Latin

Duygu Kahkasani - 10

Total number of words is 3452
Total number of unique words is 1816
18.4 of words are in the 2000 most common words
28.3 of words are in the 5000 most common words
34.4 of words are in the 8000 most common words
Each bar represents the percentage of words per 1000 most common words.
Bulud olub nəm çəkirdi.
Mən ki, yaramı tikirdim,
Hardan çıxdı bu təhlükə?
Mən qaldım dərd çəkə-çəkə,
Doğmayçün yaş tökə-tökə.

Uzun gecələr

Yaman qəribsəyir ürəyim sənsiz,
Həsrətin yuxuma qəfəs gecələr.
Sənli xəyallarım qoynuna girib,
Yatmaq isdəyirəm uzun gecələr.

Ətri qaldı bir ömür kürəyimdə,
Xoş arzulu, isdəyi diləyimdə.
Agrısı acısı var ürəyimdə,
Daha yata bilmirəm ki, gecələr.

235

Sarıgül Paşaqızı Yağmur

Günlər itirdiyini tapardı illər,
Ayların telini qopardı illər,
Gəncliyimi alıb apardı illər,
Yatmaqla da bitməyir ki, gecələr.

Ayıldım sandım ki qayğılar itdi,
Qoşulub dərdlər də yuxuyla getdi,
Nə yaxşı ki, bax bu gecə də bitdi,
Yatmaqla bitmir ki, uzun gecələr.

Ən şah əsər

Mənə bir söz yetər səninəm desən,
Gələrəm yanına məni səsləsən,
Necə sevdiyimi bilmək istəsən.
Yoxdur bu sevgimin ölçü qədəri,
Sənsən bu dünyanın ən şah əsəri.

Yuxuma gəlirsən gecələr yenə,
İsdəyirəm durub zəng edəm sənə,
Səsini eşitmək bəs edər mənə.
Çətindir gözləmək inan səhəri,
Sənsən isdəyimin ən şah əsəri.

Nə mən vaz keçmərəm nə də sən vaz keç,
Bir ömür yoluna məni çıraq seç.
Bu yolda sədləri sağ-salamat keç.
Unudaq həsrəti, dərdi, kədəri,
Sənsən isdəyimin ən şah əsəri.

Bu ürək sevirsə tərk edə bilməz,
Bax sənin eşqinlə yaşayar ölməz,
Anlamayan qammaz, heç qədir bilməz,
Sənsiz inan canım heç üzüm gülməz.

236

Duyğu kahkəşanı

Sənsən bu sevgimin ən şah əsəri,
Səndən gözləyirəm ən xoş xəbəri.

Bu yatmış duyğunu oyadan sənsən,
Bu çılğın sevgini yaradan sənsən,
Mənə həvəs verib yaşadan sənsən,
Sənsiz mən gəzirəm sanki sərsəri.
Sənsən bu dünyanın ən şah əsəri,
Sarıgül Yağmurun sənsən hünəri.

Həyat bir nərd oyunu

Bax ölən duyğuların üsdünü torpaqlamışıq,
Böyük tək eşqə düşüb, uşaq kimi ağlamışıq.
Amnma divanə tək heç kimə bel bağlamırıq,
Ətəkdən əllər yapışır, ürəkdən ağlamırıq.

Həyat bir nərd oyunu, amma hələ bax zəri yox,
Çünki dünya belədi aparan öz işin görüb.
Zəri elə çalıblar nərddə belə əsəri yox,
Sarıgül Yağmurunsa hələ dərdi-səri çox.

Allah bəndəsi

Mən o bəndəyə heyran qalaram məşhərdə
Peyğəmbər, Əli ümmətiylə ola bir yerdə.

O kəsi qarşılaya, müfdə verə huri mələk,
Aydindir ki, Tanrım edib ona kömək.

Kimin ki, niyyəti düzdü əməli təmiz.
Tanrı yanında deməli xətri əziz.

İnsan oğlu bu dunyada tutsa əgər doğru yolu,
Yeri cənnət olacaq bil ki, huridədi qolu.

237

Sarıgül Paşaqızı Yağmur

Tanrının yolun tutan bil ki itirməsə iman,
Yeri behişt olcaq daxildədi çünki inam.

Həyat yolu qısadır ömür isə azdır,
İnsanın son mənzili soyuq məzardır.

Həyat da bir gül tək açıb solacaq,
İnsana bu yolda yaxşılıq qalacaq.

Oxuyun sözlərimi qalsın yadigar,
Çünki ölümə yoxdur etibar.

Gördüyün gözəlliyi Sarıgül, vəsf et sən də,
Çünki Tanrı kəşfidir hər gözəl bəndə.

Vaxt olar

Bu tənha duyğuya ürək dözmədi,
Səni xatırladım ürək bezmədi,
Əlini dostluqdan yenə üzmədi,
Bəlkə anlayarsan deyə vaxt olar.

Bitər hər bir şeyi nübarı başda,
Qalxar iztirabın buxarı başdan.
Bəlkə utanarsan qohum qardaşdan?
Bax onda deyərik afərin sənə,
Mehriban olarıq yenidən yenə.

Yaşlanarsan bərkə- boşa düşərsən,
Sənətə, sənətkara diqqət başa düşərsən,
Yaşlananda səndə yaşa ilişərsən.
Onda ətrafından diqqət umarsan,
Görməyəndə gözlərini yumarsan.

Bəxş etdim öz şer dünyamı sənə,
İncitdin sən məni bax dönə-dönə,

238

Duyğu kahkəşanı

Amma doğmalardan əmanətsən mənə.
Nə deyim mən, daha nə deyim sənə,
Bu son qərarımdı gərək alışam.
Sarıgül Yağmur kimi yenə barışam.
Doğma insanlara qaynayam qarışam.

Kövrələcəksən

Qış da bəyaz dona bürüyər yeri.
Saatın əqrəbi hərlənər geri,
Buzlaşan əlimi tutacaq biri,
Baxıb bu halıma kövrələcəksən.

Həsrət bu istəyi çəkəcək dara.
Fikirdən axtaracaqsan dərdinə çarə.
Baxıb kitabıma kövrək vərəqlərə,
Oxuyub bunları kövrələcəksən.

Onda qayğılardan getmiş olacam,
Artıq bu dünyadan itmiş olacam,
Şerlərimlə yaddaşlarda qalacam,
Vaxtında duymadığınçün kövrələcəksən.

Ömrüm keçir aram-aram,
Sızıldayır hər gün yaram,
Hərdən zəng et yoxam, varam.
Axı səndən balam nigaranam,
Bunları eşidib kövrələcəksən,
Sarıgül Yağmur adı gələndə
Bilmirəm nə edəcəksən?
Yəqin ki, yenə də kövrələcəksən.

239

Sarıgül Paşaqızı Yağmur

Uzağam sənə

Ürəyin dili yox hisslərin deyə,
Talesə istəyir qəddimi əyə,
Özüm də bilmirəm nə üçün, niyə?
Yaxın ola-ola uzağam sənə.

Bir mənim halıma, günümə baxın,
Kədər sel tək edir üstümə axın,
Düzdü deyiliksə biz-bizə yaxın.
Hər gün yuxularda qonağam sənə,
Yaxın ola-ola uzağam sənə.

De necə tərif edim ey dünya səni?
Həmişə qayğıyla sıxmısan məni,
Yola salacaqsan bu halla məni.
Bilirsən beş günlük qonağam sənə,
Səni sevə-sevə uzağam sənə.

Gəlmədik

Mənmi tələsmişdim, sənmi gecikdin?
Niyə bu dünyaya qoşa gəlmədik?
Qanmaza, duyğusuza tuş olduq yenə,
Nə dedik, danışdıq xoşa gəlmədik.

Ömür boyu düz dolandıq düz gəzdik,
Haqsız hücumlardan yorulduq, bezdik.
Bəzən də lap dünyadan da əl üzdük,
Qismətə sığınıb qoşa gülmədik.

Çalışdıq, vuruşduq daim düz olduq,
Sevgisizlik sazağında buz olduq,
Yanıqlı sətirlərdə də söz olduq.
İlıq baxışlardan coşa gəlmədik,
Bir-birimizə baxıb qoşa gülmədik.

240

Duyğu kahkəşanı

Közəm mən

Saf sevgilər haqq adından görülür,
Niyyəti saf, qəlbi təmiz izəm mən.
Kül altında saxlamışam qorumu,
Ocağından ayrı düşən közəm mən.

Gözünə baxanda dünyanı gördüm,
Özümü dünyanın xoşbəxti sandım.
Nə biləydim tale yazılıb qara,
Bu eşqin odunda təkcə mən yandım.

Nə qədər sevsəm də səni ey gülüm,
Bilirəm dərdimə yanan deyilsən.
Eşqimdə vəfalı sadiq olsam da,
Sən amma vəfalı canan deyilsən.

Şair ömrü

Şair ömrü təlatümdü, tufandı,
Coşanda daşqını, seli var onun.
Bir üzü bahardı, bir üzü qışdı,
Gec açıb, tez solan gülü var onun.

Uzaqdadı o istəyən ocaqlar.
Artıq xəyallardı onu qucaqlar.
Yerinə qor dolar gecə ocaqlar,
Yaddaşlarda qalan sözü var onun.

Qərarları verən beyni olsa da
Şairin yükünü ürək daşıyır.
Şəlalə qoynunda uca dağların,
Şairin qəlbində dastan yaşayır.

241

Sarıgül Paşaqızı Yağmur

Qəlbi kövrəkləşir üzü gülüncə,
Beynində yaşayır sağlam düşüncə,
Məqsədi təmizdir, məramı incə.
Sarıgül Yağmur belə ürək daşıyır,
O, bir şair ömrün şərəflə yaşıyır.

Tükənməz sevda

Səni çox sevirəm ürəyim mənim,
Sənə olan sevgim ölçülən deyil.
Sənlə bütün ömrü yaşasam belə,
İnan ki, bu sevda tükənən deyil.

Gəl, sən atma məni həsrət oduna,
Alışdır səninçün yanan qəlbimi.
Səni sevmək belə günahsa canım,
Razıyam bu yolda tökülsün qanım.

Deyirəm sevdamız heç vaxt olməsin,
Qəlbimizdən atəş heç vaxt sönməsin.
Sənli günləri Allah çox görməsin,
Səni itirərsəm yanacaq canım.

Mən sevda xəstəsi sən həkim oldun,
Dərdimi düzgün yaz qurbanın olum.
Carəsi yoxdusa sevgi yolunun,
Qoy bu yolda dam səninlə qalım.

Mənim bu dünyadan umacağım sən,
O sənli xəyallar ovudar məni.
Mən səni sevdim ki, çox xoşbəxt olum,
Eybi yox bir busən dərmanım mənim.

242

Duyğu kahkəşanı

Altı bağlı, üstü bağlı bir kibrit tək olsan belə,
Bir andaca cırağımı yandırmayıb sönsən belə,
Təkcə qapıdan boylanıb darvazadan dönsən belə.
Eybi yoxdu bu baxışın da bəsimdir bax aldığım nəfəs kimi.

Yaz buluduyam

Mənə sənsizliyi gətirmə yaxın,
Gəl ki, onu qovaq gəlməsin daha.
Elə bir aləmə çəkilək sənlə,
Həsrət adlı bəla gəlməsin daha.

Mənə tənhalığı yaşatma, gülüm,
Cüt uçan quşlara baxa bilmirəm.
Axı eşq mövzusu zülüm deyildir,
Gül açan dağlara çıxa bilmirəm.

Mənə gözləməyin cəzasın vermə,
Bu dərsin qiymətin çoxdan almışam,
Gözləyə-gözləyə yolda qalmışam.
Həsrətin qəlbimi sızladan andan,
Bahar buludu tək çoxdan dolmuşam.

Yenə köklənmişəm minor laddayam,
Bilmirəm səmada hansı qatdayam?
Hələ şükr edirəm bu həyatdayam.
Umduğum sevgini duya bilmədim,
Özümü çox xoşbaxt saya bilmədim.

Ümid Allaha

Bir cığırıq gəl birləşək yol olaq,
Dağ cayı tək daşaq-coşaq sel olaq,
Yar bağında təzə qöncə gül olaq,
Bu qərarı unutmayaq bir olaq.

243

Sarıgül Paşaqızı Yağmur

Çünki canım, insan kimi insansan,
Cox qeyrətli, bir sifətli cavansan,
Ətrafdakılarla cox mehribansan.
Həyat yollarında düz insan olaq,
Dəyişməyək həmişə belə qalaq.

Bu yaşda şimşək tək caxan deyiləm,
Heç kəsin varına baxan deyiləm,
Əl tutsam da kiməsə başa qaxan deyiləm.
Bircə onu deyirəm daima halal olaq.
Dəyişməyək heç nəylə, daima insan qalaq.

Sarıgül ümidi Tanrıya bağla,
Onun yazdığına nə küs, nə ağla.
Bu sözü həmişə yadında saxla
Tək bircə Allaha ümid bağlayaq.
Daima böyüyün yolun saxlayaq.

Doğmalıq

Ürək sevdiyindən ayrı düşəndə
Anasız uşaq tək yetim qalarmış
Cətin sınaqlardan keçdiyin zaman
Ürək də sərtləşib mətin olarmış.

Həmişə qəribkən dərd çəkən insan,
Bilir ki, ayrılıq gətirir hicran.
Üzü dönüklərdən dönməyə nə var?
Sevəndən ayrılmaq çətin olarmış.

Sarıgül taledən nə küs, nə ağla,
Bu sözü həmişə yadında saxla.
Yalnız Allahına sən ümid bağla.
Doğmaya yad olmaq çətin olarmış.

244

Duyğu kahkəşanı

Daha

Mən ailənin sözlərindən alıram.
Xəyalına daim qonaq oluram,
Sən olmasan da bil sənli oluram.
Mən səni unuda bilmirəm daha
Ümidim qalıbdır sənli sabaha.

Səni sevdiyimi bilə bilsəydin,
Mənlə birgə hey danışıb gülsəydin,
Oturub üzbəüz hey dərdləşsəydin.
Bilərdin qədrini gedən illərin,
Sənə şer deyən şirin dillərin.

Allahım, necədə sevirmiş səni,
Sənin taleyinə bax, yazdı məni,
Ha gəzdi Sisiyanda çölü çəməni.
Bu dəli ceyranı de hardan aldın.
Bax bir ömür yolunu onunla qaldın.
Sarıgül Yağmurun tək aşqı oldun.

Ayrı

Mənim bu tənha qəlbim qala bilməyir,
Sevdiyi bir doğma nəfəsdən ayrı,
Elə sən özün də düşün gəl, bunu.
Sənə möhtac olan sevgindən ayrı,
Qala bilərsənmi söylə ay gülüm?

Niyə mən bu dərdə düşdüm, ay Allah,
Görən nə olubdur günahım mənim.
Niyə bu həsrətin düşdü araya,
Candan çox sevdiyim birindən ayrı.

245

Sarıgül Paşaqızı Yağmur

Niyə tale mənə bu qisməti yazdı,
Bəyəm indiyəcən həsrətim azdı?
Fələk mənə yenə bir quyu qazdı,
Düşmüşəm mən səndən bu qədər ayrı.

Sevirmi

Mən cəni sevdim ki, canım olasan,
Canımdan da əziz canan olasan,
Arzuların şahı insan olasan.
Sevmədim ki, məni belə üzəsən,
Yanağıma yaşdan inci düzəsən.

Niyə yuxularım çəkilib ərşə?
Niyə güzaranım dəyişib mənim?
Niyə təkcə o var mənim qəlbimdə?
Niyə rahatlığım kəsilib mənim?
Görəsən o biri sevirmi məni?

Xatirələr

Keçdiyim küçələr qəmgin, kədərli
Bir də o yerlərə gələrsənmi sən?
Ağlayan döngənin göz yaşlarını
Gəlib əllərinlə silərsənmi sən?
Könlümə dağ çəkib sitəm eyləmə.

Keçdiyim küçələr qəmgin, kədərli,
Ayaq izlərini əzizlər, saxlar,
Küçələr həsrətdən gözləri nəmli.
Gedib dönmədiyim səmtə hey baxar,
Bu qədər könlümə sitəm eyləmə,
Boş yerə, çılğınca üsyan eyləmə.

246

Duyğu kahkəşanı

İndi o döngələr xatirə dolu,
Day keçə bilmirəm indi o yolu,
Kürəyinə dəyən günahsız qolu.
Kəsib bax, dibindən atmaq istərəm,
Bu yersiz günaha batmaq istərəm.
Könlümə deyərəm üsyan eyləmə.
Mənasız boş yerə tufan eyləmə.

Sən sevgi dənizi mənsə bir ada,
Ölub keçənləri gətirmə yada,
Bax bu hərəkətlə salarsan yada,
Sonra da coşaraq tüğyan eyləmə.

Nidalar

Mən səni gül kimi qəlbimə əkdim,
Bir körpə fidan tək qayğını çəkdim.
Amma qoruduqca qəhrini çəkdim,
Hər səhər şehini gözümə vurdun.

Olmadı carəsi bu istəyimin,
Ayrılıq silahın üzümə çəkdi.
Nə qədər yalvardım, yanında durdum,
Sonuncu gülləsi üzümə dəydi.

Qayğılar o qədər sıxdı ki məni,
Sətirlər, misralar uzağa düşür.
Sanki ağ vərəqlər xəstə yatağı,
Qələm söz eşqindən yatağa düşür.

Nəbzimin səsinə oyandım bu gün,
Gəlib qəlb evində dayandım bu gün,
Ömrün bitdiyini mən sandım bu gün,
Amma yaşamaqdan bezməmişəm mən.

247

Sarıgül Paşaqızı Yağmur

Sənsiz boşa imiş aldığım nəfəs,
Sevirəm kəlməsi eyləməz ki bəs.
Ürəkdən, könüldən bağlanan bir kəs,
Sevdiyin daima qorusun gərək.
Bu isdə Sarigülə lazımdı dəstək.

Virtual aləm

Sevgi yoxdur cavanların gözündə,
Gəl alışma məhəbbətin közündə,
Yaxşı düşün, götür- qoy et özün də,
Yalan durur döyüntünün çəmində,
Nə tapmısız virtual aləmində?

Yerlər də, göylər də, bu kainatda,
Həqiqət axtarmalıdı real həyatda.
Ay ürək, gəl düşün həyatın bu dəmində,
Yalan dolanlar durur virtual aləmində.

Hər gündə girirlər min bir cür dona,
Yalan vəd verirlər gah ona, buna,
Çox vaxt axırı çatır faciəli sona.
Ancaq şirin yalanlar virtual aləmində.

Diləklər adası

Əlini üzmə əlimdən canımda ol sən mənim,
Acısıyla, şiriniylə anımda ol sən mənim,
Tək isdəyim, tək arzum yanımda ol sən mənim,
Mənim üçün fərqi yox dünyanın harasında,
Gəl yaşayaq ürəyim, mələklər adasında.

Deyilən fikirlər deyildir əbəs,
Bu isdək ürəkdə yaradır həvəs,

248

Duyğu kahkəşanı

Boş yerə yazmır ki, şair olan kəs.
Kiminsə arzusu qəlb adasında,
Gəl yaşayaq ay ürək, Məhəbbət adasında.

Xoşbəxtlik eləcə pul-para deyil,
Ürəkdə iz qoyan tək yara deyil,
Nigaran baxışlar tək ora deyil,
Sevdiyi dilbərinin dərdiyi butasında,
Gəl çıxaq gül dərməyə Məhəbbət adasında.

Nə olar gözəlim insaf et barı,
Sənlə birgə sevək güllü baharı,
Eşq gəmisin döndər sahilə sarı.
Oturaq diz-dizə, baxaq göz-gözə,
Birgə seyrə çıxaq diləklər adasında.

Qartal zirvələrdə görünməlidir,
İlan da yerlərdə sürünməlidir,
Paxıllar dünyadan silinməlidir.
Bizcə gəzək gözəllik ortasında,
Bir ömürü yaşlanaq mələklər adasındal

Ey mənə həyatı sevdirən qadın

Sinəmdə döyünən ürək gəlmisən,
Xoş arzu yaradan dilək gəlmisən.
Sən mənim dünyama mələk gəlmisən,
Bəlkə də demirsən mələkdir adım,
Ey mənə həyatı sevdirən qadın.

Qəm-kədər görməsin gözəl gözlərin,
Canıma can qatır şirin sözlərin,
Bir eşqə düşmüşəm dərindən dərin,
Səninlə dadıram sevginin dadın.
Ey mənə həyatı sevdirən qadın.

249

Sarıgül Paşaqızı Yağmur

Dərdimə-sərimə göz yetirmisən,
Qəm- kədər gözlərə nur gətirmisən.
Könlümün bağında gül bitirmisən.
Dünyamı sevginlə nura boyadın,
Ey mənə həyatı sevdirən qadın.

Sarıgül Yağmurdur deyəsən adın,
Sevginin qüdrətin qəlbinə yazdım.
Mən batıb gedərdim sən olmasaydın.
Sən məni hər zaman göyə qaldırdın,
Ey mənə həyatı sevdirən qadınl

Əl çəkə bilməz

İncə duyğuları nə bilər nadan,
Şerdi, nəğmədi məni ovudan,
Könlüm məhəbbətdən, beyinsə duyğudan,
Ruhum da sevgindən əl çəkə bilməz.

Qəlbimdə nə qədər dözüm var imiş.
Mən çəkən dərdləri fil çəkə bilməz.
Elə yanmışam ki, odlar içində,
Dözüm var gözümdə, göz çəkə bilməz.

Ömür yollarında çox oldum naşı,
Qəlbimi qırıblar hər addım başı,
Dözdüyüm çovğunu, çəkdiyim qışı,
Bir ucsuz-bucaqsız can çəkə bilməz.

Sarıgül dözümlü yamandır dərdi.
Bitib tükənməyən inləyən kamandır dərdi,
Dərya tək sahilsiz ümmandır dərdi.
Ümman çəkdiyini göl çəkə bilməz.

250

Duyğu kahkəşanı

Gətirmisən

Mən səni gəzirdim sevgi bağında,
Bülbül tək uçardım gül sorağında,
Ömrümün bu yetkin, kövrək çağında,
Məhəbbət adında bar gətirmisən.

Arzulara, xəyallara dalma gəl,
Bircə an da məndən uzaq qalma, gəl,
Həsrətini ürəyimə salma gəl,
Şeriyyət adında bar gətirmisən.

Hərdən bir sən məni yada sal canım,
Xəsdəydim tapmışam səndə dərmanı,
Sarıgül Yağmurun sən qəlb mehmanı,
Həsrətdən yanırdım qar gətirmisən.

Aparırl
Sevgi sevən kəsin yaşına baxmır,
Həsrətin ürəyə salıb aparır.
Nə gözünə baxmır, qaşına baxmır
Ürəyin əlinə alıb aparır.

Dayağın ollam

Duyğular da gözəl, sən də gözəlsən,
İlahi bəxş edib gözəllik sənə.
Özgəni bilmirəm məndə özəlsən,
Nə gözəl yaraşır dəcəllik sənə.

Biz ürək qırmayaq, qədrini bilək,
Könüllər şad olar sevək sevilək.
Səninlə bir dəfə üz-üzə gələk,
Çətin ki üzündən gözümü çəkim.

251

Sarıgül Paşaqızı Yağmur

Darıxma gözəlim tənha otaqda,
İsdəsən gələrəm qonağın ollam.
Saçını oxşaraq isdi qucaqda,
Ölüncə mən sənin dayağın ollam.

Qaşına, gözünə salmışam meyil
Dərdindən xəstəyəm qalmışam veyil
Yalandan tə"rif də bil mənlik deyil.
Yanında ömürlük dosdun olaydım.

Qurbanam

Dediyin hər kəlmə ürəyimi açır,
Dediyin hər cümlə sözünə qurban.
Ürəyin özün tək nurunu saçır,
Canımı verərəm özünə qurban.

Həm deyirəm ki, gözünə qurban,
Mənə ruh gətirən sözünə qurban.
Özün bu dünyaya qapalı idin,
Könlümə nur saçan özünə qurban.

Gör nələr yaşadım həyatda sənsiz
Qar yağdı hər bahar qərib könlümə
Dondu duyğularım qaldı diqqətsiz
Sənsiz fəsillər də özgədir mənə
Ömrə işıq verən gözünə qurban.

Vaxtilə od idim indi sönürəm,
Sənsizlikdən müqəvvaya dönürəm.
Sarıgül Yağmuram daha çönürəm,
Bir təsəlli verən sözünə qurban.
Məni qoruyacaq özünə qurban.

252

Duyğu kahkəşanı

Arzularımdı

Deyirəm ayağın dəyməsin daşa,
Dayana bilmərəm gözündə yaşa.
Mən səni hər zaman düşərəm başa,
Ayrılıq istəməm bu gündən sonra.

Getmə ay ürəyim, sözümə qayıt.
Özünü göstərsən gözümə qayıt.
Sən elə mənimsən özümə qayıt.
Özgənin ocağı yandırar səni.

Mən sənin dünyana gələndən bəri
Sən məndən vaz geçib çıxıb gedirsən.
Könülümü, qəlbimi verəndən bəri,
Sən onu ovcunda sıxıb gedirsən.

İndi sən uzağda, xəyalımdasan.
Ağlına gəlməyən varlığındayam.
Nə olar yaramı gəl oyma, gülüm
Məni sənsizlikdə çox qoyma gülüm.

Sübhün duasıyla oyan əzizim.
Səhərə salam de, günə salam de,
Bağçamda çiçək aç, boylan əzizim.
Bir mənə, birdə ki bağa salam de.

İstəklərim

İstək dilənmədim həyatım boyu.
Onu qazanmaqsa qismətə bağlı.
Zorla gözəlliyə dəyər vermərəm
Sevgi qazanılır həyat yolunda.

253

Sarıgül Paşaqızı Yağmur

Əllərim arzumun daş ətəyində,
Ümidim İnama uzalı qaldı.
Duyğusuz insanlar öz ətrafımda.
Mənim ümidlərim vaxtsız saraldı.

Heç kəs məni qıra bilməz bu yolda
Qururum, əqidəm tutarlı cavab.
Kimlər mane olsa bu yolda inan.
Özü haqq yolunda cəza alacaq
Sarıgül Yağmura imza qalacaq.

Bəlkə də

İnsanlar cürbəcür, insanlar fərqli,
İnsan var ki, insanlığa gərəkdi,
İnsan da var imkansıza dəstəkdi,
İmkansıza əl də tutar bəlkə də.

İnsan var ki, arzusu saf özü saf,
İnsan da var əməli saf, sözü saf,
Özü boyda ürəyində var insaf,
Haqsızlıq görəndə solur bəlkə də.

İnsan var insançün vuran ürəkdi,
Insan da var dostçün güclü biləkdi.
Belə insanlar dünyaya gərəkdi,
İnsafsızlıq görsə ölər bəlkə də.

Gəlir

Mən səni gül kim qəlbimə əkdim,
Bir körpə fidan tək qayğını çəkdim,
Amma qoruduqca qəhrini çəkdim.
Hər səhər şehini gözümə vurdun,
Sənli arzularla yuxudan durdum.

254

Duyğu kahkəşanı

Olmadı çarəsi bu istəyimin,
Ayrılıq silahın üzımə çəkdi.
Nə qədər yalvardım, yanında durdum,
Sonuncu gülləsi üzümə dəydi.

Qayğılar o qədər sıxdı ki, məni,
Sətirlə, misralar uzağa düşür.
Sanki ağ vərəqlər xəstə yatağı
Qələm söz eşqindən yatağa düşür.

Nəbzimin səsinə oyandım bu gün,
Səssiz divarların sədası gəldi
Güzgüdə özümə baxanda gözüm
Sükutun pozulmaq nidası gəldi.

Qələmin ucunda nöqtə olanda,
Duyğuların izi vərəqdə qalda,
Sarıgül Yağmur hərdən fikrə dalanda.
Al götür qələmi sədası gəlir,
Nöqtələr sonunda nidası gəlir.

Zaman bir an dayandı

Zamanın qəlbindən doğan bir güləm,
Baxmasan quruyub, solub gedərəm.
Mən sənin əlində ətirli bir gül,
Sən mənim qəlbimdə gur bir şəlalə.
Zaman bir anlığa dünən dayandı,
Alışdı ürəyim, bir anda yandı.
Dedim Allah bəlkə qəlbim dayandı.
Bəs necə dözəcək yazıq bu halə?

İllər gəlib keçdikcə,
Ömür yaşlanır hədər.

255

Sarıgül Paşaqızı Yağmur

Hər bir diqqətsiz duyğudan,
Bürüyür məni kədər.
Amma bir an düşünürəm,
Axı mənsiz o nə edər,
Qədər, nə edək qədər.
Üzməsin məni bu qədər,
Lənət şeytana deyək,
Keçər gedər söyləyək.
Bir-birimizə dəyər verək,
Çalışaq ki, səbr edək,
Haqqın yoluyla gedək.

Məni sevdiklərim yaşadır

Sevgi yollarında tənha qalmışam,
Ümidim bir sənədir böyük Allah.
Nə vaxtdır qəriblik qapımda möhür,
Sevinclə kədərim qoşadır vallah.

Çoxların gözündə mələk görmüşəm,
Onlardan sonunda kələk görmüşəm,
Çoxundasa cılız ürək görmüşəm,
Yaxşılıq da etsən boşadır vallah.

Bəxtimdən gileyli olmadım heç vaxt,
Naəlac qapılarda qalmadım heç vaxt,
Çətinliyi də boynuma almadım heç vaxt,
Nadana bu şuar boşadır vallah.

Bəzi sevməyənin gözü kor oldu,
Şan-şöhrətdən yerinə qor doldu.
Amma axırda olan ona oldu
Ümidim itirmədim mən vallah,
Çünki güvəncim sənədir Allahl

256

Duyğu kahkəşanı

Bəzən hicran-həsrət mənə yar oldu,
Bu geniş dünya da mənə dar oldu.
Nə əkdimsə ondan şirin bar oldu.
Məni sevdiklərim yaşadır vallah,
Sarıgül Yağmur deyir Lailəhaillahl
Allah böyükdür Allahl
Ona sığınıram vallahl

Söz-sözü çəkər

Düz bax gözlərimə sözü düz danış,
Yalan eşidəndə qəlbindən alış,
Əyriyə əyri de, düzü düz danış,
Düzü düz axtar ki, düzü düz çəkər.

Hərdəndi bəzən yaxşı yamana tuş olur,
Ürək yanır, bəla çəkən baş olur,
Düz söz qanmazın başına daş olur.
Bunun ağrısını yenə baş çəkər.

Kədərə ağlayıb sevincə güldüm,
Hər zaman yaxşının qədrini bildim,
Zəifin hər zaman gözünü sildim,
Qəlbin ağrısını ağlar göz çəkər.

Vurğunu olmuşam qanan kəslərin,
Onlarla ünsiyyət dərindən dərin,
Qanmaz insanları qandırmaq çətin,
İnsan öz abrından xəcalət çəkər.

Ha deyirsən insan eyləmə qeybət,
Axır yetişəcək bir gün qiyamət.
Əməlinə görədir cəhənnəm, cənnət
Adətkərdə olan yenə söz çəkər.

257

Sarıgül Paşaqızı Yağmur

Belə adətlərlə inan ət tökər.
Bu haliylə cəhənnəmdən köz çəkər.

Sarıgül Yağmur yazdım səhər bu şeri,
Dərin mənası var düşünsən xeyli,
İndi yazan çoxdu çoxalıb meyli,
Amma göz xəzinədir sərraf söz çəkər.

Bilməzmiş

Dedim unudub ataram səni,
Gördüm ki, sevənlər ata bilməzlər.
Rahatlıq axtardım yuxularımda,
Sən demə dərdlilər yata bilməzmiş.

İnsan müqəvvadır duyğusu yoxsa,
Ürək adi ətdir diləyi yoxsa,
Bir kəsin Tanrıdan köməyi yoxsa,
Heç bir arzusuna çata bilməzmiş.

Sarıgül qismətə nə etsin bəndə,
Günah nə səndədir, nə də ki, məndə
Tale üzə gülüb bəxt gətirəndə,
İnsan dəryada da bata bəlməzmiş.

Yanındayam mən

Məni başqa yerdə axtarma heç vaxt
Damarında axan qanındayam mən,
Səni qoruyuram mələklər kimi,
Çiyninə qonmuşam yanındayam mən.

Həyata keçirsə, arzun niyyətin,
Keçərli olursa sözün-söhbətin,

258

Duyğu kahkəşanı

Daim qorunursa eldə hörmətin.
Demək ölməmişəm canındayam mən.

Sən eşit könlümün səsini dinlə,
Gəlmə sən üstümə dumanla çənlə,
Daim sevincini də sən böl mənlə,
Ruhumla, qəlbimlə yanındayam mən.

Sinəmdə çox deyilməmiş sözüm var,
Sevgi dolu atəşim var közüm var,
Sarıgül Yağmuram, hər yerdə izim var,
Bax nəfəs aldıqca yanındayam mən,
Ölsəm də ruhumla canındayam mən.

Yuxularımı

Gözümə getməyən yuxularımı,
Sənə bağışlayım yat şirin-şirin,
Duyduqca bitməyən duyğularımı,
Sən ol, qat ruhuna qat şirin-şirin.

Hopum vücuduna, hopum qanına,
Keçim döyüntüylə, keçim canına,
Baharı keçirmiş qış ünvanına,
İsinsin birlikdə iki can bu dəm.

Unudaq ötüşsün bütün kədər-qəm,
Ovudum gözünün yaşı qurusun,
Silim yanağından yaşını sənin.
Donmuş bir ürəyin atəşiyəm mən,
Gəlmişəm əridəm buzunu sənin,
Gəlmişəm əridəm buzunu sənin.

259

Sarıgül Paşaqızı Yağmur

Ay Allah

Ay Allah ağrıyır mənim ürəyim,
Öyrəşə bilmirəm bu ayrılığa.
Niyə yarı yolda unutdu məni,
Mən dözə bilmirəm bu ayrılığa.

Nə idi günahm bilə bimirəm,
Niyə yarı yolda buraxdı məni,
Sən niyə rastıma çıxardın onu,
Bəs niyə qovuşmadan ayırdın məni.

Ay Allah sönməyən bir arzum budur,
Məni sevdiyimdə ayrı saxlama,
Qısqanclıq odunda alışır qəlbim,
Onu bu odlara salıb saxlama,
Allahım nə olar bitməsin bu eşq.
Mənim ayrılığa tabım yox daha.
Mənim çəkdiyimi çəkdirmə ona.
Artıq taqətim yox onsuz sabaha.

İtən ümidlər

Gəl daha üzməyək ümidimizi,
Ümidi aparaq Allaha pənah.
Bəlkə qovuşdurdu yenə də bizi,
Mümkünsə çatdırın sevgimə soraq.

Hərdən zəng edərdi telefonuma,
İndisə ondan da yoxdu bir xəbər.
Deyərdi ki, hərdən yada sal məni,
Çünki təkcə sənsən qəlbimə qonaq.

Yoruldum bəlkə də bitməyib sonu,
Axı istəmirəm itirəm onu.

260

Duyğu kahkəşanı

Bəlkə düşünməkdən mən yorulmuşam,
Qatıb bir birinə gecə-gündüzü.

Mən hardan biləydim itirsəm onu,
Həyatda qazancım dərd-qəm olacaq.
Mən necə biləydim qalan göz yaşı,
Birdə xatirələr dənizi qalacaq.
Bax bu dərd də məni yoracaq.

Bilmədi

Suallarla dolu bir həyatda yaşayırıq biz,
Nöqtələrlə, vergüllərlə davam edir işimiz.
Həyat davam edir bunu görürük,
Xoş nidalarla davam etsin deyirik.
Amma yenə olanları deyirik.

Sevgi dolu bu ömrü yaşamadıq, üzüldük,
Kədər dolu göz yaşımız çeşmə kimi süzüldü.
Gözümüzə tufan gəldi, duman, çiskin büründü
Üzüm güldü, ruhum isə gülmədi ki, gülmədi,
Bu duyğusal, gözəl ruhun hamı qədrin bilmədi.

Çox adama gəl inanma dedim mən.
İnanıb da çox bağlanma dedim mən.
Bax bu yolda töhməti də yedim mən.
Amma ruhum gülmədi ki, gülmədi.
Nadanlar da heç qədrimi bilmədi.

You have read 1 text from Azerbaijani literature.
Next - Duygu Kahkasani - 11
  • Parts
  • Duygu Kahkasani - 01
    Total number of words is 3404
    Total number of unique words is 1879
    18.6 of words are in the 2000 most common words
    27.0 of words are in the 5000 most common words
    32.2 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 02
    Total number of words is 3382
    Total number of unique words is 1764
    17.5 of words are in the 2000 most common words
    28.0 of words are in the 5000 most common words
    34.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 03
    Total number of words is 3421
    Total number of unique words is 1771
    16.3 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    31.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 04
    Total number of words is 3379
    Total number of unique words is 1766
    16.5 of words are in the 2000 most common words
    26.1 of words are in the 5000 most common words
    32.0 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 05
    Total number of words is 3372
    Total number of unique words is 1643
    18.4 of words are in the 2000 most common words
    27.9 of words are in the 5000 most common words
    34.1 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 06
    Total number of words is 3375
    Total number of unique words is 1699
    17.4 of words are in the 2000 most common words
    27.6 of words are in the 5000 most common words
    33.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 07
    Total number of words is 3376
    Total number of unique words is 1685
    17.4 of words are in the 2000 most common words
    25.9 of words are in the 5000 most common words
    32.8 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 08
    Total number of words is 3362
    Total number of unique words is 1812
    18.8 of words are in the 2000 most common words
    27.8 of words are in the 5000 most common words
    33.5 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 09
    Total number of words is 3350
    Total number of unique words is 1873
    17.5 of words are in the 2000 most common words
    26.6 of words are in the 5000 most common words
    31.9 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 10
    Total number of words is 3452
    Total number of unique words is 1816
    18.4 of words are in the 2000 most common words
    28.3 of words are in the 5000 most common words
    34.4 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 11
    Total number of words is 3444
    Total number of unique words is 1955
    18.7 of words are in the 2000 most common words
    29.4 of words are in the 5000 most common words
    35.3 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.
  • Duygu Kahkasani - 12
    Total number of words is 3152
    Total number of unique words is 1808
    21.9 of words are in the 2000 most common words
    31.6 of words are in the 5000 most common words
    35.6 of words are in the 8000 most common words
    Each bar represents the percentage of words per 1000 most common words.