Latin

Şeirlər - Həbibi - 2

Total number of words is 3426
Total number of unique words is 1819
11.5 of words are in the 2000 most common words
17.0 of words are in the 5000 most common words
19.6 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Sən, ey Həbibi, dur səhər, et cüstücuyi-meykədə.
7
Bir dəm salınsa çün ol sərvi-rəvan çəməndə,
Gözüm edər həzaran abi-rəvan çəməndə.
Şövqinə gül yüzünün hər dəm həzar dastan
Edüb bu bülbüli-can, eydür şu an çəməndə.
Zülfin görəli sünbül, gülgün yüzünü lalə,
Hər dəmdə eklədərlər sevdavü qan çəməndə.
Buyi-saçundan erdi badi-bahara çün kim,
Sərməstü dəngü heyran oldu dəvan çəməndə.
Vehyi-rəmim olanlar yöhyil-izam olurlar,
Sən bir nəfəs urarsan ol dəm rəvan çəməndə.
Dövri-zaman içində görmədi bir bəşər heç
Səncileyin pəri-rux, huri-cinan çəməndə.

32

Milli Kitabxana

Şol tiri-qamətini sərvi görürsə doğru,
Qaşm kimə əgilür, olur kəman çəməndə.
Məşuqə eyni sənsən, ey eşq əri Həbibi,
Gərçəksən aşiqanə ol canfəşan çəməndə.
Tut saqinin əlini, qoy başunu ayaqda,
İç cami-eşqi, məst ol sən bu zaman çəməndə.

Dur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizə,
Gözlərin çünkim yedirdi, sehr edib, əfyun bizə.
Valehü biəqlü sərxoş, məstü heyran olmuşuz,
Görünəli şol gözü nərgis, yüzü gülgün bizə.
Ruxlann şol cami-Cəm giti-nümadır kim yəqin,
Rövşən ol yüzdən görünür xaliqi-biçün bizə.
Pür edüb peymanəyi, saqi, əlümə sun müdam,
Nuş edəlüm, kim bilür, neydə bu çərxi-dun bizə.
Ol səfa camın peyapey nuş edəlüm, ey həkim,
Çünki ol piri-muğandan oldu bu qanun bizə.

33

Milli Kitabxana

Şol ləbi-yaqutini qut etməkiçün canına,
Dəmbədəm yedirdügü qandır dili-pürxun bizə.
Ey Həbibi, əqli qoy, tut cami-eşqi hər nəfəs,
Şöylə layəqəl əli gör kim gülə Məcnun bizə.
9
Dur uru, ey saqiyi-məhru bizə,
Sun bərü bir qaç qədəh vinu 1 bizə.
Ləblərindir gərçi kim, tiryaki-can,
Əfi zülfin içirür ağu bizə.
Gün yüzündən şadü xəndandır könül,
Saçların əbri salar qayğu bizə.
Eyni-aşubi-cahandır gözlərin,
Afəti-can oldu ol cadu bizə.
Rövzəyi-hüsni-camalm görəli,
Hasil oldu cənnəti-minu bizə.

1 Çaxır, şərab

34

Milli Kitabxana

Gərçi kim səhmi-səadətdir qaşın,
Ox edər tiz ol kəman-əbru bizə.
Dür dişinlə ləli-nabun zövqini
Verməz, ey can, laləvü lölö bizə.
Abi-heyvan çeşməsindən dadlıdur,
Versə ləlin çün bir içim su bizə.
Rəhzəni-candır, Həbibi, xaki-dust,
Vəh ki, edər ol dil siyəh hindu bizə.
10
Şol mübarək zatına işim sənadır, ya nəbi,
Asilik bimarına adın şəfadır, ya nəbi.
Ayağın toprağının qədrin nə bilsin hər kişi,
Kun-fəkan ol toprağə kəmtər bəhadır, ya nəbi.
Ey günəş yüzlü həbib, hər kim səni həq bilmədi,
Danla məhşərdə anın yüzi qəradır, ya nəbi.
Çün sənin xoşlığına yaratdı sane-aləmi,
Ayağın toprağına aləm fədadır, ya nəbi.
Bu Həbibi xəstəyə qılğıl şəfaət ruzi-həşr,
Çünki əslində səninlə aşinadır, ya nəbi.

35

Milli Kitabxana

ıı
01 zaman kim məst qıldı çeşmi məxmurun məni! 1
Xaki-pakə ol dəm etdim, mən fəda canü təni.
Əqlimü fikrim dağıldı, bir yerə cəm olmadı,
Bu pərişan könlümün olalı zülfin məskəni.
Bu cəhanü can dimağın tazəvü xoşbu edər,
Dəprədə badi-səba çünkim şu zülfı-müşkini.
Ey şahənşahi-cəhan, vey padşahi-insü can,
Gör bu bipa, sər-fütadə qandə qalmış məskəni.
Sən məni bir dəmdə min gəz öldürürsən cövr ilə,
Bir nəfəs mən şükrü həmddən qeyri anmazam səni.
Yığmagil ğəm ləşgəriylə, billah, ey sultani-can,
Görəli can Kəbəsində çün o vəchi-əhsəni.
Bu Həbibi surəti-rəhmanə edər səcdəsin,
Bu viran dil kim olubdur, gənci-eşqin məxzəni.

1 Bu qəzəl vəzn və qafiyə etibarilə nöqsanlıdır.

36

Milli Kitabxana

12
Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degül,
Gün yüzün şəmi önündə ta gülə gülşəndə gül.
Cümlə aləm gülşən olsa, gülsə hər dəm yüzümə,
Çün gülər yüzün mənə gəlmiyə, ol gülşən degül.
Rövzəyi-hüsnü cəmalın ərz edəldən, ey sənəm,
Güldü bağü lalə, nəsrin, süsənü gülşəndə gül.
Bitirəldən gülsitam, bağbani-kainat,
Bitmədi bir gül yüzün misli dəxi gülşən degül.
Lalə yüzün həsrətindən oda yaxar içini,
Qönçə ləlün qeyrətindən su olar gül şən degül
Sünbülün vəsfin səbadən eşidübdürür məgər,
Anın üçün yelə verür xirmənin gülşəndə gül.
Bu Həbibi irişəldən növbahari-vəslünə,
Aləm ana cənnət oldu, yalnız gülşən degül.

37

Milli Kitabxana

13
Fəzli-fəyyazi-əzəl çün eylədi feyzini am,
Saqiya, dur cami-Cəm sun, sübhdürür, vəssəlam.
Sufıya, qoy nəngü nami, cami-safı nuş qıl,
Saqiyi-məhru əlindən, aşiqa, sən alma xam.
Könlünün ayinəsini hər nəfəs pak eyləgil,
Şol müsəffa ab ilə bu yengini anun müdam.
Meykədə içrə muqim ol, der isə piri-muğan,
Sən anun dür kimi sözün sima qıl, al ələ cam.
Rətbü yabis sözü qoy vaiz dimağın xuşgünü,
[Gərmü]-tər et cami-Cəmdən kim budur xeyrül-kəlam.
Ey Həbibi, sən müdam iç şol şərabın camını,
Anun əsrarını saxla, bilməsünlər xasü am.

38

Milli Kitabxana

14
Dur uru, ey saqi, billah, xoşxiram,
Cami-Cəmdən nuş edüb sərxoş həram.
Ləli-yaquti rəvani lütf edüb,
Sun əlümə ödəvüz bəzmi-müdam.
Gün yüzünlə zülfı-şəbrəngün, a dost,
Virdimü zikrim olubdur sübhü şam.
Ey qəmərrux, şəmsi-can, saqi, saqın,
Püxtə olmuş aşiqini etmə xam.
Səbzəvü abü hərifü sazü mey,
Budürür əsbabi-işrət, vəssəlam,
Hazır ikən dur içəlüm durmadan
Kim, gedər Cəm taxtdan uşanur bu cam.
Söhbəti bir xas edəlim yar ilə,
Müttəli olmasın ana heç avam.

39

Milli Kitabxana

Cəhd qıl, sənligi səndən zail et,
Şol müsəffa ab ilə sən, ey qulam.
Ey Həbibi, hali olma bir nəfəs,
İç şərabı il on iki ay tamam.
15
Bir səhər piri-muğani çün ziyarət eylədim,
Ayağında baş qodum 1 , çox-çox ibadət eylədim.
Bir əcəb rətli-giran sundu əlümə piri-məst,
Aldım içdim, canü dil mülkün imarət eylədim.
Çün məni məst eylədi ol rətlilə piri-muğan,
Mən dəxi mütriblə saqiyə işarət eylədim.
Mütriba, rast gu nəvadə çün düzətdir çəngini,
Akifı-meyxanəyə çünkim bəşarət eylədim.
Cəm olub kaşanə içrə, nuş qıldıq cami-mey,
Sayiqi-məhruyi gördüm, çox şətarət eylədim.

1 Baş qoydum

40


Milli Kitabxana

Canü könlü, əqlü dini cümlə verdim saqiyə,
Şol ziyangər sofıyə sankim xəsarət eylədim.
Pürgüşayiş olduğumu gördü, der: ey binəva,
Çox sevinmə, cismü cani yoxsa qarət eylədim.
Eşidüb pirün sözün, içtüm hüzuri-qəlb ilə,
Cümlə isqati-səlatimə kəfarət eylədim.
Bir zaman çün sakini-meyxanə oldum pır ilə,
Nəfsi-şum əyyamını xeyli həqarət eylədim.
Pirimün bir cürəsinə satmam iki kövni mən,
Ey Həbibi, key bilürsən xoş ticarət eylədim.
16
Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim? 1
Ömrüm kimi getdi rəvan şol şəmi-can qıymaz 2 , nedim?
Hərdəm nəzər pak eyləyüb, baxsam cəmali-ayinə,
Günəş yüzü ayinəsi ayına göz doymaz, nedim?

1 Nə edim
2 Mətndə "göyməz" getmişdir.

41


Milli Kitabxana

Şol fıtneyi-dövri-qəmər, eyni bəladır kim məgər?
Sərxoş olub, qəmlər içər, netdügünü' duymaz, nedim?
Ol dil siyəh, fəttan firəng, hər ox kimi atar bidirəng,
Doğru rəvanə irişür, ayruq gözə qıymaz, nedim?
Can bülbülü hər sübhü şam əfğanü ah eylər müdam,
Ol qönçələb, gülrux qulam, çün şəminə qoymaz, nedim?
Bir dəmdə min canü cəhan tərk eylər olsam yoluna,
Ol alihimmət dilbərüm minin birə saymaz, nedim?
Yarın qapusunda müdam, xar olduğum budur ki mən,
Doyar kişi hər nəsnəyə, bu cürmünə doymaz, nedim?
Ey nasihi-müşfiq, bizə pəndü nəsihət eyləmə,
Kimsə əzəldə yazılan yazıyu çün yuymaz, nedim?
Şeyxim, o can saqisinün sərxoş gözündən məst olan,
Mərdümləri iki cəhan xalqı dəxi duymaz, nedim?
Sən, ey Həbibi, cami-mey nuş eylə, çaldır, cəngü ney,
Gördüm ki, ol settarü ney qullarına qıymaz, nedim?

x Nə etdiyini

42


Milli Kitabxana

17
Can alıcı xuni gözün bir dəm aman verməz, nedim?
Dil-xəstəyə kirpiklərim ol dəxi can verməz, nedim?
Şirin ləbün əsrarını Ruhül-qüdüsdən sordu can,
Der ol qeybün sirridir, namü nişan verməz, nedim?
K-ol vaizin əfsanəsin, saqi, sun ol cami-Cəmi,
Gördün yəqin kim bu zaman dövri-zaman verməz,
nedim?

Gərçi ənəlhəq sirrini zərrati-aləm söyləşür,
Eynin kimi rövşən xəbər, bir şey əyan verməz, nedim?
Ol ləzzəti kim canıma ləli-rəvan bəxşin verür,
Vallahi, anın zövqini canü cahan verməz, nedim?
Ey səbzeyi-can gülşəni, sərvi-rəvanin lütfıni
Baği-behiştü [...] huri-cinan verməz, nedim.
Şol cami ki, sundun müdam, cani-Həbibiyə müdam,
Ey saqi, məhru çün qulam, pirü cəvan verməz, nedim?

43

Milli Kitabxana

Müstədam olğıl həmişə, ey gözəl xanım mənim,
Gözləri nərgiz, yüzü gül, zülfi reyhanım mənim.
Gün yüzün gördükcə, vallahi, bu könlüm şad olur,
Həq səni var eyləsün, dövlətli sultanım mənim.
Sən fərağət, şadü xürrəm, mən qılıram nalələr
Xoşmidir, dilbər, sana bu ahü əfğanım mənim?
Həsrətindən xəstə oldum, dərdimi bilməz təbib,
Dilbəra, vəslindədir, var istə dərmanım mənim.
Ey Həbibim, iştə ğori mədhini təkrar edəm,
Bülbüli-şuridənəm, sənsən gülistanım mənim.
19
Mən ki, ləlin can yerində görmüşəm,
Dərdini dərman yerində görmüşəm.
Tiri-qəmzən zəxmini candan rəvan
Mərdüm axar qan yerində görmüşəm.

44

Milli Kitabxana

Xaneyi-gözdə xəyalın kölgəsin,
Şükr kim, mehman yerində görmüşəm.
Gün yüzündə küfri-zülfın, ey sənəm,
Mən yəqin iman yerində görmüşəm.
Müshəfı-hüsnündə xəttü xalını
Hərfbəhərf Quran yerində görmüşəm.
Qaşların yayinə kim eyd ayıdır,
Canları qurban yerində görmüşəm.
Hər nə cövr etsən, Həbibi, lütf ilə,
Hüsni-xülq ehsan yerində görmüşəm.
20
Saqi, səhərdir, sun bərü, cami-Cəmi nuş edəlim,
Bu səngisar olmuş səri ol camla sərxoş edəlim.
Ruh ilə əqli rah ilə layəqəlü məst eyləyüb,
Dəhri-zamanın qüssəsin bir dəm fəramuş edəlim.
Bu əql möhkəm qeyd imiş üşşaqə, gördük, ey rəfıq,
Gəl cəhd edüb, duruşalım, ta anı sərxoş edəlim.

45

Milli Kitabxana

Gəldim qəbiçə geydürüb, rəz qızı bir qucalım,
Adın anın cismi-lətif, ruhi-göhərpuş edəlim.
Çünkim zəminü asiman, gördük, sima eylər müdam,
Gəl biz dəxi meyxanədə şol xum kimi cuş edəlim.
Qoy mədrəsəylə məscidi sufıvü şeyxü vaizə,
Piri-muğanın camını deyr içrə biz nuş edəlim.
Ey saqiyi-ruhi-rəvan, bir dolu sun, billah, rəvan,
Ta kim Həbibi dərvişi biəqlü bihuş edəlim.
Şol kim edəcəkdür müdam, gəl edəlüm biz sübhi-şam,
Ey piri püxtə, olma xam, demə ki, uş, uş edəlim.
21
Billah, səhərdir, saqiya, doldur bərü cam, içəlüm,
Layəqəlü məst olalım, biz rindü bədnam, içəlüm.
Çün bu siyahkasə cəhan bir dəm bizə verməz aman,
Sun laləgun anı müdam, hər sübhü hər şam içəlüm.
Ey saqiyi-xöcəstə-fal, hər rüzü həftə, mahü sal,
Namusi-cami daşa çal, qoy nəng ilə nam, içəlüm.

46

Milli Kitabxana

Açıldı çün gülşəndə gül, saqi, ələ al cami-mül,
Çünkim bizə qalur degül bu dövrü əyyam, içəlüm.
Müfti, müdərris, şeyx, imam gördüm ki, içərlər müdam,
Biz də 1 onlara tabe olub, ey əhli-islam, içəlüm.
Çün hazır oldu dəffü ney, gül-səbzə içrə yarü mey,
Vəqti qənimət anla key, gəl, ey dilaram, içəlüm.
Meydir Məsihün qanı bəs, meydir çü ruhi-sani pəs,
Sən, ey Həbibi, sözü kəs, kim anı madam içəlüm.
Çün rəz qızı gözlərinin yaşı durur mey, bil müdam,
Ey saqiyi-adil, bizə dəgmə, anı tam içəlüm.
22
Can içində dərdi-eşqin olalı, cana, müqim,
Gözlərindən sayru könlüm oldu sağü müstəqim.
Gün yüzün ayinəsinə baxduğunca hər nəfəs,
Gözümə rövşən görünür vəchi-rəhman, ey həkim.

1 Vəznə görə "d" oxunmalıdır.

47


Milli Kitabxana

Hər qaçan bir busə etsə can ləbindən iltimas,
Bağrımı xunxarə qəmzən edər ol dəmdə dunim.
Nemətü nazın cahanın nə der, ey can, canü dil,
Kim olara cövri-nazın oldu çün nazi-nəim.
Ey Həbibi, cövrü nazın görəlidən gözlərim,
Könlümün aramı getdi, canda qəm oldu müqim.
23
Mana mehri ermədi sən məhliqanın, neyləyim,
Axın olmadı bu cövrü cəfanın, neyləyim.
Bir tükənməz qarə sevdadır başıma saçların,
Ey cahanın fitnəsi, ucundan anun neyləyim.
Tiz edəldən mənə xəncər mərdi-kafər gözlərin,
Rahəti qılmadı, getdi cismü canun, neyləyim.
Nə qədər fıkri-dəqiq edər olursam bilünü,
Qayətinə əql erməz ol miyanun, neyləyim.
Xəttü xalın nəqşi dildən göz yaşilə getmədi,
Yazusudur başuma, çünkim xudanun, neyləyim.

48

Milli Kitabxana

Bir nəfəs çün səndən ayrı oldu canım, ey sənəm,
Varlığın canü cəhanın, kün fəkanun, neyləyim.
Sordu can Ruhül-Qüdüsdən şol dəhanın sirrini,
Bilməzəm mən sirrini, der, qeybdanun, neyləyim.
Olmadı bu pirə hərgiz xani-vəslindən nəsib,
Sən səadətlü cəvanmərdi-cəvanın, neyləyim.
Arizin dövrində şol gül cilvə edər kəndünü,
Gör utanmaz yüzünü ol bihəyanın, neyləyim.
Can gözün, Mərrüx qəmzən seyfi çün ənbər olur,
Tiri-Zöhrə, Mahi-Mehri-asimanın, neyləyim.
Çün Süheyli ləblərün bir busə verməz canuma,
Gündə min gəz öpdügünü firqət onun, neyləyim.
Ləlü yaquti rəvanımdan rəvan etməz sana,
Ey Həbibi, saqiyi-namehribanun, neyləyim.
Ol həvavü bu həvəs kim ləbləri et cam 1 ,
Heç edüb yelə verür zülfün o canun, neyləyim.
24

1 Misra bütöv deyil.

49


Milli Kitabxana

Gər səninçün qılmayam çak, ey büti-nazik bədən.
Gorum olsun bu qəba, əgnimdə pirahən-kəfən.
Çıxmaya sevdayi-zülfın başdan, ey məh, gər yüz il
Üstixani-kəlləm içrə dutsa əqrəblər vətən.
Gərçi şad olman dəxi, ey dil, bundan böylə kim 1 ,
Çün mənə həmdəm olan sənsən, nə sən olgil, nə mən
Düşdi şəbnəm bağə, gəl, ta gül nisar etsün sana,
Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən.
Ey könül, eşq əhlinə hər dəm gülərdin şamtək,
Mən deməzmiydim ki, bir gün ağlıyasıdır gülən?
Necə dinlənsün Həbibin sənsiz, ey əndamı gül,
Çün batar cisminə təndə hər tük olmuş bir tikən.

Üçüncü beyt cüngdəndir (vər. 596).

50


Milli Kitabxana
25

Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən,
Zülfi bənəfşə, hüsni çəmən, boyu yasəmən.
Sahib cəmalü əhli-kəmal, şəkkərin məqal.
Yusif sifətli, İsa nəfəs, vəchidə Həsən.
Ey könlü səngü adəti cəng, xuyi həm pələng,
Haz eyləyən, kirişmə qılan, aşiq öldürən.
Yox-yox, xəta dedim, qələt etdim, koc anladım,
İşi vəfa və könlü səfa, aşiqin sevən.
Az eylə, ey Həbibi, şikayət ze cövri-dust,
Dərdi-bəladən inciməsin aşiqəm deyən.
26
Gözüm eydür könlümə: şol huri-məhvəşdən saqın,
Könlüm eydür: yürü sən 1 , var san şol, gözü qaşdan saqın.
Könlümü gözüm xəyalünə vətəndir gərçi kim,
Ey sənəm, billah, lütf et, abu atəşdən saqın.

"Sən" artıqdır.

51


Milli Kitabxana

Ey bəlalü dil-şikəstə, vey pərişan-hal, eşid
Sözümü: şol cadi sünbül, zülfı-sərkəşdən saqın.
Sana gər rüsvayi-xəlq olmaq gərəkməzsə, a dil,
Yürü var şol məsti-cadu iki sərxoşdan saqın.
Ol həbibi-bivəfanın qövlinə inanma sən,
Ey Həbibi, sana dedim abu atəşdən saqın.
27
Xabi-qəflətdən oyansun eşqi-dildar istəyən,
Bülbüli-şuridə olsun vəsli-gülzar istəyən.
Ney kimi bağrın dəlib, hər dəmdə nalan eyləsün,
Dərdilə yansın, yaxılsın vəsləti-yar istəyən.
Aşiqin yanmaqdan özgə dərdinə dərmanı yox,
Yanmağa pərvanə bolsun şəmi-rüxsar istəyən.
Aşiq oldur canü dildən dərd qıldı ixtiyar,
Dərdinə dərman buldu dərdi təkrar istəyən.
Can verib bir can üçün yansa Həbibi, qəm deyil,
Masəvadan fariğ oldu vəsli-dildar istəyən.

52

Milli Kitabxana

28
Könlümü həm dəmbədəm edər pərişan saçların.
Əqli qılur dəngü valeh, məstü heyran saçların.
Bir dükənməz qarə sevdadir ki, ucu yox anın
Mən pərişan-xatirin başunda, ey can, saçların.
Gün yüzündür gərçi iymaniylə dini aşiqin.
Mana yetər dünyada küfr ilə iman saçların.
Gər dü kövni bir qılına versələr min can ilə,
Ey sənəm, billahi, vermə k-ola' məccan saçların.
Üqdəsindən bir gireh çözərsə ərşin üstünə,
Tutar Ayü Günəşin yüzünü yeksan saçların.
Qaliyəvü müşkü ənbər qıldı təblü ud, ney.
Sərbəsər xaki-cəhani ənbərəfşan saçların.
İki kövnə bir qılı niycəsi olmasın mühit.
Qurdu çün ərşül-əzim üstünə sayan saçların.
Dört kitabın müşkilini bu Həbibi etsə həl,
Nola çünkim oldu ana nəqlü bürhan saçların.
29

1 K-ola - ki ola

53


Milli Kitabxana

29
Qamu cövri ki, cana, cana etdin,
Qamusun xub key mərdanə etdin.
Gözün qan ağladuğu, ey pəriru
Ki, hərdəm zülmünü insanə etdin.
Əlinə tiğ verdün iki məstin,
Bu rəsmü adəti türkanə etdin.
Şu məst etdiklərin mehrab içində
Görən der: məscidi meyxanə etdin.
Şu can deyrində yaxdın iki şəmi,
Cəhani yeksər atəşxanə etdin.
Çü zənciri saçuna şanə urdun,
Tökəli aqili divanə etdin.
Cəmalin şəminə yanmağa hər dəm
Qamu can mürğünü pərvanə etdin.
Yüzün nətində xalin baydaqunu
Sürəldən şahları fərzanə etdin.

54

Milli Kitabxana

Saçunun bir qılın, ey müshəfı-can,
Həzaran qisseyi-əfsanə etdin.
Könül mürğün giriftar etməgiçün
Şu zulfu xali damü danə etdin.
Həbibi, qulağuna söylə yarın,
Sözünü çünkü sən dürdanə etdin.
30
Nə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndir,
Nə qəbqəbdir ki, ətrafı gülü reyhanü gülşəndir.
Nə xəddü arizü xət kim, mühəqqəq nəqşi-Çin olmuş,
Nə şirin nöqtədir ağzı ki, elmi-qeyb üçün fəndir.
Nə müşkil üqdədir zülfi ki, əql am edəməz həl,

Şirin ləbdir ol Xosrov ki, can Fərhadidir anın,
Nə Leylidir ki, Məcnunu həzaran həmçu mən səndir.

55

Milli Kitabxana

Əgər şeytan degilsən, gəl mələk kimi sücud eylə,
Şu ziba vəchinə yarın niçün kim vəchi-əhsəndir.
Şu caduyi kəmankeşdir ki, qan içməkdən usanmaz
Şu hindu xali-dilkəş gör, neçə yıldır ki, rəhzəndir.
Əgərçi sufinin fikri həmişə hurü cənnətdir,
Həbibi sevdigü candan şu dinün nuru oğlandır.
31
Tapun kim, canların cananəsidür,
Bu aşiq can anun cana nəsidür?
Yüzü bir şəmi-candır, aləm-əfruz,
Kim anun mehrü meh pərvanəsidür.
Rüxün nətində xalün baydaqınun,
Qamu şahi-cəhan fərzanəsidür.
Bu cümlə zülfü canun zülfü xalun,
Birisi damü, biri danəsidür.
Saçın məşşatəsinin dil olubdur,
Necə getsün ki, hər dəm şanəsidür.

56

Milli Kitabxana

Qaşın mehrabi can ikən əcəb bu,
Kim əhli-şirkin ol meyxanəsidür.
Saçı zəncirinün hər dəm Həbibi,
Bu əqlü canü dil divanəsidür.
Zülali-ləlin içün olmayaq xak,
Həvan oduna hər dəm yanəsidür.
32
Kainatın varlığından mənə sən şafı yetər,
Qibleyi-mehrabı, cana, qaşının taqi yetər.
Nari-hicranın duxani zülmətini sürməgə,
Şəmsi-can, zöhrə-cəbin, mahin yüzü taqi yetər.
Cani-miskin mari zülfi ağularsa, qəm degil,
Zərrəcə şirin ləbinin çünki tiryaki yetər.
Gərçi yaran məst olub, nuş eyləməzlər kasəyi,
Bizə Fəzlin dövlətində cürəyi-baqi yetər.
Şəmsi-dinün söhbətində bizə, ey yari-zərif,
Noqlü şəmü səbzə abü saz ilə saqi yetər.

57

Milli Kitabxana

Biz bu bipavü sərü üftadə, dilrişin müdam,
Tutmağa əlində camı saidi-saqi yetər.
Dürdü safı nə sunarsa saqiyi-can, nuş qıl,
Dinməsün kim, ey Həbibi, məstdürür saqi, yetər.
33
Pərtövi-hüsni-cəmalın aləmi pümur edər,
Əhsəni-vəchi-xəyalın adəmi məsrur edər.
Ləli-canbəxşin əgərçi mürdə cismə can verir,
Çeşmi-bimarm, nigara, canları rəncur edar.
Kilki-qüdrət alnına çün fəzli-bismillah yazar,
Yəni rəhman surətin şeytanı gözdən dur edər.
Eyni-fəttamnla qaşın, zülfin, ey məhru sənəm,
Neçə izzət əhlini pamal edübən xar edər.
Cəm degil, xeyli-xəyalın yıxsa, ey şəh, can evin,
Çünki hüsnün gənci-eşqünlə anı məmur edər.
Ruxlərin şəminə can pərvaz edüb pərvanəvəş,
Yandığınca saçların ol miskini məhcur edər.

58

Milli Kitabxana

Münşiyi-qüdrət yazar çün dəftərinin surətin,
Xətti-tövqiünü ol dəm riqəyi-mənşur edər.
Hüsnünün təqvimini çün bağlar əhsən vəchilə,
Xəttü xalinin rüqumi əbcədin məstur edər.
Həqşini pərgarinin nəqqaşi-surət yazacaq,
Abu rəngin rəsm içində büt kibi məstur edər.
Ləlü lölönün Həbibi nəzm edəcək mədhini,
Eşidən der bu Məsihadir ki, nəfhi-sur edər.
34
Nigara, zülfı-şəbrəngin ki, əyyamın siyah eylər,
Mənim ol ömrümü badə verüb, hər dəm təbah eylər.
Sən ol insani-kamilsən, ola, ey surəti-rəhman
Ki, daim hüsninə səcdə süruşü mehrü mah eylər.
Əmin olan həvadisdən, dü aləmdə o aşiqdir
Ki, sən məşuqi-qeybinin eşigin ol pənah eylər.
Səadətli ayağınun tozu hər başa kim qonsa,
Əlini erdürür ərşə, adın sahib-külah eylər.

59

Milli Kitabxana

Bu xaki cismimi mehrin odunun yeli yaqdıqca,
Gözüm seylab olur ol dəm, həm ahim kuhi kah eylər.
Qamu şahmat olur şaha fərəs fıliylə fərzin sür,
Qaçan kim baydaqi-xalin rüxün nətində şah eylər.
Müənbər zülfinə müşki-xəta öygənmək etdikcə,
Yanar fikri-xətasının oduna çün günah eylər.
A Şəmsəddini-canpərvər, titirər gög, qamu əxtər,
Həbibi eşqin odundan k-o dəm dərd ilə ah eylər.
35
Məgər badi-səba zülfin ucundan key pərişandır
Ki, başü canü dil hər dəm ayaq altında rizandır.
Müfərrih ləlü yaqutun xəyali-fikrin edəldən,
Bu cani-şirin, ey dilbər, əcəb diltəngü heyrandır.
Gözünlə zülfı-şəbrəngin görəldən canü dil hər dəm,
Pərişanhalü aşiftə, nizarü zarü giryandır.
Qaşınla kirpigü zülfün, xəti-xalinlə həm ləlin,
Oxuyan müshəfı-candan der ol ayati-Qurandır.

60

Milli Kitabxana

Məni rüsvayi-xəlq etsə əcəbmidir qəmi-eşqin
Ki, hər dəm navəki-qəmzən dilü can içrə pünhandır.
Qiyamət qamətin eynim görəldəndir rəvan, ey dust,
Bəlayi-nagəhandır bu, kim ol aşubi-dövrandır.
Həbibi dərvişin şövqin görəldən, ey pəri peykər,
Rəvan axıtdığı gözdən əqiqü ləlü mərcandır.
36
Gül yanağun üzrə çün ol sünbüli-sərkəş yatar,
Cümlə sərkəş dillər ana bağlu xoş-naxoş yatar.
Hərki hüsnin Kəbəsində görsə fəttan eynünü.
Der rəvan mehrab içində bir-iki sərxoş yatar.
Çüstü çapuq bir əcəb oğrudur ol hindu sənün,
Baği-cihandan 1 sibü gül-şəftalü verüb xoş yatar.
Qabi-qövseynünlə qəmzən oxuna canü dili
Sinəmiz içində həm qurbanü, həm tirkəş yatur.
Gözümün yaşilə ahim atəşindən yerü gög
Xüşkü tər olmuş, Həbibi, həm quru, həm yaş yatar.

1 "Baği-candan" olmalıdır

61


Milli Kitabxana

Çin elindən çin səhər çün şol büti-ziba gəlür,
K-ayü gündən rüxlarının pərtövi-ziba gəlür.
Çün gəlür min naz ilə ol sərvi-səməndam yar,
Sanasan Məcnunə Leyli, Vamiqə Əzra gəlür.
Ey ki, qəddi-dilbəri sərvi-səhiyə bənzədən,
Rast et, billah, nəzər kim, müntəha bəla gəlür.
Müshəfı-hüsnün təfəül etdügümcə ruzü şəb,
Taleimdə görünən bu surəyi-tənha gəlür.
Hər qaçan badi-səhər dəprətsə müşkin zülfini,
Xatirim olur pərişan, başuma sevda gəlür.
Huri-eynə dəvət etmə məni, vaiz, varmazam,
Hüsn içində çünki, şol bimislü bihəmta gəlür.
Nərgisi-məxmurə din' kim, taki xudbin olmasun,
Bağ içində seyr edə şol gözləri şəhla gəlür.
Kəbeyi-kuyin ziyarət etməyə badi-səba,
Eşiginə hər səhərgah bisərü bipa gəlür.

1 Deyin, deyiniz

62


Milli Kitabxana

Al əlindən ayağı, qoy ayağında başuni,
Saqiyi-zöhrə cəbin, gün yüzli məhsima gəlür.
Qapusunda guşi həlqə qıldığım bu k-eşidəm,
Ta ki deyə rəhm edüb şol aşiqi-rüsva gəlür.
Xəstə dil olduğuna, qəm yemə, ey can, dəmbədən
Zi səadət kim qulunu görməgə Mövla gəlür.
Çün Həbibi gördü bu gün dilbərin didarını,
Sanmanun 1 könlünə ayruq qüsseyi-fərda gəlür.
38
Aşiqə məşuqinin cövrü səfası xoş gəlür,
İki aləmdən ana bir mərhəbası xoş gəlür.
Gözlərim dərdinə sürmə olmağiyçün dəmbədəm
Tutiyayi-cövhərindən xaki-payi xoş golür.
Ömri-baqi saçlarındır, badə vermə, ey sənəm,
Görün ol ömri-əzizi, çün bəqası xoş gəlür.
Cümlə bu xəlqi-cəhanın qilü qalindən mənə
Eşigində itlərünün macərası xoş gəlür.

1 S

anma- anın

63


Milli Kitabxana

Sana, ey zahid, behiştü hurü rizvani, mənə
01 büti-ziba nigarımın liqası xoş gəlür.
Bu Həbibinin duasın müstəcab et, ey sənəm,
Çün kərəm əhlinə dainin duası xoş gəlür.
39
Dur, ey mürği-səhər, billah, ağaz et,
Sərağazın odunu cangüdaz et.
Müxəyyər eylə üşşaqi nəvadə,
Sifahan yüzünü göstər, hicaz et.
K-o zəngüleylə mərğuli nigarın
Səri-zülfini tutub rudsaz et.
O gülrux qönçələbdən busə istə,
A bülbül, hər nəfəs nazü niyaz et.
Edərək busəligi eylə yürək,
Şu udü çəngü nayi pərdəsaz et.
Nigara, ayağından saçmı dər,
Qubar olmuş rüusi sərfəraz et.

64

Milli Kitabxana

Şu müşkin zülfinin çinini çözgil,
Bu miskin aşiqin ömrün diraz et.
Fəhmindir nöqtey i-mövhum,
Həbibi, Sən andan bir xəbər sor kəşfi-raz et.
40
Ey afitabi-dövlət, vey kövkəbi-hidayət,
Ey mətləyi-təcəlla, vey nuri-bibidayət.
Şəmi-rüxi-cəmalın bir nuri ləmyəzəldir,
K-ənvarinə bulunmaz hərgiz anın nihayət.
Ey nuri mehri-aləm, bir məhdürür ki, yüzün,
Mehr ilə mahə eylər hər dəmbədəm sirayət.
Hicrin şəbində məqsud yoluni yad qıldım,
Bir guşədən görüngil, ey kövkəbi-hidayət.
Sən müshəfi-həyatı yazdıqda dəsti-qüdrət,
Yüzün səhifəsinə nəqş etdi yeddi-ayət.
Kirpiklərinlə qaşın, zülfin hürufidir ki,
Səbülməsanidə səhh oldu ol kitabət.
Sünbül saçını çözmə kim, necə baş ayaqda
Qalır ucundan anın bicürmü bicinayət.

65

Milli Kitabxana

Məşuqinin, ey aşiq, mehri odu yelinə
Hər dəmdə abü xakə bax, eyləmə şikayət.
Məşuqədən xəbər kim bilmək dilərsə, yansın
Eşq oduna ki, aşiq budur əssəh rəvayət.
Bipavü sər fənadə qalmışdürür Həbibi,
Lütfünlə dəstigir ol, fəzlinlə et inayət.
41
Görəldən zülfi-ənbərbarın, ey dust,
Pərişandır bu diləfgarın, ey dust.
Yaşarduqca ləbi-ləlində xəttin,
Qızarır atəşi-rüxsarın, ey dust.
Nə şirin abu rəngü xalü xətdir,
Şu ziba surəti-pərgarın, ey dust.
Bu gün mahiyyəti sənsən həqiqət
Bu həftü pəncü nöhlə çarın, ey dust.
Əcəb afətdürür cani-cəhanə
O çeşmi-caduyi-əyyarın, ey dust.
Nə rövşən şəmsi-dinü mehri-cansan
You have read 1 text from Azerbaijani literature.
Next - Şeirlər - Həbibi - 3
  • Parts
  • Şeirlər - Həbibi - 1
    Total number of words is 3461
    Total number of unique words is 1921
    18.4 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    29.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Şeirlər - Həbibi - 2
    Total number of words is 3426
    Total number of unique words is 1819
    11.5 of words are in the 2000 most common words
    17.0 of words are in the 5000 most common words
    19.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Şeirlər - Həbibi - 3
    Total number of words is 1604
    Total number of unique words is 1054
    16.8 of words are in the 2000 most common words
    25.0 of words are in the 5000 most common words
    28.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.