Latin

Duygu Kahkasani - 11

Total number of words is 3444
Total number of unique words is 1955
18.7 of words are in the 2000 most common words
29.4 of words are in the 5000 most common words
35.3 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Uyub bu dünyanın dövlət varına,
Çoxu yiyə durmur düz ilqarına,
Sarıgül Yağmur gəl inanma insanların etibarına.
Bəlkə bu kəs üzünə də gülərlər,
Təbii verginin qədrin bilərlər.

261

Sarıgül Paşaqızı Yağmur

Ehtiyacım var

Minor ladda köklənmişəm, ay gülüm,
Mənim də zamana ehtiyacım var.
Gözləmədiyim yalnışı görəndə.
İnan ki, dağlar tək ağrım acım var.
Mənim də qayğıya ehtiyacım var.

Dərdimə çarədir ümid dənizi.
Onunla görünər bəxtimin izi.
Bəxtimdən gileyli deyiləm inan.
Amnma ki, istərəm hey gülsün üzüm.
Çünki doğmalığa ehtiyacım var.

Payız yeli yarpaqları varaqlayır,
Daş ürəkdə çiçək bitməz, bitər çayır.
Kobudluqlardan yuva yanır cayır-cayır.
Kin uçurur dünyamızı, qalır bayır,
Ey insanlar, bir istəyə var ehtiyac.

İnan

Rahatlığ tap gülüm, mənim sevgimlə,
Ümmanı yarıda qoymaram inan.
Özümü öldürrəm heç of demədən,
Yoxluğum olarsa dərdinə dərman,
Səninçün ölərəm sən buna inan.

Sən niyə küsürsən mənim sözümdən?
Qoymaram damcı yaş çıxa gözündən,
Nə eşitsən gəl bir soruş özümdən
Həmişə təbəssüm olsun üzündə.

Ümidlə yaşamaq gözəldir inan,
Qəlbinə dolmasın heç yersiz güman.

262

Duyğu kahkəşanı

Həyata pozitiv baxmalı insan,
Umidə söykənər qəlbdə istəklər.
Bax gör bu ürəkdə nələr var nələr?

Canımdan da əziz canımsan mənə,
Sənə olan duyğum bitməyəcəkdir,
Bir ömrü yenidən yaşasam belə,
Qəlbimdə tək yerin görünəcəkdir,
Sarıgül Yağmurun da üzü güləcəkdir.

Arzular

Asılma qəlbimdən quru daş kimi,
Həyatı mənasız yaşayamam mən,
Canlandır, həyatı, canlı et ömrü,
Cansız bir qəfəsdə yaşayamam mən.
Bu sıxıntı yükün daşıyamam mən.

Niyə izləyirsən hər addım başı.
Damarında axan qanındayam mən.
Şerə dəyər verməz hər baxan naşı,
Sənsə diqqət versən canındayam mən,
Bir ömür, hər bir an yanındayam mən.

Qoy səndə yaşasın gözəl arzular
Arzudan qiymətli dünyada nə var?
Ürəkdə yaşarsa vəfa, ehtibar.
Bu sevgi yolunda odlanaram mən
Hər cür çətinliyə qatlanaram mən.

Bir arzum var ürəyimdə arzu olmaq isdəyirəm,
Əziz İradəyə qonaq olmaq isdəyirəm,
Çevrilib arzularına, sənli olmaq isdəyirəm,
Arzulardan arzulara əl ataydın yorulmadan.

263

Sarıgül Paşaqızı Yağmur

Hər arzuya çatdıqca sən sənlə qalmaq isdəyirəm,
Əziz, gözəl İradəmdən ilham almaq isdəyirəm.

İstək xoş arzudur, arzu bir ümman,
Bitməyir ürəkdə ümman arzular.
Həyat çox qısadır, bilinmir zaman,
Tək sevgi yaşadır bizə xoş anlar,
Sarıgül bitməsin bu xoş arzular,
Arzudan da gözəl, yenə arzular,
Amma ki, tükənmir arzu dünyada.

Niyə unutdun

Sanma ki, asandı sevmək, sevilmək.
Bir gündə min dəfə bəlkə çaşırsan,
Bəzən bir nadanın baxışlarıyla,
Kibrit çöpü qədər ucuzlaşırsan.

Əzizim belədi həyatın hökmü,
Ürək gah sevinir, gah qəmlə dolur.
Bəzən böyük bir eşq dastanından
Kiçicik xatirə yadigar qalır.

Xəyalım qarışdı arzularıma,
Qəlbimdə tək sənin yerin var inan.
Ruhumu bəzədi şirin sözlərin,
Bircə xoş rəftarla sevinər insan.

Nə deyə bilərəm bu saf sevgiyə?
Ancaq qoşularam arzu selinə.
Allah ayırmasın kaş sevənləri,
Sevənin əlləri dəysin əlinə
O iliq nəfəsi ipək telinə.

264

Duyğu kahkəşanı

Deyirdin dözmərəm bircə an belə,
Deyirdin unuda bilmərəm səni,
Sevgimiz darıxar tənha qalanda,
Bəs niyə unutdun, unutdun mən?

Unutmaq cətin

Sən ki, bu qərarı özün vermisən.
Bəs niyə unutmaq çətindi dedin?
Məni ürəyindən sildin demisən.
Bəs niyə bu qədər olubdur çətin.
Səni unutmaqcün olacam mətin.

Xal düşüb eşq adlı bu yuvamıza.
Artıq əğyar girib bax aramşza.
Gedirik baxmadan heç arxamıza.
Amma ki, unutmaq çətindən çətin.
Bax gərək bu dəfə olasan mətin.

Əl açıb Rəbbimdən səni istədim,
Dedi mələyini vermərəm sənə.
Dedim ki, vermirdin niyə tanıtdın?
Dedi bilmədiyin çox şey var hələ.
Bəzi məqamları gətirmə dilə.

Asəf qədrimi bil

Baxışların hərarəti gözündə
Nəfəsinin rayihəsi sözündə
Bu qədər gözəllik bunun üzündə
İnan ki deməyə tapmıram kəlmə
Deyə bilmirəm ki day bizə gəlmə.

265

Sarıgül Paşaqızı Yağmur

Görən kimin kələyidi bu həmlə,
İnan ki, qarşıda acizdi kəlmə.
Çalış ki, bax fırıldağa rast gəlmə,
Onda deməyə də tapılmaz kəlmə.
Düşün, canım ağıl, fikrini cəmlə.

Dastanlar da azlıq edər sevgidə.
Təmiz qəlblər saf duyğular bəsliyə.
Həttda ruhlar bir-birini səslər,
Boş-boş şübhələri sevgini zədələr.
Heç bir köməyə çatmaz, bu hədələr.

Məni yaşadan da, sağaldan da sən,
Yazdığlarım qəlbimdəndir biləsən.
Hərdən bir xatirinə dəyəndə,
Bu mövzudan Asəf yazım ki güləsən,
Sarıgül Yagmurun qədrin biləsən.

Tapa bilmədim

İstədim dəyişəm xasiyyətimi,
Daxili dünyamdan qopa bilmədim.
Mən kimi qoydumsa insan yerinə
Qayıdıb yerində tapa bilmədim.

Bir gün səsim gəlsə lap uzaqlardan
Kövrəlmə, pis olma xatirla məni,
Əgər çıxıb getsəm mən buralardan,
Sevgimə sadiq ol, xatırla məni.

Bu eşqi mən özüm bitirməmişəm,
Min cürə bəhanə gətirməmişəm,
Əslində mən səni itirməmişəm.
Sən özün yalanla ftirdin məni,
Yalan-dolanlarla bitirdin məni.

266

Duyğu kahkəşanı

Ürəklər açıram

Budur Allah vergisiyə ürəklər açıram.
Bu duyğu ilə bədbinlikdən də qaçıram.
Bəzi nadan, anlamaz sözündən uzaqlaşır.
Amma gözəl şeirlərimlə onlara atəş saçıram.

Nə olsun ki, xəstəlik var, şükür dərmanlı dərdlərdir.
Məni duyan, dəyər verən, dərmanlarımdı, fərdlərdir.
Əsas dərmanım isə sevdiyim şəxsiyyətlərdir.
Onlara həsr etdiyim şeirlərlə ürəklər açıram.
Bu özəl şeirlərimlə könüllərə nur saçıram.

Budur bax həyat yolum, ay məni duyanlar,
Məni duyaraq duyğuma qiymət qoyanlar,
Dünya yaradanın işidir buna içdən uyanlar.
Odur ki, daxili tələbimlə ürəklər açıram,
Qanmazların, şərindən, böhtanından qaçıram.

Mənə süni öyüd verənlər ki, özünü yormayacaq,
Bu ilahi vergisidi, özümü o yerə qoymayacam.
Bayquşa çevrilib öz yuvasında uyusun nadan
Çünki Sarıgül Yağmur şeirləriylə yenə ürəklər açacaq,
Bu mənəvi gözəlliklə tarixləşib nur saçacaq.

Çünki dünyada yollar yolcular çoxdur
Ən gözəli, müqəddəsi oxucu qəlbinə gedən yoldur
Bu yola çıxmaq üçün gərək qəlbləri duyasan
Hər kəsə diqqət edib arzu-istəyin qavrayasan
Sonra bu istəkləri poetik dillə vəsf edib
Ürək qanı ilə cilalayıb göz yaşı ilə suvarıb
Taleyin gözəl payı tək oxucuya qaytarasan.

267

Sarıgül Paşaqızı Yağmur

Xatirələr yaşadan qadın

Poetik dəryaya baş vurdu gəmim,
Onun yelkənidir yazan qələmim,
Sorağını alcaq azaldı qəmim,
Seyid Nigarinin izi var səndə,
O müqəddəslərdən yazanda coşuram mən də.

Poetik çiçək göndərirəm sərin küləkdən,
Ətri gözəl olsun güldən, çiçəkdən,
Təşəkkür edirəm sənə ürəkdən,
Mirsədi ağanı, Mirməhəmmədi yada saldığınçün,
O böyük övliyanın nəzərində olduğunçün.

Sorağın almışam Asəf həkimdən
Artıq qəlbimdəsən buna inan sən.
Yoxsa duyğu dolu belə bir şeir
Coşquyla gəlməzdi belə içimdən.
Səni vəsf edəcəm söz verirəm mən.

Əziz Məhəmmədinlə yaşa qoşa sən.
Gözəl niyyətinlə gəldin xoşa sən
Seyid Nigari-Mirhəmzə sevgi dastanıyla
Bir ömrü məhəbbətlə vur başa sən.

Zəhmət çəkib daim əmək verdiyin
Oğlun Teymur, Rəsul sənin qürurun.
Sığal çəkib gözəl saçın hördüyün
Qızın Ülviyyədir sənin uğurun.

Başın üstün alsın nəvə kölgəsi,
Məhəbbətlə daim gəlsin gur səsin.
Sarıgül Yağmurun eşit tövsiyyəsin.
Odur məhəbbət dastanını vəsf edən
Gözəl insanları tarixə həkk edən.

268

Duyğu kahkəşanı

Qəribəlik

Bax bu dünya da çox qəribədir
Gələndə gülümsə, gedəndə ağla
Səndən də heç gözüm su içməmişdi
Bu qədər göz yaşı gəlməz ağıla
Gülümsə gələndə, ağla gedəndə
Bu qədər göz yaşı hardadı məndə.

Nazınla oynadım hər darıxanda
Ürəyin istəyən vaxda görüşdün
Sən çıxanda ancaq başıma çıxdın
Düşəndə bəs niyə gözümdən düşdün?

Gözüm bir nöqtəyə baxır hər bir an,
Diqqət et gör hardan hara düşmüsən.
Ən uzun cümləyə sığmayan adın,
Kiçik son nöqtəyə sığa bilmisən.

Bir yol ayrıcına bənzərmi həyat,
Olmazmış həyatın üstündə əsmək
Cəsarət istərmiş, bir də ehtiyat,
Nə ləngimək olar, nə də tələsmək,
Olmazmış həyatın üstündə əsmək,
Sarıgül, olmazmış heç vaxt tələsmək.

Olsun xəbərin

Mənə bu söz xoşdu səninəm desən,
Hər vaxt yanındayam məni səsləsən,
Necə sevdiyimi bilmək istəsən,
İnan ki sevgimin yoxdu qədəri.
Səni çox sevirəm, olsun xəbərin.

269

Sarıgül Paşaqızı Yağmur

Bu yatmış ürəyi oyadan sənsən,
Bu gözəl istəyi yaradan sənsən,
Mənə bu həvəsi yaşadan sənsən.
Səni ilk gördüyüm o gündən bəri
Sənsən istəyimin ən şah əsəri.

Yuxumda görürəm gecələr səni,
Icimdən keçir ki zəng edim sənə.
Səsini eşitmək bəs edir mənə.
Bir səsli mesafin bəs edir yenə,
Hərdən bir səsini eşitdir mənə.

Nə mən tək qalım nə də ki, sən tək,
Bir ömür gəl olaq doğma tək dəstək.
Həmişə bir birimizlə xoş rəftatar edək,
Bu gözəl dünyanı birlikdə sevək.
Bu gözəl istəyin bəhrəsin görək.

Yağış damlaları

Yağışın adını bilib, anlamırıq mənasını.
Ağlımız kəsb eləmir zərrə qədər itirəcək.
Göydən endirir yerə mələklər hər damlanı,
Torpağa can gətirir hər yağışın damlaları.

Ona ürəyimcə belə nəğmə yazdım,
Dərdimi, qaygiları naməmi ona yazdım,
Söz yazımla qarışıq naləmi ona yazdım.
Sonuncu misraya ad qoydum yağış damlaları.

Qoca dünya silə bilməz bu silinməz yazıdır,
Ruhuma nəm gətirən bax bu silinməz yazıdı,
Sənin ismin yazılıb bax bu silinməz yazıdı.
Silə bilməz əsla yağışın damlaları.

270

Duyğu kahkəşanı

O yerdə ki olmuşduq sənlə tanış,
İndi o ev sahibindən də xatirə qalmış.
O yerdə ki ayrılmışdıq bax yenə də yağdı yağış,
İzimizə, xatirəmizə yenə də yağdı yağış,
Gəzdi o yerləri bax yenə də qarış-qarış.
Gəzdi, yudu izləri yenə də yağış damlaları.

Xatirə

Bəzən söhbətləşirdik
Ağlımdakılarla gündüzlər.
Bəzən də danışırdım qəlbimdəkilərlə gecələr,
Baxın bax bu təzadlar neçə olar xatirə?

Bəzən onu düşünüb üzülsəm də hər şeylə,
Ondan yadigar deyə toxunmadığım hər şeyə,
Ayrılığın sonunda ondan yadigar deyə,
Bircə şəkil saxladım bu görüşdən xatirə.

Könlüm

Təmiz dost sevgisi haqqın səsidi,
Taleyin insana hədiyyəsidir.
Qəlbə nə gəlirsə qismət səsidi.
Kaş dost xəyanəti görməyə könlüm.

Payız sərt olarsa, qış da gec gələr,
Ürək sevilməsə çətin üz gülər,
Yağmurun qədrini sevəni bilər,
Bunu qiymətsizə bildirmə könlüm.

Nadan adamlardan zərbələr aldım,
Ağlımla, zəkamla qələbə çaldım.
Bu gücü, qüdrəti Tanrıdan aldım,
İndisə imkan ver yaradım könlüm.

271

Sarıgül Paşaqızı Yağmur

Bu sevda yolunda ocaq qalanmaz,
Laqeyidlik görəndə ruhum oyanmaz.
Duyğusuz insan da məhəbbət olmaz.
Boş sözə -söhbətə aldanma könlüm,
Sarıgül Yağmuru diqqətsiz sanma könlüm.

Mənsiz

Köç edər ömür karvanı,
Fani dünya olar mənsiz
Mənim vəfalı cananım
Həsrət cəkib ağlar mənsiz.

Mənim düyadan köçməyim
Dəyişməz dünyanın halın
Açar güllər, ötər bülbül
Köç edər durnalar mənsiz.

Doğmalar hər sabah məyus olarlar,
Hər günkü hal sorma yada düşəndə.
Amma ki, həyatdı öyrənəcəklər,
Telefon yaddaşı qalanda mənsiz.

Hərdən bir şerlər düşər yadına,
Oxuyanda közlər doluxar mənsiz.
Bağçada güllərlə danıçan olmaz,
Ordakı çiçəklər soluxar mənsiz.

Bu şeri dinləyib ağlayacaqsan,
Mənli xatirələr üzəcək səni.
Bəlkə də şəklimi qucaqlayərkən,
Kənardan incik ruh süzəcək səni.

Hərdən bir arada gözlərin dolar,
Mənli xatirələr düşər yadına.

272

Duyğu kahkəşanı

Sən körpə olanda layla çaldığım,
Xoş avazlar səni salar oduna.

Unuda bilməzsən doğma ananı,
Ürəkdə, beynidə, canında qalar.
Quru xatirələr çatar dadına,
Hər “ana” sözündə yadına salar.

Kədərlənmə ay Sarıgül,
Köçüb getsən də dünyadan.
Yolunda əməyim olan,
Dar gündə köməyim olan,
Məni sevən, dəyər verən çoxdur insan.
Xatirəmi əziz tutar,
Məni yada salar mənsiz.

Zamanın günahı yoxdur

Bu dünya kədərə, qüssəyə batıb,
Sanki yaxşılığı dənizə atıb.
İnsanların çoxu günaha batıb
Bəlkə də zamanın günahı çoxdur?
Niyə toxun acdan xəbəri yoxdur?

Deyək saf qəlbləri incitmə, insan.
Yoxsa ki, həyatdan gedəssən peşman.
Yalanlardan bezir təmizlər inan.
Sanıram zamanın günahı yoxdur.
Sadəcə yolun azan insanlar çoxdur.

Gəl, təmiz insan adına danışmayaq,
Kimdi bəs günahgar heç soruşmayaq,
Bəlkə pis işlərə də qarışmayaq.
Babal da yumayaq, şər danışmayaq,

273

Sarıgül Paşaqızı Yağmur

Yalan danışıqlara baş qoşmayaq.
Çünki, bax zamanın günahı yoxdur,
Sadəcə pis insanlar artıb çoxdur.

Onda ver ürəyimi dağlar saxlasın,
Bülbüllər tazə gül bilib qoxlasın,
Həkimim də fez-tez gedib yoxlasın.
Qoymasın o küskün ürək dayana,
Haqsızlıqlardan bezərək o yana.
Sarıgül Yağmur səbr edərək dayana,
Artıq hər şeyi buraxa zamana.

Mələklər də dərd çəkər

Sevgi incə hissdir, onu daşıyaq
Allah tərəfindən bir hədiyyədir.
İnsana yaraşan, layiqli olan
Adını ucaldan bir tərbiyədir.

Xəyanət son vaxtlar lap adiləşib,
Təzə paltar kimi düşübdür dəbə.
Odur ki, yenicə üsul tapıblar,
Bağışla, ürəyim, səhv olub demə.
İnsan aşiq olar gözləri gülər.
Saf, təmiz eşqini əmanət bilər.
Onun sevinciylə mələklər gülər.
Xəyanət görərsə göz yaşı tökər,
Mələklər də insanlardan dərd çəkər.

Sevgi gözəl hissdir sevənlər üçün,
Sevginin qədrini bilənlər üçün,
Sevəsən birini cani ürəkdən.
Diqqəti, qayğını ver bilərəkdən,
Sarıgül Yağmur alqış desin ürəkdən.

274

Duyğu kahkəşanı

Dərd yükü

Ey tale küləyi nədir günahım?
Dumandan götürüb çənə verirsən.
Deməli bu qədər dözümlüyəm ki,
Belə dərd yükünü mənə verirsən.
Atasız nəvələri mənə rəva görürsən?

Gecələri qaranlıq, gündüzləri ağ idim,
Bütün yaşam boyunca dərdlərdən uzaq idim,
Nadanlar sinəsinə bu yaşda da dağ idim.
Ey həyat, bunu ki, sən lap əvvəldən görmüsən.
Bəs niyə qanmazlara sevinc şansı vermisən?

Dünya indi belədi pullunun var ədası,
Gəlib yandan düz keçir maşınladı qadası,
Amma ki, taledi bu heç bilinməz sonrası.
Yolunu azanların çox pis gəlir sədası,
Böyüyü saymayanın əksik olmaz xətası.

Sarıgül Yağmur yenə ürəyini danlayır,
Bir körpə uşaq kimi hər dəqiqə ağlayır,
Ramonumun həssaslığı ürəyimi dağlayır,
Amna ki, inamım var Tanrıya ümid bağlayır.
Gələcəyi xoş olsun mənim balalarımın,
Tanrı dayağı olsun mənim doğmalarımın.

Qəriblik

Ayrılıq adına yazmışam əsər,
Ömrümü bu yolda etmişəm çəpər,
Doğmalardan daim çəkmişəm qəhər.
Odur ki Sarıgül Yağmur olmuşam,
Qəriblik yüküylə yaşa dolmuşam.

275

Sarıgül Paşaqızı Yağmur

Bu sənin dünyandı

Bu mənim dünyamdı - dedin vətənə,
Sən özün Vətənsən, Vətən sənindi.
Demədin sözünü yoldan ötənə,
Ağlayan sənindi, gülən sənindi.

Sevgi ilə oxşadın sən öz dünyanı,
Zamanla qazandın sən öz Payını.
İtirmək olarmı haqqı, sayını,
Bu sənin dünyandı, sənin dünyandı.

Sevgi ilə bəslədin balalarını,
Onlarla qazandın dünyalarını.
Asəflə yaratdın xoş anlarını,
Bu sənin dünyandı, sənin dünyandı.

Görmüsən dünyanın çılğın üzünü,
Görmüsən əyrisin, gördün düzünü.
Sözünlə qırmısan düşmən gözünü,
Bu sənin dünyandı, sənin dünyandı.

Yazmısan dünyanın hər bir üzündən,
Hər bir çiçəyindən, hər bir gülündən.
Yazmısan, bu sözü çıxıb dilindən,
Bu sənin dünyandı, sənin dünyandı.
19.10.2016. Tərtər, Əskipara,
Kazımov Şahin

276

Duyğu kahkəşanı

Siz mənə dəyər verən
dəyərli insanlarsınız

Sarıgül Paşaqızı Yağmur

VƏTƏNİNƏ SARILIB VƏTƏNİNİ
SEVƏNLƏR

— “İnsan mənəviyyat üçün yaşamalıdır.
— Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır.

— İnsan müəyyən zaman və məkanda dünyaya gəlir. Bu onun

qismətidir.

O, ya öz taleyi, qisməti ilə barışmalı və mühitə, onun işıqlanma dərəcəsinə uyğunlaşmalı, ya da mühiti dəyişdirmək kimi
çətin bir yola qədəm qoymalıdır ki, bu yolda ancaq daxildən
gələn işıqla aydınlaşa bilər. Mühitə qarşı dayana biləcək, ona
alternativ ola biləcək yeganə mənbə insanın daxili potensialı və

mənəvi ahmidir”

Sarıgül Paşaqızı Yağmur

S.Xəlilov.

Bu baxımdan Ulu Tanrının bəxş etdiyi tale qismətinə sığınaraq çətin, lakin
şərəfli bir ömür yolu keçmiş insanlardan biri də Əliyeva Sarıgül paşa qızıdır.
O, Azərbaycanın dilbər guşələrindən birində Qubadlı
rayonunun Böynəkər kəndində müəllim ailəsində
dünyaya göz açmışdır. Orta
təhsilini Qubadlı orta məktəbində almışdır. O illəri
xatırlayan Sarıgül xanım
deyir:
— Böyük Vətən müharibəsindən sonra çox qızlarımızın uzun illər gözləri

278

Duyğu kahkəşanı

yollarda (bəlkə də ömürlərinin sonuna kimi) qalmışdır. Lakin
mərdlikdə, qeyrətdə ad qazanan, o torpağın oğulları çoxlarına
həyan olub, çətin günləri birlikdə adladaraq arxada qoymuşlar.
Düzünü deyim ki, o vaxtlar bütün müəllim ailələri kimi mənim
atam da cüzi əmək haqqı alırdı. Buna baxmayaraq onu tanıyanlar yaxşı bilirlər ki, Paşa müəllim mükəmməl bilik və bacarığa
malik, həm də təmənnasız insan olmuşdur. O, çörəyini namus
və qeyrətlə qazanmışdır. Bəlkə də onun müəllimliyə yaraşan
xarakter və xüsusiyyətləri də məni müəllim olmağa sövq etmişdir. Qürurlu olmağımı çox sevdiyim Hərtiz dağından, coşqulu
olmağımı Bərgüşad çayından, saflığımı isə bumbuz saf bulaqlarımızdan almışam. O yerlərdən uzun müddət aralıda da oraları qəlbimdə sevərək yaşatmışam. Düzü erməni daşnaqlarının o
müqəddəs torpaqları zəbt etməsilə barışa bilmirəm. O elin bir
övladı, bir balası kimi bu həsrət dolu nisgili yaşamaq mənə çox
çətindir. Lakin bununla bağlı möhtərəm prezdentimiz İlham
Əliyev cənablarının atdığı inamlı addımları mənə ümid verir
deyim ki, yaxın gələcəkdə işğal olunmuş torpaqlarımız azad
olunacaqdır.
V.İ.Lenin adına (indiki Nəsrəddin Tusi)Azərbaycan Pedaqoyi institunu bitirən Sarıgül xanım həyat yoldaşının həkim işlədiyi Naftalan şəhərinə gəlir.
Sonralar respublika qəzetlərindən biri yazırdı: “Naftalan şəhər orta məktəbinin pedaqofi kollektivində gənc və gözəl bir
qadın da görünməyə başladı. Gəldiyi ilk gündən hamının diqqətini cəlb edən bu qadın təyinatla işləməyə gəlmiş dil-ədəbiyyat müəllimi Sarıgül müəllimə idi...”
Sarıgül müəllimənin pedaqofi qabiliyyəti, mehribanlığı, həm
də səmimiyyəti müəllim və şagird kollektivi ilə ünsiyyət bacarığı tezliklə özünü göstərir. Hamının sevimlisinə çevrilmiş, bu
müqəddəs peşənin daşıyıcısı Təhsil İşçiləri həmkarlar İttifaqı
Komitəsinin sədri direktor müavini vəzifəsinə təyin olunur.Pedaqofi sahədə qabiliyyətinə görə 1983-cü ildə SSRİ Maarif Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunur. 1987-ci ildə Naftalan

279

Sarıgül Paşaqızı Yağmur

şəhər Maarifində inspektor vəzifəsinə irəli çəkilən Sarıgül müəllimənin gərgin əməyi, bilik və bacarığı şəhər ictimaiyyətinin
və rəhbərliyin nəzərindən qaçmır. 1991-ci ildə Şəhər Maarif
inspektorluğu şöbəyə çevriləndə o, şöbə müdiri vəzifəsinə təyin
olunur. Sarıgül Əliyevanın təşəbbüsü ilə şəhərdə yeni 422 yerlik məktəb binasının tikintisi Təhsil Nazirliyinin planına salınır.
Sarıgül xanımın ailəsinin xeyirxahlığı haqqında “Xocalının
Səsi” qəzeti 1992-ci ildə yazırdı: ”Sarıgül və Asəf Əliyevlə
ailəsi Naftalan şəhərində xeyirxah bir ailə kimi tanınır. Bu həqiqətən də belədir. Vətənpərvər ailə Azərbaycan İqtisadiyyat
İnstutunda təhsil alan oğulları, indi Goranboy Özünü Müdafiə
Batalyonunun döyüşçüsü olan Zaurun xeyir işi üçün illərlə topladıqları vəsaiti yaranmaqda olan Azərbaycanın Milli Ordusunun fonduna köçürüblər.”
Başqa bir vaxtda”Naftalan” qəzetinin 1 iyun 1997-ci il tarixli 116 saylı “Uğurlar diləyirik” adlı bi məqalədə həssas, qayğıkeş, bacarıqlı, mehriban və xeyirxah bir insan olan Sarıgül müəllimənin ictimai və pedaqofi fəaliyyətinin 25 ili və Şəhər Təhsil Şöbəsinə rəhbərliyinin 10 illiyi münasibətilə onun həyat və
yaradıcılığı ilə bağlı pedaqofi kollektivlərdə çalışan başqa-başqa insanların ürək sözləri qeyd olunmuşdur.
— İlqar Əsgərov (Təhsil şöbəsində Metodik Mərkəzin direktoru):
— 5 ildir ki, Sarıgül müəllimə ilə birlikdə işləyirik.
Onun bacarıqlı bir idarə rəhbəri, gözəl müəllim, qayğıkeş və
mehriban bir insan kimi tanıyır, şəxsiyyətinə dərin hörmət bəsləyirəm.
— Gülgəz Bazyaru (Şəhər 1 saylı orta məktəbin müəllimi) :
— Mən Sarıgül müəlliməni orta məktəb illərindən tanıyıram.
O, bizə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirdi. Sarıgül müəllimə yüksək ixtisaslı, savadlı pedaqoq olmaqla bərabər
həm də bacarıqlı rəhbərdir. Onun səyi və bacarığı sayəsində
məktəbimizin sorağı çox uzaqlardan gəlir.
İllər ötsə də xoş xatirələrdi.

280

Duyğu kahkəşanı

Sarıgül müəllimənin ictimai fəaliyyəti də çoxcəhətli və zəngin olmuşdur. 1994-cü ilin 3-4 oktyabr hadisələri və Azərbaycanda ictimai-siyasi vəziyyətə həsr olunmuş ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə keçirilən ümumrespublika
toplantısının iştirakçısı olmuş, Azərbaycan qadıları məclisinin
konfransına, “Ehtiyat əmək qüvvələri” idman cəmiyyətinin qurultaylarına nümayəndə, “Sevil” qadınlar cəmiyyətinə sədr,
Türk Litseylər birliyinə üzv seçilmişdir. Heydər Əliyev Fondunun üzvüdür. 1995-ci ildən isə YAP-ı sıralarında fəaliyyətdədir. O, hal-hazırda “Ailə və Uşaq” problemləri üzrə dövlət komitəsinin Naftalan şəhəri üzrə təşkilatının sədridir.
Bütün bunlara baxmayaraq Azərbaycan dövlətinə və onun
rəhbərliyinə sədaqətlə xidmət edir, yenə də Naftalan şəhəri və
respublikanın qaynar həyatında yaxından iştirak edir və öz dəyərli məsləhətlərini yerində verir.Gördüyü işlər və respublikada
gedən proseslərlə bağlı soruşanda deyir:
— Şəhərin ictimai həyatında fəal mövqeyimi qoruyuram.
Çünki, 2 dəfə YAP-ın, 3 dəfə müəllimlərin, 2 dəfə qadınların
qurultaylarında, 2 dəfə isə gənclərin forumunda dünya şöhrətli
Ümumilli liderimiz Heydər Əliyevlə görüşmüşəm. Bu görüş
mənim həyata daha sıx bağlanmağıma, o cümlədən duyğusal
olmağıma səbəb oldu. Respublikamızın indiki inkişafında da
seyirici qalmıram.İstər təbliğat və çıxışlarımla, istərsə də şəhər
əhalisi ilə görüşlərimdə də bu yüksəlişi, inkişafı, onun köklərini
və stimul verənləri ardıcıl qeyd edirəm.
Həvəskar şairə kimi yazdığım şerlərimdə hər bir qoru atəş
olan Heydər Əliyev ocağından çıxan hər bir közün isə bir günəş olacağını qeyd edirəm. Çünki o işığıı, o şəfəqi görürəm. Və
o işığı, o istini duyuram. O, işıqdan, o, şəfəqdən də həyat yoldaşım Asəf Əliyev də, mən də yaşadığımız Naftalan şəhəri də
öz bəhrəsini görür.Şəhərimiz gündən-günə inkişaf edir, gözəlləşir. Yeni-yeni iş yerləri açılır. Gənclərimiz işlə təmin olunur.
Naftalan şəhəri indi unikal Naftalan nefti ilə ümumdünya mövqeyi qazanmışdır. Bütün bunların cənab prezdentimiz İlham

281

Sarıgül Paşaqızı Yağmur

Əliyevin və Heydər Əliyev fondunun prezidenti, öz zəkası ilə
xalqa, onun mədəniyyətinə, musiqisinə, tarixinə dəyər verən lider xanım Mehriban Əliyevanın təşəbbüsü və səyi nəticəsində
yüksək zirvələrə çatacağına inanırıq. Son illərdə Naftalan kurort şəhərinin inkişafına verilən dəyər və diqqət bütün sakinlər
kimi mənim də ümid və sevinc mənbəyimə çevrilib, gələcəyə
ümidimizi artırıb. Bütün bunlara görə dövlətimizə, cənab prezidentimizə minəttdaram.
“Qurani Kərim” də bir hədisdə deyildiyi kimi:
“Hikmət verilən insanın xeyir bərəkəti də çox olar”.
Əlbətdə ki, Sarıgül müəllimənin həyatı, onun keçməkeşli
həyat yolları hər bir gəncə bir örnək və bir təsəllidir. Deyərdim
ki, belə insanlar bizim cəmiyyətimiz üçün bir qənimətdir. Onları qoruyub-saxlamaq və dəyərləndirmək hər birimizin borcudur. İnanıram ki, bundan sonra Sarıgül xanım öz həyat fəaliyyəti ilə dövlətimizin və dövlətçiliyimizin qorunub saxlanması
və inkişafında öz dəyərli töhfələrini verəcəkdir. Ona bu çətin
lakin şərəfli yolda uzun ömür, can sağlığı və firavan həyat arzulayırıq.

Qələmə aldı: İş adamı Hacı Asif Qubadlı
16 noyabr 2011-ci il Ne 18
“Yeganə yol” beynəlxalq ictimai,
siyasi, hüquqi, əbədi-bədii qəzet.

282

Duyğu kahkəşanı

İŞİN İNSAN HƏYATINDA ÖNƏMİ

Asəf Rəsul oğlu Əliyev. Həkim.
İnsanlar həyata dair bir çox sahədə seçim edərək həyatlarına istiqamət verirlər. Edilən seçimlərin hamısı insanın həyatına müxtəlif dərəcədə təsir edir. Müəyyən bir yaşa qədər
qərarlar böyüklər tərəfindən verilir. Ancaq zaman keçdikcə
insan özü müstəqil qərarlar verməyə üstünlük verir.

Hər kecən gün inkişaf edən və dəyişən dünyamızda insanların
ehtiyacları da dəyişir. Bu ehtiyacları yüksək səviyyədə təmin etmək üçün yeni texnologiyalar və həyata uyğun peşə sahələri
meydana gəlir. Yalnız bir şey olduğu kimi qalmaq məcburiyyətində yox qalması məsləhət edilən və tövsiyyə görülən peşədir.
Mühitimizdə yalnız səmimilik, uzaqgörənlik, sağlamlıqla, sakitlikdə yaşamaq üçün məsləhət verən bir ailicənab olur. Bu yaşadığımız mühitdə, mahalda, rayonda, kənndə ortaq məxrəcə gəlmək üçün dünyagörüşlü, məsləhət yeri seçilən insan ziyalı olma
283

Sarıgül Paşaqızı Yağmur

sı önəm daşıyır. Hər savadlı oxumuş olmaq ziyalı dünyagörüşlü
olmaq demək deyil, Amma bu genetik xarakterli ola bilər.
Bu geniş təfərrüatlı məqaləmdə sizlərə 1946-cı ildə Qərbi
Azərbaycanının Zəngəzur mahalının Sisian rayonunun Sofulu
kəndind ə müəllim ailəsind dünyaya göz açmış Əliyev Asəf
Rəsul oğlundan söhbət açmaq istəyirəm. Məqalənin əvvəlində
giriş sözü verdiyim bir çümlədə dünyagörüşlü dedim. Bu söz
sadəcə dünyanı gəzib-dolaşmaq deyil. Dünyagörüşlü deyildikdə yəni yaşadığı mühitin insanlarının fərqli, bir-birindən seçilən xasiyyətləri olmasına baxmayaraq onları ümumiləşdirən bir
kəlam arada sakitliyə, mehribançılığa gətirib çıxarırsa, deməli
məsləhət verən insanın geniş zəkası, dərin düşüncəsi vardır.A.Əliyev də məhz elə bir ailənin övladı olmuş, ailəsindən
gələn bu tərbiyə ilə böyümüş, başqalarına örnək olmuş, bu günlük gündə də öz dəyərli məsləhətləri ilə çoxlarına sağlıqlı həyat
bəxş etmiş şərəfli peşə sahibi olan həkimlərimizdəndir.
Asəf Əliyev doğulduğu kənddə yeddillik məktəbi oxuduqdan sonra Dəstəyurdda orta məktəbini bitirib tam orta təhsil
alır. 1964-cü ildə N.Nərmanov adına Azərbaycan Dövlət Tibb
İnstitutuna qəbul olur və müalicə profilaktika fakultəsini müvəffəqiyyətlə başa vurur. Tələbə olduğu vaxtlarda Asəf Əliyev
qrupda Komsomol Təşkilatının katibi olmuş, insitutun ictimai
işlərində fəal iştirak etmişdir. İnstitutu bitirdikdən sonra təyinatı üzrə Naftalan sanatoriyasında ilk əmək fəaliyyətinə başlamış,
You have read 1 text from Azerbaijani literature.
Next - Duygu Kahkasani - 12
  • Parts
  • Duygu Kahkasani - 01
    Total number of words is 3404
    Total number of unique words is 1879
    18.6 of words are in the 2000 most common words
    27.0 of words are in the 5000 most common words
    32.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 02
    Total number of words is 3382
    Total number of unique words is 1764
    17.5 of words are in the 2000 most common words
    28.0 of words are in the 5000 most common words
    34.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 03
    Total number of words is 3421
    Total number of unique words is 1771
    16.3 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    31.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 04
    Total number of words is 3379
    Total number of unique words is 1766
    16.5 of words are in the 2000 most common words
    26.1 of words are in the 5000 most common words
    32.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 05
    Total number of words is 3372
    Total number of unique words is 1643
    18.4 of words are in the 2000 most common words
    27.9 of words are in the 5000 most common words
    34.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 06
    Total number of words is 3375
    Total number of unique words is 1699
    17.4 of words are in the 2000 most common words
    27.6 of words are in the 5000 most common words
    33.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 07
    Total number of words is 3376
    Total number of unique words is 1685
    17.4 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    32.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 08
    Total number of words is 3362
    Total number of unique words is 1812
    18.8 of words are in the 2000 most common words
    27.8 of words are in the 5000 most common words
    33.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 09
    Total number of words is 3350
    Total number of unique words is 1873
    17.5 of words are in the 2000 most common words
    26.6 of words are in the 5000 most common words
    31.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 10
    Total number of words is 3452
    Total number of unique words is 1816
    18.4 of words are in the 2000 most common words
    28.3 of words are in the 5000 most common words
    34.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 11
    Total number of words is 3444
    Total number of unique words is 1955
    18.7 of words are in the 2000 most common words
    29.4 of words are in the 5000 most common words
    35.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 12
    Total number of words is 3152
    Total number of unique words is 1808
    21.9 of words are in the 2000 most common words
    31.6 of words are in the 5000 most common words
    35.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.