Latin

Şeirlər - Həbibi - 1

Total number of words is 3461
Total number of unique words is 1921
18.4 of words are in the 2000 most common words
25.9 of words are in the 5000 most common words
29.4 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.

FÜZULİNİ HEYRAN EDƏN ŞAİRİMİZ
XV əsrin sonlarında Azərbaycanda Ağqoyunluların: hakimiyyəti
dövründə yetişən görkəmli şairlərdən biri də Həbibidir. Həbibi onun
təxəllüsüdür. Şairin əsil adma heç bir mənbədə rast gəlmirik. Nəsimi
məktəbinin davamçısı olan, onun poetik ənənələrinə sadiq qalan
Həbibi, şeirlərində həyata nikbin baxışı, dünyəvi meyilləri inkişaf
etdirmişdir. Lakin öz sənətkar qələmi ilə böyük Füzulini belə heyran
edən şairin divanı və ya külliyyatı hələlik bizə gəlib çatmamışdır.
Həbibi Azərbaycanda, Göyçayın Bərgüşad kəndində anadan
olmuşdur. Onun həyatının ilk dövrü haqqında Şah İsmayıl Xətayinin
oğlu Sam Mirzənin (1517-1576) 1550-ci ildə yazdığı “Töhfeyi-Sami”
təzkirəsində məlumat verilmişdir. Yoxsul bir ailədə dünyaya gələn
Həbibi uşaqlığını çobanlıqla keçirmiş, bir təsadüf nəticəsində saray
mühitinə düşmüş və Uzun Həsənin ikinci oğlu Sultan Yaqubun
himayəsində tərbiyə alıb yetişmişdir. Sam Mirzə, Həbibinin uşaq
yaşlarında ikən Sultan Yaquba rast gəlməsi hadisəsini xatırladaraq
nağıl edir ki, bir gün Sultan Yaqub ovda imiş, yamacda otlayan
quzuları görmüş və bunların kimə məxsus olduğunu öyrənmək üçün
mülazimlərindən birini oraya yollamışdır. Həbibinin yanına gələn
mülazim

4

Milli Kitabxana

quzuların kiminki olduğunu soruşmuşdur. Cavab almadıqda sualını bir daha
təkrar etmişdir. Zəkalı və hazırcavab Həbibi ilə mülazim arasında söhbət belə
olmuşdur:
Mülazim; - Bu quzular kimindir?
Həbibi: - Qoyunların.
Mülazim: - Kəndinizin böyükləri kimlərdir?
Həbibi: - Öküzlər hamıdan böyükdür.
Mülazim: - Mən onu soruşmuram, insanları qarşılayan kimlərdir, deyirəm.
Həbibi: - Sənin kimi əziz adam gəlincə onu qarşılayan köpəklərdir.
Bu cavablardan qəzəbə gələn mülazim türkcə deyir:
- Ay, nə çapaydım səni!
Həbibi:
- Çap gör ki, yoldaşların getdi, - demişdir. Mülazim bu söhbəti padşaha ərz
etmiş və bu gənc çobanın hazırcavablığı onun xoşuna gəldiyi üçün Həbibini öz
tərbiyəsi altına almışdır. Həbibi də zəka və istedadı sayəsində şair olmuşdur...
Şeir və mədəniyyətə yüksək qiymət verən Sultan Yaqubun (1478-1490)
hakimiyyəti zamanı Ağqoyunlu dövlətinə Azərbaycan, İraqi-Əcəm, İraqi-Ərəb,
Fars, Kirman və Şərqi Anadolunun bəzi sahələri daxil idi. Saraya gələndə
Həbibinin 12-15 yaşlarında olduğunu fərz edə bilərik. Belə çıxır ki, şair 14701475-ci illər arasında doğulmuşdur. Həbibinin həmin tarixdə doğulduğunu
ədəbiyyatşünas Salman Mümtaz (Sultanüşşüəra Həbibi. "Füqəra füyuzatı",

5

Milli Kitabxana

№3, 1921, səh.31-35), türk alimi Mehmed Fuad Köprülü
("Darülfünunun ədəbiyyat fakültəsi məcmuəsi". VIII c, sayı 5,
İstanbul, 1932, səh.88), akademik Həmid Araslı (Azərbaycan
ədəbiyyatı tarixi. I c, Bakı, 1943, səh.186-187) və professor
M.Y.Quluzadə də (Azərbaycan ədəbiyyatı tarixi. I c, 1960, səh. 340341) təsdiq edirlər.
1490-cı ildə Sultan Yaqubun ölümündən sonra hakimiyyət
uğrunda Ağqoyunlu varisləri arasında yenidən ciddi ixtilaf başlandı.
On ilə qədər davam edən bu didişmədən Səfəvilər hakimiyyətinin
əsasını qoyan Şah İsmayıl Xətayi bacarıqla istifadə etdi. İsmayıl 1502ci ilin əvvəlində Ağqoyunlular hakimiyyətinin birinci qolu olan
Əlvənd Mirzə hakimiyyətini tamamilə məğlubiyyətə uğratdı. Bir az
sonra Ağqoyunlu dövlətinin Sultan Muradın başçılıq etdiyi ikinci qolu
üzərində də qələbə qazandı. 1502-ci ildə Səfəvilər hakimiyyəti adı ilə
məşhur olan bu dövlətin siyasi mərkəzi Təbriz şəhəri elan edildi.
Ağqoyunluların hakimiyyəti devrildikdən sonra Həbibi Şah
İsmayılın sarayında böyük nüfuz qazanmış və hətta Məliküşşüəralıq
mövqeyinə qədər yüksəlmişdir. Azərbaycan dilində gözəl şeirlər
yazan Şah İsmayıl Xətayinin Həbibi kimi böyük bir şairə yüksək
qiymət verməsi də çox təbiidir. Bundan başqa, Sam Mirzə Şah
İsmayılın Həbibiyə zarafatla "Gürzəddin" ləqəbini verdiyini qeyd edir
ki, bu hökmdar şair ilə Həbibi arasındakı səmimi dostluğu və yaxınlığı
göstərir.

6

Milli Kitabxana

1514-cü ildə I Sultan Səlim Səfəvi hökmdarı Şah İsmayıla
müharibə elan etdi. Mənbələrdə göstərilir ki, Çaldıran müharibəsindən
sonra Həbibi ömrünü Türkiyədə keçirmişdir. Lakin nə Azərbaycan, nə
İran, nə də osmanlı mənbələrində şairin öz doğma vətənindən ayrılıb
Türkiyəyə getməsinin səbəbləri barədə dürüst məlumat yoxdur. XVI
əsr osmanlı təzkirəçisi Aşıq Çələbi Sultan Bəyazid hakimiyyətinin
sonlarında Həbibinin Türkiyəyə gəldiyini, "əhli-elm-şivə və səyahətpişə" bir şəxsiyyət olduğunu qeyd edir. İkinci Bəyazidin hakimiyyəti
isə 1481-15 12-ci illər arasında olduğundan Həbibinin 1512-ci ildən bir
qədər əvvəl Türkiyəyə gəlməsi anlaşılır. M.F.Köprülü daha mötəbər
məlumat verir: "Bu xüsusda bizi aydınlata biləcək bir tək mənbə
"Camiünnəzair"dir. Bu mühüm məcmuəsini 1512-ci (hicri 918-ci) ildə
tamamlayan Hacı Kamal oraya Həbibinin bir çox şeirlərini almış
olduğundan şairimizin Türkiyəyə hər halda bundan bir kaç yıl əvvəl
gəlmiş və şöhrətinin yayılmış olması icab edər. Buna görə Həbibi Şah
İsmayılın məiyyətində təxmini olaraq 1502-1516 yıllar arasında
bulunmuş olmalıdır" (göstərilən əsəri, səh.88).
Lakin mənbələrdə Həbibinin Səfəvi sarayındakı görkəmli
mövqeyindən əl çəkib Türkiyəyə gəlməsinin səbəbi, Türkiyədə necə
yaşaması, İstanbulda və ya Anadolunun başqa şəhərlərində məskən
salması barədə heç bir məlumat yoxdur. Həbibinin nə zaman öldüyü
barədə də mənbələrdə heç bir qeydə rast gəlmirik. Lakin Lətifi onun I
Səlim dövründə, yəni 1520-ci ildən əvvəl öldüyünü söyləyir.

7

Milli Kitabxana

Övliya Çələbi isə "Cəfərabad təkyəsi"ndə şairin dəfnindən bəhs
edərək yazır: "Kəndusi əcəmdir (azərbaycanlı olmasına işarə edilirƏ.M . ). Şah Səlim əvvəlin nüdəmasındandır. Həqqa ki, pakizə əşarı
vardır. Bu, Südlücədə Cəfərabad təkyəsində mədfundur" (İsmayıl
Hikmət, Azərbaycan ədəbiyyatı tarixi. I cild, Azəməşr, 1928,
səh.240).
Göründüyü kimi, bu məlumatlar Həbibinin Anadoluda da bir şair
kimi böyük şöhrət qazandığını təsdiq edir.
* * *
Həbibi XIV əsr görkəmli Azərbaycan şairi Nəsimi ilə XVI əsrdə
yaşamış böyük Füzuli arasında yetişən qüdrətli bir şairdir. Yuxarıda
qeyd etdiyimiz kimi, şairin əsərləri bizə tamamilə gəlib çatmamışdır.
Həyat və sənətkarlığı barədə ilk və dəyərli məlumat verən Sam
Mirzədən sonra Türkiyə təzkirəçilərindən Lətifi, Aşıq Çələbi və Həsən
Çələbi, XVII əsrdə övliya Çələbi, XIX əsrdə Şəmsəddin Sami ondan
qısa şəkildə bəhs etmişlər.
Həbibinin həyatı və yaradıcılığı haqqında bizim dövrümüzdə ilk
dəfə 1921-ci ildə mərhum ədəbiyyatşünas Salman Mümtaz yazmışdır.
O, Sam Mirzənin Həbibi haqqında fars dilində verdiyi maraqlı
məlumatı Azərbaycan dilinə tərcümə etmiş və onu istedadlı bir şair
kimi tanıtmışdır. S.Mümtaz çap etdirdiyi məqaləyə Həbibinin məşhur:

Milli Kitabxana

Gər səninçün qılmasam çak, ey büti-nazik bədən,
Gorum olsun bu qəba, əgnimdə pirahan kəfən
beyti ilə başlayan qəzəlinin və Füzulinin onun bu şerinə yazdığı
təxmisi daxil etmişdir (göstərilən əsəri, səh.31-35). Oxuculara təqdim
olunan bu "Şeirlər" kitabına isə şairin 47 şeri daxil edilmişdir.
Müxtəlif mənbələrdən əldə edilən bu şeirlərdən yeddi bənddən ibarət
olan müsəddəs (altılıq) Rusiya Elmlər Akademiyası Sankt-Peterburq
bölməsinin Əlyazmalar şöbəsində (inv. №341), üç qəzəl Azərbaycan
MEA-mn M.Füzuli adma Əlyazmalar İnstitutunda (A-340/1 1918)
1636-cı ildə tərtib edilmiş cüngün 54a, 59b, 112a vərəqələrində
saxlanılır. Bunlardan aşağıdakı mətlə ilə başlayan iki qəzəl başqa
mənbələrdə yoxdur:

Xabi-qəflətdən oyansun eşqi-dildar istəyən,
Bülbülü-şuridə olsun vəsli-gülzar istəyən.

(var. 54a)

Şol mübarək zatına işim sənadır, yə nəbi,
Asilik bimarına adm şəfadır, yə nəbi.
(vər. 112a)
Bundan başqa, Salman Mümtaz fondunda 4 qəzəl və Əlabbas
Müznibin şəxsi fondunda isə 3 qəzəl saxlanılır.
9

Milli Kitabxana

S.Mümtazın arxivində olan aşağıdakı mətlə ilə başlayan iki qəzələ digər
mənbələrdə rast gəlmədik:
Ey afıtabi-dövlət, vey kövkəbi-hidayət,
Ey mətləyi-təcəlla, vey nuri-bibidayət.



Müstədam olğıl həmişə, ey gözəl xanım mənim,
Gözləri nərgiz, yüzü gül, zülfi reyhanım mənim.
(ƏYİ, arx. 38, Q-4[l 14])
Əlabbas Müznibin şəxsi fondunda saxlanılan Həbibi şeirlərindən aşağıdakı
mətlə ilə başlayan bir qəzəl başqa mənbələrdə yoxdur:
Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən,
Zülfi bənöfşə, hüsni çəmən, boyu yasəmən.
(ƏYİ, arx.37, Q- 13(3 16])
Beləliklə, kitaba daxil edilmiş 47 şeirdən 42-si qəzəl, biri tövhid, biri
müsəddəs, ikisi qəsidə və biri qitədir. Buradakı qəzəllərdən çoxu isə
M.F.Köprülü tərəfindən yuxarıda adı çəkilən XVI əsr müəlliflərindən Hacı
Kamalın "Camiunnəzair" əlyazma məcmuəsindən seçilib çap edilmişdir.
Kitaba daxil edilən bu şeirlərdən aydınlaşır ki, Həbibi qəzəl tərzində daha
çox müvəffəq olmuşdur. Onun qəzəlləri və bir müsəddəsi XV əsr Azərbaycan
poeziyasının gözəl nümunələridir.

10

Milli Kitabxana

* * *
XIV əsrdə Nəsimidən sonra, onun qüvvətli ədəbi təsirinə məruz qalan bir
çox Azərbaycan şairləri kimi, Həbibinin yaradıcılığında da hürufilik özünü
aydın göstərmişdir. Bundan başqa, XV əsr Ağqoyunluların və Şirvanşahların
hakimiyyəti zamanı vəhdəti-vücud, başqa sözlə, panteizm dünyagörüşü
qüvvətlənmişdi. Bu dövrün şairlərində dini ehkamlara, etiqadlara qarşı
mübarizə ümumi bir hal almışdı. Eləcə də, bu ayinlərdə sufiliklə heç bir əlaqəsi
olmayan hisslər, düşüncələr panteist anlayışı ilə örtülüb, ona məxsus
istilahlarla icra olunurdu. Bu dövrün başqa Azərbaycan şairləri kimi Həbibinin
də üslubunda bir sadəlik, səmimilik özünü göstərirdi. Şah İsmayıl Xətayi kimi
şairlər xalq ruhuna yaxın heca vəzni ilə şeirlər yazırdı. Odur ki, Həbibinin
ədəbi şəxsiyyət kimi təşəkkülündə XV əsr Azərbaycan ədəbiyyatının bu
ümumi cəhətini aydın görürük. Lakin şairə Nəsiminin təsiri daha qüvvətli
olmuşdur.
Həbibinin əlimizdə olan şeirlərində sufi təbirləri, istilahları tez-tez gözə
çarpır. Burada olan eşq, aşiq, məşuq, meyxana, xərabat, cami-Cəm, vaiz və
onun mürşidinin tənqidi şairin panteist dünyagörüşü ilə bağlı olub ilahi eşq
anlayışına daban-dabana zidd idi. Azad düşünən bütün ədəbi simalar kimi
Həbibi də öz şeirlərində insan ləyaqətini, mənəvi gözəlliyini, məhəbbətini din
və təriqət ehkamlarına qarşı qoymuşdur.
Həbibi orta əsr elmlərini - nücum-astronomiyanı, Şərq
ədəbiyyatının böyük nümunələrini və eləcə də şahmat

11

Milli Kitabxana

oyununu gözəl bilirdi. Bu cəhətlər onun poeziyasında da əks olunmuşdur.
Həbibi yalnız Azərbaycanda deyil, İraqda yaşayan poeziyaya, osmanlı-türk
ədəbiyyatına da güclü təsir göstərmişdir.
Azərbaycan ədəbiyyatında Həbibi şeirlərinin Şah İsmayıl Xətayi, Füzuli,
XVI əsrdə yaşamış Ruhi Bağdadi və XIX əsrdə İsmayıl bəy Nakamın
yaradıcılığına müsbət təsir göstərdiyini də qeyd etməliyik. Bunlardan başqa
Həbibinin: "Dün gördüm ol nigari-tərəbnakü ərcimənd" misrası ilə başlayan
məşhur müsəddəsinə bir sıra Azərbaycan və türk şairləri nəzirələr yazmışlar.
Həbibi, eləcə də, Azərbaycan və Yaxın Şərq xalqlarının zəngin ədəbi irsi
ilə tərbiyələnmişdir. Həbibinin bir sıra şairlərə, o cümlədən XV əsr Azərbaycan
şairi Xəliliyə nəzirəsi vardır. Türk ədəbiyyatşünası Mehmed Fuad Köprülünün
apardığı tədqiqata görə Həbibi, türk şairləri Şeyxiyə, Səfaiyə, Əhməd Paşaya,
Cəlaliyə, İbrahim bəyə, Öməriyə, Həmdiyə, Rəvaniyə, Ədniyə də nəzirələr
yazmışdır.
Şah İsmayıl Xətayi öz qocaman müasiri məliküşşüəra Həbibinin şeir
sənətinə çox yüksək qiymət vermiş və bu cəhətdon şairin Həbibiyə yazdığı
nəzirələr maraqlıdır. Həbibinin daha sonralar Füzuli tərəfindən təxmis edilmiş
məşhur qəzəlinə Xətayinin nəzirə yazdığı:
Səndən özgə yarını olsa, ey pərivəş simtən,
Asitanın çevrəsində qoy ki, xak olsun bədən
mətləli qəzəli diqqəti cəlb edir.

12

Milli Kitabxana

Yenə də Həbibinin:
Görəldən zülli-ənbərbann, ey dust,
Pərişandır bu diləfgann, ey dust
mətləli başqa bir lirik qəzəlinə Xətayi:
Bu aləm hüsnüno heyrandır, ey dost,
Sənə bu qönçə ləb xəndandır, ey dost
nəzirəsini aydın və səlis bir dildə yazmışdır.
XVI əsrdə osmanlı-türk təzkirəçilərindən Aşıq Çələbi, Həbibidən bəhs
edərkən onun elm əhli olduğunu göstərmişdir. Aşıq Çələbi bundan sonra onun
öz əsərlərində sufi təsirini qeyd edib, müsəddəsindən aşağıdakı ilk bəndi
nümunə gotirmişdir:
Dün gördüm ol nigari-tərəbnakü ərcimənd,
Kafur əliylə dəstələnmiş ənbərin kəmənd,
Baxdım şikənci-türrəsinə zarü müstəmənd,
Bir şəxsi-natəvan oturur gardənində bənd,
- Kimdir bu miskin, ol no rəsondir? - dedim, dedi:
-Züllim kəmondi tutsaği camndurur sənin.
Həbibinin bu şeri Füzulinin ən məşhur şeirlərindən biri olan və:
Dün sayə saldı başıma bir sərvi-sərbülənd
Kim, qəddi dilrüba idi, rəftari dilpəsənd beyti ilə başlayan müsəddəsinin yaranmasına səbəb olmuşdur.
13

Milli Kitabxana

Həbibinin müsəddəsinə nəzirə yazanlar XV-XVI əsrdə yaşayan şairlər ilə
məhdudlaşmamışdır. Həbibiyə təqlid və nəzirələr yazılması XIX və XX əsrin
əvvəllərinə qədər də davam etmişdir.
XVI əsrin birinci yarısında yaşamış görkəmli şair Ruhi Bağdadinin
nəzirəsində deyiliş tərzi, işlətdiyi kəlmələr və hisslərinin ifadəsi baxımından
Həbibi və Füzulinin təsiri açıq-aydın hiss olunur.
Yenə də eyni əsrdə yaşamış təzkirəçi Lətifi şairin özünəməxsus bir "tərz və
üslubu" olduğunu söylədikdən sonra ona bəslədiyi rəğbəti göstərmişdir. Bu
sözlərə əlavə olaraq, Həbibinin Füzuli tərəfindən təxmis edilən məşhur
qəzəlinə yazdığı gözəl bir nəzirəni də qeyd etmişdir. Az sonra Türkiyə
təzkirəçilərindən Həsən Çələbi isə iki əvvəlki təzkirənəvislərin dediklərini
yalnız ümumiləşdirə bilmişdir. Təzkirəçilərdən sonra Türkiyədə Hacı Kamal
tərəfindən Həbibinin 1512-ci ildə tərtib olunmuş "Camiünnəzair" (Nəzirələr
məcmuəsi) əsərinə yazılan nəzirələri də qeyd etmək lazımdır. Bunlar XVI əsr
şairlərindən Nişançı Cəfər, Çakəri, Səfai, Nişani, Həyati, Tutmaci kimi
şairlərin nəzirələridir.

* * *
Həbibinin dili ilə əksər halda xalq ifadə tərzinə yaxın, sadə və bədii,
əksəriyyətin anlaya biləcəyi poeziya dilidir. Burada çətin anlaşılan ərəb və fars
tərkibləri azdır, şeirlərində ən zəruri hallarda ağır tərkiblərə yol verilir. Həbibi
şeirlərində dilin təbiiliyinə, canlılığına, sadə və aydın yazıl
14

Milli Kitabxana

masına meyil göstərmişdir. Bu baxımdan aşağıdakı misralara diqqət edək:
Mən deməzmiydim ki, bir gün ağlıyasıdır gülən?
Səadətli ayağınun tozu hər başa kim qonsa...
Tutam ömrüm kimi zülfün ucun bərk...
Al əlindən ayağı, qoy ayağında başuni...
Dərdinin dərman yerində görmüşəm.
Aşiqin yanmaqdan özgo dordino dərmanı yox.
Can verib bir can üçün yansa Həbibi, qəm deyil.
Gözdən axan cigərdəki qamndürür sənin... və s.
Həbibinin şeirlərindən gətirilən belə sadə, səmimi, xalis Azərbaycanca
deyilmiş misralara, xalq ifadələrinə onun başqa şeirlərində də tez-tez rast
gəlmək olar.
Həbibinin əldə edilən şeirlərini çapa hazırlarkən şairin dilinə xas olan söz
və ifadələr olduğu kimi saxlanmışdır. Məsələn, kitabda işarə əvəzlikləri əslində
olduğu kimi: ol, şol, şu, ana (ona), anda (onda), anunçün şəklində yazılmışdır.
Yalnız "mana", "sana" əvəzlikləri yerinə görə iki formada mana - mənə, sana sənə şəklində getmişdir. Ayrı-ayrı sözlər mətndə olduğu kimi: tapun (səcdə),
başun (başın),

15

Milli Kitabxana

bərü (bəri), əlümə (əlimə), yürək, ayruq (qeyri, artıq), yanağun, yüzün;
müxtəlif feil formaları mətndə olduğu kimi: ur (vur), edib, doğildan (doğulan
andan), görüngil (görünginən), yaşarduqca (yaşadıqca) və s. şəkillərdə
getmişdir.
Həbibi şeirlərində fonetik cəhətdən diqqəti cəlb edən bir çox sözlərin
əvvəlində işlənilən cingiltili "q" samiti mətndə olduğu kimi qamu (hamı),
qaçan (haçan) şəklində saxlanılmışdır.
Şeirlərin mətnlərində bəzən qafıə və rədif xətalarına da rast gəlmək olur.
Belə hallar Həbibi şeirlərində yalnız bir nüsxəsində olduğu üçün bərpa
olunmadı. Bir-iki yerdə beytlərin daxilində oxunulmayan və bəzən də yanlış
yazılan misralar üç nöqtə (...) ilə əvəz edilmişdir. Eləcə də misra daxilində
bərpa edilən sözlər orta mötərizəyə [ ] alınmışdır.
Kitabın sonunda şeirlərdə işlədilən ərəb, fars sözlərinin, çətin anlaşılan
arxaik kəlmələrin, tərkiblərin lüğəti verilmişdir.
Əzizağa Məmmədov

16

Milli Kitabxana

Tövhid

Ədəmdən ta ki, aləm oldu peyda,
Bulunmadı tapuna mislü həmta.
Sana kim bənziyə, ey dilrüba, kim
Ki, sənsən o əltafı-əsli həyula 1 .
Xəyalın xeylidür, ey şahi-əzəm,
Edən canü könül mülküni yəğma.
Pərişan zülfinin sevdalarından
Dimağım doldu fasid fikri-sevda.
Ləbi-ləlin fəraqından axıbdır
Gözüm hər dəmbədəm xuni-suvəyda.
Gözüntək görmədi bir fitnə əngiz
Olaldan dövri-aləm çeşmi bina.
Görəldən nərgisi-məxmurin, ey dust,
Cəhan xalqına oldum məstü rüsva.
Cəhanda qalmadı bir zərrə zülmət,
Olaldan gün yüzün nuri hüveyda.
Cəmalin müshəfın eynim görəldən,
Könülə rövşən oldu sirri-əsma.

1 Misrada vəzn xətası vardır.

17

Milli Kitabxana

Yüzündür ayəti-Səbülməsani,
Sözündür xud əsəh-əsmai-hüsna.
Xətü xalindürür əbcəd hürufı,
Oxudun Lamü Badir, Kaf ilə Ha.
Qiyamət qamətini görən eydür:
Bəlamidir bu, yaxud qəddi-bala.
Yüzüni hər ki, gördü barəkallah,
Dedi: zi hüsn içində vəchi-ziba.
Yüzündür cənnəti-fırdövsi-əla
Ki, Ta ha oxur onda haqq təala.
Şu kim tövhidə qaildir əhəd der
Sənə, ey hüsn içində fərdi-yekta.
Xəti-yaqutini can müshəfində,
Həbiba, dəsti-qüdrət etdi inşa.
Vücudi-kainatın cümlə sənsən,
A cudi binəhayət, fəzli-mövla.
Həqiqət sənsən, ol məzhər, həqiqət
Ki, məzhərdir sənə sər cumlə əşya.
Əgər aşiq və gər məşuq sənsən,
Gəh Adəm qorsan 1 adın, gəh Həvva,
Gəhi Məcnun olursan Leyli iyçün,
Gəh olursan geri Məcnuna Leyla.
Gəhi Vamiq, gəhi Əzra olursan,

1 Qoyarsan

18


Milli Kitabxana

Gəhi Yusif, gəh olursan Züleyxa.
Gəhi Əhməd, Əlisən, gəh Xədicə,
Gəhi Məryəm olursan, gəh Məsiha...
Gəhi surət olursan, gəh məni.
Gəhi əsma olursan, gəh müsəmma.
Eşidir bu sədayi xəlqi-aləm
Ki, səndədir səməna və ətəna.
Günəşdən kəndözünü zahir etdin,
Qamu şeydə görəməz leykin əma.
Dü aləmdə nə kim var cümlə sənsən,
Əgər əsfəl əlavü, yaxud əla.
Görünürsən bu kəsrət aləmində,
Bəsirət əhlinə pünhanü peyda.
Səni hər şeydə gördü çün Həbibi,
K-o layi nəfy edüb, eydür ki, lilla.
Bilürsən k-ol fəqiri müstəhəqdir,
Nola hüsnün zəkatın etsən ita.
Təmənnayi visalmdır, həmin bəs,
Əgər imruz əlavü, yuxu 1 fərda.
Anın məqsudi sənsən gecə-gündüz,
Səni səndən edər hər dəm təmənna.
O huri-cənnətü rizvani anmaz,
Edəldən rövzəyi-hüsnün tamaşa.

1 Yaxud

19


Milli Kitabxana

Qəsidələr
Müavin mana ol Sübhan olursa,
Bədəndə ruhi-qüdsi can olursa,
Tutam ömrüm kimi zülfün ucun bərk,
Nigara, vəslinə dərman olursa.
Çü cövhər dür saçam ol dəm gözümdən,
Xəyalin lütf edüb mehman olursa.
Necə etsün qərarı can saçınla
Ki, sir nə əhdü, nə peyman olursa.
Sən ol sultani-cansan, ey diləfruz
Ki, qapında sığar, min xan olursa.
Nə qəm, sən Xosrovin min cani-Şirin
Səri-zülfındə sərgərdan olursa.

20

Milli Kitabxana

Yüzün nuri edər şəksiz hidayət,
Saçın küfri mənə iman olursa.
Səadət bulur ol dəm nəhsi-əkbər,
Qapunda, ey Günəş, dərban olursa,
Şu fəttan eyninin eyninə gəlməz,
Ucundan dəmdə yüz min qan olursa.
Rüxün şəminə qarşı canı hər dəm,
Nola pərvanəvəş büryan olursa.
Rüxün, zülfün görüb oldum müsəlman,
Olur min illik ol rühban olursa.
Əgər dünyadəvü üqbadə sənsən,
Həmin cana əzimüşşan olursa.
Oxur can müshəfıni bigüman, ol
Xətü xalın kimə bürhan olursa.
Görən şol vəchi-zibanı, nigara
Nola gər valehü heyran olursa.
Nə sultansan ki, qapunun gədası
Durur, min Xosrovü Xaqan olursa.

21

Milli Kitabxana

Erəm ruzi-visalə, ey məhi-növ!
Şəbi-hicranına payan olursa.
Dü aləmdə qəni ola fəqirin,
Qapundan fəzl ilə ehsan olursa.
Qamu dərdü fəraqindən həmin bəs,
Bu aşiq dərdinə dərman olursa.
Həyati-cavidan bula Həbibi,
O qaşın eydinə qurban olursa.
2
Əla, ey dilbərim, yarım, xərabat,
Dilü can içrə dildarım, xərabat.
Bu viran dil sarayın vəsl əlilə
Yap, ey lütf issı memarım xərabat.
Məni zar etməsün, de, xari-hicrin,
A can bağında gülzarım, xərabat
Məni şol cami-meydən məst eylə
Ki, sənsən sətri-əsrarım, xərabat.

22

Milli Kitabxana

Mənim bu mənliyim, mülkümü yoğma
Çün etdin, türkü tatarım, xərabat.
Məhəllən gülxaninün guşəsidir,
Sığıncım, bürcümü barım, xərabat.
Girov olsun da piri-meyfıruşə
Mürəqqa, cübbə, dəstarım, xərabat.
Ümidim bad etmə, badə vergil,
Ey abu xakimü narım, xərabat.
Ənasir, şeş cəhatü həft kövkəb,
Bu doqquz çərxi-dəvvarım, xərabat.
Əgər sufi vicudi nur olursa,
Hədisü nəqlü əxbarım, xərabat.
Kəlamü hikmətü elmi-lədünni
-Mənim mehrimdir, ənvarım, xərabat.
Bəyanü məntiqü qanuni-heyət,
Qəzəl, qövlilə əşarım, xərabat.
Dəfü neyü udu şeşta çəngü bərbət,
Mənim təsnifı-ədvarım, xərabat.

23

Milli Kitabxana

Məşami-canə ətrin buyun irgər,
A tibb ənfas, əttarım, xərabat.
Şu fırovni gözünlə qarə zülfin
Olaldan bərü səhharım, xərabat.
Dəli-divanə oldum məst gözündən,
Bil, ey danayi-buşyarım, xərabat.
Həbibi niyc ed istiğfarü tövbə 1
Ki, əzəldən oldun əhranın, xərabat.
Könül çirkin yu getsin Fəzl əliylə,
A tahir, pak əbharım, xərabat.
Məni bu ikilikdən birə irgər,
A həftü pəncümü çarım, xərabat.

1 Necə istiğfar və lövbə edə

24


Milli Kitabxana

Qəzəllər
I
Dərdi-eşqə hər ki, ol dəmsaz ola
Ol gərək labüd ki, əhli-raz ola.
Aşiqi-sadiq odur məşuqunun
Yoluna can tərk edə, sərbaz ola.
Dəmdə min gəz qal edərsə aşiqi,
Qəmzəsi məşuqunun xud az ola.
Aşiqa, cövrü cəfavü dərdü qəm,
Zövqü şadi, hüsnü xülqü naz ola.
Hər məzəllət ki, irişə məşuqdan,
Aşiqə xud ol qəmu ezaz ola.
Aşiq anda necə tövbə edə kim,
Abü səbzə, şahidü mey saz ola.

25

Milli Kitabxana

Erişəməz şol hümanın zülfinə
Mürği-dil gər şahinü şahbaz ola.
Ey Həbibi, xoşdürür cami-şərab,
Xassə kim, məhbubi xoş avaz ola.
2
Hər kimə həmrah Fəzlullah ola,
Ana fəzli-feyz ol Allah ola.
Hər nə kim edər kişi, ey yol əri,
Ol gərək kim, həsbətən lillah ola.
Eşqi-məşuqə qul olan sidq ilə
Dünyəvü üqba içində şah ola.
Aşiqin işi gərək şamü səhər
Virdi həsrət göz yaşilə ah ola.
Bu üfüqdən hər sitarə kim doğar,
Mehri-aləm can gögündə mah ola.

Nur ilə röşən ola bu kainat
Ol səadət nəcmi Şəmsullah ola.

26

Milli Kitabxana

Vəchi-adəmdir sirati-müstəqim,
Ana doğru getməyən birah ola.
Etməyən səcdə mələkvəş adəmə
Divi-məlun, asiyi-gümrah ola.
Öldürür sultan iki aləmdə bəs,
Çün Həbibi hər ki, Abdullah ola.
3
Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəha,
Pünhan olan gözün ol dəm şol afıtab olur, şəha,
Ləlü-ləbi-yaqutuna can necə təşnə olmasın,
Çünkim anın hər qətrəsi dürri-xoşab olur, şəha.
Yüzünə Zöhrə, Müştəri, Mehr ilə Mah ögünməsin,
K-ol günəşin bir zərrəsi min mahtab olur, şəha.
Mehrinlə kinən odunu canım içində yaxalı,
Eynül-yəqin yerin yüzü eynimdən ab olur, şəha.
Ol dəm ki, sən nuş edəsən cami-səfayi Cəm kimi,
Ləlinə cam erdügünə bağrım kəbab olur, şəha.

27

Milli Kitabxana

Nəzr etdügün bir busəyi dərviş içün etsən əda,
Vallahi kim, andan sana min-min səvab olur, şəha.
Ləlündürür ehya edən hər dəm o bicismi, vəli,
Sərxoş gözündən sayru can məsti-xərab olur, şəha,
Abi-zülali-vəslinə şol rəsmə təşnədir bu can,
Kim gözlərimə bu cəhan eyni-sərab olur, şəha.
Bağrım qanını gözlərin hər dəm, Həbibi, tökdügü,
Budur ki, rəngin ab ilə ol xoş xizab olur, şəha.
4
Türreyi-tərranm sən edəlidən piçü tab,
Canü dildən səbrü aram getdi, gəlməz gözə xab.
Valehü heyran olur, hər kim görür gün yüzünü,
Sən necə hurü mələksima bəşərsən, ey şəbab.
Ruxlannla arizin hər kim görürsə der rəvan,
Zi əcəb qüdrət ki, atəş yanarü həm axar ab.
Pərtövi-hüsnü cəmalın aləmi rövşən qılır,
Sən doğaldan can gögündə, ey qəmərrux, afıtab.

28

Milli Kitabxana

01 siyəhdil mənlərindən əqli-dildir münfəil,
Şol pərişan sünbülündən cana irər iztirab.
Şəhpəri-ərş-aşiyanın, yəni ğəmzən, ey sənəm
Məkr ilə yıxdı cəhanı, [aləmi] qıldı xərab.
Ey Həbibi, ol həbibin dərdi-eşqi-suzunu
Canü könlün yoldaş eylə kim, budur xeyrül-məab
5
Şu kafər çeşmi gördüm İstefadə,
Ülumi andan etdim istifadə
Ki, ana bənzər dəxi bir büt bulunmaz
Xətavü Çinü Rumü İstivadə.
Şu kəcbaz zülf aldı iki ruh müft,
Dəxi sürməzdən ol xali piyadə.
Sən, ey saqi, əlümə sun, səhər dur,
Səbu - sağər, piyalə - cami-badə.

Düz, ey mütrib, rübabü çəngini rast
İraqü İsfahan ilə Nəvadə.

29

Milli Kitabxana

Gəl, ey sufi, iki kövnin səfasın
Dilərsən, istə, bul cami-səfadə.
Anın çün hörməti məlum olundu
Kitabi-İsa, Musa, Mustafadə.
Dolaşdı can səri-zülffinə yarın,
O müşkil üqdəyi istər güşadə.
Bu könlüm dərdini sordum təbibə,
Ləbidir, der, dəva darüşşəfadə.
Həbibi, gər dilərsən ömri-baqi,
Özünü fani et darül-fənadə.
6
Erdi qulağıma səhər çün hayü huyi-meykədə,
Dər xastəm, kərdəm səfər ma niz suye meykədə 1 .
Rəftəm dər an meyxanəra, didəm bəsi divanəra,
Hər dəm peyapey mikəşəd, əz xom səbuye meykədə 2 .

1 Qalxıb, biz də meyxanəyə səfər etdik.
2 Gedib o meyxanədə bir çox divanə gördüm, hər ləhzə meyxanənin küpündən dalbadal içirdilər.
30


Milli Kitabxana

Bir dəm təfərrüc eylədim, çün ol məqami-aliyi,
Dərhal məst etmiş məni gördüm ki, buyi-meykədə.
Piri-muğanın yüzünə tuş oldu ol dəm gözlərim,
Dedim: nədir rahi-nicat, ey abi-ruyi-meykədə.
Qıldı nəzər çün halimə, bir dolu sundu əlimə,
Dedi təbəssüm edərək: künci-kədüyi meykədə.
Ol cami çün nuş eylədim, bu əqli sərxoş eylədim,
Görüb təəccüb eylədi cümlə əhli-kuyi-meykədə.
Sən məntiqin dərsin mənə söyləmə, ey müfti, dəxi,
Hər müşkili təhqiq edər, çün güftü guyi-meykədə.
Şol Kəbəyi təzvir ilə, ey arizu edən kişi,
Olmaq dilərsən can əmin, et arizuyi-meykədə.
De Ruhi-Qüdsi bülbülə, taki edə hərdəm ğülğül,
Xamuş etməkdir müdam, gördün ki, xuyi-meykədə.
Etgil təharət, ey fəqih, qüsl eyləgil pakü lətif,
Xoş bu rəvan sovidürür çünki abi-cuyi-meykədə.

31

Milli Kitabxana

Təblü ələm meyxanəyə çək, gəl səhər dur şahvar,
Gördüm ki, çün eylər xuruş sümayi-nayi-meykədə.
Məndən eşit doğru xəbər, edəm sənə söz müxtəsər,
You have read 1 text from Azerbaijani literature.
Next - Şeirlər - Həbibi - 2
  • Parts
  • Şeirlər - Həbibi - 1
    Total number of words is 3461
    Total number of unique words is 1921
    18.4 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    29.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Şeirlər - Həbibi - 2
    Total number of words is 3426
    Total number of unique words is 1819
    11.5 of words are in the 2000 most common words
    17.0 of words are in the 5000 most common words
    19.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Şeirlər - Həbibi - 3
    Total number of words is 1604
    Total number of unique words is 1054
    16.8 of words are in the 2000 most common words
    25.0 of words are in the 5000 most common words
    28.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.