Latin

Şeirlər - Həbibi - 3

Total number of words is 1604
Total number of unique words is 1054
16.8 of words are in the 2000 most common words
25.0 of words are in the 5000 most common words
28.9 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Ki, tutdu aləmi ən varın, ey dust.

66

Milli Kitabxana

Olubdur qərqi-ənvari-təcəlla
Həbibi görəli didarın, ey dust.
Yüzün mahin görən mehrinə baxmaz
O çərxi-atlasi-dəvvarm, ey dust.
42
Dil saçından oldu sevdayi mizac,
Cana, şirin ləblərindən et əlac.
Eyni candır əllərindən zəhri-nab,
Sənsiz abi-zindəgi milhi-ücac.
Ənbəri-sara saçından oldu xak,
Nafeyi-Çin necəsi bula rəvac.
Hüsnünin razın necə saxlaya dil,
Gizləmək mümkünmi misbahi zücac.
Cövhərindən xaki-pakin, ey sənəm,
Erişən baş olmadı möhtaci-tac.
Bu Həbibi dünyəvü üqbadə bəs
Həsrətindən qeyrə etməz ehtiyac.
Olmadan bu badü atəş xakimiz,
Mahi-mehrinlə bulaydı imtizac.

67

Milli Kitabxana

Müsəddəs
Dün gördüm ol nigari-tərəbnakü ərcimənd,
Kafur əliylə dəstələmiş ənbərin kəmənd,
Baxdım şikənci-türrəsinə zarü müstəmənd,
Bir şəxsi-natəvan oturur gərdənində bənd,
- Kimdir bu miskin, ol nə rəsəndir? - dedim, dedi:
- Zülfim kəməndi tutsaği camndürür sənin.
Çəkmiş cəmalə fərrü dəmü izzü cahını,
Ənbərlə doldurub, başa əymiş külahım,
Əbrin yüzündən aldı və ərz etdi mahını,
Gördüm yüzündə daneyi-xali-siyahım,
- Şol müşk lalə üzrə nədəndir? - dedim, dedi:
- Canında əksi-daği-nihanındürür sənin.
Ləlü göhər dişiylə yapışmış dodağinə,
Müşki-Xütən həvəsdən ulaşmış yanağinə,
Dürri -Nəcəf həvadən asılmış qulağinə,
Çox danə-danə nəsnə tökülmüş ayağinə,

68

Milli Kitabxana

- Hey-hey, bu nə əqiqi- Yəməndir? - dedim, dedi:
- Gözdən axan cigərdəki qanındürür sənin.
Gəşt ilə çıxdı gülşənə ol sərvi-gül-üzar,
Əlvanı meyvə daməninə tökdü şaxsar.
Mən gördüm anda püstəvü badamü sibü nar,
Bir mürğ oxurdu arizi bağında zar-zar,
- Ol mürğ nə mürğ, bu nə çəməndir? - dedim, dedi:
- Baği-çəməndə mürği-rəvanmdürür sənin.
Göz gördügüncə könlüm olur hüsnü maili,
Eylər dəli bu şivə ilə neçə aqili,
Sehr eyləmiş yüzündə yenə çahi-Babili,
Bənd etmiş anda bir neçə sahibnəzər dili,
- Çin söylə, bu nə çahi-zəqəndir? - dedim, dedi:
- Ey çox xəlalı, kəndü məkamndürür sənin.
Yaşım yürüdü su kimi ol sərv suyinə,
Göz baxa qaldı zülfü xətü ruyü muyinə,
Piranəsər könül axub ol qəddi-cuyinə,
Aldandı tifltək dil anın rəngi-ruyinə,
- Bu nə xöcəstə sərvi-səməndir? - dedim, dedi:
- Bəxti-səidü ömri-cəvanındürür sənin.

69

Milli Kitabxana

Nərgis oyandı, bu çəmən damənü caməxab 1 ,
Gül çıxdı, pirəhən yaxasından açub niqab,
Təb düşdü canə, cümleyi-afaqi tutdu tab,
Ol dəm ki, doğdu qibleyi-məşriqdən afıtab,
- Bir zərrə gördüm anda, dəhəndir! - dedim, dedi:
- Bu söz yəqin, Həbibi, gümamndürür sənin.

1

Misra bütöv deyil.

70


Milli Kitabxana

Qitə
Səfa həngamıdır, işrət dəmidir, ey güli-rəna,
Açü baği-lətafətdə görünsün pərçəmin, cana,
Münəvvər eyləsün ruyun dili-üşşaqi-qəmxari.
Dili-naşadi şad eylə, budur xasiyyəti-məna.

71

Milli Kitabxana

LÜĞƏT

A
Abdullah - Allahın qulu
Abi-heyvan - dirilik suyu
Abi-rəvan - axan su
Abi-zindəgi - dirilik suyu
Akif- islahedici
Aləm əfruz- aləmi işıqlandıran
Ar iz - üz
Aşiyan - yuva
Aşub - qalmaqal, fitnə
Ayruq - ауп, qeyri, artıq
B
Bad - yel
Badi-bahar - bahar yeli
Bəsirət - həqiqəti görmək
Bidirəng - qorxusuz, çəkinmədən, gözləmədən
Bihəmta - tayı-bərabəri olmayan
Birah - yolsuz, yolunu azan
Bürharı - dəlil, isbat
Büryan - yanmaq, qovrulmaq
Bulmaq - əldə etmək, tapmaq

72

Milli Kitabxana

C
Carıpərvər - ruhu oxşayan
Cəbin - alın
Cənnəti-fırdövs - cənnət bağı
Cilvə - görünmək, parıldamaq
Cübbə - üst geyim
Сш /ı-binəhəyat - sonsuz səxavət
Cürə - bir udum
Cürm - təqsir, günah
Cüstücu - aramaq
Ç
Çah - quyu
Çeşmə-bina - görən göz
Çin - 1. Ölkə adı; 2. Doğru; 3. Qıvrım saç
Çözgil - həll etmək, xırdalamaq, əlac etmək
D
Dai - iddia edən
Dam - tələ
Dana- bilici
Darüşşəfa - şəfa evi, xəstəxana
Deyr - monastır, rahibxana
Dəhr - dünya, aləm
Dəmsaz - uymaq, məşğul olmaq

73

Milli Kitabxana

Dəprətmək - tərpətmək
Dərban - qapıçı, keşikçi
Dəstar - əmmamə, çalma, sarıq
Dəti-qüdrət - Allahın əli, qüdrətin əli
Dəvan - qaçan
Dəvvar - dövr eləyən
Diləfkar - ürəyi pərişan, qəmli
Diləfruz - ürəyə yatan, qəlbi işıqlandıran
Dili-pürxun - ürəyi qan ilə dolu
Dilriş - qəlbi yaralı; şeirdə: aşiq, vurğun
Diraz - uzun
Duxan - duman, tüstü
Dur - uzaq
Duruşmaq - tab gətirmək, dözmək
Dünyavü üqba - dünya və axirət
Dürd- şərabın xıltı
E
Elmi-qeyb - qeybdən xəbər verən elm
Elmi-lədünni - Allah vergisi olan elm
Erişmək, ermək (irişmək, irmək) - yetişmək, çatmaq,
qovuşmaq, birləşmək və s,
Eyd - bayram
Eydür - söylər, xitab edər
Eyrıi-aşub - fıtnəli göz

74

Milli Kitabxana

ə
Əbcədi-hürufı - ərəb hərflərinin tərtibi və onların rəqəmləri
Əbhər - nərgiz gülü
Əbr - bulud
Ədəm - yoxluq
Ədvar - dövrlər
Əfi zülfin - ilan saçın
Əfyun - tiryək
Əhəd-tok
Əhli-şirk - Allaha şərik çıxan, yolunu azan
Əklədi-ə lavə etdi
Əla - hündür, uca
Əltaf - lütflər
Əma - kor
Ənasir - ünsürlər: su, od, torpaq, külək (ab, atəş, xak, bad)
Ənbərbar - ətir saçan
Ərcimənd - alicənab, qiymətli
Ərşül-əzim - böyük kainat
Əsəhh - çox doğru, səhih
Əsfəl - alçaq
Əs ma - i simlər
Ətiyyə - bəxşiş

75

Milli Kitabxana

Əyyam - günlər
Əyyar - çevik, hünərli
Əzim-üşşan - şanı uca, yüksək
F
Ferz - şahmat oyununda vəzir fiquru
Fəhm - anlaq
Fəm - ağız
Fərdi-yekta - tək, misli olmayan
Fərəs - at; şahmat oyununda at fiquru
Fəttan - fıtnəli
Fəzl - alim, müdrik
Fəzli-feyz - müdrikliyin feyzi, əhəmiyyəti
Fitnə-əngiz - fitnə doğuran
G
Giran - bahalı
Gireh - düyün
Gülrux - gülüzlü
H
Həqqi-təala - yüksək Allah, tanrı
Həmta - bərabər
Həyati-cavidan - əbədi həyat
Həzar - min

76

Milli Kitabxana

Hidayət - doğru yola çağıran, həqiqətə dəvət edən
Huri-cinan - behişt hurisi
Hüma - ənqa quşu, cənnət quşu
Hürufl-həca - əlifbanı təşkil edən hərflər
X
Xaki-pak - pak torpaq
Xali-dilkəş - ürəyə yatan xal
Xar - alçaq
Xədd- yanaq
Xəti-yaqut - qırmızı üz
Xuni- süvəyda - qanla yazılmış
Xülq - xasiyyət
İ
Imtizac- qarışıq
Ismi-hüsn - gözəllik adı
İs sı - sahib, yiyə
Izaz - əziz, izzət
K
Kah - saman
Kamankeş - kaman çəkən, ox atan
Kaşanə - saray, imarət

77

Milli Kitabxana

Kəman-əbru - qaşı kaman
Kamtər - həqir, kimsəsiz
Karan - kənar, sahil
Kəsrət - çoxluq
K-o - ki, o
Kövkəb - ulduz
Küfr - günah, örtmək
Q
Qal - söyləmək, danışmaq
Qamu - hamı
Qəbiçə - don
Qəddi-bala - yüksək boy
Qəmərrux - ay üzlü
Qəni - varlı
Qüsl - təmizlik, yuyunmaq, pak olmaq
L
Laləgun - laləüzlü, lalə rəngli
Layəqəl - ağlını itirmiş, ağılsız
Ləmyəzəl - Allah
Lölö - ləl, qiymətli daş

78

Milli Kitabxana

м
Ma -su
Masiva - bundan başqa
Mehr - məhəbbət; Günəş
Meykədə - meyxana, şərab içilən yer
Meysaz - şərab hazırlayan
Məad-axirət - gediləcək yer
Məccarıi - pulsuz
Məfxər - iftixar səbəbi
Məhi-növ - təzə Ay, yeni doğulan ay
Məkr - hiylə
Məqami-ali - ali yer, müqəddəs yer
Mənşur - yayılmış
Məstur - örtülü, gizli
Məşam - burun
Məşqi-qeyb - qeybin yazısı
Məşşatə - bəzəkçi
Məzhər - zahir olunan, görünən
Misbah - çıraq, işıq saçan
Mizac - təbiət
Mövlana - böyük, ağa
Müavin - kömək
Müdam - daima
Müənbər-zülf- ətirli saç
Mühəqqəq - həqiqət, doğrulduğu bəlli

79

Milli Kitabxana

Müxəyyər - ixtiyar sahibi
Münfəil - peşman
Müntəha - sonu, intəhası olmayan
Mürdə - ölü
Mürəqqə - dərvişlərin geydiyi libas, xirqə
Miqim - məskən salan
Müsəbbe - yeddidən ibarət
Müsəffa - 1 . Sefa bəxş edən; 2. Saf, xalis
Müshəf- Quran
Müstədam - daim
Müstəhəq - möhtac, haqqı olan
Müstəmənd - biçarə, zavallı, dərdli, möhtac
Müşfiq - şəfqətli, mehriban
Müşki-xəta - Çin ətri
Müttəli - xəbəri
N
Nab - xalis, saf
Nafeyi-Çirı - Çin ətri, Çin müşkü
Nari-hicran - ayrılıq odu
Naseh - nəsihət edən
Nay - çalğı aləti, ney
Nəng - namus, həya, ar
Nargisi-məxmur - xumar gözlü
Nəshi-əkbər - böyük fəlakət

80

Milli Kitabxana

Nəsnə - şey
Nəva - oxumaq, fəryad etmək
Nuri-hüveyda - görünən işıq
Ö
Ömri-baqi - qalan ömür, əbədi ömür
Öygənmək - təşbeh etmək, bənzətmək
P
Payan - son
Peyda - gözə görünən, aşkar
Pərtövi-fıüsnün - üzünün işığı, ziyası
Pərvanəvəş - pərvanə kimi
Piçü tab - dolaşmaq, əzab-əziyyət
Piranəsər - qocaman, müdrik, dünya görmüş, yaşlı
adam
Piri-meyjuruş - qoca şərabçı
Piri-muğan - xərabat əhlinin müdrik başçısı
R
Rahi-nicat - qurtuluş yolu
Rahzən - yolkəsən
Rəhman - rəhm edən, Allahın adı
Rəmim - çürümüş sümük
Rəncur - xəstə
Rəsən - ip, kəndir

81

Milli Kitabxana

Rətb - yaş, təzə
Rətəl - xoş kəlam
Rəz - tənək
Ritli-giran - böyük qədəh
Röhban - tərki-dünya, rahiblər
Rövzeyi-hüsn - gözəllik bağı
Rövzə - bağça
Rudsaz - musiqi aləti düzəldən
Ruhi-qüds - müqəddəs ruh
Rüəsa - rəislər
S
Sağər - şərab piyaləsi
Said- qol, yüksəkliyə ucalan
Saqınmaq - qorunmaq, gözləmək
Sane - yaradan, sənətkar
Sayqu - xəstə, özündə olmayan
Seylab - sel suyu; şeirdə: çoxlu göz yaşma işarədir
Səbül-məsani - Quranın fatihə surəsini təşkil edən yeddi ayə. Hürufızmdə
insan surəti
Səhh - təsdiq əlaməti
Səhm - qorxu, pay
Səmag - iki parlaq ulduz
Səncileyin - sənin kimi
Səngisar - daşqalaq

82

Milli Kitabxana

Sərgərdan - düşkün, avara
Sərvi-ravan - yeriyən sərv ağacı (ucaboylu gözələ
işarədir)
Sib - alma
Siratül-müstəqim - doğru yol
Sirri-əsma - adların sirri
Siruş - mələk
Söyləşmək - deyişmək, sorğu-sual və s.
Sunmaq - vermək, irəli uzatmaq
Sur - şadlıq
Sübhan - Allahın adlarından biri, yaradan
Süvəyda - ürəkdə olan qara nöqtə
Şafı - kafi, kifayət edən
Şahpər - qanad
Seş-cəhət - altı tərəf
Şəb - gecə
Şabab - gənclik
Şəbi-hicran - ayrılıq gecəsi
Şəbrəng - qaranlıq
Səmsəddin - dinin günəşi
Sətarət - qorxmaz, qayğısız, dəcəl
Sövq - həvəs
£«-bu

83

Milli Kitabxana

т
Tağ - qat
Taha -Quran ayəsi
Tahir - təmiz, pak
Tapu - hüzuz, qulluq, xidmət, səcdə, təzim və s.
Tapunmaq - sitayiş etmək
Təbah - puç
Təmərınayi-vüsal - vüsala yetişmək arzusu
Tən - bədən
Tərəbnak - şad, şən
Təzvir - hiylə, yalan
Tirkəş - ox qabı
Tirqamət - düz qamət
Tiz - iti
Türreyi-tərrar - dağınıq saç
U
Urumaq - vurmaq, qoymaq
Uşanur - düşür
Ü
Üftadə - düşkün
Üqdə - düyün
Ülum - elmlər
Üstüxan - sümük

84

Milli Kitabxana

v
Vəch - üz
Vəhy - ilham
Vicudi-kainat - kainatın varlığı
Vird - təkrar etmə, bir şeyi təkrar-təkrar oxumaq
Y
Yabis - quru
Yengi -yeni
Yəğma - talan etmək
Z
Zəhri-nab - xalis zəhər
Zəkat- onda bir
Ziba - gözəl
Ziəcəb - təəccüblü
Zücac - büllur, şüşə
You have read 1 text from Azerbaijani literature.
  • Parts
  • Şeirlər - Həbibi - 1
    Total number of words is 3461
    Total number of unique words is 1921
    18.4 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    29.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Şeirlər - Həbibi - 2
    Total number of words is 3426
    Total number of unique words is 1819
    11.5 of words are in the 2000 most common words
    17.0 of words are in the 5000 most common words
    19.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Şeirlər - Həbibi - 3
    Total number of words is 1604
    Total number of unique words is 1054
    16.8 of words are in the 2000 most common words
    25.0 of words are in the 5000 most common words
    28.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.