, qısa müddətlik bir təklif də deyildi. Dedi-qodunun

32 Yusuf, 32
64

Təmiz olma və təmiz qalma mücadiləsi
ətrafa yayılması və şəhərdə hər kəs tərəfindən danışılması
Yusufun aylarla davam edən bir təzyiq altında qaldığını və
uzun müddət qadın tərəfindən zinaya məcbur edildiyini göstərir. Hz. Yusuf isə bütün bu təzyiqlərə və zindana atılmaq
təhdidinə baxmayaraq təmiz əxlaqını kirlətməmək üçün,
təmiz qalmaq üçün uzun müddətli bir mücadilə, qərarlılıq
və səbir nümayiş etdirmişdir.
Yusuf aleyhissəlam bu fitnənin qarşısında təkrar Allaha sığınaraq belə dua etdi:
“(Yusuf) dedi: “Ey Rəbbim! Mənim üçün zindan
bunların məni dəvət etdikləri işi görməkdən xoşdur.
Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən,
mən onlara meyl edər və cahillərdən olaram. Rəbbi
(Yusufun) duasını qəbul buyurub (qadınların) məkrindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir !” 33
Hz. Yusufun “bunların məni dəvət etdikləri” ifadəsindən başa düşülür ki, ona zina təklif edən sadəcə Misir əzizinin xanımı deyildi, onun saraya dəvət etdiyi digər qadınların da əksəriyyəti onu bu işə məcbur etmiş, hətta
aralarında iş birliyi etmişdilər.
“Hz. Yusuf kimi gözəl və yaraşıqlı, amma bir o qədər
də əxlaq və iffət abidəsi bir insanın belə çirkin və əxlaqın
çökdüyü bir ortamda, belə bir açıq hava zindanında yaşamını davam etdirməsi mümkün deyildi. Yusuf bilirdi ki, kiçik bir zəiflik göstərəcəyi anda işləyə biləcəyi bir tək zina
hərəkəti onu zindandan daha aşağı bir həyat tərzinin dibsiz
bataqlığına qədər sürükləyə bilərdi. Oradan isə həm bu
33 Yusuf, 33-34

65


Ömər Mənsuroğlu
dünyada, həm də axirətdə xilas olmaq mümkün olmaya
bilərdi. Bu səbəbdən kiçik zindan ona, zina felindən, yəni
daha böyük zindan olan haram təməlinə əsaslanan, o
zamanın Misir həyat tərzindən daha sevimli, daha yaşanılır
gəldi.” 34

Hər bir mömin Yusuf ələyhissəlam kimi zina imtahanı ilə qarşılaşa bilər. Hətta əxlaqsızlığın, zinanın yayğınlaşdığı, zinaya gedən bütün yolların sonuna qədər açıq olduğu, zina edənlərin deyil, zina etməyənlərin istehza ilə
qarşılandığı günümüz dünyasında möminin belə bir imtahanla qarşılaşmaması mümkünsüz görünür. Belə olan halda möminə düşən vəzifə Allahın hər zaman onu gördüyü
şüuru içəsirində olmaq və zina başda olmaqla, bütün bu
çirkinliklərdən uzaqlaşıb təmiz qalmağa çalışmaqdır.
Və Yusuf ələyhissəlam zindana atıldı. Hz. Yusuf iki
seçim arasında qaldı: Zina və zindan. O, təmiz qalmaq
üçün zindanı seçdi.
Tərcihlərimiz bizim şəxsiyyətimizi formalaşdıran amillərdəndir. İnsanı digər məxluqlardan ayıran əsas xüsusiyyət
tərcih sahibi olmasıdır. İnsanın sahib olduğu ağıl, iradə və
bizə göndərilən vəhy seçimlərimizi doğru etmək üçündür.
Allah-Təala insan oğlunun çox vaxt seçimini doğru istifadə
etmədiyini bizə bu şəkildə çatdırır:
“Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyam)
sevirsiniz. Axirəti isə tərk edirsiniz. ” 35
Bəli, insanların əksəriyyəti dünyanı seçir, bizdən istənilən isə axir əti seçməyimizdir. Çünki həqiqi həyat axirət
34 Abdullah Yıldız, “Yusufun üç gömleyi” səh. 59
35 Qiyamə, 20-21

66


Təmiz olma və təmiz qalma mücadiləsi
həyatıdır və ağıllı insan fani olan dünya həyatını daha yaxşı
yaşamaq üçün əbədi qalacağı axirətini məhv etməz.
“Hər tərcihin fərqli bir qarşılığı vardır... Doğru tərcihlərin bəla, qarşılıq, çilə yüklü olduğunu unuda bilmərik...
Çətin günlərdə, təzyiq və müsibət şəraitində necə bir seçim edəcəyimiz mühümdür... Hz. Yusufun seçimini xatırlayırıq... Şəhvət fırtınalarının əsdiyi mühitdə iffət və ixlas
köynəyindən sıyrılmır, dirənir.. Yusufun tərcihi zindan oldu,
zina deyil... Əgər zinanı seçsəydi, iki dünyası da zindan
olacaqdı ...” 36
Zindan Hz. Yusufun ələyhissəlam imtahanlarla dolu
həyatında yeni bir dövrün başlanğıcı olmuşdu. Yusuf öncə
quyuya atılmış, sonra o quyudan bir karvan vasitəsilə xilas
olmuş, sonra kölə olaraq satılmış, sonra onu alan Misir əzizi
tərəfindən böyüdülmüş, daha sonra isə zindana atılmışdı.
Sonralar Hz. Yusuf Allahın lütfüylə zindandan saraya
uzanan bir yolda müxtəlif imtahanlarla qarşılaşmışdır.

36 Ramazan Kayan, “Vahyin Gölgesinde Kimlik İnşası”
səh. 34

67


Qazılmış xəndəklər


Təmiz olma və təmiz qalma mücadiləsi

^Д^Паһ -Təala Buruc surəsində belə buyurur:
“And olsun bürclər sahibi olan göyə,
And olsun vəd olunmuş günə (qiyamət gününə),
And olsun şəhadət verənə və (haqqında) şəhadət
verilənə (Peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,
(Nəcranda isaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) Xəndək sahibləri (lənətə düçar
olub) qətl edildilər.
O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.
O zaman onlar xəndəklərin kənarında oturub,
(Öz əsgərlərinin) möminlərin başlarına gətirdiklərinə (müsibətlərinə) tamaşa edirdilər.
Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət
sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman
gətirdiklərinə görə intiqam alırdılar.
O Allah ki, göylərin və yerin ixtiyarı Onun əlin
71

Ömər Mənsuroğlu
dədin Allah hər şeyə qadirdin
Şübhəsiz ki, mömin kişi və qadınları (dinlərindən döndərmək üçün) bəlaya düçar edən, sonra
da tövbə etməyən kimsələri cəhənnəm əzabı və
yandırıb-yaxan atəş əzabı gözləyir.
İman gətirib yaxşı əməllər edən kimsələri isə
(ağacları) altından çaylar axan cənnətlər gözləyir.
Bu böyük qurtuluşdur (uğurdur ).” 37
Bu surə Məkkədə Peyğəmbərimiz Hz. Muhəmmədə
səllallahu aleyhi uə səlləm və onun ətrafındakı bir ovuc səhabələrinə qarşı müşriklərin düşmənliklərinin şiddətlə artdığı
bir zamanda nazil olmuşdu. Ümumiyyətlə Rəsulullahın
səllallahu aleyhi uə səlləm 13 illik Məkkə dövründə nazil
olan surələrə baxdıqda daha çox iman və etiqad əsaslarıyla
yanaşı, keçmiş Peyğəmbərlərin və möminlərin qissələriylə
qarşılaşırıq. Bu qissələrlə Rəbbimiz o dövrdə müşriklər tərəfindən müxtəlif işgəncələrə məruz qalan səhabələri təsəlli
etmişdir. Bu surə də bunun örnəklərindən biridir.
Surənin başında “Əshabı-Uxdud”dan bəhs edilir.
“Əshabı-Uxdud” xəndək sahibləri deməkdir. Peyğəmbərimizdən öncəki zamanlarda yaşamış, Allaha iman etmiş
möminləri sadəcə imanlarından ötrü içərisində od-alov
olan xəndəklərə ataraq cəzalandıran, onlardan intiqam
alan kafir bir topluluqdur “əshabı-uxdud”. Bu hadisələrin
nə zaman baş verdiyi və orada olanların kimlər olduğu xüsusunda təfsirlərdə müxtəlif rəvayətlər zikr edilmişdir. Bu
rəvayətlərə görə hadisə Yəmən, Nəcran, İraq, Həbəş, Məcusi və ya Yəhudi kralları tərəfindən meydana gətirilmişdir. Quranda bu hadisə yer və zaman bildirilmədən zikr
37 Buruc, 1-11

72

Təmiz olma və təmiz qalma mücadiləsi
edilmişdir. Allaha inanmayan kafir bir bölgənin ilahlıq iddia edən kralı Allaha inananları dinlərindən döndərmək,
təkrar öz batil inanclarına qaytarmaq üçün möminlərə
əziyyət edər, xəndəklər qazdırar və bu xəndəklərin içərisində böyük ocaq qaladardı. Allaha imandan başqa bir günahı olmayan möminlər xəndəyin yanına gətirilər, Allaha
imanda təkid edənlər ocağa atılar, küfrə dönənlər atəşdən
xilas olardılar. Möminləri oda atan bu zalımlar xəndəyin ətrafında oturaraq bu səhnəni izləyirdilər. Lakin Allah həmin
You have read 1 text from Azerbaijani literature.
Next - Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 3
  • Parts
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 1
    Total number of words is 3654
    Total number of unique words is 1748
    25.2 of words are in the 2000 most common words
    35.3 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 2
    Total number of words is 3507
    Total number of unique words is 1804
    24.2 of words are in the 2000 most common words
    34.9 of words are in the 5000 most common words
    41.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 3
    Total number of words is 3664
    Total number of unique words is 1862
    26.3 of words are in the 2000 most common words
    37.1 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 4
    Total number of words is 3655
    Total number of unique words is 1832
    26.6 of words are in the 2000 most common words
    37.9 of words are in the 5000 most common words
    44.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 5
    Total number of words is 3582
    Total number of unique words is 1779
    23.9 of words are in the 2000 most common words
    32.9 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 6
    Total number of words is 409
    Total number of unique words is 309
    39.7 of words are in the 2000 most common words
    49.0 of words are in the 5000 most common words
    54.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.