Latin

Mənim Bir Arzum Var - 3

Total number of words is 1638
Total number of unique words is 843
31.4 of words are in the 2000 most common words
39.8 of words are in the 5000 most common words
44.5 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
be, that is the question(olmaq və ya olmamaq, əsas
sual budur). Mənim vəziyyətimi hər nə qədər tam
aydınlığı ilə ifadə etsə də Shakespeare-ə əlavə

etmədən keçə bilməyəcəyim üçün ardıyca bunu
əlavə etdim:

“Görmək, və ya görməmək, əsas sual budur.”

Eh, Dəniz, dəniz, adamın nəyi də olmasa gərək
səninki kimi yumor hissi olsun, çünki bütün
hisslərin itdiyi halda o hələ də səni tərk etməyib və
ona çevrilib baxacağın anı gözləyib. Bax belə mən
bu kimi fikirlərlə məşğul ikən bir də onda ayıldım ki,
artıq otelin qarşısındayam. Bir müddət otel ilə
baxışdıqdan sonra sadəcə olaraq səbəbsiz bir
şəkildə içəri daxil oldum. Burada bir qrup
başqalarının önəmli kateqoriyasına daxil etdiyi
tipdə insanlar var idi, amma mən bu insanlar
haqqında və otel haqqında danışmaq niyyətində
deyiləm. Ona görə də mətləbdən kənarlaşmamaq
üçün orada gördüyüm lift haqqında danışmağa
başlaya bilərəm. Yəni lift normal bir lift idi.
Məsələni qəribələşdirən, mənim onu görən kimi
içərisinə daxil olmağım və ən sonuncu mərtəbə
üçün-21 düyməsini basmağım idi. Görünür, heç
kim məni görməsə də lift mənim varlığımdan
xəbərdar imiş ki, məni birbaşa heç kim üçün
dayanmadan 21-ci mərtəbəyə qaldırdı. Qapı açıldı

və mən liftdən düşdüm. Mənim burada nə işim var
idi..Görəsən bura gəlmək haqqında fikirləşəndə
hansı niyyətdə olmuşdum? Artıq heç bir fikrim yox
idi. Bu vəziyyətdə ikən ağlıma ilk gələn şey yerə
oturmaq oldu. Oturdum da, onsuz da heç kim məni
görmürdü, yəni dəli olduğumu deyən olmayacaqdı.
O an fikirləşməyə başladım hər şeyi. Görünməz
olduğum andan bu yana başıma gələnləri, Günəşi,
gecə gördüklərimi, hörmətli professoru, ağacla
olan söhbətimi, dayanacaqda insanlara
dediklərimi, universiteti, müəllim və tələbə
yoldaşlarımı, sonra yenə Günəşi, onun ailəmlə
danışığını, sonra yenə avtobus dayanacağını və
nəhayət burdayam-heç vaxt içində olmadığım, indi
isə bura niyə gəldiyimi bilmədiyim bir otelin 21-ci
mərtəbəsində içimdəki hissizliyimlə, amma ədalət
naminə yumor hissimi saymıram, birgə
oturmuşam. Ətrafa baxıram və daha da qəribə olan
şey sadəcə baxmıram həm də görürəm...Ayağa
qalxdım və gəzinməyə başladım. Buranı analiz etm

ək niyyətim yox idi, amma səbəbsizcə gəzdiyim bir
anda bir şey diqqətimi çəkdi. Bu otelin çatısına
açılan qapısı idi. Bir neçə saniyə içərisində artıq

qapını açmış və ordan ayağımın altında qalan
şəhəri seyr etməkdə idim. Saçlarıma toxunan
küləkdən belə məlum olurdu ki, tək mən şəhəri
deyil, o da məni seyr edirdi. Bu külək sanki
saçlarımı oxşayır, mənim kədərimə ortaq olurdu.
Qəribədir, amma bu mənim həmin andakı
hisslərimdir. Özüdür ki, var səhv oxumursan əziz
oxucu həmin anda dünəndən bəri donmuş olan
hisslərim yavaş-yavaş açılmaqda idi. Artıq
yaşadığımı, ən azından həyatda olduğumu bilirdim.
Mən bura niyə gəlmişdim. Aşağıya doğru baxdım,
çox yüksək idi, bəlkə də adi bir vaxta bu
yüksəklikdən qorxa bilərdim, lakin nədənsə o an
heç bir qorxum yox idi. Görünür, bu hissim ya hələ
oyanmamışdı, ya da oyansa da qorxuya dəyər bir
şey görmürdü. Durmadan ətrafa baxırdım, maraqlı
olan isə o idi ki, artıq görürdüm də. Özümə ilk
sualım bu idi-görməyimə dəyir, yoxsa görməsəm
bundan daha yaxşı olardı? Bir anlığına
yaşadıqlarımı yenidən düşündüm və bu qərara
gəldim ki, hər şeyə rəğmən buna dəyərdi. İnsan
qəribə varlıqdır, bilmirəm bəlkə də yoxluqdur. əsas
məsələ bundadır ki, çıxardığım nəticəyə görə indiyə
qədər görəcəklərimdən qorxduğum və ya yekun

nəticəsindən qorxduğum üçün həqiqətlərdən
qaçmışam. Bəli bu gün o gündür. Həqiqətlərlə
üzləşməli olduğum gün-həm də nəyin bahasına
olursa olsun. Bir də aşağıya baxdım. Aha, indi bura
niyə gəldiyimi başa düşürüəm. Bunun səbəbi ölmək
istəyimi rahatlıqla reallaşdırmaqdır. Hisslərim hər
nə qədər açılmağa doğru getsə də, ölmək istəyim
qalmağa davam edir. Bu qərarımda, deyəsən,
qətiyyətliyəm. Ölümdən qorxmuram. Hə, buradaca
çox rahatlıqla ölə bilərəm. Onsuzda heç kim məni
görmür. Səssizcə, heç kim görmədən.... Axı bir az
əvvəl dedim ki, yaşamayan biri necə ölə bilər? Əgər
mən yaşamıramsa necə ölə bilərəm? Bu doğurdan
da maraqlı, həm də yetərincə dolaşıq sualdır.
Qısası, dərsdə bu sualın cavabını öyrədən
olmadığından onu dolaşıq adlandırıram, çünki
düşünmədən cavab vermək çətin məsələdir. Bu
sual olsa idi ki, Makedoniyalı İskəndər nə vaxt ölüb,
dəqiqə cavabını verə bilərdim, yəni o öləndə onun
yanında olmamışam, amma nə eybi var sənə
öyrədiləni deyəndə sual verən şəxs razı qalır, əsas
məsələ də budur. İş orasındadır ki, bu dəfə bu sualı
verən özüməm və bunun cavabını isə indiyə qədər
hələ bir dəfə də olsun fikirləşməmişəm. Demək

belə, əvvəlcə oradan başlayaq ki, mən indiyə
qədər, hətta güman edirəm ki, indidə yaşamamış
və yaşamıram. Burdan bu nəticəyə gəlirəm ki,
ölmək üçün əvvəlcə yaşamaq şərtdirsə, deməli
indiyə qədər yaşamamış olan mən bundan sonra
yaşamalıyam. Məsələ yaşamaqda deyil, bütün bu
gördüklərimdən sonra yaşamağa dəyib
dəyməməyindədir......... İnsanlar məni bu dəfə də
yanıltmadılar. Onlara olan inamımı bir dəfə daha
məhv etdilər. İndi yenidən onlarla yaşamaq, onlara
şans vermək , yox bunu edə bilmərəm. Üstəlik bu
sualın cavabını tapmaq üçün Allahdan kömək
istəyib, istəməməyim məsələsində də qəti qərara
gələ bilməmişəm. Nəticədə imtah zamanı kömək
alaraq sualın cavabını tapmaq ədalətsizlik, həm də
acizlikdir. Hələ onu demirəm ki, mənə verilən
görünməzlik gücü onsuz da çox böyük bir şeydir.
İmtahana girməyimə şans verilmişkən bir də
utanmazca mənə verilən suala cavabı soruşa
bilmərəm. Yox, bilmərəm, hiss edirəm, Tanrım bu
suala özümün cavab verməyimi istəyir.....Qayıdaq
əsas məsələyə. Bu dəfə insanlara yox özümə şans
verəcəmlil Tapdım. Elə məhz bunu edəcəm. Mən
bu şansa layiqəm. Verilən bu şansı sonuna qədər

də dəyərləndirməyə söz verirəm. Artıq onlar üçün
deyil, bu dəfə özüm üçün yaşayacam.... Hələ də
bəzi suallarım var —bəs yaxşı bir də onların üzünə
baxacam, onlarla danışıb güləcəm, yoxsa insanlara
üz çevirəcəm? Axı həmişə hər bir insanın Tanrıdan
bir parça olduğuna inanmışam. İndi onlara üz
çevirsəm, Tanrıya da üz çevirmiş olmaram? Bəs
yaxşı, əgər onlar Tanrıdan bir parçadırsa, nəyə görə
elə davranmırlar. Bilirəm ki, Tanrım mənə gülməz,
mənə inanar, səhv etsəm də küsməz, həmişə
durmağım üçün mənə əlini uzadar, məni heç vaxt
tək buraxmaz-onların əksinə. Bəlkə də bir vaxtlar
adını xatırlamadığım bir kitabda oxuduğum və
inandığım kimi sadəcə olaraq Tanrıdan bir parça
olduqlarını unudublar. Əgər unutmamış olsaydılar
heç vaxt belə davranmazdılar. Hə, ən azından
hazırda gələ bildiyim ən yaxşı nəticə budur. Və
deyəsən elə son nəticə də budur, axı insan sözünün
mənası da ərəbcə nəsiyə-unutmaq deməkdir.
Görünür qənaətimdə yanılmıram. Nə olsun ki,
bəziləri bu sözü ünsiyyə-ünsiyyət deyə yozmağa
çalışır. Bu o qədər də vacib deyil. Bir halda ki, mən
artıq başqalarının yox özümün fikirlərimlə hərəkət
etməyə qərar vermişəm, vəssəlam. Nə deyirsən?

İndi Dəniz, onları yenə də bağışlayaq? Necə,
bağışlayım, amma unutmayım? Yox, yox deyəsən
çətinə düşəndə baş istər, istəməz işləyir. Əla.
Burada razılaşdığımıza görə...Bir
dəqiqə....Günəş..Mənim əziz qrup və otaq
yoldaşım..Yox, bundan sonra həm də Əziz və
hömətli dostum. Çıxmamış candan ümid kəsilməz.
Günəş var, üstəlik yəqin ki, dünyada hələ nə qədər
unutqanlıq dərdinə düçar olmayan Günəşlər də
Var....... Burda deyiblər ki, sən saydığını say gör fələk
nə sayır. Hər şeyin bu qədər yolunda göründüyü bir
anda yadıma düşən həqiqət-indiyə qədər yaxşı idi,
amma indi bu görünməzlik bir dərd halına gəlmişdi.
Yenidən görünməyin mütləq bir yolu olmalıdır.
Fikirləş, Dəniz, fikirləş..Mütləq bir yolu var, amma
nədir? Bu hadisə nə vaxt baş verib? Düzdür, Günəş
30 gündür deyirdi, lakin mənə görə ev yiyəsinin
gəlməli olduğu gün. Ya da belə də deyə bilərik ki,
markerlə divarı yazmış olduğum günün sabahı. Hə,
yəni...Nə yənisi, mən ora nə yazmışdım.? 1 have a
dream-Mənim bir arzum var. Hə, hə, belə
yazmışdım. Hərçənd arzumun nə olduğunu dəqiq
bilməsəm də belə yazmışdım. Arzumun dəqiq nə
olduğunu bilməsəm də....Yox, deyəsən bilib

yazmışdım. İndi, bu an burada durduğum an ən
böyük arzumun nə olduğunu və artıq həyata
keçmiş olduğunu bilirəm. Mən azad olamaq, özüm
olmaq və başqalarının istəyinə görə yox, özüm
istəyimə görə yaşamaq istəmişdim. İndi isə bu
arzumu yerinə yetirmişəm. Görünməz olduğum
andan bəri nə etmişəmsə, hamısını azad şəkildə
etmişəm. Hazırda isə bundan sonrakı həyatımı da
belə yaşamaqda qətiyyətliyəm....Tapdımİ111..Hə,
artıq bilirəm. Necə görünəcəyimin yolunu
tapdım...... Bu möhtəşəm kəşfimin ardından
özümü öldürmək üçün çıxdığım 21-ci mərtəbədən
yaşamaq naminə hansı sürətlə endiyimi özümdə
xatırlamıram. Oxucunu yormamaq üçün burada
onu deyim ki, oradan çıxan kimi bir başa Günəşlə
birgə qaldığımız evə yollandım. Əlbəttə ki,
avtobusla. Təsadüfün də beləsi... Bu, səhər məni
universitetə gətirən həmin sürücü idi. Zamanın
necə keçdiyini bilmədən bir də onda ayıldım ki,
artıq evin yanındayam. Avtobusdan düşdüm və
cəld evə girdim. Günəş evdə idi, dünən onu burada
qoyduğum yerdə yenə də kədərli bir halda
otururdu. Tək fərq isə bu gün dünənkindən də pis
vəziyyətdə olmasında idi. Həmin yazı isə yenə də

divarda durmaqda idi. Əvvəlcə cəld pul qabımı
tapdım. Sonra isə içindən avtobus kartımı götürüb
evdən çıxdım. Az sonra dayanacaqda idim və bir
neçə dəqiqə əvvəl məni burada düşürmüş olan
avtobusu gözləyirdim. Açığı yarım saat gözlədim.
Eybi yoxdur, işin ucunda vicdanımın rahatlığı varsa
buna dəyərdi....avtobus gəldi və mən heç kim
görmədən avtobusa minib ödəmədiyim gediş
haqqlarını ödədim və avtobusdan düşdüm. Evə
qayıdarkən yolda bu sabahkı başqa ölkələrə
səyahət fikrim yadıma düşdü. Nə olar. Yenə də
səyahət edərəm. Amma vicadanımın xətrinə
dəymədən....evdəyəm. Günəş evdə deyil. Bəlkə də
harasa gedib. Amma bu hadisələrin baş verdiyi
müddətdə artıq saat günortanı keçib. Yəqin ki,
marketə getmiş olar. Mən isə əlimdə su, dəsmal
yazdığım yazını divardan təmizləyirəm.....Aha artıq
tərtəmizdir..... əgər oxucu bunun səbəbini
düşünürsə, mənimki də, söz deyil, əlbəttə ki,
düşünür, deməliyəm ki, bu arzu həyata keçibsə, bu
yazının burada qalmağına da ehtiyac yoxdur. İndi
artıq onun yerinə başqa bir şey, bu dəfə ümid
edirəm ki, daha dəqiq, qorxmadan bir başa
istədiyim şeyin özünü yazmalıyam. Amma əvvəlcə

bu haqda fikirləşməli sonra yazmalıyam.
—Ç.. Təxminən 10 dəqiqə heç bir şey etmədən
yatağımın üzərində oturdum. Sonra Günəşin evə
girdiyini gördüm. Və bunun ardınca həm ümid
etdiyim, həm də qorxaraq gözlədiyim hadisə baş
verdi. Günəş məni görmüş və ağlayaraq
qucaqlamışdı. Bu əsnada bir çox şey deyirdi, arabir
danlayırdı da. Məsələ bu vaxta qədər harada
olduğuma gələndə isə mənim ona dediyim: “xahiş
edirəm, məndən heç nə soruşma” sözlərim kifayət
etdi və heç bir şey demədi. Sadəcə maraqlı bir şey
oldu. Günəş boynuma sarıldığı bir anda gözüm
güzgüyə sataşdı və mən artıq özümü görürdüm.
İndi, əminəm, görünməz olduğumun fərqinə
vardığım o gün problem nə güzgüdə, nə də Günəşin
gözlərində idi. Yox, problem mənim gözlərimdə idi.
Budur. İndi mən özümü gördüyüm anda artıq
Günəş də məni görür, güzgü isə əks etdirir...........
You have read 1 text from Azerbaijani literature.
  • Parts
  • Mənim Bir Arzum Var - 1
    Total number of words is 4137
    Total number of unique words is 1714
    24.9 of words are in the 2000 most common words
    35.8 of words are in the 5000 most common words
    40.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Mənim Bir Arzum Var - 2
    Total number of words is 3918
    Total number of unique words is 1714
    24.2 of words are in the 2000 most common words
    33.6 of words are in the 5000 most common words
    38.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Mənim Bir Arzum Var - 3
    Total number of words is 1638
    Total number of unique words is 843
    31.4 of words are in the 2000 most common words
    39.8 of words are in the 5000 most common words
    44.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.