Latin

Mənim Bir Arzum Var - 1

Total number of words is 4137
Total number of unique words is 1714
24.9 of words are in the 2000 most common words
35.8 of words are in the 5000 most common words
40.8 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
MƏNİM BİR ARZUM VARIII

İndi bu yazacaqlarım, yəni tam olaraq yazmaq
istədiklərim.. açığı bunlara oxucunun inanıb
inanmayacağından bir o qədər də əmin deyiləm.
Çünki bu sətirləri yazarkən ağlımdan keçən
hadisələr özümə də yuxu kimi görünür... Hər halda
yazıram. Niyə yazmağımın səbəbini isə hazırda
düşünmək istəmirəm, Bəlkə çap etdim, bəlkə də
yox. Bilmirəm. Sadəcə olaraq yazıram,
vəssalam....Haqqında danışacağım hadisə payızın
əvvəllərində Azərbaycanın paytaxtı olan Bakı
şəhərində baş vermişdi... o gün sabah bir az gec
durmuşdum, hətta buna sabah da demək olmaz,
sadəcə mən bunun sabah olduğunu düşünürdüm.
Təxminən saat gecə beş, ya da altı olardı. Hə, elə
buradaca onu da deyim ki, mənim bir otaq
yoldaşım da var və ayılıb gördüm ki, evdə heç kim
yoxdur və mən mənə baxan çox hörmətli divarlarla
başbaşayam. Bu arada onu da demədən keçə
bilməyəcəm ki, bu divarların mənim üçün bu qədər
əhəmiyyət daşımasının bir səbəbi də yatağımın
yanındakı divarın üstündə mənim qara markerlə

yazdığım:” 1 have a dream” sözləridir. Bu yazını
oxuyacaq şəxsin biliyinə şübhəm olmasa da, bu
sözlər haqqında qısa da olsa bir məlumat
verməliyəm. Bir vaxtlar qaradərili insanlara qarşı
edilən ədalətsizliyin qarşısında dimdik duran
Martin Lüter King bu sözləri demişdi: “1 have a
dream”-Mənim bir arzum var. Biz bu evdə otaq
yoldaşımla bərabər kirayə qalırdıq və mən gecə o
yatarkən əlimə markeri alıb telefonumun işığı ilə bu
sözləri divarın mənim yatağım tərəfinə düşən
qisminə böyük hərflərlə yazmışdım, amma görünür
o gecə ürəyim soyumayıb ki, sabahkı axşam yarım
qalan işimi bitirmək məqsədi ilə bir dəfə daha gecə
macərasına atılaraq bu yazıların üzərindən qara
markerlə getdim ki, tam aydın görünsün. Deməli,
sabah otaq yoldaşım qalxıb divarın halını görəndə
mənim adımı hansı əsəblə qışqıraraq çağırdığını
yəqin ki, izaha o qədər də ehtiyac yoxdur. Açığı onu
da başa düşürəm, o da fikirləşirdi ki, ev yiyəsi
gələndə ona nə cavab verəcək. Nə etmək insanın
öz evi olmayanda belə olur. Amma eybi yox, məndə
ki bu istək var hansı divar olmağından asılı
olmayaraq öz işimi görə bilərəm. Sadəcə otaq
yoldaşım mənim kimi deyildi. Odur ki, başladı məni

danlamağa. Sonra da dedi ki, gəl bunu silməyin bir
yolunu tapaq. İş orasında deyildi, axır bir yolunu
tapıb silmək olardı, amma mən tərs adam
olduğumdan yazdığım bu sözləri heç kimin
pozmasına icazə verməzdim. Otaq yoldaşım
əslində bunu bilirdi, sadəcə bir dəfə şansını
yoxlamaq istəmişdi. Görəndə ki, mən yazdıqlarımı
siməyəcəm oturub ev yiyəsi ayın axırında, yəni mən
o yazını yazdığımın sabahı günü evə gəldikdə nə
deyəcəyini fikirləşməyə, bir az sonra da
yazdıqlarımı gizlətməyin yollarını axtarmağa
başladı. Amma yenə idea mənim özümdən
çıxmışdı. Ev yiyəsi evə gələndə otaq yoldaşım
mənim vxəstələndiyimi, yəni qrip olduğumu
deyəcəkdi və əlbəttə ki, xəstə insandan ölümdən
qaçan kimi qaçan ev yiyəsi qapıdan ayağını içəri
atmadan gəldiyi kimi də gedəcəkdi. Bax beləcə
problemi yaradan mən problemin həll yolunu da
irəli sürmüşdüm. Artıq məsələnin həll olunduğunu
görən otaq yoldaşım ingilis dilində bilmədiyindən
orada nə yazdığımı soruşdu və mən də yalan
demək istəmədiyimdən ona cavab verdim. Bunun
ardınca məndən nəyə görə belə bir şey yazdığımı
və arzumun nə olduğunu soruşdu. Düzü , bir o

qədər əmin deyildim, yəni bir çox arzum var idi
əlbəttə, yoxsa niyə hələ də yaşayaydım ki? Amma
mənə bu sözləri yazdıran arzum bildiklərimin heç
biri deyildi. Sadəcə onu bilirdim ki, içimdə özümün
də bilmədiyim fərali bir istək, izah edə bilmədiyim
fərqli bir şey var və o artıq partlamağa hazır
vəziyyətdədir. Otaq yoldaşıma da bu şeyləri izah
edə bilmədiyimdən dedim ki, nə bilim elə belə
yazmaq istədim və yazdım , səbəbini də bilmirəm.
Açığı elə doğurdan da səbəbini bilmirdim. Sanki
gözəgörünməz bir qüvvə bu sözləri mənə
yazdırmışdı....indi ayıldığım bu gündə də ev
sahibinin gəlməli olduğu ayın axırı idi, amma
maraqlısı burası idi ki, evdə otaq yoldaşım olmadığı
kimi ev sahibindən də əsər yox idi. Yəni o gələn də
evi yoxlaması təqribən bir neçə saat çəkirdi, hətta
bəzən sabah gəlib axşam evdən çıxırdı. Sonra
birdən xatırladım ki, dünən divara yazdığım
sözlərin gizlədilməsi üçün ev sahibinə mənim xəstə
olduğumu deyəcəkdik və özlüyümdə yəqin etdim
ki, mən yatılı olanda o gəlib və otaq yoldaşım, yəni
artıq onun adını sizlərə demək vaxtı məncə gəlib
çatıb, odur ki, Günəş, ona mənim qrip olduğumu
deyərək içəri girməyinə imkan vermədən onu yola

salıb. Amma axı o gün bazar günü idi, bu necə ola
bilərdi, Günəş həmişə bazar günlərini özünün
sabahdan axşama qədər yatmaq günü elan
etdiyindən onu yataqdan belə çıxarmaq çətin
məsələ idi. Bu olanları başa düşməyə çalışa-çalışa
yerimdən durmaq üzərəykən qapının açıldığını hiss
etdim. Günəş təlaşla içəri girib çarpayısının
üzərində oturaraq ağlamağa başladı. O qədər içdən
ağlayırdı ki, sanki bütün dünya dağılmış və o da
altında qalmışdı. Mən cəld yerimdən qalxaraq onun
yanında əyləşdim və əlimi çiyninə qoyub ona nə
olduğunu soruşdum, amma elə bil məni eşitmirmiş
kimi ağlamağına davam edirdi və heç mənim
üzümə də baxmırdı. Və aha bu nə demək idi?...
Günəş məndən ötrü ağlayırmış. Yəqin ki bu bir
oyundur deyə fikirləşdim. Axı mənə nə olub ki,
mənə görə aglayır? Bunu onun özündən də
soruşdum, amma cavab ala bilmədim. Və cavab ala
bilməməyim məni tamam hövsələdən çıxardı, elə
davranırdı ki, sanki mən burada heç yoxmuşammış
kimi. Günəşin axı Dəniz haradadır, hara gedə bilər,
üstəlik bütün paltarları, telefonu, pul qabısı da
evdədir dediyi an keçirdiyim şok hissini heç bir
sözlə ifadə edə bilmirəm(Bu yerdə onu da deyim ki,

Günəşin Dəniz dediyi şəxs mənəm...) Bu nə cür bir
zarafat idi, yəni ümumiyyətlə bu nə idi?
Başlanğıcda tam olaraq fikirləşirdim ki, bu bir
zarafatdır və onun qollarından tutaraq və gözünün
içinə baxaraq dedim ki, bəsdir, bu zarafata son ver,
özü də bu dəqiqəlll Amma yox, Günəş mənim
səsimi deyəsən doğurdan eşitmirdi. Axırda tamam
hövsələdən çıxdığımı hiss etdim və artıq dayana
bilməyərək qışqırdım ki, necə yəni sən məni
görmürsən indi?l1 Bu sözlərimə də heç bir reaksiya
vermədiyini görüncə ayaxa qalxdım və əsəbdən
otağın içində var gəl etməyə başladım. Bütün bu
əsəblərimi dəhşətli bir qorxuya çevirən o an, o an
ki ondansa, əsəbləşmək daha yaxşı olardı..yəni ən
azından həmin anda tək düşündüyüm şey bu
idi....Otaqda var-gəl edəndə gözüm Günəşin yatağı
tərəfdəki divarda asılı olan güzgüyə sataşmışdı və
mən özümü görmüşdüm, daha dogrusu görə
bilməmişdim.. bu nə demək idi. Mən özümü necə
görə bilməzdim? Artıq əmin idim ki, yüz faiz yuxu
görürdüm. Amma bir yandan da daxilimdən gələn
bir səs bunun yuxu olmadığını deyirdi və deyəsən
bu səs haqlı idi. Şokun təsirindən çıxmağa
çalışdığım bir zamanda, yəni təxminən yarım

saatlıq bir müddətdə özümü görə bilmədiyim
gözgüyə baxmağa davam edərkən yenidən
Günəşin səsini eşitdim və sanki yuxudan ayılımış
kimi o tərəfə çevrildim. Günəş polisə zəng etmiş və
mənim qəfildən yoxa çıxmağım barəsində polislə
nə isə danışırdı... Yox bu dəqiq bir zarafat idi, axı
hələ günorta da olmamışdı, yəni əgər heç bir
əşyamı almamış evdən çıxmış olsam belə, bu qədər
tez polisə zəng etmək məntiq qanunlarına da zidd
idi. Birdən Günəşin polisə bir aydır itən bir adamı
necə ola bilər ki, hələ də tapmayıblar dediyini
eşitdim. Necə? Bu dəqiq zarafat olmalı idi, bir aydır
ki, mən durmadan yatmışam və bu müddətdə
aclıqdan və ya susuzludan da ölməmişəmtkim bilir
bəlkə də ölmüşəm). İndi isə qətiyyən nə aclıq, nə də
susuzluğum var. Günəş bir müddətdə onlarla nəsə
danışıb sonra telefonu söndürdü və yenidən
ağlamağa başladı. Nəsə deyirəm, çünki bir ay
məsələsindən sonra nə danışdıqlarını dinləməyə
taqətim qalmamışdı, sadəcə olaraq bütün bunların
nə demək olduğunu düşünürdüm. Elə o an
durandan bəri hiss etdiyim şeyi, daxilimdə olan
adını deyə bilməyəcəyim fərqli bir şeyi xatırladım.
Bu sanki fəqli bir güc idi, hə, tam olaraq indiyə

qədər hiss etmədiyim bir güc. Sonra bu
həngamənin ortasında zarafatımdan geri
qalmamaq naminə dedim ki, eh Dəniz, Dəniz, mən
bilirəm bu güc haradan gəlir, bir ay durmadan kim
yatsa eneriili olar. Amma bu zarafatın təsir müddəti
bir neçə saniyə davam etdi və mən real dünyaya
qayıtdım, yəni əgər bu dünyaya real demək
mümkün idisə. Və artıq bir az sonra məsələnin
həllini tapmağın yollarını fikirləşməyə başladım. Bu
işin içindən necə çıxa bilərdim? Günəşin məni
görməsi üçün işə yaramaz bəzi cəhdlərdən sonra
bunun həll yolu olmadığını başa düşdüm və fərqli
bir yol axtarmağa başladım. Elə o an ağlıma bir fikir
gəldi, hərçənd bunun nə qədər faydalı olacağından
əmin deyildim, amma yoxlamaqdan da bir ziyan
gəlməzdi, yəni bundan artıq nə ziyan gələ bilərdi?
Hansı ağıllasa fikirləşmişdim ki, problem güzgüdə
və Günəşin gözlərindədir. Hərçənd mən özümə
baxdığım zaman mən də özümü görə bildiyimdən
qətiyyən əmin deyildim, amma insan bəzən çətin
anda ona ümid kimi görünən hər şeydən yapışa
bilir. Bu əsasla da çölə çıxdım və insanların arasına
qarışdım. Küçənin ortasında bir də yadıma düşdü
ki, gecə paltarımla çölə çıxmışam, amma kaş ki, heç

bunu xatırlamayaydım. Çünki bunu xatırladığım an
onu da fikirləşdim ki, artıq insanların məni görüb
görmədiyini yoxlamaq üçün onları test etməyə
ehtiyac yoxdur. Əgər görmüş olsaydılar mütləq
mənə baxıb gülməli idilər. Artıq onların məni
görmədiyinə əmin olmuşdum. Amma ehtiyat igidin
yaraşığıdır ata sözünü və igid olmaq üçün mütləq
kişi olmalı deyilsən Dəniz sözünü əsas alaraq
küçənin ortasında var gücümlə bağırmağa qərar
verdim. Əslində bu mənim hər zaman arzu etdiyim
və bir gün mütləq həyata keçirməliyəm dediyim bir
şey olduğu üçün böyük bir zövqlə bağırmağa
başladım. Bu inanılmaz idi, amma həm də real idi.
Heç kim mənə gözünün ucuyla da olsa, qınaq dolu
baxışları ilə baxmamışdı. Bu mənim gözə görünməz
olduğumun təsdiqi idi. Amma o an qəribə bir şey
oldu-mən artıq bu işdən xoşlanmağa başlamışdım.
Və artıq başıma gələn bu hadisədən qorxmaq
yerinə onu dəyərləndirmək haqqında fikirləşirdim.
Bu şeyləri götür-qoy edə edə evə qayıdanda yolda
bir şeyin daha fərqinə vardım-əynimdə yalnız gecə
paltarım olduğu halda və payız ayında qətiyyən
mənə soyuq deyidi. Buna görə də qərar verdimbundan sonra evə getməyəcəkdim və mənə

verilmiş olan bu gücü istifadə edəcəkdim. Nəticədə
avtobusa, metroya və hətta təyyarəyə belə minə
bilərdim. Açığı təyyarə sözü məni tamam
həyəcanlandırmışdı. Düzdür, daxildən bir səsböyük bir ehtimalla vicdanım deyirdi ki, axı bu
nəqliyyatlara minmək üçün pul ödəməlisən və
ödəməsən bu sənin pis bir insan olduğunu göstərər
ki, o zaman da insanlar sənə nə deyər? Amma mən
də bu səsin cavabını lazımı şəkildə verməkdən
çəkinməyərək dedim ki, əziz vicdanım, əvvəla
sənin dediyin o insanlar məni indi görmürkü də
qınaya, ikincisi belə bir fürsət bir də ələ düşəcəkmi,
yoxsa yaxında əvvəlki kimi görünəcəmmi bilmirəm
və nəhayət səni susdura biləcək ən yararlı cavab
isə, bu arada onu da deyim ki, bunun ən güclü
cavab olacağını nəzərə alaraq onu ən sona
saxlamışam, budur ki, bəs yaxşı səncə bu
nəqliyyatlara pul vermək nə qədər ədalətlidir?
Əgər dünyada pul deyilən bir şey olmasaydı və
insanlar işlərini görərək ehtiyacları olan şeyləri də
pulsuz əldə etsəydi daha ədalətli olmazdımı? Açığı
bu bu suallar mübahisəyə kifayət qədər açıqdır və
bu haqda irəlidə bir daha danışacammı bilmirəm,
amma dəqiq olan bir şey var idi ki, vicdanımın səsini

susdura bilmişdi. Lakin əvvəlcə etmək istədiyim
şeylər haqqında konkret qərarlar verməli idim.
Açığı nəsə bir şey haqqında o qədər də tez qərar
verə bildiyim deyilə bilməz,məsələn, bir kitab
oxumaq istəyirəm və əvvəldən gələcəkdə
oxuyacağım kitablar siyahısını açıb baxıram. Amma
əvvələcə sadəcə olaraq baxıram, çünki axı necə ola
bilər ki bir kitab digər kitabdan üstün olsun. Bir
halda ki, mən o kitabları birinci dəfə oxuyacam və
içində yazılanları da sadəcə olaraq təxmin edə
bilərəm. Yəni bu adi bir misaldı. Həyatımdakı digər
bütün şeylərlə bağlı da vəziyyət demək olar ki, eyni
cürdür, amma eybi yox, hərhalda ən kritik anda tez
qərar verə bilirəm. Bu sətirləri oxuyacaq şəxs əgər
oxuyacaqsa, soruşa bilər ki, bəs onda necə qərar
verə bilirsən? Çox sadə- düşünmürəm, sadəcə
olaraq edirəm və bunun ən effektiv metod
olduğunu da yaxşı bilirəm. Odur ki, bu hadisə
başıma gələndə də çox düşümək yerinə tez bir
şəkildə hərəkətə keçdim və qərar verdim. Mən
bunları fikirləşə-fikirləşə birazdan gecə olacağını
da nəzərə alırdım. Odur ki, ilk olaraq təcrübə etmək
istədiyim şey mənim üçün mübahisəsiz aydın idi.
Ümumən cəmiyyətdə belə bir fikir var ki, gecə çölə

çıxmaq o qədər də yaxşı deyil. Amma bağışlayın
,deyəsən, tam ifadə edə bilmədim qadının, qızın
gecə vaxtı çölə çıxmağı yaxşı deyil. Məncə, bu
milliyyət məsələsi də deyil, sadəcə olaraq
bəşəriyyət məsələsidi. Hər nəysə indi gəlin bu
şeyləri bir tərəfə qoyaq və mətləbə keçək. Yəni
mənim etmək istədiyim şey məlum idi. Bütün gecə
yolları dolaşacaq və nə baş verdiyinə baxacaqdım.
Təbii ki, birinci bir az qorxdum və hər zamankı kimi
ailədən olan şəxslərin, məktəbdə və universitetdə
müəllim və hətta bir üst səviyyədə professorların
mənim belə bir şey edəcəyimi bilsələr nə reaksiya
verəcəklərini fikirləşirdim ki, elə o anda görünməz
olduğumu xatırladım. Və dərindən bir nəfəs aldım.
Bu nəfəsin ardından gözləməyə başladım.
Gözləmək deyəndə ki, bu elə çox bir vaxt deyildi.
Təxminən bir-iki saat sonra gecə yarısına
yaxınlaşırdıq, amma əsas məsələ gecə yarısından
sonra şəhərdə nələr baş verdiyini bir qız olaraq
görə bilmək kimi böyük bir şərəfə nail olmaq idi.
Gəcə gəlib çatana qədər onu da deyim ki, mən bu
hadisə baş verəndə tələbə idim və bir az yuxarıda
haqqında qısa məlumat verdiyim şəxs isə-mənim
otaq yoldaşım əslində həm də qrup yoldaşım idi.

Amma nə etmək olar deyəsən mən onun qədrini
yaxşı bilməmişdim. Çünki onun mənim
yoxluğumdan ötrü keçirdiyi narahatlıq hissini
yatsam yuxumda da görə bilməzdim, yəni buna
inanmırdım. Demə, heç də mənim fikirləşdiyim
kimi deyildi. Onun mənə bu qədər dəyər verməyi
hər nə qədər xoşuma gəlsə də, özümü bir az da
günahkar hesab edirdim. O elə də söhbətcil
sayılmazdı və məni sevdiyini bir dəfə də olsun
deməmişdi. Yəqin ona görə deyirlər ki, insanlara
sağlığında dəyər verin. Açığı universitetdə baş
verənlər və müəllimlərim haqqında indi
danışmayacam, çünki bu hadisədən onlar da öz
payını almış və mənim təcrübəmin qurbanı, bəlkə
də mən onların təcrübəsinin qurbanı olmuşdum.
Nəysə, nəysə. Bu işlər uzun məsələdir və biz ora
hələ çatmamışıq. Nəhayət, gecə tam mənası ilə
ətrafı öz səssizliyinə, insanlar isə gecəni öz səslərinə
bürüdüyü zaman gəlib çatmışdı. Çünki
fikirləşdiyimin əksinə olaraq gecələrdə insanların
bol olduğunu artıq görmüşdüm. Mən gecənin
olmasını bir ağacın altında bir-iki saat oturaraq
gözləmişdim. Burada oturaraq gəlib geçən
inanlara, onların üz ifadələrinə, əsəbi şəkildə

danışıq tərzlərinə, bəzilərinin, amma həqiqətən də
sadəcə bəzilərinin gülüşlərinə, yəni səmimi
gülüşlərdən danışıram, burada baxa və fikir yürüdə
bilmişdim. Düzü mən bu insanları hər gün
gördüyümü düşünürdün əvvəllər, amma o gün
başa düşdüm ki, məgərsə mən bu insanlara sadəcə
baxır və görmürəmmiş. Çünki görmüş olsa idim, bir
dəfə də olsa evə gedib doyunca ağlayardım.......
artıq gecə saat 2-3 olardı və mən küçələrdə hələ ki,
təkbaşıma gəzirdim. Elə o anda adını dəqiq
xatırlamadığım bir əsərdə oxumuş olduğum bu
cümlələr yadıma düşdü: “ya hər şey tərsinə olsa idi,
insanlar gecə gündüz etdiyi şeyləri etsəydilər və
gündüz də gecə kimi yatsaydılar?” Amma bunu kim
yazıbsa, dəqiq xatırlamasam da, o an bu ağlıma
gəldi ki, onda da boğazımızdan yapışacaqlar ki, bəs
qız uşağı gündüz vaxtı çölə çıxmaz. Sonra özlüyüm
də fikirləşdim ki, amma Dəniz öz aramızdır, bu
yazıçı kim olubsa lap sənin kimi niyə göydən alma
düşür, amma armud, portagal düşmür
deyənlərdən olub. Mən bu fikirlərimlə məşğul ikən
arxadan bir avtomobilin yaxınlaşdığını hiss etdim,
əvvəl bir az narahat oldum. Nə də olsa gecə vaxtı
bir qız küçədə tək başına gedirsə bu işdə bir iş var

deyən insanlarla çevrili olduğumu unutmamışdım,
nəticədə başımın görünməz olmağı, onun olmadığı
mənasını vermirdi. Bundan artığını düşünməyə
vaxt olmadan avtomobil mənim yanımdan keçdi və
irəlidə bir evin həyətinin qarşısında dayandı. Amma
mən artıq görünməz olduğumu xatırlamışdım və
gizlənmək üçün heç bir əsas yox idi. Ona görə də
dayandığım yerdən tərpənmədim və avtomobili
izləməyə başladım. İçindən əvvəl bir qadın düşdü.
əgər oxucu onun görkəmi haqqında fikirləşirsə,
narahatçılığa ehtiyac yoxdur, indicə təsvir edəcəm.
Bəli, o eyniylə bizə deyilən və onlar kimi olmağımızı
məsləhət bilmədikləri həmin qadınlardan birinin
görkəmi necə ola bilərsə elə idi. Yolu aydınlatan
işıqlar onu təpədən dırnağa qədər görməyimə
imkan verirdi. Əynində bir qırmızı rəngdə, yəni
daha dəqiq və səmimi olmaq lazımdırsa, yetərincə,
yox deyilə biləçək qədər qısa bir don var idi. Açığı
mən bunu tənqid etmək fikrində deyiləm, bu da
onun zövqüdür, amma əgər zövqü üçün
geyinmişdirsə? Dəqiq deyə bilmərəm, bəlkə də
zövqü üçün geyinmişdi, düzü mən çoxdandır ki,
insanları xaricinə yox, daxilinə görə
dəyərləndirməyə çalışıram....... yaxşı, yaxşı, ən

azından çalışıram. Saçları əgər düz görə
bilmişəmsə, qara rəngdə idi. Dodaqlar haqqında bir
o qədər əmin deyiləm, çünki kənardan qırmızı
rəngdə dodaq boyası vurulmuş olan o dodaqlar
böyük görünürdü, amma bu boyasız da böyük
olduğunu sübut etmədiyi üçün əmin deyiləm.
Əslində onun da ancaq 20, ya 21 yaşı olardı, yəni
mənim kimi. Gözlərini çox bəyənmişdim. Çünki hər
nə qədər öz rolunu ifa etməyi yaxşı bacarıb o
gözlərə fərqli hisslər əlavə etmişdisə də, dərinlikdə
o yaşda bir gənc qızın gözlərində görə biləcəyim
təmizlikdə var idi, bəlkə bir az dərinliklərdə idi,
amma var idi. Çünki bəzi şeylər nə qədər basdırılsa
da, görmək istəyən hər zaman görür... Ümumi
dəyərləndirmə aparmalıyamsa, deyə bilərəm ki, bu
20-21 yaşlarında gözəl bir xanım idi. Boyu da
yetərincə uzun idi, amma ayaqqabısının dabanları
onu olduğundan daha uzun göstərirdi. Mən bu
qadının gözəlliyi ilə o qədər dərinliyə kimi
maraqlana bilməmişdim ki, digər qapı, yəni
sürücünün qapısı da açıldı. Oradan uzun boylu, arxa
tərəfdən baxanda saçları ağarmış olan bir kişi endi.
Bir dəqiqə.... Bir dəqiqə.... əvvəlcə burada razılaşaq
ki, mən bura qədər həttə bundan bir az sonraya

qədər də ağlıma pis bir şey gətirməmək üçün
əlimdən gələni etmişdim. Bəlkə bu qız həmin
kişinin qızı, nəvəsi, qohumu və hətta bəlkə həyat
yoldaşı da ola bilərdi. Mən bunların heç birinə
təəccübkənmək və ağlıma da başqa bir şey
gətirmək fikrində deyidim,yəni o fikirdə olmamağa
çalışırdım, amma bu mənzərə sadəcə olaraq
diqqətimi çəkmiş və gözəgörünməz olduğum ilk
gecəmdə qarşıma çıxan ilk macəram kimi
durduğundan sadəcə seyr edirdim. Bir az sonra o
kişi arxasını çevirmədən avtomobilin önünə keçdi
və həmin xanımı da əli ilə yanına çağırdı. Onu da
deməyi borc bilirəm ki, avtomobil Range Rover
markalı idi. Onlar önə keçdikdə görə bilmədiyim
üçün içimdən mənə get və orada olanları öyrən
deyə əmr edən maraq hissinin buyruğuna uyaraq
yavaş-yavaş irəlilədim. Eh,eh, eh, görəsən niyə tez
tez heç kimin məni görə bilmədiyini unudurdum.
Nəysə nəhayət onların tam yaxınlığında idim. Və bu
yaxınlıqdan onların öpüşdüyünü görmək o qədər
də çətin deyildi. Şübhəsiz, bu heç də atanın,
babanın öpüşündən deyildi. O anda fikirləşdim ki,
yəqin sevgili, ər-arvad və ya bu qəbildən bir
əlaqələri var. Oxucunun da marağının mənimki

qədər güclü olacağına inanaraq bu öpüşü burada
qısaca təsvir edirəm. Əvvəla bu öpüşdəki ehtirası
qeyd eləməliyəm. Ağsaçlı adam qızın dodaqlarına
öz dodaqlarını sanki heç vaxt ayırmayacaqmış kimi
yapışdırmışdı. Qız isə bu ehtirasla dolu öpüşə heç
bir hərəkəti ilə qarşı gəldiyini göstərmirdi. Bir az
sonra kişinin əlləri qadının bütün vücudunda
Avropa turuna çıxmağa qərar verdi. Bu
toxunuşlarda onun ehtirası bir üst səviyyəyə
çatmışdı. Əgər dəqiq bir izah vermək lazımdırsa,
İnsan, yəni ən azında mənim kimi bir tələbə
acından ölərək evə gəlir və görür ki, bu nədir
Allahın pomidor-yumurtası tapılmayan evdə üçbacı
dolması və əlini filan yumadan atılır yeməyin
üzərinə və o anda kimsə desə öldüm kömək et
vecinə də olmur. Bax belə ,görünür, ağsaçlı adamın
vəziyyəti də belə idi. Bir az sonra ən pik həddə
çatanda kişi qadının geyiminin üzərindəki
kurtqasını çıxardıb kənara fırlatdı və onun boynunu
öpməyə başladı, bəli bu mənim kimi bir tələbənin
bibər dolmasından aldığı birinci diş idi. Bunun
ardınca özünə hakim ola bilməyib bir az öncə ötəri
izah verdiyim donu da küçədə çıxartmaq
istədiyində görünür qadın evə keçmək istədiyini

bildirdi, amma kişinin hərəkətlərindən belə məlum
oldu ki, o bunu burada da edə bilərdi. Mən isə o
anda fikirləşdim ki, bunun səbəhbi......fikirlərimi
sonra deyəcəm. Bu ana qədər o kişinin üzünü görə
bilməmişdim, çünki mən bunu görmək üçün
avtomobilin qarşısına keçməli idi. Mən isə yanında
idi. Ona görə də qadını buradan tam aydınlığı ilə
görsəm də, kişini görə bilmirdim. Lakin maraq
başqa şeydir.... birdən onların evə doğru getmək
üçün hərəkət etdiklərini gördükdə yənə öz halımı
unudaraq arxaya dönüb qaçmağa başladım. Birneçə metr sonra gözəgörünməzliyim yadıma düşdü
və arxama çevriləndə qapıdan içəri girmək üzrə
olduqlarını gördüm. Gördüm, amma yenə də
kişinin üzü görünmürdü. İş işdən keçib deyərək
özümü qapıya çatdırdım və onlarla birgə içəri
atıldım. Arxalarınca gedərkən gördüyüm mənzərə
isə bir az öncə çöldə gördüklərimin davamı idi.
Görünür, ağsaçlı adam badımcan dolmasına çatana
qədər həvəsini qaçırmamaq üçün bibəri yeməyə
davam edirdi. Evin qapısına çatdıqda kişi cibindən
bir açar çıxararaq qapını açmaq istədi, amma bibər
onu özündən aldığı və başqa bir aləmə apardığı
üçün açar düz 3 dəfə əlindən yerə düşdü. Nəhayət

30 dəqiqə sonra qapı açılmışdı. İti ağıla sahib oxucu
fikirləşə bilər ki, bu işin bu qədər uzun çəkməsi o
qədər inandırıcı deyil. Amma indi mən deyəcəm ki,
hər dəfə kişi yerə düşmüş açar üçün əyiləndə, qız
da onunla bir yerdə əyilir və o da yarım qalan işinə
orda davam edirdi, hərdən də yadına düşəndə əlini
qapının kilidinə atırdı, onda yəqin ki, inanmamağa
heç bir əsas da qalmayacaq. Bir də mənim vaxtı bu
qədər dəqiqliklə haradan bilməyim məsələsi var ki,
onu da əvvəldə deməyi deyəsən unutmuşam.
Mənim saatım demək olar ki, ayrılmaz dostum
olduğundan onu qolumdan çiməndən çimənə
çıxarıram. Hətta otaq və qrup yoldaşım olan Günəş
bundan ötrü bir neçə dəfə mənə iradını bildirib,
amma mən öz tərsliyimdə qalaraq yənə də bu
vərdişimdən əl çəkməmiş saatımla bərəbər
yatmağa davam etmişdim. Və gecə saat üçdə
tanımadığım bu yerdə mənim bu tərsliyim görünür
köməyimə gəlmişdi...bir az sonra evin içində olan
kişi və qız təbili ki, qapını örtməyin qayğısına
qalmamışdılar. Çünki hadisələrin pik nöqtəsində
kimin nə vecinə olsun qapı. Mən də içəri daxil
oldum və bir an əvvəl o kişinin üzünü görüb bu evi,
yəni təxminən ikimərtəbəli bu villanı tərk etməyi

planlaşdırdım. Mən başımı onlara tərəf çevirəndə
qızın çılpaq olduğunu gördüm. Çox gözəl bir
bədənə sahib olan, yəni əgər sahib idisə, bu qadın
ağsaçlı adamın əlləri arasında bir an gözlərimə
badımcan dolması kimi göründü. Evin girişində sol
tərəfdə bir güzgü var idi amma güzgü hər nə qədər
onların olduğu, yəni sağ tərəfi əks etdirsə də, onlar
işıqları yandırmadıqlarından mən kişinin üzünü
hələ də görə bilməmişdim. Gözgüdən 4-5 metr o
tərəfdə yuxarı çıxan pilləkənlər var idi. Amma
birinci mərtəbədə isə böyük, təxminən üçtərəfli bir
divanı seçə bilirdim. Onun qarşısında isə bir masa
var idi. Az keçmişdi ki, yuxarıya doğru çıxmaq üçün
kişi o qadını sözün həqiqi mənasında öpüşləri ilə
boğaraq pilləkənlərə doğru gətirdi və artıq burada
onun üzünü rahatlıqla görmək şansım olacaqdı. Elə
bu an ağsaçlı adam yuxarıya çıxmağı vaxt itkisi
hesab edərək işini döşəmənin üzərində həll etməyə
qərardi və qadının əynində oxucunun da təxmin
etdiyi qalmış olan sonuncu iki geyimi də çıxararaq
onunla birgə döşəməyə atıldı. Böyük bir hərisliklə
qadının bədənini sanki bir canavar kimi
parçalayırdı. Birdən qadının digər tərəfində yerdə
oturulu olaraq onun bədənini seyr edib əlini onun

üstündə gəzdirirdiyi anda masanın qarşısındakı
pəncərədən içəri düşən ay Işığı onun üzünü
aydınlatdı və o an qarşımda kimin dayandığı artıq
mənə məlum İdi. Əvvəlcə heyrətimdən heç nə
haqqında fikirləşə bilmədim. Bir neçə dəqiqə sonra
özümə gəlib donum açıldığı zaman o artıq qadının
bədənində özü üçü ən dəyərli yeri tapmış və iş
başına qoyulmuşdu. Heç nə demədən, yəni nəsə
desəm də, eşidilməyəcəkdi onsuzda, ordan
çıxanda beynimdə heç nə haqqında fikirləşmirdim.
Bəli, tamami ilə heç nə. Gördüyüm şeyin məndə
hansı hissi oyatdığını belə dəqiq başa düşə
bilmirdim. Mən.. axı necə hiss etməli idi. Bu onun
həyatı və onun seçimi idi. Yaxşı bəs, məni narahat
edən, daha doğrusu sözün bitdiyi yerə gətirən nə
olmuşdu. Bunu, yəni bu hisssizliyi yazıya tökmək və
izaha çalışmaq bəlkə də əbəsdir. Çünki bir insan nə
hiss yaşadığını bilmirsə hansı hissi təsvir edə bilər
axı. Amma həqiqət olan bir şey var idi, o da
içəridəki kişinin mənim 71 yaşlı, evli, iki uşağı olan
universitet professorum olmağı idi. Mən çox da hər
şeyə təccüb etməyənlərdənəm. Bu hadisənin mənə
bu qədər təsirini isə başa düşə bilmirdim...birdən
həmin gün, bəli həmin gün yadıma düşdü.. o

mühazirə günü. Bir az əvvəl içəridə gördüyüm bu
professor əxlaq haqqında fikirlərini bizimlə
bölüşməyi özünə borc bilmişdi....keşkə
bilməyəydi.. mühazirənin gedişində namusdan,
onun qadının və kişinin həyatındakı yerindən genişgeniş danışmış və bir qrup insanlar deyə kateqoriya
ayıraraq onların haqqında da öz mülahizələrini
söyləmişdi. Bunlarla yetinməyi professor adına
ləkə bildiyində dayanmamış və qız uşağının gecə
çölə çıxması məsələsinə də toxunmuşdu. Onun
sözlərinə görə də gecənin bu vaxtı gənc bir qızın
çölə çıxmağı uyğun deyildi. Yəqin edirəm ki, o vaxt
kişinin namusunun da önəmli olduğunu deyəndə
“qadın kişinin namusudur” psixologiyasını əsas
alıbmış. Yəqin gecə qız uşağının çölə çıxmamalı
olduğunu da deyən də indiki kimi hadisənin baş
verməməsini arzu edibmiş. Amma gecənin onun
işinə hər cür yaradığı göz qabağında idi. Bir müddət
sükutdan sonra mən artıq yenidən küçəyə çıxmış
və hara getdiyimi bilmədən yol getməyə
başlamışdım. Artıq heç nə haqqında fikirləşmirdim.
İndi əsas məsələ 3 dən 5-ə qədər olan zaman
kəsiyində gecənin mənə, ya da bizim gecəyə nə
göstərəcəyimizə şahidlik etmək qalırdı. İş orasında

idi ki, gecə artıq göstərəcəyini göstərmişdi və
mənim ikinci şoka o qədər də halım qalmamışdı. Bir
az götür-qoy etdikdən sonra qərara gəldim ki,
onsuz da artıq dördə işlədiyinə görə bu gecəki
macərama son verim və bir yerdə oturaraq bu
olanlar haqqında sağlam bir başla fikir yürüdüm.
Əgər bu qədər gec, yəni saat iki üç civarında
qaranlıq küçələrə girməyib daha tez işə başlasa
idim, bəlkə də daha çox şeylər görəcəkdim. Nəticə
də mənim bu vaxtı gözləyənə qədər oturduğum yer
nə qədər olmasa da, göz qabağı idi arada bir
polislər də görünür deyə orada bir az əvvəl
gördüyüm şeyləri görməməyim yəqin ki, normal
idi. Amma insan övladı həmişə belədir, səhv
etmədən çətin ki, düzü görə bilsin. Beləcə, az
sonra küçənin sol tərəfində bir ağacın altında
oturmağa qərar verdim. Ora çatanda bir ağaca
baxdım, bir də özümə. Bəlkə də, tək özümə yox,
You have read 1 text from Azerbaijani literature.
Next - Mənim Bir Arzum Var - 2
  • Parts
  • Mənim Bir Arzum Var - 1
    Total number of words is 4137
    Total number of unique words is 1714
    24.9 of words are in the 2000 most common words
    35.8 of words are in the 5000 most common words
    40.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Mənim Bir Arzum Var - 2
    Total number of words is 3918
    Total number of unique words is 1714
    24.2 of words are in the 2000 most common words
    33.6 of words are in the 5000 most common words
    38.7 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Mənim Bir Arzum Var - 3
    Total number of words is 1638
    Total number of unique words is 843
    31.4 of words are in the 2000 most common words
    39.8 of words are in the 5000 most common words
    44.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.