Latin

Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 1

Total number of words is 3654
Total number of unique words is 1748
25.2 of words are in the 2000 most common words
35.3 of words are in the 5000 most common words
42.1 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.

“(Lut) tayfasının (bu sözə) cauabı: “Onları
(Lutu və ona tabe olanları) məmləkətinizdən
çıxarın, çünki onlar təmiz adamlardır!” deməkdən başqa bir şey olmamışdı.”
(Əraf 82)

Bakı - 2018

Kitabın adı:
Təmiz olma və Təmiz qalma mücadiləsi
Müəllif:
Ömər Mənsuroglu
Redaktor:
Elşən Rzayev

Dizayner:
Emin Əsgərov

Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin 22 may 2018-ci il DK-522/H nömrəli
razılıq məktubu ilə nəşr edilmişdir.

C Təmi{jolma

IKV

qalma mücadiləAİ

Ömər Mənsuroğlu

Bakı - 2018

Mündəricat

Ön söz.7
İnsanın şərəfli yaradılması.11
İki fərqli insan modeli.19
İlk ailə və ilk cinayət.29
Bütləri qıran adam.35
İslami şəxsiyyət və təslimiyyət.43
Kirlənmişlərin təmizlərə münasibəti.51
Zina, yoxsa zindan?!.59
Qazılmış xəndəklər.69
Rəbblərinə iman etmiş gənclər.79
Ən gözəl örnək.89
Cismi köləlik və ruhi azadlıq.99
Kərbəladan ibrətlər..107
Bugünkü dünyaya bir baxış.119
Ateizmin bəşəriyyətə mənfi təsirləri.125
Zina bataqlığı.137
Korlar ölkəsində görmək.145
İnsan haqlarımı dediniz?.151
Zalım və məzlumun fərqi.157
İntiharların səbəbi nədir?.165
Nəticə.173
İstifadə edilən ədəbiyyat.177

5












On söz
Bizə iman və Quran nəsib edib təmizlənmə yolunu
göstərən Allaha həmd olsun. Onun seçdiyi və ən sevdiyi
qulu və rəsulu olan Peyğəmbərimiz Hz. Muhammədə,
onun pak və təmiz Əhli-Beytinə, dinini yaymaq üçün canı
və malı ilə çalışan səhabələrinə və qiyamətə qədər onlara
tabe olanlara salət və salam olsun.
İnsanların əksəriyyəti Allahın verdiyi ağıl nemətini təyinatı üzrə istifadə etmədikləri üçün haqdan və həqiqətdən
uzaq yaşayırlar. Allah-Təala Qurani-Kərimdə insanları dəfələrlə ağıllarını istifadə etməyə, düşünməyə dəvət edir. Bu
həqiqət Quranda bir neçə yerdə ifadə edilən “heç düşünmürsünüzmü?” şəklində bizə çatdırılmışdır. Düşünən insanın isə əldə edəcəyi bir nəticə var: “Allaha, Onun varlığına
və birliyinə və Quranına iman etmək və həyatını bu kitaba
uyğun olaraq yaşamaq”.
İman özlüyündə bütün xeyirləri ehtiva edir. İmanın əksi isə küfrdür. Küfr imanın ziddi olduğu üçün, öz içərisində
bütün pislikləri və çirkinlikləri ehtiva edir. Elə buna görə də
Uca Allah Quranda zülmətlə nurun bir-birinin əksi olduğu
kimi, iman ilə küfrün də bir-birinin əksi olduğunu bildirir:
'Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb nura tərəf yönəldər .” 1
İnsan iman etdiyi andan etibarən bir mücadiləyə baş1 Bəqərə, 257
7

layar. Bu mücadilənin qarşı tərəfində Adəm oğlunun ən
böyük düşməni olan şeytan, ona daim pislikləri əmr edən
nəfs və nəfsini ilah edən, şeytana kölə olan insan vardır.
İnsan iman etməklə bütün pisliklərdən və çirkinliklərdən
arınma, təmizlənmə yoluna qədəm qoyar. Yaşadığı müddət
ərzində də təmiz qalmaq üçün yuxarıda qeyd etdiyimiz
düşmənlərlə mübarizə aparar. Bu mücadilə mömin Rəbbinə qovuşana qədər, yəni son nəfəsini verənə qədər
davam edər. Bu mücadilə “Təmiz olma və Təmiz qalma
mücadiləsi”dir...

8


insanın şərəfli yaradılması


Təmiz olma və təmiz qalma mücadiləsi

ca Allah İsra surəsi 7O-ci ayədə belə buyurur:
“Biz, Adəm övladını şərəfli və hörmətli etdik,
onları suda və quruda (gəmilərlə, heyvanlarla və
başqa nəqliyyat vasitələriylə) daşıdıq, özlərinə
(cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları
yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik .” 2
Bu ayənin təfsiriylə bağlı Fəxruddin ər-Razi rahmətullahi aleyh öz təfsirində bunları deyir:
“...Bil ki, insan ruh və bədəndən mütəşəkkil bir cövhərdir. Bu baxımdan insanın ruhu, süfli aləmdə (dünyada)
mövcud olan ən qiymətli ruh, bədəni də yer üzündəki ən
qiymətli maddədir. İnsanın ruhundakı bu qiymətlilik belə
izah edilir: İnsan ruhunun (nəfsinin), üç əsl qüvvəti vardır:
Qida alma (yemə), böyümə və çoxalma. Canlıların ruhlarının, istər zahiri, istər batini olsun, iki qüvvəti vardır: Biri hiss
etmələri, digəri isə ixtiyari olaraq hərəkət etmələridir. Bu
baxımdan bu beş qüvvət, yəni qida alma, böyümə, çoxalma,
hiss və hərəkət insan ruhunda (nəfsində) də vardır. Amma
2 İsra, 70

13

Ömər Mənsuroğlu
insan ruhuna bunlardan başqa bir qüwət də verilmişdir.
Bu isə, əşyanın həqiqətini olduğu kimi idrak edən, anlayan
ağıl qüvvətidir. Bu qüvvət Mərifətullah (Allahı bilmək) nurunun təcəlli etdiyi, Allahın böyüklük işığının parladığı bir
qüvvətdir. Bu qüvvət məxluqat aləminin və əmrlərin sir və
hikmətlərinə vaqif olan, Allahın yaratdıqlarındakı müxtəlif
ruh və maddələri olduğu kimi anlayan bir qüvvətdir... Bu
qüvvət şərəf və fəzilət baxımından nəbati və heyvani olan
o beş qüvvətə nisbət edilə bilməz. Beləliklə də insan ruhunun bu aləmdə mövcud olan ən şərəfli ruh olduğu ortaya
çıxar.
Dəhhaq, bu ayəyə: “İnsana danışma və əşyanı birbirindən ayırd etmə xüsusiyyəti verərək, onu kərim qıldıq”
mənası vermişdir ki, bu sözün əsası budur: Bir şeyi tanıyan kimsə, ya onu bildiyini başqasına bildirməkdən acizdir, yaxud da onu bildirməyə gücü yetər. Birinci ehtimala
gəldikdə, insandan başqa digər bütün canlıların vəziyyəti
belədir. Çünki onun içində bir acı və ya ləzzət meydana
gəldikdə o, bu şeyləri tam olaraq və yerli-yerində izah etməkdən acizdir. İkinci ehtimala gəldikdə isə bu, insanın
halıdır. Çünki insanın başqasına tanıdığı, bildiyi, hiss etdiyi
hər şeyi çatdırması, ona vaqif olması və onu əhatə etməsi mümkündür. Bu baxımdan onun bu cür işlərə gücünün
yetməsi, natiq (danışan varlıq) olmasından irəli gəlir. Bu
izaha görə danışa bilməyən insanın da bu vəsfə daxil olduğu ortaya çıxar. Çünki o, qəlbindəkini və beynindəkini
bilavasitə dili ilə başqasına çatdırmaqdan aciz olsa da, onun
bunu işarət, yazma və bənzəri yollarla çatdırması mümkündür. Bu xüsusiyyət tutuquşunda belə yoxdur. Çünki
hər nə qədər bəzi şeyləri söyləyə bilsə də, hər şeyi tam və
mükəmməl bir şəkildə çatdırma və söyləmə gücü yoxdur...

14

Təmiz olma və təmiz qalma mücadiləsi
-Ata bin Əbu Rəbah bu ifadəni “Ona ən gözəl bir
bədən quruluşu verərək” deyə təfsir etmişdir. Bunun dəlili
“O sizə surət verdi, surətlərinizi də gözəl yaratdı.” 3
ayəsidir...
Bəzi kimsələr insan oğluna verilən ən böyük şərəfin,
Allahın ona yazı yazma qabiliyyətini verməsi olduğunu
söyləmişlər. Bu xüsusda sözün özü budur: İnsanın istinbata
(hökm çıxarmağa, fikir bildirməyə) yarayacaq, beynindəki
bilgisi az və məhduddur. Lakin insan bir bilgi ortaya qoyub
onu kitablara yazdığında, bir digəri bu yazıdan yararlanaraq özündəki bilgini də buna əlavə etdiyində və bu iş beləcə
ard-arda təkrarlananda, hər sonra gələn öncəkilərin bilgi
və təcrübələrinə yeni bir çox şeylər əlavə etdiyində, elm
artar, fəzilət və bilgi qüvvətlənər. Əqli araşdırmalar və şəri
(dini) qayələr ən mükəmməl nöqtəsinə və zirvəyə çatar.
Bunun belə olmasının ancaq yazı ilə mümkün olacağı hər
kəsin məlumudur. Elə bu mükəmməl üstünlük səbəbiylə
Uca Allah “Qələm ilə (yazmağı) öyrədən Rəbbinin
adıyla oxu. O, insana bilmədiyi şeyi öyrətdi .” 4 - buyurmuşdur.

Məxluqatın növləri
Məxluqat 4 növdür:
a. Ağıl və hikmət (düşünmə) qüvvəti olub nəf sani
qüvvəti olmayanlar. Bunlar mələklərdir.
b. Ağıl və hikmət (düşünmə) qüvvəti olmayıb, nəf sani

3 Təğabun, 3
4 Ələq 3, 4

15

Ömər Mənsuroğlu
qüvvəti olanlar. Bunlar da heyvanlardır.
c. Hər iki növ qüvvətdən uzaq olanlar. Bunlar bitkilər
və cansızlardır.
d. Özündə hər iki növ qüvvəti birləşdirən varlıqlar. Bunlar insanlardır. Sırf ağıl qüvvəti ilə qəzəbi və dağıdıcı şəhvət qüvvətini birlikdə topladığı üçün, insanın
heyvanlardan daha üstün olduğunda şübhə yoxdur. Həmçinin insanın bitki və cansız varlıqlar kimi hər iki qüvvətdən
uzaq şeylərdən üstün olduğunda da şübhə yoxdur. Belə
olduğu təqdirdə Uca Allahın insanları üstün və şərəfli yaratdığı görünür...
Həm əzəli, həm əbədi olan mütləq varlıq sadəcə Uca
Allahdır. Nə əzəli, nə də əbədi olan bitkilər və canlılarla birlikdə bütün dünyadır. Əzəli olan, amma əbədi olmayan bir
varlığın olması mümkün deyildir. Çünki əzəli olduğu sabit
olan şeyin, əbədi olmaması mümkün deyil. Əzəli olmayıb,
amma əbədi olan varlıq isə insan və mələkdir. Bu qismin,
ikinci və üçüncü qismdən daha qiymətli olduğunda şübhə
yoxdur. Bu, insanın yaradılmışların əksəriyyətindən daha
şərəfli olması deməkdir.
Ülvi aləm fani aləmdən daha qiymətlidir. İnsanın ruhu da ülvi ruhlar cinsindəndir. Fani aləmdə mövcud olan
varlıqlar içərisində insandan başqa elə bir varlıq yoxdur ki,
onda ülvi aləmdən bir parça olsun. Bu səbəbdən də insan
fani aləmdəki varlıqların ən şərəflisidir.
Varlıqların ən qiymətlisi Uca Allahdır. Deməli, Allaha
daha çox yaxın olan hər varlıq daha qiymətli və şərəflidir.
Ancaq bu bir həqiqətdir ki, fani aləmdəki varlıqların Allaha
ən yaxın olanı insandır. Ona bu yaxınlığı qəlbinin mərifə
16

Təmiz olma və təmiz qalma mücadiləsi
tullah (Allahı tanımaq), dilinin zikrullah (Allahı zikr etmək)
ilə şərəfli, orqanların da Allaha itaət ilə kərəmli və əziz
olması qazandırmışdır. Bu səbəbdən də fani aləmdəkilərin ən qiymətlisinin insan olduğu qənaətinə gəlirik. İnsanın
zatı gərəyi mümkin bir varlıq olduğu və mümkin varlıqların
da, ancaq zatı gərəyi vacibul-vücud (varlığı mütləq olan)
olanın yaratmasıyla var olduğu sabit olunca, insandakı bu
üstün dərəcə və qiymətli özəlliklərin, ancaq Allahın lütfü ilə
meydana gəldiyi sabit olur. Elə bu səbəblə Allahu-Təala:
“And olsun ki biz, Adəm oğullarını üstün və şərəfli qıldıq”
-buyurmuşdur. İnsanı Allah nəzdində qiymətli və kərim
edən bir xüsus da budur: Allah-Təala insanı ilk yaradarkən
onu “ən kərim olmaqda vəsf edərək “Yaradan Rəbbinin
adıyla oxu. O, insanı bir “ələq”dən yaratdı. Oxu!
Rəbbin sonsuz kərəm sahibidir. O, qələmlə yazmağı
öyrədəndir .” 5 buyurmuşdur. Həmçinin özünü tərbiyə etdiyi, baxıb böyütdüyü üçün insanı “təkrimdə (əziz və şərəfli
etməklə) vəsf edərək: “And olsun ki, biz Adəm oğullarını
üstün və şərəfli qıldıq” -buyurmuş və insanın ən son vəziyyətində də özünü “kərəm” ilə vəsf edərək “Ey insan,
O kərəmi bol Rəbbinə qarşı səni aldadan nədir ?” 6
buyurmuşdur ki, bütün bunlar Allahın insan üzərindəki kərəminin, lütfünün sonsuz olduğuna dəlalət edir. Allah ən
yaxşı biləndir... (Fəxruddin ər-Razi təfsiri, müvafiq ayənin
təfsiri)

5 Ələq 1-4
6 İnfitar, 6
17



İki fərqli insan modeli

19


Təmiz olma və təmiz qalma mücadiləsi

A nd olsun əncirə və zeytuna;
And olsun (Allah-Təalanın Musa ilə danışdığı)
Tur dağına;
And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz)
şəhərə (Məkkəyə) ki,
Biz insanı ən gözəl biçimdə yaratdıq!
Sonra da endirdik onu aşağıların ən aşağısına . 7
Aləmlərin Rəbbi olan Allah insanı “əhsəni təqvim” olaraq, yəni ən gözəl biçimdə yaratdığını bildirir. Arxasıyca da
“sonra endirdik onu aşağıların ən aşağısına” buyuraraq iki
fərqli insan modelinə diqqət çəkir.
Yəni insan həm fiziki, həm də mənəvi baxımdan üstün
yaradılmışdır. İnsan bu üstün yaradılışıyla anlamaq, iman etmək, əməl etmək, sevmək, mərhəmət etmək, şəfqətli olmaq
kimi bir çox gözəlliklərin toxumunu öz içərisində gizləyir.
Bunlar Yaradan tərəfindən insanın fitrətinə qoyulmuşdur.
7 Tin, 1-5

21

Ömər Mənsuroğlu
İnsan fitrətindəki bu gözəllikləri üzə çıxardıqda ən üstün
varlıq səviyyəsinə yüksəlir. Peyğəmbərlik bu məqamın zirvəsidir. Uca Allah ən gözəl şəkildə yaratdığı və doğru yolu
göstərmək üçün Peyğəmbərlər və kitablar göndərərək onu
dünya və axirət nemətləriylə nemətləndirdiyi halda, bütün
bu yönləriylə üstün yaradılmış insan fitrətinin doğru yolundan ayrılar və fitrətə paralel olan iman yolundan, yəni
Rəbbinin yolundan azarsa, nankorluq edib şükr etməzsə,
Allahdan başqalarına ibadət edər, nəfsinin istəklərini ilah
bilərsə, ruhi və mənəvi yöndən aşağıların ən aşağısına sürüklənər:
“(Ya Rasulum) Nəfsini özünə ilah edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan ?” 8

Yəni insan Allah dostluğuna qədər yüksələ biləcəyi
kimi, heyvanlardan daha aşağı da ola bilər. Uca Allah insanı mələk ilə heyvan arasındakı orta məqama yerləşdirmişdir. İnsan heyvanlar kimi nəfs sahibidir və bu səbəblə
pis işlər görmə potensialı vardır. Eyni zamanda mələklər
kimi şüur sahibidir, iman və yaxşı işlər etmə potensialı
vardır. Fitrətinə yerləşdirilmiş gözəllikləri kəşf edən və
bu keyfiyyətləri yaşayan insan mələklərdən daha üstün
dərəcəyə yüksələr. Çünki mələklərdə nəfs yoxdur və bu
səbəblə günah etmə istəkləri də yoxdur. Lakin nəfs sahibi olan və nəfsin pis istəklərinə sinə gərməyi bacaran
insan bu dərəcəyə mücadilə nəticəsində çatdığı üçün
mələklərdən də üstün sayılmışdır. Nəfsinin istəklərinin ardınca düşən insan isə özündəki yaxşılıqları gizlədiyi və həyatını bu şəkildə yaşadığı üçün heyvanlardan daha aşağı
dərəcəyə düs ər. Çünki heyvan şüur sahibi olmadığı üçün
8 Furqan 43

22

Təmiz olma və təmiz qalma mücadiləsi
etdiklərindən məsuliyyət daşımır. Lakin insan şüur sahibidir
və heyvanlar kimi yaşama haqqına sahib deyil. O şəkildə
yaşayarsa, düşəcəyi yer “əsfələ səfilin ’dir, yəni aşağıların
ən aşağısıdır:
“Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti
(sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, hətta ondan daha
çox zəlalət yolundadırlar. ” 9
Yaradılış qayəsini unudub nəfsin istəklərini qayə
edənlərin düşdüyü halı mütəfəkkirlərimizdən biri belə ifadə
edir: “Hər kimin yeganə qayəsi və məqsədi mədəsinə girəcəklərdirsə, onun qiyməti mədəsindən çıxanlar səviyyəsindədir”.
Yəni Allah-Təala digər məxluqlar arasında seçkin bir
məqam verdiyi insanı eyni zamanda pisliyə və pozulmağa
əlverişli bir fitrətdə yaratmışdır.
İnsan yaradılış etibarilə Allaha iman, Onu tanıma, və
yaxşı işlər görmə kimi xüsusiyyətləri özündə cəm edir. Yəni
həqiqətdə insanı ən yüksək məqama ucaldan dəyər imandır. İnsanı öz əsli mahiyyətindən uzaqlaşdırıb, onu aşağıların ən aşağısı vəziyyətinə salan isə küfrdür. Çünki iman
özlüyündə bütün yaxşılıqları cəm etdiyi kimi, küfr özündə
bütün pislikləri cəm edir. Yəni insan imanın nuruyla yüksəlib
cənnətə layiq bir vəziyyətə gəldiyi kimi, küfrün zülmətiylə
də alçalar və cəhənnəmə layiq bir vəziyyətə gəlir.
İnsanın ən gözəl şəkildə yaradılıb, sonra da “aşağıların
ən aşağısına” endirilməsinin səbəbi ona seçim azadlığının
verilməsidir. İ nsan yaxşılıq və pislikdən hansını seçmə möv9 Furqan, 44

23


Ömər Mənsuroğlu
zusunda sərbəst buraxılmışdır. O istərsə, yalnız şəhəvi arzuları sakitləşdirməyə çağıran nəfsinə tabe olaraq alçalar.
İstərsə də, nəfsinə tabe olmaqdan boyun qaçıraraq Rəbbinə yönələr və fitrətindəki gözəllikləri üzə çıxarar.
İnsanlıq tarixinə və günümüzə nəzər saldıqda hər iki insan modeli ilə qarşılaşırıq. Bir tərəfdə onu yaratdığı, nemətlər verdiyi və əbədi cənnətə namizəd etdiyi halda Allahı
inkar edən, Ona üsyan edən insan, digər tərəfdə bütün
varlığıyla Allaha iman edən, ona şükr edən, ibadət edən
və Allahın əmr və qadağaları çərçivəsində həyat yaşayan
insan. Bir tərəfdə öz nəfsi istəklərini sakitləşdirmək üçün
“şərəf”, “vicdan”, “qeyrət” kimi dəyərlər daxil olmaqla heç
bir dəyər tanımayan və yaşama məqsədi sadəcə şəhvəti
olan insan, digər tərəfdə nəfsi istəklərini tənzimləməyi bacaran insan. Bir tərəfdə “mal-dövlət”, “pul”, “vəzifə” hərisi olub, bunun üçün bütün qeyri-qanuni yollara müraciət
edən, öz mənfəəti üçün imkanı olsa, bütün bəşəriyyəti qurban verməyə hazır olan insan, digər tərəfdə əlində olan
var-dövlətini Allahın bir əmanəti olaraq görüb bunu ehtiyac sahibləri ilə paylaşan insan. Bir tərəfdə milyonlarla
insanın ölümünə səbəb olan müharibələr çıxaran insan,
digər tərəfdə yersiz yerə bir ağacın kəsilməsinə belə üzülən
insan.
Bəşər tarixində ən böyük əxlaqi və mənəvi tənəzzülün
yaşandığı zaman şübhəsiz ki, son iki əsrdir. Yaşadığımız bu
əsr ədalət, mərhəmət və fəzilətin günbəgün yox olduğu və
bütün insani dəyərlərin heçə sayıldığı bir zamandır.
Son dövrün böyük alimlərindən professor Əbul Həsən
ən-Nədvinin rahmətullahi aleyh İngiltərə və Almaniyada
keçirdiyi İslami nöqteyi-nəzərdən Şərq və Qərbin vəziyyə
24

Təmiz olma və təmiz qalma mücadiləsi
tini dəyərləndirən konfransları “İslam işığında Şərq və Qərb
müqayisəsi” adlı kitabda toplanmışdır. Nədvi 11 oktyabr
1963-cü ildə London universitetindəki konfransda, “müasir” qərb cəmiyyətinin və onların təsirində qalan Şərqin
düşdüyü mənəvi tənəzzülü bu şəkildə izah edir:
“Qərbin tərəqqi, təkamül və inkişaf dövrü gəldi. Lakin
bu dövrdə qərbin din və əxlaqla əlaqəsi zəyiflədi. Uzun
zaman din və əxlaqı təmsil edən elm və din adamlarının
pis və mənfi tutumu dinə qarşı göstərilən laqeydlik, iqtisadi
və siyasi bəzi amillər və davranışlar səbəbilə, “Yaşamaq
üçün savaşmaq lazımdır” kimi yersiz bir düşüncə tərzinin
hakim olması nəticəsində avropalı bütün diqqətini, çalışmasını insandan daha çox onun çevrəsinə, ruh və qəlbdən
daha çox təbiət aləminin üfüqlərinə yönəltdi. Geologiya,
kimya, riyaziyyat kimi pozitif elmlərdə inkişaf etdi... Maddə sahəsində qazanılan bu zəfər, əldə edilən bu vəsilələr
həqiqətən böyükdür və ilahi bir nemət olaraq heç bir zaman kiçik görülə bilməz... Bu texnoloji vasitələrdən az
bir qismi belə bəşəriyyətin xoşbəxtliyini və rifahını, bütün
bəşəriyyətin salamatlığını gerçəkləşdirə bilər. Bu aləmdə
dağınıq olan insanlıq aləminin fərdləri arasında sevgi,
birlik, qarşılıqlı anlayış və yardımlaşmanı da təsis edə bilər... Bu gün insan oğlu xeyir, yardım və şəfqət əlini yer
kürəsinin ən ucqar bölgəsində yaşayan digər bir insana
uzada bilər... Günümüzün insanı arzu edərsə, zülmə mane
olar, məzluma yardım edər, Afrikanın böyük səhrasında
yaşayan ac bir kimsəni doyura biləcəyi kimi, Çində yaşayan birinə də istədiyi yaxşılığı edə bilər. Artıq bu gün
cəhalətin və imkansızlığın səbəb olduğu bütün maneələr
ortadan qalxmışdır. Həqiqətən bu elmi və texnoloji inkişaf
acılarla, üzüntülərlə, müxtəlif mənəvi yaralarla dolub daşan

25

Ömər Mənsuroğlu
dünyamızı üzüntüsüz, kədərsiz, acısız, qorxusuz, hərbsiz
bir yerə çevirə bilərdi. Lakin bu xüsus gerçəkləşdimi, qorxu
ortadan qalxdımı, zülm sona çatdımı, sülh və qardaşlıq tam
mənasıyla formalaşdımı, insanlıq aləminin fərdləri arasında hüzur yayıldımı, ürpərdici savaşların zülmət qaranlığı
yox oldumu? Mən bu anda susub sizin cavabınızı gözləməyəcəm. Bu qorxunc mədəniyyət yıxıcı və öldürücü iki
cihan savaşına da şahid oldu... Mütəfəkkir və yazıçılar bu
mədəniyyətin azğınlığını və təhlükələrini tablolaşdıran bir
çox kitablar yazdılar. Onlar bu kitablarında əxlaq böhranını, ruhi depressiyaların və iztirabların hər tərəfə yayıldığını, qorxu və ürpərtinin artıq hər tərəfi bürüdüyünü açıq
bir dillə yazdılar və hələ də yazmaqdadırlar. Bəs bu niyə
belə oldu? Vasitələr günahsızdılar, alətlər kardılar, qəlbsizdir və hissizdilər. Onlar insan oğlunun əmrindədilər. Və
səbəb budur: İnsan oğlu elmlərin inkişafı qədər inkişaf etməmiş, əxlaqi və insani dəyərlər alət və müəssisələrin təkamülü nisbətində təkamül göstərməmişdir. Tam əksinə
elmlər insanın əxlaqın, qəlb və ruhun əleyhində və tərs bir
istiqamətdə inkişaf etmişdir. Bu bir həqiqətdir. Təəssüflə
ifadə edək ki, qərb aləmi bütün vaxtını, zəka və iradə gücünü həmişə insanın xarici aləminə yönəltmiş, ancaq insanın daxili aləminə nəzər yetirməmişdir. Psixiologiya və
biologiya elmləri çərçivəsində insanı dəyərləndirən qərb
onun ruhunun dərinliklərinə enə bilməmiş, həqiqi ehtiyaclarını nəzərə almayan, imanını, inancını və əxlaqını hesaba
qatmayan maddi və qısır bir metod tətbiq etmişdir. İnsanı
idarə edən, onu pisliklərdən qoruyub yaxşılıqlara yönəldən
həqiqi mənbə və əsas səbəbə yönəlməmişdir. Təəssüflə
ifadə edək ki, qərb aləmi insanın qəlbini ələ almaq istəsə
və insanlığa bu qəlb yolu ilə bir yön təyin etmək istəsə belə,
artıq bu xüsusda müvəffəq ola bilməyəcək. Çünki qərb ki
26

Təmiz olma və təmiz qalma mücadiləsi
lidi açan açarı itirmişdir. Qərbin sənəti insanı heyrətlər
içində buraxan fabrikləri və dahi zəkaları, mühəndisləri
bu kilidə yeni açar icad edə bilmədilər. Çünki bu insanlıq
kilididir. O isə ancaq və ancaq iman açarı ilə açıla bilər.
Peyğəmbərlik müəssisəsinin bəşəriyyətə hədiyyə etdiyi bu
iman açarı qərb mədəniyyətinin ayaqları və köhnə kilsələrin dağıntıları altında əzilmiş, hətta çürüyüb məhv olmuşdur. Bu gün insan oğlu xoşbəxt deyil və bunun səbəbi
qərbin şərqdən, elmin imandan və müəsisələrin əxlaq prinsiplərindən və müqəddəs qayələrdən ayrılmasıdır. Bu elə
uğursuz bir ayrılmadır ki, mədəniyyətimizin üstünə uzun
bir bədbəxtlik xətti çəkmişdir və onu yox etmişdir. İman
hər zaman elmin yanında olmalı, elm də bütün hallarda
imanın idarəsi altında olmalıdır. İnsanlıq aləmi, yeni bir
cəmiyyətin formalaşması və xoşbəxt bir nəslin yetişməsi
xüsusunda bu ikisinin birləşməsini və eyni paraleldə hərəkət etməsini səbirsizliklə gözləməkdədir.” 10
Gördüyümüz kimi Əbul Həsən ən-Nədvi rahmətullahi
aleyh hazırda bəşəriyyətin düşdüyü mənəvi tənəzzülü özünəxas bədii üslubla çox gözəl bir şəkildə ifadə edir və nicatın yalnız imanda və islamda olduğunu bildirir.

10 Əbul Həsən ən-Nədvi “İslam işığında Şərq və Qərb
müqayisəsi”

27



ilk ailə və ilk cinayət


Təmiz olma və təmiz qalma mücadiləsi

“(\b Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri
zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə
qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız
müttəqilərdən (qurban) qəbul edər!
Sən məni öldürməkdən ötrü mənə əl qaldır sanda,
mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm.
Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.
Mən istəyirəm ki, sən (məni öldürməklə) mənim
də günahımı öz günahınla birlikdə üstünə götürəsən
və beləliklə də, Cəhənnəm sakinlərindən olasan.
Zalımların cəzası budur!”
Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu .” 11

11 Maidə 27-30

31

Ömər Mənsuroğlu
Bu mücadilə hələ insanlıq bir neçə nəfər ikən başladı. Belə ki, Adəmin oğulları Rəblərinə bir qurban təqdim etmiş, birininki qəbul edilmiş, digərininki isə qəbul
edilməmişdir. Çünkü biri Allahdan qorxanlardan olduğu
üçün malının ən gözəlini, Allaha layiq olanını, digəri isə ən
dəyərsizini qurban etmişdi. Müfəssirlərin bildirdiyinə görə
qurbanı qəbul edilən Habil, qəbul edilməyən isə Qabildir.
“Habil sürü sahibi, Qabil isə əkin sahibi idi. Sürü sahibi olan Habil qoyunlarının ən gözəlini könül xoşluğu ilə
qurban edərkən, əkin sahibi olan Qabil əkinlərinin ən pisini
ürəksiz şəkildə vermişdi. Allah Habilin qurbanını qəbul etmiş, Qabilinkini isə qəbul etməmişdir.” 12 Zahirən bir-birinə
bənzəyən əməllər niyyət fərqliliyi səbəbilə iki fərqli nəticə ilə
qarşılaşmışdı. Qurbanının qəbul edilmədiyini görən Qabil
xətasını dərk edib tövbə etməkdənsə, əksinə üsyanda daha
da irəli gedir, qardaşını qısqanıb həsəd edir. Qəbul edib
etməyən Allah olduğu halda o, qardaşını günahlandırır və
onu öldürmək istəyir. Habil isə buna qarşılıq olaraq “məni
öldürmək üçün əlini uzatsan da, mən səni öldürmək üçün
əl qaldırmayacam” - deyir. Qabil nəfsinə tabe olur və
qardaşını öldürür. Beləliklə yer üzündə ilk qətl hadisəsi baş
verir, ilk qan axır.
Qabil Allaha deyil, nəfsinə təslim olduğu üçün nəfsi
bu işi ona gözəl göstərdi. Qabil ziyana düşənlərdən oldu.
Dünyası da məhv oldu, axirəti də. Zahirən Habil məğlub
və öldürülmüş olsa da, həqiqətdə qazanan o oldu. Gördüyümüz kimi bəşəriyyətin xəstəliklərindən olan həsəd ailə
daxili cinayətə səbəb oldu. Paxıllıq və qısqanclıq kimi də xarakterizə edilən həsəd bir insanın sahib olduğu üstünlük və
fəzilətləri, qaz andığı nailiyyətləri həzm etməmək və sahib
12 Təbəri təfsiri, müvafiq ayənin təfsiri

32

Təmiz olma və təmiz qalma mücadiləsi
olduğu bu üstünlüklərin onda olmasını istəməməkdir. Qibtə
isə digərində gördüyün üstünlüklərə sevinmək və səndə də
olmasını arzu etməkdir. Qibtə “Xeyirdə yardımlaşırı ” əmrilə təriflənən xüsusiyyət olduğu halda, həsəd dinimiz tərəfindən qadağan edilmiş bir qəlb xəstəliyidir və bu çirkin xislət digər günahlar kimi bəşəriyyətin tarixi qədər
qədimdir.

33


Bütləri qıran adam
35


Təmiz olma və təmiz qalma mücadiləsi

İ nsanın yaradılış qayəsi Aləmlərin Rəbbi olan Allaha
inanmaq və onun tək olduğuna etiqad etməkdir.
Kainatda olan möhtəşəm nizam bu kainatın Yaradıcısının
tək olduğunu göstərən ən böyük əqli dəlildir. Çünki bir işdə bir neçə idarəçinin olması həmin işin nizamını pozar.
Kainatda möhtəşəm bir nizamın olduğu hər kəs tərəfindən
bilinən həqiqətdir. Allahı və onun təkliyini inkar edən, ona
şərik qoşan insan sanki bütün kainatı inkar etmiş olur. Bu
isə çox böyük cinayətdir. Elə buna görə də şirk ən böyük zülmdür. Bəşər tarixinin müxtəlif dövrlərində AllahTəala şirkə batmış insanları Tövhidə dəvət etmək üçün
Peyğəmbərlər göndərmişdir. Hz. İbrahim əleyhissəlam da
bunlardan biridir. Ulduzlara, günəşə, bütlərə ibadət edən
insanları onun yalnız Allaha ibadətə necə çağırdığını Rəbbimiz bizə bu şəkildə xəbər verir:
“Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz
görüb: “Bu mənim Rəbbimdir!” - dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi. (Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” - dedi.
(Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni
doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlər
37

Ömər Mənsuroğlu
dən olardım”, - söylədi. (Daha sonra) doğan günəşi
görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən,
həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cisimlərindən) uzağam! Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik
qoşanlardan deyiləm !” 13
Bu ayələrdə ifadə edilən həqiqət İbrahimin aleyhissəlam Allahdan başqasına ibadət edənlərə getdikləri yolun
səhv və inamlarının batil olmasını göstərməsidir. Hz. İbrahim aleyhissəlam atasından başlayaraq öz qövmünü Tövhidə dəvət etdi.
Qəbiləsi bir gün toplanıb bayram edərkən Hz. İbrahim aleyhissəlam bütxanaya gedir. Orada gümüş, mis və
ağacdan düzəldilmiş bütlər var idi. Önlərinə də bərəkətlənməsi üçün yemək qoyulmuşdu. Ən iri büt qızıldan düzəldilmiş bir taxtın üzərində oturdulmuşdu. Bəzəkli paltarlar
geyindirilib, başına tac qoyulmuşdu.
“(ibrahim) xəlvətcə onların ilahlarının yanına
gedib (istehza ilə) dedi: “Məgər (yanınızda olan bu
təamları) yeməyəcəksiniz? Sizə nə olub ki, danışmırsınız?” Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə
onlara möhkəm bir zərbə endirdi .” 14
“(Onlar gedən kimi ibrahim bütləri) parçaparça edib yalnız onların böyüyünü saxladı ki,
bəlkə, qayıdıb ona baş çəkdilər. (Qoy anlasınlar

13 Ənam 76-79
14 Saf fat, 91-93

38


Təmiz olma və təmiz qalma mücadiləsi
ki, bu dilsiz-ağılsız bütlər nəinki başqalarını, hətta özlərini belə qorumağa qadir deyillər. Buna görə də onlara ibadət etmək ən böyük günahdır).
(Onlar qayıdan kimi işin nə yerdə olduğunu görüb)
dedilər: “Bunu ilahlarımıza kim edibsə, o, şübhəsiz
ki, zalımlardandır!” (Müşriklərin bəziləri:) “.ibrahim
You have read 1 text from Azerbaijani literature.
Next - Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 2
  • Parts
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 1
    Total number of words is 3654
    Total number of unique words is 1748
    25.2 of words are in the 2000 most common words
    35.3 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 2
    Total number of words is 3507
    Total number of unique words is 1804
    24.2 of words are in the 2000 most common words
    34.9 of words are in the 5000 most common words
    41.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 3
    Total number of words is 3664
    Total number of unique words is 1862
    26.3 of words are in the 2000 most common words
    37.1 of words are in the 5000 most common words
    42.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 4
    Total number of words is 3655
    Total number of unique words is 1832
    26.6 of words are in the 2000 most common words
    37.9 of words are in the 5000 most common words
    44.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 5
    Total number of words is 3582
    Total number of unique words is 1779
    23.9 of words are in the 2000 most common words
    32.9 of words are in the 5000 most common words
    38.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Təmiz Olma Və Təmiz Qalma Mücadiləsi - 6
    Total number of words is 409
    Total number of unique words is 309
    39.7 of words are in the 2000 most common words
    49.0 of words are in the 5000 most common words
    54.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.